Məhkəmə qərarları › İş №2(005)-1718/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1718/2021

30.04.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1718/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs “şəxsin xəbərsiz itkin düşməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin xəbərsiz itkin düşməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 (doğum tarixi: 05.09.1937-ci il) xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, bildirir ki, sənəd üzərində 1992-ci ildə formal nikaha daxil olduğu X7 (doğum tarixi: 05.09.1937-ci il, Passport seriyası: XXV- JQ543128) barəsində 1993-cü ildən heç bir məlumat yoxdur. Onun hazırda mülkiyyətində daşınmaz əmlakı var və onu satmaq istəyir. Lakin nikahda olduğu R.Məmmədovanın notariusda razılığı tələb olunduğu üçün bu iradəmi gerçəkləşdirə bilmir. R.Məmmədovadan 28 ildir ki, harada olması, sağ olub-olmaması barədə heç bir məlumat yoxdur. Bunu müvafiq orqanlara sorğu verməklə müəyyən etmək mümkündür. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizə ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayraq, o məhkəmə iclasinda nümayəndəsinin iştirakını təmin etməmiş, lakin maraqlı şəxs məhkəmə dəftərxanası vasitəsilə 22.04.2021-ci il tarixli ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkəmə sorğusuna 13.03.2021-ci il tarixli cavab məktubundan görünür ki, 05.09.1937-ci il təvəllüdlü X3 cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsinin məhkəmə sorğusuna 10.03.2021-ci il tarixli cavab məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemindəki 09.03.2021-ci il tarixədək olan məlumata əsasən X3 iştirakı ilə hər hansı notariat hərəkətinin rəsmiləşdirilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin məhkəmə sorğusuna cavab 12.03.2021-ci il tarixli cavab məktubundan 05.09.1937-ci il təvəllüdlü X3 Əhalinin Dövlət Reyestrinin X1 sistemində mövcud olan məlumatlara əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan X7 05.09.1937-ci il tarixdə Bakı şəhərində anadan olmuş, həyat yoldaşı xx.xx.1949-cu il təvəllüdlü Ərizəçi. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının məhkəmə sorğusuna 11.03.2021-ci il tarixli məktubuna əsasən, vətəndaş X4 Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. İş materiallarında olan, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəmə sorğusuna 29.03.2021-ci il tarixli cavab məktubundan görünür ki, X3 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkəmə sorğusuna 16.03.2021-ci il tarixli cavab məktubundan görünür ki, 05.09.1937-ci il təvəllüdlü X3 itkin düşən şəxs kimi axtarışda olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində məlumat yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə sorğusuna 12.03.2021-ci il tarixli cavab məktubundan görünür ki, X7 23.03.1962-ci il tarixdə nikaha daxil olmuş və 07.03.1979-cu il tarixdə nikahı pozulmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin məhkəmə sorğusuna 19.03.2021-ci il tarixli cavab məktubundan görünür ki, 1937-ci il təvəllüdlü X7 01.01.1993-cü il tarixdən bu günə qədər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” p.h.ş-nin Bakı, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından qeydiyyat keçməmişlər. İş materiallarında olan Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin məhkəmə sorğusuna 27 aprel 2021-ci il tarixli 28 saylı cavab məktubundan görünür ki, 05.09.1937-ci il təvəllüdlü X3 hansı tarixdə vəfat etdiyi və hansı qəbistanlıqda dəfn olunması barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məhkəmə sorğusuna 28 aprel 2021-ci il tarixli 3/151 saylı cavab məktubundan görünür ki, X3 qeydiyyatda olduğu ünvan göstərilmədiyindən zəruri məlumatların öyrənilməsi mümkün olmamışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəmə sorğusuna 06 aprel 2021-ci il tarixli cavab məktubundan görünür ki, X7 barədə X2 Pensiya Altsistemində heç bir məlumat tapılmadı. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 312-ci maddəsinə görə, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 314.1 və 314.2-ci maddələrinə əsasən, hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Hakim ərizəni qəbul etdikdən sonra, itkin düşən şəxsin əmlakının yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanına onun əmlakını idarə etmək üçün şəxs (qəyyum) təyin etməyi təklif edə bilər. Həmin Məcəllənin 315.1-ci bəndinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Ərizəçi həyat yoldaşı 05.09.1937-ci ildə Bakı şəhərində anadan olmuş X7 itkin düşmüş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi həyat yoldaşı 05.09.1937-ci ildə Bakı şəhərində doğulmuş X7 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar