Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1725/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh-yə qarşı “əmlakın geri tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh-yə qarşı “əmlakın geri tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-dən iddiaçının qızıl zinyət əşyasının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə AC1296356 nömrəli girov müqaviləsi bağlanmışdır. İddiaçı daşınar əmlakını yəni ki, qızıl zinətini girov qoyaraq BOKT “xxxx” 6800 manat məbləğində iddiaçıya kredit vermiş və 9 ay ərizndə ödəyəcəyini bildirmişdir. Ümumilikdə banka 8293 manat ödəniş etməli idi. Əgər iddiaçı bu krediti ödəmədiyi təqdirdə 30 gün ərzində məhkəməyə iddiaçını verərək verdiyi qızıllarını iddiaçıdan almağı məqsədə uyğundur. Bank olmayan kredit təşkilatı 137 gün gecikdirdiyinə baxmayaraq həddindən artıq iddiaçıya faiz və cərimələr hesablamışdır. İddiaçıya mənsub olan qızıllar iddiaçıdan alınaraq öz xeyrinə tədbirlər gösrmək istəmişdir. İddiaçı hesab edir ki, qızıl zinyət ona qaytarılmalı və bank iddiaçı ilə razılığa gələrək aylıq ödənişlərini yeni cədvəl açaraq ödənişlərini tamamlamaq da iddiaçıya köməklik etməsi məqsədə uyğundur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə üzrlü səbəb təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,İddiaçı xx.xx.1983-cü il tarixdə doğulmuşdur. Tərtər rayon İcra Hakimiyyəti Tərtər rayon Mənzil İstehsalat Təmir-İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 357 nömrəli arayışından görünür ki, iddiaçı Tərtər şəhəri N.Nərimanov küçəsi ev 15 mənzil 02 də yaşayır. Ödəniş cədvəlindən görünür ki, iddiaçı 52 %-lə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər 6915.00 (altı min doqquz yüz on beş manat 00 qəpik) manat məbləğində kredit verilmiş və cəmi borc məbləği 10.836.53 (on min manat səkkiz yüz otuz altı manat əlli üç qəpik) manat təşkil edir. xx.xx.2019-cu il tarixli 002/2019/1223 nömrəli kredit (borc) və girov müqaviləsinin surətindən görünür ki, müqavilənin 1-ci bəndinə əsasən kreditor-girov saxlayanın borclugirov qoyana verdiyi 6915 manat pul vəsaitidir. Bu kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsi 52% müəyyən edilmişdir. Müqavilənin 2.9-cu bəndinə əsasən kreditor-girov saxlayanın borclu-girov qoyana kredit verdiyi pul vəsaitinin və ona hesablanan faizlərin, habelə borclu-girov qoyanın təqsiri üzündən öhdəliyin icrasının gecikdirilməsilə əlaqədar hesablana bilən dəbbə pulunu, kreditor-girov saxlayanın tərəfindən çəkilmiş mümkün ola bilən məhkəmə xərclərinin və məhkəmə aktının icrası üzrə qanunla müəyyən edilmiş sair xərclərin əvəzinin kreditor-girov saxlayana qaytarılmasını təmin etmək məqsədilə (AC********) saylı xx xxxxxx 2019-cu il tarixli zərgər aktı ilə likivid dəyəri 3334 USD, bazar dəyəri 9469 USD qiymətləndirilmiş İddiaçı mülkiyyətindəki qiymətli metaldır. Eyni zamanda borclu-girov qoyan öhdəliyini icra etmədikdə və layiqincə icra etmədikdə, girov predmetinin onun razılığı olmadan satılaraq, borcun əvəzinə yönəldilməsi haqqında götürdüyü öhdəliyə dair iltizam vermişdir. Həmin müqavilənin 4.3-cü bəndinə göstərilir ki, şərtləşdirilmiş bütün öhdəlikləri borclugirov qoyan icra etdikdən sonra icra başa çatmış, müqaviləyə isə xitam verilmiş sayılır. Ödəniş cədvəlinin surətindən görünür ki, iddiaçı aylıq 469.14 (dörd yüz altmış doqquz manat 14 qəpik) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirlmə və təhvil-təslim aktınin surətindən görünür ki, iddiaçı boyunbağı, boyunbağı+kulon, qolbaq, boyunbağı, beşlik qızıl qəpik, saat, üzük, komplekt, sırğa, üzük, komplekt, sığa məmulatlarını saxlanca təhvil vermiş və öz şəxsi imzası ilə aktı təsdiq etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 280.2-ci maddəsinə əsasən girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. Həmin Məcəllənin 441.1-cü maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. İşin hallarından göründüyü kimi iddiaçı borc öhdəliyini tam yerinə yetirmədiyi halda qızıl zinət əşyalarını geri tələb edir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə göstərilmiş bütün öhdəlikləri borclu-girov qoyan icra etdikdən sonra icra başa çatmış, müqaviləyə isə xitam verilmiş sayıldığı halda iddiaçı öz öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Cavabdeh-yə qarşı “əmlakın geri tələbi”nə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1725/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1725/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver