Məhkəmə qərarları › İş №2(005)-173/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-173/2020

12.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-173/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı2 ‘Cavabdeh” MMC ilə xx xxxx 2003-cü il tarixdə 90 nömrəli müqavilə imzalıyaraq Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və dövlət tikinti komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına görə çoxmərtəbəli binada yerləşən D korpusu, 2-ci müqavilənin 2-ci bəndində göstərilən şərtlərlə təhvil verməyi, alıcı tərəfindən isə mənzilin hər kv.m-nın dəyəri 2202 ABŞ dolları hesablanmaqla 26936 ABŞ dolları ödəməyi öhtəsinə götürmüş, eyni zamanda digər iddiaçı X2 ilə eyni tarixli 89 nömrəli müqavilə imzalanaraq Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində tikilən binanın D korpusunun 2-ci mərtəbəsində olan 2 otaqlı ümumi sahəsi 122, 44 m2, 66,88 kv.m təşkil edən mənzili təhvil verməyi, alıcı tərəfindən isə mənzilin hər kv.m-nın dəyəri 2202 ABŞ dolları hesablanmaqla 26936 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən ödəniş iddiaçılar tərəfindən müqavilə şərtlərinə uyğun olaraq xx xxxx 2003-cü il tarixdə Cavabdeh MMC-yə ödənilmişdir. Bundan əlavə, cavabdeh təşkilat qeyd edilən müqavilə şərtlərinə uyğun mənzili təhvil vermədiyindən yenidən iddiaçılarla xx xxxx 2003-cü il tarixli, 89 və 90 nömrəli müqaviləyə əlavə imzalanaraq iddiaçılardan əsas müqaviləyə olan ödənişdən əlavə hər kvadratına 50 ABŞ dolları olmaqla ümumilikdə 6122 ABŞ dolları, ümumilikdə hər iki müqavilə üzrə 12244 ABŞ dolları əlavə məbləğ ödəməyi öhdəsinə götürmüş, həmin pulun xx xxxxxxxx 2005-ci il tarixə ödəməyi, həmin məbləğin müqabilində isə icraçı 6,12 kv.m olan sahəni alıcılara girov verməyi, eyni zamanda müqavilənin 7-ci bəndində görə icracı tərəfindən öhdəliyin yerinə yetirilmədiyi halda yeni əlavə vəsaiti yığıdıqdan sonra tikinti işləri sürətlə başlamasa və əlavə müqaviləyə əsasən tikinti Cavabdeh MMC-nin vəd etdiyi zamana bitməzsə və ya müxtəlif səbəblər gətirməklə bina başqa firmaya satılarsa onda icraci tam ödənilən məbləğin 50 %-ni cərimə ödəyir və hər gecikmə günün qaytarılmalı olduğu məbləğin 0,2% miqdarında cərimə ödəyir, həmin əlavə müqavilənin 8-ci bəndində nəzərdə tutulmuşdur ki, yığdığı vəsaiti 2006-cı ilin sentyabr ayına qədər sakinlərə tam ödəyir, qeyd edilən müqavilənin 9-cu bəndinə görə isəicracı 2006-cı ilin may ayına qədər binanı tam təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə şərtlərinə uyğun olaraq iddiaçılar tərəfindən ödəniş tanı şəkildə cavabdeh təşkilata ödənilmişdir. Lakin cavabdeh təşkilat tərəfindən müqavilə şərtlərinə əməl edilməmiş, qeyd edilən mənzil 2018-ci ilin sonuna kimi iddiaçılara təhvil verilməmiş, habelə qeyd edilən mənzil müqavilə şərtlərinə uyğun şəkildə hazır olmamışdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxxxxxxx 2015-ci il tarixli hökmü ilə iş üzrə iddiaçılar daxil olmaqla qeyd edilən mənzillər də daxil olmaqla bir neçə CM-nin maddəsi üzrə açılmış cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışlar və sonunculara həmin hökmlə onlara dəymiş ziyana görə mülki iddia qaldırmaq hüququ izah edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh MMC-dən İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanan xx xxxx 2003-cü il tarixdə 90 nömrəli müqavilə üzrə dəymiş ziyana və çəkilmiş xərcə görə 75 min manat pul, eyni tarixli X2 ilə bağlanan 89 nömrəli müqavilə üzrə 75 min manat pul tutulub iddiaçılara ödənilməsi, habelə xx xxxx 2003-cü il tarixli, 89 və 90 nömrəli müqaviləyə əlavə ilə ödənilmiş 6122 ABŞ dolları məbləğində pul ayrı ayrılıqda olmaqla tutulub iddiaçılara qaytarılması, əlavə müqavilənin 7-ci bəndində göstərilən şərtlərə uyğun olaraq ödənilmiş 33,058 dollar pulun 50% yəni 16,529 ABŞ dolları pul alınıb ayrı-ayrılıqda iddiaçıların hər birinə olmaqla verilməsi, habelə hər gecikmiş gün olaraq 2019-cu ilin iyul ayına kimi 0,2 % olmaqla cərimə hesablanmaqla ödənilməsi, habelə 2018-ei ilin dekabr ayına kimi kirayə kimi ödənilmiş 45,300 manat pulun alınıb iddiaçılara ayrı-ayrılıqda tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan icraçı Cavabdeh MMC-nin direktoru İ.Q.Əhmədov ilə alıcı İddiaçı2 arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və dövlət tikinti komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına görə çoxmərtəbəli binaların tikintisini və həmin sahədə aparılan tikintinin alıcı tərəfindən maliyyələşdirilməsi müqavilənin predmetini təşkil edir. İş materiallarında olan icraçı Cavabdeh MMC-nin direktoru İ.Q.Əhmədov ilə alıcı İddiaçı2 arasında bağlanmış xx.xx.2003-cü il tarixli 90 saylı müqaviləyə əlavədən görünür ki, alıcı əsas müqaviləyə olan ödənişdən əlavə hər kvadratına 50 ABŞ dolları olmaqla ümumilikdə 6120 ABŞ dolları əlavə məbləğ ödəməyi öhdəsinə götürmüş, həmin pulun xx xxxxxxxx 2005-ci il tarixə ödəməyi, həmin məbləğin müqabilində isə icracı 6,12 kv.m olan sahəni alıcılara girov verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7-ci bəndində görə icracı tərəfindən öhdəliyin yerinə yetirilmədiyi halda yeni əlavə vəsaiti yığıldıqdan sonra tikinti işləri sürətlə başlamasa və əlavə müqaviləyə əsasən tikinti Cavabdeh MMC-nin vəd etdiyi zamana bitməzsə və ya müxtəlif səbəblər gətirməklə bina başqa firmaya satılarsa, onda icracı tam ödənilən məbləğin 50 %-ni cərimə ödəyir və hər gecikmə günün qaytarılmalı olduğu məbləğin 0,2% miqdarında cərimə ödəyir. Əlavə müqavilənin 8-ci bəndində nəzərdə tutulmuşdur ki, icraçı yığdığı vəsaiti 2006-cı ilin sentyabr ayına qədər sakinlərə tam ödəyir. Müqavilənin 9-cu bəndinə görə isəicracı binanı 2006-cı ilin may ayına qədər tam təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı2 müqavilə üzrə ödənişləri həyata keçirmişdir. İş materiallarında olan icraçı Cavabdeh MMC-nin direktoru İ.Q.Əhmədov ilə alıcı İddiaçı1 arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və dövlət tikinti komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına görə çoxmərtəbəli binaların tikintisini və həmin sahədə aparılan tikintinin alıcı tərəfindən maliyyələşdirilməsi müqavilənin predmetini təşkil edir. İş materiallarında olan icraçı Cavabdeh MMC-nin direktoru İ.Q.Əhmədov ilə alıcı İddiaçı1 arasında bağlanmış xx.xx.2003-cü il tarixli 89 saylı müqaviləyə əlavədən görünür ki, diqər iddiaçı ilə bağlanan müqaviləyə əlavə eyni ilə N.İsmayılova ilə də bağlanmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı1 müqavilə üzrə ödənişləri həyata keçirmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxxxxxxx 2015-ci il tarixli 1(101)-340/2015 saylı hökmündən görünür ki, İddiaçı2 və İddiaçı1 zərərçəkmiş şəxs qismində tanınmışlar və sonunculara həmin hökmlə onlara dəymiş ziyana görə mülki iddia qaldırmaq hüququ izah edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mənzillər alıcılara tam təmirsiz, yaşayış üçün əlverişsiz vəziyyətdə təhvil verilmiş və alıcılar tərəfindən təmir olunaraq istifadəyə yararlı vəziyyətə gətirilmişdir. İş materiallarına əlavə edilmiş “X1” MMC-nin xx.xx.2020-ci il tarixdə 250 №-li rəyindən görünür ki, İddiaçı1 Cavabdeh MMC ilə bağladığı x xxxx 2003-cü il tarixdə 89 nömrəli müqavilənin 2-ci bəndində göstərilən işlərin yerinə yetirilməsi üçün, Bakı şəhəri, Atatürk prospekti 30/78 məhəllənin şimal hissəsində yerləşən D korpusu, 2-ci mərtəbə 2 otaqdan ibarət ümumi sahəsi 122,44 m2, yaşayış sahəsi 66,88 m2 təşkil edən 3 saylı mənzilə və mənzilin qarşısındakı pilləkən qəfəsinə, eləcə də liftin quraşdırılmasına ümumilikdə 10289,0 manat məbləğində xərc çəkdiyi müəyyən edilir. İş materiallarına əlavə edilmiş “X1” MMC-nin xx.xx.2020-ci il tarixdə 251 №-li rəyindən görünür ki, İddiaçı2 Cavabdeh MMC ilə bağladığı x xxxx 2003-cü il tarixdə 90 nömrəli müqavilənin 2-ci bəndində göstərilən işlərin yerinə yetirilməsi üçün, Bakı şəhəri, Atatürk prospekti 30/78 məhəllənin şimal hissəsində yerləşən D korpusu, 4-cü mərtəbə 2 otaqdan ibarət ümumi sahəsi 122,44 m2, yaşayış sahəsi 66,88 m2 təşkil edən 7 saylı mənzilə və mənzilin qarşısındakı pilləkən qəfəsəsinə, eləcə də liftin quraşdırılmasına ümumilikdə 10925,0 manat məbləğində xərc çəkildiyi müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC ilə müqavilə bağlamış və müqaviləyə əsasən ödənişlər etmişlər. Daha sonra tərəflər arasında əsas müqaviləyə münasibətdə yeni müqavilə imzalanmış və həmin müqaviləyə əsasən icraçı pul qarşılığında əlavə öhdəliklərin icrasını öz üzərinə götürmüşdür. Hazırda iddiaçılar müqavilə üzrə öhdəliklərin tam həcmdə icra edilməməsinə görə dəymiş zərərin ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan RespublikasınınKonstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il trixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin «Brumareski Rumıniyaya qarşı» xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. İş materiallarından göründüyü kimi iddiaçılar Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxxxxxxx 2015-ci il tarixli 1(101)-340/2015 saylı hökmü ilə zərərçəkmiş şəxs qismində tanınmışlar. Bundan əlavə iş materiallarında olan fotoşəkillərlə müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən müqavilə öhdəlikləri tam həcmdə icra edilməmişdir. Mənzillərə dair müqavilədə göstərilmiş təmir işləri görülməmişdir. Həmin təmir işlərinə görə iddiaçılar tərəfindən çəkilmiş xərclər ekspert rəyi ilə hesablanmışdır. Məhkəmə hesab edir ki, ekspert rəyində göstərilmiş iddiaçılar tərəfindən cavabdehin üzərinə götürdüyü və icra etməməsi səbəbindən iddiaçılarin gördüyü təmir işlərinə görə çəkdikləri xərclər və eyni zamanda xx xxxx 2003-cü il tarixli, 89 və 90 nömrəli müqaviləyə əlavələrə əsasən hər iddiaçı tərəfindən ödənilmiş 6120 ABŞ dolları məbləğində pul ayrı ayrılıqda olmaqla tutulub iddiaçılara qaytarılmalıdır. Digər iddia tələblərini məhkəmə əsassız hesab edir və bu səbəbdən rədd edilməsi qənaətinə gəlir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 10925 manat və 6120 ABŞ dolları İddiaçı2, 10289 manat və 6120 ABŞ dolları İddiaçı1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar