Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1737/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC-nin “Ticarət” filalı ilə Cavabdeh arasında bağlanmış 04.09.2019-cu il tarixli FN-00071-04/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 18.01.2021-ci il tarixinə ödənilməmiş 3788.92 manat əsas borc, 792.98 manat faiz borcu, 180.15 manat dəbbə borcu, ümumilikdə 4762.05 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bank “xxxx” ASC-nin 'Ticarət” filialı ilə Cavabdeh arasında bağlanmış 04.09.2019-cu il tarixli FN-00071-04/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 4800 (dörd min səkkiz yüz) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə 18.01.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş 3788.92 manat əsas borcu, 792.98 manat faiz borcu, 180.15 manat dəbbə borcu vardır. Beləliklə cavabdehin 18.01.2021 -ci il tarixinə ümumi borcu 4762.05 manat təşkil edir. 19.03.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə dəftərxana vasitəsi ilə 20.04.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. 14.04.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 10.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 07.01.2021-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.1989-cu ildə Rusiya Federasiyası, Astraxan şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi ev 9, inizbati bina ünvanında qeydiyyatdadır. Asan 1 tərəfindən verilmiş 30.07.2017-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. 04.12.2019-cu il tarixli FN-00071-04/19A nömrəli kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki,borcverən 4800 (dörd min səkkiz yüz man) AZN məbləğində krediti illik 26 (iyirmi altı) faizlə 36 (otuz altı) ay müddətinə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən istehlak məqsədi ilə istifadə etməyi və onu 02.09.2022-ci il tarixnədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. 28.12.2019-cu il tarixli FN-00162-00/1A saylı kredit müqaviləsinə 1nömrəli əlavə üzrə ödəniş cədvəlindən görünür ki, aylıq kredit ödənişi 194.00 (yüz doxsan dörd manat 00 qəpik) manatdır. 18 yanvar 2021-ci il tarixli arayışın surətindən görünür ki, cavabdehin 15.01.2021-ci il tarixə 3788.92 (üç min yeddi yüz səksən səkkiz manat 92 qəpik) manat əsas borcu, 792.98 (yeddi yüz doxsan iki manat 98 qəpik) manat faiz borcu, 180.15 (yüz səksən manat 15 qəpik) cərimə borcu olmaqla 4762.05 (dörd min yeddi yüz altmış iki manat 05 qəpik) manat ümumi borcu vardır. Cavabdehə ünvanlanmış 16 oktyabr 2020-ci il tarixli MXD-2020/6085 nömrəli və 21 yanvar 2021-ci il tarixli SNYF-2021/048 nömrəli bildirişlərin surətindən görünür ki, cavabdehin 04-09-2019 FN-00071-04/19A saylı “kredit müqaviləsi” üzrə banka 21.01.2021-ci il tarixinə ümumi borcu 4762.05 (dörd min yeddi yüz altmış iki manat, 05 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçı Bank “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 04.09.2019-cu il tarixli FN-00071-04/19A saylı kredit müqaviləsinə əsasən isə 36 ay müddəti tətbiq edilməklə illik 26 faiz dərəcəsi ilə 4800 manat kredit verilmişdir. Lakin cavabdeh öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı Bank “xxxx” ASC Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə FN-00071-04/19A saylı kredit müqaviləsinə əsasən 3788.92 manat əsas, 792.92 manat faiz, 180.15 manat cərimə borcu olmaqla cəmi 4762.05 manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) qəpik Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh FN-00071-04/19A saylı 04 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 3788.92 manat əsas, 792.98 manat faiz, 180 manat cərimə borcu olmaqla, cəmi 4762.05 ( dörd min yeddi yüz altmış iki manat 05 qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1737/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1737/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver