Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1738/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X5, nümayəndəsi və vəkili X3 iştirakı ilə, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X11 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşlılıqlı iddia üzrə cavabdeh İddiaçı Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, Cavabdeh qarşı “kredit müqavilələrinin ləğv edilməsi” tələbinə dair ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X15 qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 04.02.2018-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət" mərkəzi notariat ofisində bağlanmış 10.000 (on min) manat məbləğində kredit müqaviləsinin və 09.04.2018-ci il tarixdə Maraqlı şəxsndə bağlanmış 30.000 (otuz min) manat məbləğində kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 04.02.2018-ci il tarixdə Maraqlı şəxsndə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh onun xeyrinə 10.000 (on min) manat məbləğində borc ödəniş etmişdir. Bundan sonra isə cavabdehlə 09.04.2018-ci il tarixdə aralarında yenidən eyni qaydada kredit müqaviləsi bağlanmış, 30.000 (otuz min) manat məbləğində pul Cavabdeh tərəfindən onun xeyrinə ödənilmişdir. Cavabdehin Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə verdiyi izahatdan da göründüyü kimi o, cavabdehdən aldığı 10.000 (on min) manat məbləğində borcun qarşılığı olaraq 6 ay müddətində hər ay 2.000 (iki min) manat, cəmi 12.000 (on iki min) manat məbləğində pul ödəmişdir. Bunu polis bölməsinə izahatında cavabdeh özü etiraf etmişdir. 30.000 (otuz min) manat məbləğində borc müqaviləsinin icrasına gəldikdə isə bildirmək istəyir ki, Cavabdeh bu borcun da icrasını ondan dərhal tələb etdiyi üçün o, həmin borcu ayda 6.000 (altı min) manat olmaqla icra etmişdir. Belə ki, Cavabdeh malların İran İslam Respublikasından gətirilməsi üçün hər ay ondan 6.000 (altı min) manat almışdır. Hələ bu dövrdə o, sözləşdiyi malları əldə etməmiş və onların satışını həyata keçirməmişdir. Ümumilikdə, 2 ay ərzində hər ay 6.000 (altı min) manat, 3-cü ay isə 4500 (dörd min beş yüz) manat məbləğində olmaqla borc ödənişini vaxtından öncə icra etmişdir. Cavabdeh izahatında onun yalnız iki ay ərzində hər ay 6.000 (altı min) manat məbləğində, cəmi 12.000 (on iki min) manat məbləğində borc ödənişini etdiyini bildirsə də, bu həqiqəti əks etdirmir. Belə ki, 2018-ci ilin noyabr ayının əvvəlində Cavabdeh və qohumu X2 da o, xəstəxanada olarkən evinə gələrək atası ilə söhbət etdikləri zaman bildirmişlər. Belə ki, X2 borcların vəziyyətini və ödənilmiş hissələrini atası X7 izah etmək üçün müxtəlif qrafiklər çəkmiş və burada ödənilmiş hissələri özü göstərmişdir. Həmin yazılı sübut qiymətləndirilməsi üçün iddia ərizəsinə əlavə olunmuşdur. Həmin vaxt cavabdeh onun atası X4 10000 (on min) ABŞ dolları istəmiş və bu məbləğlə müəyyən malları gətirərək ticarət işi ilə məşğul olacaqlarını, nəticədə onun qalan borcunu da buradan əldə etdikləri gəlirlə əvəzləşdirəcəklərini bildirmişlər. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə verilən izahatlarda da əks olunduğu kimi atası ümumilikdə 17,034 (on yeddi min otuz dörd) manat məbləğində pulu onlara təqdim etmiş, lakin cavabdeh malların qiymətinin qalxdığını bildirərək artıq həmin pulla ticarət işi ilə məşğul ola bilməyəklərini bildirmişdir. Bu vaxt atası həmin pulları geri götürməmiş və borcun əvəzi olaraq qəbul etməklərini xahiş etmişdir. Bundan əlavə, 3000 (üç min) və 2000 (iki min) məbləğində nağd pul onun tərəfindən İran İslam Respublikasından malların gətirilməsi üçün cavabdehə verilmişdir. O, xəstəxanaya düşdükdən sonra artıq ticarətlə məşğul ola bilmədiyi üçün 7480 (yeddi min dörd yüz səksən) manat dəyərində mal atası və yeznəsi tərəfindən cavabdehə qaytarılmışdır. İzahatda isə bu məbləğ cavabdeh tərəfindən qəsdən azaldılaraq 3000 (üç min) manat olaraq qələmə verilmişdir. Beləliklə, o, ümumilikdə, cavabdehə 50, 534 (əlli min beş yüz otuz dörd) manat məbləğində nağd pul və 7480 (yeddi min dörd yüz səksən) manat dəyərində mal qaytarmışdır. Qeyd edir ki, onlar X2 ilə uzun müddət işgüzar dostluq əlaqələrində olmuş və onun vasitəsilə sonuncunun qohumu, hazırki iş üzrə Cavabdeh ilə tanış olmuşdur. Onlar 10, 000 (on min) manat və 30, 000 (otuz min) manat məbləğində kreditin qarşılığında ölkə xaricindən işçi geyimləri və ləvazimatları gətirməklə satmağı və gəliri öz aralarında bölməyi nəzərdə tutmuşlar. Satış onun tərəfindən aparılacaqdı. Həmin pulları fevral və aprel ayında almağına baxmayaraq, müqavilələrin 5-ci maddəsinə uyğun olaraq o, həmin krediti müqavilələrdə nəzərdə tutulmuş vaxtdan öncə, mart ayından başlayaraq hər ay ilk müqaviləyə görə 2000 (iki min) manat, aprel ayından başlayaraq isə buna əlavə olaraq ikinci müqavilənin qarşılığında hər ay 6000 (altı min) manat məbləğində ödəməyə başlamışdır. 04.02.2018-ci il tarixdə 10.000 (on min) manat məbləğində kredit barədə bağlanmış müqavilədə nəzərdə tutulmuş krediti o, artıq 2018-ci ilin sentyabr ayında 12,000 (on iki min) manat olmaqla geri qaytarmış, 09.04.2018-ci il tarixində bağlanmış müqavilə ilə ona verilmiş 30, 000 (otuz min) manat məbləğində kredit məbləğini isə sonuncu olaraq keçən ilin noyabr ayında atası tərəfindən verilmiş 17,000 (on yeddi min) manat məbləğində pul ilə tamamilə geri qaytarmışdır. Aralarında davamlı işgüzar münasibətlər olduğundan bu pulların verilməsi zamanı notarial qaydada təsdiqinə ehtiyac duymamışlar. Belə ki, 09.10.2019-cu il tarixində 2 saylı Bakı “Asan xidmət“ notariat ofisi 10.020 (on min iyirmi) manat və 30.020 (otuz min iyirmi) manat məbləğlərində pulun ondan tutulması barəsində iki icra qeydi aparmışdır. Bu icra qeydlərinin əsasında 22.10.2019-cu il tarixində ona Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsindən “tələbin könüllü icrası haqqında” iki bildiriş daxil olmuşdur. Lakin hər iki icra sənədində nəzərdə tutulmuş borc məbləğləri onun tərəfindən artıq ödənildiyindən sözügedən borc müqavilələrinin ləğv olunmasını qanunamüvafıq hesab edir. Qeyd etmək istəyir ki, bu barədə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2(005)-5166/2019 saylı 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bu qətnamədən verdiyi apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılmış və 20.05.2020-ci il tarixdə 2(103)-3840/2020 saylı qərardad ilə apelyasiya şikayəti qismən təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5166/2019 saylı 24 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Belə ki, buna əsas kimi onun məhkəməyə müraciət etmədən öncə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423-cii maddəsinə əsasən, pretenziya qaydasından istifadə etməməyi göstərilmişdir. Daha sonra həmin proseslərdə onun nümayəndəsi olan atası X7 məhkəmədə izah edilmişdir ki, cavabdehə pretenziya təqdim edilməsi zəruridir və yalnız bundan sonra yenidən məhkəməyə müraciət etmək hüququ yaranacaqdır. Bunun əsasında o, 2020-ci ilin iyun ayının 10-da pretenziya məktubunu poçt vasitəsilə cavabdehə göndərmiş, lakin bir aydan artıq müddətdir ki, ondan heç bir cavab ala bilməmişəm. Bu səbəbdən də hesab edir ki, bu mübahisə məhkəmə predmetinə aid olub məhkəmə qaydasında baxılaraq həll edilməlidir. Cavabdeh 20.04.2021-ci il tarixdə İddiaçı qarşı “borc məbləğinin, əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 fevral 2018-cü il tarixdə notariat qaydasında bağlanmış kredit müqaviləsi əsasında vermiş olduğu 10.000 manat məbləğində pulun, , 09 aprel 2018-ci ii tarixdə kredit müqaviləsi əsasında 30.000 manat məbləğində pulun borclu İddiaçı alınaraq ona ödənilməsi, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun faizlərin hesablamaqla əldən çıxmış faydaya görə 5000 manat və 2000 manat mənəvi zərərin cavabdeh İddiaçı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.04.2021-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia tələbinin icraata götürülməsi qərara alınmışdır. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddia tələbi onun hüquqlarını pozmaqla tam qanunsuzdur. Hesab edir ki, onun qarşılığlı idda tələbi tam təmin olunmalıdır və ona qarşı olan iddiaçının qanunsuz və əsasızı tələbi rədd edilməlidir. O, qanuni əsaslarla 04 fevral 2018-cü il tarixdə kredit müqaviləsi əsasında cavabdeh İddiaçı 10000 manat borc pul vermişdir. O, pulun verərkən cavabdeh onu əmin etmişdir ki, az bir müddətə borclu olduğu pulu qaytaracaq. Eyni zamanda ikinci dəfə onun inamından sui-istifadə edərək, kredit müqaviləsi əsasında 09 aprel 2018-ci il tarixdə 30.000 manat məbləğində pulu cavabdeh İddiaçı vermişdir və hesab edir ki, verdiyi borc məbləği ona qanunda nəzərdə tutulmuş qaydada bir il müddətinə qaytarılmalı idi. Lakin cavabdeh qanuna zidd əsaslarla müqavilə öhdəliyini yerinə yetirməməklə ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. Hesab edirəm ki, məhkəmə bütün bu hallara hüquqi qiymət verməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəzəsinə uyğun faizlərin hesablamaqla ödənilməsi, əldən çıxmış faydaya görə 5000 manat və 2000 manat mənəvi zərərin cavabdeh İddiaçı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh öz öhdəliyinə əməl etmir və pulu ödəməkdən yayınır. Kredit müqaviləsində müəyyən edilmiş müddətin başa çatmasına baxmayaraq, cavabdeh tərəfindən bu günədək bir manat da olsun qaytarılmamışdır və onda olan məlumatlara əsasən cavabdehin bu borcu heç qaytarmaq niyyəti də yoxdur. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi X12 və vəkili (nümayəndəsi) X8 hər biri ayrılıqda iddia tələbi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X19 lkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş lakin 11 mart 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, mülki mübahisənin onların iştirakı olmadan həll edilməsini xahiş etmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X13 ifadə verərək bildirmişdir ki, iddiaçı ilə qohumdular. İki dəfə onun iştirakı ilə qarşılıqlı iddiaçıya pul verilib. Həmin pulu Cavabdeh evində vermişdilər, pulu pandemiyadan əvvəl veriblər. Təqribən 2018-ci ilin payız ayları olardı. 10000 ABŞ dolları məbləğində pulu ağsaqqalın yanında sayıb vermişdirlər, həmin pul 17000 manat olması üçün təqribi 400 manat çatmırdı, buna görə də sonra əlavə olaraq həmin məbləğdə pulu aparıb vermişlər. Vüqarın borcunun məbləği barədə tam məlumatı yoxdur. Qarşılıqlı iddiaçının evinə pilləkənlə qalxmışlar, hamam sağ tərəfdə yerləşirdi. Düz gedəndən sonra otaq vardı. Evin içində olan sənət əsərlərinə fikir verməmişdir.Qaytarılan malların içərisində ayaqqabılar vardı. Həmin mallar onun qarajına qoyulmuşdu. 7000 manata yaxın mal qaytarıldı. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(005)-1738/2021 saylı qərardadına əsasən qarşılıqlı iddia tələbi üzrə icraata “04 fevral 2018-ci il tarixdə notariat qaydasında bağlanmış kredit müqaviləsi əsasında verilmiş 10000 manat məbləğində pulun, 09 aprel 2018-ci il tarixdə kredit müqaviləsi əsasında 30000 manat məbləğində pulun İddiaçı alınaraq ona ödənilməsi” hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsi ilə xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh aralarında 04.02.20)8-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət" mərkəzi notariat ofisində 10.000 (on min) manat məbləğində, 09.04.2018-ci il tarixdə isə 30.000 (otu/ min) manat məbləğində kredit müqavilələr üzrə bilavasitə o, və atası X12 vasitəsilə,ümumilikdə, 50, 534 (əlli min beş yüz otuz dörd) manat məbləğində nağd pul ödənişi etmiş və 7480 (yeddi min dörd yüz səksən) manat dəyərində mal qaytarmışdır. Beləliklə, müqavilə üzrə olan borclarını tamamilə ödəyərək öhdəliklərini yerinə yetirmişdir. Belə olduğu halda qanun tələbinə əsasən, aralarında 04.02.2018-ci il tarixdə Maraqlı şəxsndə bağlanmış 10.000 (on min) manat məbləğində və 09.04.2018-ci il tarixdə bağlanmış 30.000 (otuz min) manat məbləğində kredit müqaviləsinin ləğv edilməsinə 15 iş günü ərzində razılıq verməyini və bu halda münasibətlərinin bərpası məqsədilə irəli sürdüyü, tərəfindən hissə-hissə ödəniləcək 5000 (beş min) manat məbləğində kompensasiyanı qəbul etməyini təklif etmiş, əks halda, hüquqi müdafiə tədbirlərindən istifadə edilməsi üçün müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Borc verən Cavabdeh ilə Borc alan İddiaçı arasında 04 fevral 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, "Borc verən" "Borc alana" 10000 manat 00 qəpik (on min manat sıfır qəpik) məbləğində pul borc verir. "Borc alan" krediti 04/02/2019 ( dörd fevral iki min on doqcuzuncu il) tarixədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Kredit müqaviləsində olan qeyddən görünür ki, həmin kedit müqaviləsi 2 saylı Bakı "ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiq edilib. İş materiallarında olan Borc verən Cavabdeh ilə Borc alan İddiaçı arasında 09 aprel 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, “Borc verən" "Borc əlana" 30000 manat 00 qəpik (otuz min manat sıfır qəpik) məbləğində pul borc verir. "Borc alan’ krediti 1 (BİR) İL • 09/04/2019 ( doqquz aprel iki min on doqquzuncu il) tarixədək ‘Borc verənə" qaytarmağı öndəsınə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdihrlər. Kredit müqaviləsində olan qeyddən görünür ki, həmin kedit müqaviləsi 2 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat kontorunun xüsusi notariusu X14 tərəfindən təsdiq edilib. İş materiallarında olan 11 aprel 2019-cu il tarixli X18, X1 və X16 ərizələri əsasnda toplanmış 1 saylı HK-256, 257 və 258 nömrə ilə qeydə alınmış material üzrə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, mövcud qanunvericiliyin tələblərinə görə şifahi əqd əsasında həyata keçirilmiş birgə kommersiya fəaliyyətinin həyata keçirilməsi prosessində yaranan pul borc mübahisələr müvafiq olaraq mülki qanunvericilik əsasında tənzimlənməlidir. Aparılmış araşdırma zamanı sübuta yetirilmişdir ki, tərəflər arasında olan mübahisə mülki xarakterli olmaqla öz həllini məhkəmə yolu ilə tapmalıdır. Odur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ərizəçi vətəndaşlara mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 09.10.2019-cu il tarixli icra qeydindən görünür ki, 2 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X6 "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh (AZE 17565752, 22/01/2018 - .ASAN 1) xeyrinə Qubadlı, Xanlıq Kəndi (Bakı şəhəri, Xətai rayonu, S.Ə.ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1976-cı il təvəllüdlü İddiaçı (AZE 0*******, 22/11/2011 - SUMQAYİT ŞPİ QŞVŞ) müddət üçün vaxtında ödənilməmiş 10000 manat 00 qəpik (on min manat sıfır qəpik) tutulması, bundan əlavə təklif edir borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 10020 manat 00 qəpik (on min iyirmi manat sıfır qəpik) pul tutulmasına dair icra qeydi 10.10.2019-cu il tarixdə aparılmışdır. İş materiallarında olan Maraqlı şəxs 09.10.2019-cu il tarixli icra qeydindən görünür ki, 2 saylı Baxı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X6 Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-ct maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1983-cü il təvəllüdlü - Cavabdeh (AZE 17565752, 22/01/2018 - ASAN 1) xeyrinə Qubadlı, Xanlıq Kəndi (Bakı şəhəri, Xətai rayonu, S.Ə.ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1976-cıil təvəllüdlü İddiaçı (AZE 0*******, 22/11/2011 SUMQAYİT ŞPİ QŞVŞ) müddət üçün vaxtında ödənilməmiş 30000 manat 00 qəpik (otuz min manat sıfır qəpik) tutulması, bundan əlavə təklif edir ki, borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik} məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 30020 manat 00 qəpik (otuz min iyirmi manat sıfır qəpik) pul tutulmasına dair icra qeydi 10.10.2019-cu il tarixdə aparılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçı 04 fevral 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 10000 manat (on min manat) məbləğində, 09 aprel 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 30000 manat 00 qəpik (otuz min manat sıfır qəpik) məbləğində pul borc verilmişdir. İlkin iddia üzrə İddiaçı tərəfindən sözügedən kredit müqaviləsi üzrə borc öhdəliyinin tam şəkildə icra edildiyi və hazırda hər hansı borc öhdəliyinin olmadığı bildirilir. Bu səbəbdən də Cavabdeh ilə onun arasında rəsmiləşdirilmiş kredit müqavilələrinin ləğv edilməsini xahiş edir. İlkin iddia üzrə cavabdeh ilkin iddianı qəbul etməyərək ilk iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş kredit müqaviləsinə əsasən həmin müqavilə üzrə verilmiş borc məbləğinin ödənilmədiyini, ona görə də 04.02.2018-ci il tarixli və 09.04.2018-ci il tarixli kredit müqavilələrinə əsasən İddiaçı verilmiş 10.000 manat və 30.000 manat olmaqla, cəmi 40 000 manat məbləğində borc pulun, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun faizlərin hesablamaqla əldən çıxmış faydaya görə 5000 manat və 2000 manat mənəvi zərərin İddiaçı tutularaq ona ödənilməli olduğunu bildirmişdir. Məhkəmə ilkin iddia tələbi - “kredit müqaviləsinin ləğv edilməsi” ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, 04.02.2018-ci il tarixli və 09.04.2018-ci il tarixli kredit müqavilələrinin ləğvinə əsas ola biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. (AR MM 529.3. maddəsi) Mübahisələndirilən kredit müqavilələrinin 6-cı bəndinin tələbinə əsasən “Borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Hazırki halda isə ilk iddiaçı şahid ifadələrinə, habelə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardakı ifadələrə, eyni zamanda mötəbərliyi təsdiqlənməyən əlyazmaya istinad etməklə, borc məbləğinin tam ödənilməsini (lakin məhkəmə iclaslarında izahatlarda 09.04.2018-ci il tarixli müqavilə üzrə təqribən 6000-7000 manat borcun qaldığını bildirir.) qeyd edir. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 88-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə olan halda iddiaçı borcunu tam olaraq ödədiyinə istinad edirsə, bu zaman mülki qanunvericiliyin tələblərinə əsasən borcun tam ödənilməsi barədə müvafiq qaydada təsdiqlənmiş sənəd təqdim etməlidir. Məhkəmə qeyd edir ki, həmin sənəd hazırki mülki mübahisə üzrə tərəflərin polis orqanlarındakı izahatları, şahid ifadələri və s. ilə əvəz oluna bilməz. (AR MM 529.3-cü maddəsi) İddia ərizəsi üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qarşılıqlı iddia tələbində qeyd olunan 5000 manat məbləğində əldən çıxmış faydanın tutulması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 449.1-ci maddəsində göstərilmiş faizlərin və dəbbə pulunun hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmaması məsələsinə dair Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və X10 haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır....Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinin aşağıdakı zəruri əlamətləri müəyyən edilmişdir. Bunlar: 1) özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, 2) onu qaytarmaqdan boyun qaçırmaq, 3) onun ödənilməsini digər şəkildə gecikdirmək, 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi, gecikdirməyə görə təqsirinin olması və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi 5000 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qarılıqlı iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 3-cü bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə araşdırması zamanı qarşılıqlı iddia üzrə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası məhkəmədə sübuta yetmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə nəzərə alır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1738/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1738/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver