Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-174/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2 İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 79040 manat məbləğində real zərərin, 50.000 manat məbləğində əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə cavabdeh mülkiyyətində olan **-HG-*** dövlət qeydiyyat nişanlı, "Toyota Prado” markalı minik avtomobili ilə H.Əliyev prospektində (hava limanı yolu, Qala istiqaməti) hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsinin səbəbi ilə cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və barəsində Bakı şəhər DYPİ tərəfindən TP3581641 saylı, xx.xx.2020-ci il tarixli İnzibati Tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsinin səbəbindən iddiaçının mülkiyyətində olan **-ML- *** dövlət qeydiyyat nişanlı, "Audi” markalı avtomobilə 79040 manat məbləğində zərər dəymişdir. Bu öz əksini avtomobil barəsində “xxxx” MMC (Audi Servis) tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Qüsur Aktında da tapmışdır. İddiaçı tərəfdən cavabdehə pretenziya məktubu göndərilmiş və məhkəmədənkənar dəymiş zərərin ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bu səbəbdən cavabdehə qarşı məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Cavabdeh tərəfindən dəymiş maddi zərər olaraq 79040 manat məbləğində real zərər və avtomobilin təmir ediləndən sonra alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində 50.000 manat məbləğində əldən çıxmış fayda ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Vəkil1 əlavə olaraq qeyd etdi ki, iş üzrə verilmiş ekspert rəyində iddiaçının mülkiyyətində olan **-ML-*** dövlət qeydiyyat nişanlı, "Audi” markalı avtomobilə dəymiş zərər az göstərilmişdir. Məhkəmədən avtomobil barəsində “xxxx” MMC (Audi Servis) tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Qüsur Aktının mötəbər sübut kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin digər iclaslarında iştirak edən cavabdeh tərəf yol-nəqliyyat hadisəsində təqsirinin olmadığını, buna görə də iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh tərəf məhkəmənin xx.xx.2021-ci il tarixli iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, o cümldən ekspertiza rəyini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri DYPİ-nin xx xxxxx 2020-ci tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir; İXP seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətinə əsasən X6 xx.xx.2020-ci il tarixdə saat 11:40-da radələrində idarə etdiyi “Toyota Prado” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir; AB seriyalı, 351884 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətinə əsasən 2009-cu il buraxılışlı “Toyota Prado” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir; AD seriyalı, 247189 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətinə əsasən 2011-ci il buraxılışlı “Audi A8” minik markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir; «xxxx» MMC-nin tərtib etdiyi Təmir Kartında “Audi A8” minik markalı, **-ML- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməklə dəymiş zərər üçün qüsur aktının tərtib edilmə xərci -150 manat müəyyən edilmişdir. «xxxx» MMC-nin tərtib etdiyi Qüsur Aktında avtomobilin hansı detallarının təmir edilməsi və yenisi ilə əvəzlənməsi göstərilmiş, “Audi A8” minik markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməklə dəymiş zərər 79040 manat müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-2152/2020 saylı qərardadın surətinə əsasən Bakı şəhər DYPİ tərəfindən Cavabdeh barəsində qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan verdiyi şikayətin təmin edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, X3 Bakı şəhər DYPİ tərəfindən barəsində qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan verdiyi şikayətin təmin edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2020-ci il tarixli, 44170-1220 nömrəli məktubuna və məktuba əlavə edilmiş məlumata əsasən X3 adında xx.xx.2008-ci il tarixdən “Mitsubishi Grandis” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2010-cu il tarixdən “Toyota Prado” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdadır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5114 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən 2011-ci il buraxılışlı, “Audi A8" markalı, **-ML-*** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 28800,0 (48000,0 m - 40%) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir; xx xxx 2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəlmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 2011-ci il buraxılışlı “Audi A8” minik markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan qeyd edilən daşınar əmlaka (cavabdehin sahibliyində və istifadəsində olan zaman) ziyan vurulmuşdur. İş materiallarında olan «xxxx» MMC-nin tərtib etdiyi qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla Audi A8” minik markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməklə dəymiş zərər 79040 manat müəyyn edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən 2011-ci il buraxılışlı, “Audi A8" markalı, **-ML-*** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 28800,0 (48000,0 m - 40%) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir.Cavabdeh iddiaçının mülkiyyətində olan əmlaka maddi ziyanın onun təqsiri üzündən dəydiyini qəbul etmir. Lakin Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-2152/2020 saylı qərardadından görünür ki, Cavabdeh Bakı şəhər DYPİ tərəfindən barəsində qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan verdiyi şikayətin təmin edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, Cavabdeh təqsirli və hüquqa zidd əməli nəticəsində İddiaçı mülkiyyətində olan əmlaka birbaşa zərər vurulması sübut olunur. Bununla belə, məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5114 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia tələbi qismən təmin edilməli, **-ML-*** dövlət qeydiyyat nişanlı, "Audi” markalı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği müəyyən edilərkən həmin rəydə göstərilmiş məbləğ əsas götürülməli, vurulmuş zərərin əvəzi qismində 28800 manat mənbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “50.000 manat məbləğində əldən çıxmış faydanın” tutulmasına münasibətdə qeyd edir ki, həmin hissədə iddia təələbi rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; İstinad edilən maddi hüquq normalarından göründüyü kimi, iddiaçı avtomobilin zərər dəyməsi ilə əlaqədar ona vurulmuş zərər (əldən çıxmış fayda) olaraq cavabdehdən 50000 manat məbləğinin onun xeyrinə tutulmasını tələb etsə də, real olaraq belə bir gəlirin əldə edilməsinin mümkünlüyünü təsdiq edən və ya həmin gəlirdən məhrum olmasına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə bu halı sübuta yetirmək iddiaçının üzərindədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2011-ci il buraxılışlı “Audi A8” minik markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 28800 manat tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu 30 manat iddiaçı ödənilməli, keçirilmiş məhkəmə ekspertiza xərci olaraq 100 manat iddianın təmin olunmasına uyğun olaraq 36 manatı iddiaçıdan, 64 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 dəymiş ziyan 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat, ödənilmiş dövlət rüsumu olaraq 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manatın - 36 manatı İddiaçıdan, 64 manatı cavabdeh X4 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-174/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-174/2021
11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver