Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1744/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əlili Gülnar Yadulla qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh X2 qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı” ASC ilə Cavabdeh Ayal oğlu arasında bağlanmışxx xxxxx 2015-ci il tarixli 129409-1-15082 saylı “Nağd pul krediti müqaviləsi” və həmin müqaviləyə edilmiş xx xxxxxx 2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən xx.xx.2020-ci il tarixə Banka borclu olduğu 8.814.02 (səkkiz min səkkiz yüz on dörd, 02) manat məbləğində əsas borc, 1.239,62 (bir min iki yüz otuz doqquz, 62) manat məbləğində faiz borcu, ümumilikdə 10.053,64 (on min əlli üç, 64) manat pul məbləğinin; xx xxxxxx 2014-cü il tarixli 129409-1- 11763 saylı “Kredit xətti müqaviləsrnə əsasən xx.xx.2020-ci il tarixə Banka borclu olduğu 945,04 (doqquz yüz qırx beş, 04) ABŞ dolları məbləğində əsas borc, 210,40 (iki yüz on, 40) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 1.155,44 (bir min bir yüz əlli beş, 44) ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X3 (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 129409-CNS-7272 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən A.A.Əliycvə istehlak məqsədilə illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 13.000 (on üç min) ABŞ dolları məbləğində kredit verilmişdir.xx xxxxxx 2014-cü il tarixli 129409-1- 11763 saylı “Kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə istifadə edilmiş məbləğə illik 32 (otuz iki) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1.000 (bir min) ABŞ dolları məbləğində kredit xətli açılmışdır. xx xxxxx 2015-ci il tarixli 129409-1-15082 saylı “Nağd pul krediti müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədilə illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 10.903,02 (on üç min doqquz yüz üç, 02) ABŞ dolları məbləğində kredit verilmişdir. “xx.xx.2015-ci il tarixli 129409-1-15082 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” xx xxxxxx 2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən Cavabdeh xx.xx.2015-ci il tarixə Banka mövcud olan borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 10.630 (on min altı yüz otuz) manat məbləğində müəyyən edilmiş və illik 25 (iyirmi beş) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətinə uzadılmışdır. Lakin borclu şəxs Cavabdeh xx.xx.2015-ci il tarixli 129409-1-15082/1 saylı müqzavilə üzrə götürdüyü öhdəliklərini xx.xx.2016-cı il tarixdən icra elməmiş və nəticədə cavabdehin Banka 8.814,02 (səkkiz min səkkiz yüz on dörd, 02) manat məbləğində əsas borc, 1.239,62 (bir min iki yüz otu/ doqquz, 62) manat məbləğində faiz borcu, ümumilikdə 10.053,64 (on min əlli üç, 64) manat məbləğində borcu və xx xxxxxx 2014-cü il tarixli 129409-1-11763 saylı “Kredit xətti müqaviləsi” üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2015-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 945,04 (doqquz yüz qırx beş, 04) ABŞ dolları məbləğində əsas borc, 210,40 (iki yüz on, 40) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 1.155,44 (bir min bir yüz əlli beş, 44) ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin tələblərinə əsasən bu müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”m vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Məhkəmə baxışı iclasında İddiaçı ASC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: İddiaçı X3 (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 129409-CNS-7272 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən A.A.Əliycvə istehlak məqsədilə illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 13.000 (on üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixli 129409-1-11763 saylı “Kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə istifadə edilmiş məbləğə illik 32 (otuz iki) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1.000 (bir min) ABŞ dolları məbləğində kredit xətli açılmışdır. xx xxxxx 2015-ci il tarixli 129409-1-15082 saylı “Nağd pul krediti müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədilə illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 10.903,02 (on üç min doqquz yüz üç, 02) ABŞ dolları məbləğində kredit verilmişdir. “xx.xx.2015-ci il tarixli 129409-1-15082 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” xx xxxxxx 2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən Cavabdeh xx.xx.2015-ci il tarixə Banka mövcud olan borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 10.630 (on min altı yüz otuz) manat məbləğində müəyyən edilmiş və illik 25 (iyirmi beş) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətinə uzadılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Kassa Məxaric orderinin surətindən görünür ki, 12676 ABŞ dolları məbləğində kredit X5 tərəfindən imza edilərək qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli, № 262/p və № 263/p nömrəli pretenziyadan görünür ki, Cavabdeh borc məbləğinin 5 (beş) iş günü müddətində Banka ödənilməsi tələb edilmişdir. Əgər göstərilən müddət ərzində Bankın pul tələbləri ödənilməzsə, tərəflərindən pul tələblərinin ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, maliyyə arayışı məlumatlarından və əlavə edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavabdehin tərəfindən istifadə etdiyi kredit vəsaitinə görə İddiaçı ASC-yə Cavabdeh xx.xx.2014-cü il tarixli 129409-1-11763 saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixə 945,04 ABŞ dolları əsas, 210,40 ABŞ dolları faiz, 0,00 ABŞ doları cərimə, cəmi 1155,44 ABŞ dolları məbləğində borcu vardır, borclu müqavilə üzrə öhdəliyini xx.xx.2015-ci il tarixdən icra etmir. Həmçinin Cavabdeh xx.xx.2015-ci il tarixli 129409-1-15082/1 saylı müqavilə üzrə xx.xx.2020-cü il tarixə 8814,02 manat əsas, 1239,62 manat faiz, 0,00 manat cərimə, cəmi 10053,64 manat məbləğində borcu vardır, borclu müqavilə üzrə öhdəliyini xx.xx.2016-cı il tarixdən icra etmir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbində göstərilən kredit müqavilələri üzrə tələb olunan məbləği iddiaçı cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh Ayal oğlu arasında bağlanmışxx xxxxx 2015-ci il tarixli 129409-1-15082 saylı “Nağd pul krediti müqaviləsi” və həmin müqaviləyə edilmiş xx xxxxxx 2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən xx.xx.2020-ci il tarixə Banka borclu olduğu 8.814.02 (səkkiz min səkkiz yüz on dörd, 02) manat məbləğində əsas borc, 1.239,62 (bir min iki yüz otuz doqquz, 62) manat məbləğində faiz borcu, ümumilikdə 10.053,64 (on min əlli üç, 64) manat pul məbləği, xx xxxxxx 2014-cü il tarixli 129409-1-11763 saylı “Kredit xətti müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə Banka borclu olduğu 945,04 (doqquz yüz qırx beş, 04) ABŞ dolları məbləğində əsas borc, 210,40 (iki yüz on, 40) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 1.155,44 (bir min bir yüz əlli beş, 44) ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx xxx 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxx 2015-ci il tarixli və həmin müqaviləyə edilmiş xx xxxxxx 2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən 8.814.02 manat məbləğində əsas borc, 1.239,62 manat məbləğində faiz borcu, ümumilikdə 10.053,64 (on min əlli üç, 64) manat pul məbləği, xx xxxxxx 2014-cü il tarixli “Kredit xətti müqaviləsrnə əsasən 945,04 ABŞ dolları məbləğində əsas borc, 210,40 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 1.155,44 ABŞ dolları pul məbləği (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə manatla) və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1744/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1744/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver