Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1761/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Gəncə filialına 16 yanvar 2008-ci il tarixli, 03/k 0336 saylı kredit müqaviləsi üzrə kreditin təminatı kimi girov qoyulmuş, dəyəri 5800 manat olan qızıl əşyalarının qanunsuz olaraq satılması nəticəsində ona dəymiş 5300 manat pulun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" ASC Gəncə filialı ilə yanvar 2008-ci il tarixli kredit müqaviləsinə müvafiq olaraq 18 ay müddətinə 5100 manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi 16 yanvar 2008-ci ildə girov müqaviləsi bağlanmış kreditin təminatı kimi ona məxsus 5800 manat dəyərində qızıl əşyası girov qoyulmuşdur. 2008-ci ilin may ayınadək aylıq ödənişləri vermiş, maddi sıxıntıda olduğundan öhdəlikləri yerinə yetirə bilmədiyinə görə kreditin ödənilməsi üçün girovun satılmasını bildirmişdir. "xxxx" Bank ASC-nin əməkdaşı Samir İbrahimov bildirdi ki, bu haqda rəhbərliklə danışıb məlumat verəcəkdir. Ona çağırtdırıb girovun satılmasına razılıq verməyini və sənədlərə qol çəkməyini dedi. O, razılaşdı, girovlar olan zərfin üzərinə də qol çəkdi və ona bildirdi ki, get qalanını özü həll edəcək. Bildirir ki, iddiaçı "xxxx" ASC məhkəmə qarşısında iddia qaldırmış və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı 16 yanvar 2008-ci il tarixdə "xxxx" ASC ona kredit ayrılması üçün müraciət etmişdir. 16.01.2008-ci il tarixli 03/k0336 saylı Kredit müqaviləsinə əsasən "xxxx" ASC İddiaçı illik 23 faiz ödəmək şərti ilə 18 ay müddətinə 5100 manat məbləğində kredit vermişdir, 27.05.2008-ci il tarixədək müqavilə öhdəliklərin yerinə yetirmiş, ondan sonra isə yerinə yetirilməmişdir. Nəticədə onun banka 4142.19 manat məbləğində əsas borcu, 761.05 manat məbləğində faiz borcu və 703.86 manat məbləğində cərimə olmaqla cəmi 5607.1 manat məbləğində borcu qalmışdır. 16.01.2008-ci il tarixli 03/k 0336 saylı Kredit müqaviləsinin ləğv edilməsi və 4142.19 manat məbləğində əsas borcun 761.05 manat məbləğində faiz borcunun və 703.86 manat məbləğində cərimə olmaqla cəmi 5607.1 manat məbləğində borcun cavabdeh İddiaçı "xxxx" ASC xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1-ci instansiya məhkəməsi tərəfindən yuxanda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Gəncə şəhəri Kəpəz rayonu Məhkəməsinin 11 fevral 2009-cu il tarixli 2-107 saylı qətnaməsindən o, apelyasiya şikayəti verərək həmin qətnaməni ləğv edib birinci insatansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim edilmiş sübutlar əsasında kreditin girov qoyulmuş əşyalar hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılmış və məhkəmənin 10 fevral 2011-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 11 fevral 2009-cu il tarixli 2- 107 saylı qətnaməsi tamamilə ləğv edilərək iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 16.01.2008-ci il tarixli 03/k0336 saylı Kredit müqaviləsi ləğv edilmiş, cavabdeh İddiaçı 4141.19 manat əsas borc, 761.05 manat faiz, borcu və 200 manat cərimə olmaqla cəmi 5133.24 manat pulun alınıb "xxxx" ASC-yə verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş. "xxxx" ASC-nin əməkdaşı S.İbrahimovun hərəkətlərində cinayət tərkibi olması barədə xüsusi qərardad çıxarılmış və araşdırma aparılması üçün Gəncə şəhər prokurorluğuna göndərilmişdir. Gəncə şəhər prokurorluğunun müstəntiqi Fuad İsrəfilov onun şahid qismində ifadəni almış və üzləşdirmə aparmışdır. Üzləşdirmə zamanı F.İbrahimov etiraf edərək bildirdi ki, “bunun əmlakını da mənim üstümə yazın, cavabdeh mənəm”. Bundan sonra müstəntiq F.İbrahimov bildirdi ki, “sən get sənin işin bitdi, sənlik bir iş qalmadı, məsələn bağlandı”. 2017-ci ildə Gəncə İcra İdarəsi tərəfindən onun pensiyasından tutulma göstərişi verildiyindən oraya getdi və xüsusi qərardadın surətini onlara verdi pensiyadan pul tutulması dayandırıldı. 2019-cu ildə yenidən pensiyadan tutulma aparıldı, O. yenidən məhkəməyə və prokurorluğa müraciət etdi. Məlum oldu ki, Gəncə şəhər prokurorluğu xüsusi qərardadla bağlı heç bir qərar qəbul etməmiş, cinayət işini ayırmış, hərəkətsiz saxlamış, başqa işlər üzrə S.İbrahimov ittiham verib işi məhkəməyə göndərmişdir. 01.03.2019-cu il tarixdə dolların kursunun dəyişməsi ilə əlaqədar ödənilmiş 1133 manat kompensasiyası 693,70 manatı "xxxx" ASC-yə, qalanı "xxxx" KB ASC-yə keçirilmiş, pensiyanın 162 manatı da tutularaq "xxxx" ASC-yə keçirilmişdir. Kompensasiya birbaşa Mərkəzi Bank tərəfindən bitirmişdir. Pensiyadan tutulma isə icra orqanının qərarı ilə olmuşdur. Qeyd edir ki, məhkəmə baxışında onun etibarından istifadə edilib onun kredit məbləğinin ödənilməsi üçün girovdan istifadə edilməsi barədə razılığı olmadan borc onun əmlakına yönəldilmişdir. Həmin fakt Gəncə Apelyasiya Məhkəməsinin xüsusi qərardadında öz təsdiqini tapmışdır. Qanunsuzluq nəticəsində onun 5800 manat dəyərində əmlakının 500 manat dəyərləndirilib satılmışdır. Lakin Bank bu gün inəndən yenə pul tələb edir. Ona görə onun 5800 manat məbləğində dəyərləndirilən qızıl əşyaları onun borcunun silinməsinə sərf edilməlidir. Məhkəmə qətanməsi ilə “xxxx" ASC-nin xeyrinə ondan tutulmalı olan 5103,24 manat pulun, 500 manatı girov qoyulmuş əmlak hesabına, 694 manatı kompensasiya pulumun lıesabıra, 162 manat pensiya pulumun hesabına tutulmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir.Lakin cavabdeh “xxxx” ASC-nin nümayəndəsi 20.04.2021-ci il tarixdə vəsatətlə müraciət edərək, İddiaçı cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2020-ci il tarixli 2-3(103)-131/2020 nömrəli qərarından görünür ki, “xxxx” ASC-nin müflis elan edilməsi və Əmanətlərin Sığortalanması Fondunun “xxxx” ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, cavabdeh “xxxx”Açıq Səhmdar Cəmiyyəti müflis elan edildiyindən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 72-ci maddəsində sadalanan hallar sırasında bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılması, bank barəsində digər məhkəmə icraatına başlanılmaması və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməsi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi baqqında məhkəmə qərardad çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh hüquqi şəxs ləğv edildiyindən, eləcə də müvafiq iddia tələbi məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-ci və 263-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1761/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1761/2021
20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver