Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1768/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “verilmiş pul məbləğinin, əldən çıxmış faydanın və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “verilmiş pul məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.000 (on iki min) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh barəsində xüsusi qərardad çıxarıb Bakı şəhəri Nərimanov Rayon Rrokurorluğuna göndərilməsini xahiş etmişdir. İddiaçı müvafiq iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, özünə ev almaq istəyirdi və bunun üçün sosial şəbəkədə ev elanlarına baxırdı. 2018-ci ilin oktyabr ayının əvvəllərində tap.az saytında bir elanla rastlaşdı. Həmin elanda qeyd edilmiş nömrəyə zəng edib elanda yerləşdirilən evlə maraqlandı. Telefona cavab verən şəxs özünü Cavabdeh kimi təqdim etmiş və evin Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsində 2 sot torpaq sahəsinin içərisində 1 mərtəbəli ev olduğunu bildirmişdir. O, Cavabdeh ilə görüşüb gedib həmin evə baxmış və həmin evi bəyənmişdir. xx xxxxxxx 2018-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 26 nömrəli evin 38 nömrəli mənzildə Cavabdeh 12.000 (on iki min) manat məbləğində pul vermişdir. Həmin vaxt onun yanında atası Təvəkkül Xalıqov olmuşdur. Cavabdeh həmin evin sənədlərini hazırlayıb iki günə ona xəbər edəcəyini bildirmişdir. Lakin bundan sonra Cavabdeh zəng edərək evin sənədlərini nə vaxt hazır olacağını soruşanda sonuncu öz növbəsində müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bundan sonra Cavabdeh onu aldatdığını başa düşmüş və bu barədə polisə müraciət etmişdir. Polis işin araşdırılmasından sonra cavabdeh şəxs 12.000 (on iki min) manat pul vəsaitinin ondan almasını etiraf etmişdir. xx xxxxxx 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Buna görə də həmin pulların cavabdehdən alınması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, cavabdehdən həmin pullar məhkəmə qərarı əsasında alınıb ona ödənilməlidir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə xx xxxx 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.000 (on iki min) manat məbləğində pul vəsaitinin, Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına əsasən bankın uçot dərəcəsi hesablanmaqla 5.692 (beş min altı yüz doxsan iki) manat olmaqla, cəmi 17.692 (on yeddi min altı yüz doxsan iki) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh barəsində xüsusi qərardad çıxarıb Bakı şəhəri Nərimanov Rayon Rrokurorluğuna göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X1 xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın məzmunundan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir; Müvafiq qərar ilə həm də müəyyən edilmişdir ki, xx xxx 2020-ci il tarixdə İddiaçı Bakı şəhəri Nərimanov rayonu 18-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx xxxxxxx 2018-ci il tarixdə Cavabdeh onun etibarından sui-istifadə edib ona ev satacağı adı ilə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 26 nömrəli evin 38 nömrəli mənzilində 12.000 (on iki min) manat məbləğində pul vəsaitini ələ keçirmişdir; Qeyd edilən qərar ilə aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı 2018-ci ildə tanımışdır. Həmin ilin oktyabr ayında İddiaçı ona zəng edərək mobil nömrəni tap.az saytından götürdüyünü və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evlərdən birinə baxıb almaq istədiyini bildirmişdir. Bundan sonra o İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə dəvət etmiş və istədiyi evi ona göstərmişdir. İddiaçı evi bəyəndiyini bildirmiş və həmin gün Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metro stansiyası yaxınlığında dəqiq bilmədiyi ünvanda ona 12.000 (on iki min) manat məbləğində pul vəsaiti vermişdir. Bundan sonra evin işığında və qazında nasazlıq olduğuna görə, o İddiaçı bir müddət gözləməsini bildirmişdir. Bir müddət keçdikdən sonra o vədinə əməl edə bilməmiş və İddiaçı ondan pulunu geri tələb etmişdir. Lakin o həmin vaxt xəstə olduğundan, yəni ürəyindən iki dəfə əməliyyat olunmuş və bu səbəbdən İddiaçı pulunu qaytarmağa imkanı olmamışdır. Eyni zamanda bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində bəyənib ona 12.000 (on iki min) manat məbləğində pul verdiyi evi xx xxxx 2020-ci il tarixədək təhvil verəcəkdir; ASAN 2 tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1990-cı il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, xx xxxx 1968-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 96A, mənzil 46 ünvanında qeydiyyatdadır; xx xxxxxx 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx xxx 2020-ci il tarixdə İddiaçı Bakı şəhəri Nərimanov rayonu 18-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx xxxxxxx 2018-ci il tarixdə Cavabdeh onun etibarından sui-istifadə edib ona ev satacağı adı ilə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 26 nömrəli evin 38 nömrəli mənzilində 12.000 (on iki min) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X1 xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı ilə İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Müvafiq qərar ilə həmçinin zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı 2018-ci ildə tanımışdır. Həmin ilin oktyabr ayında İddiaçı ona zəng edərək mobil nömrəni tap.az saytından götürdüyünü və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evlərdən birinə baxıb almaq istədiyini bildirmişdir. Bundan sonra o İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə dəvət etmiş və istədiyi evi ona göstərmişdir. İddiaçı evi bəyəndiyini bildirmiş və həmin gün Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metro stansiyası yaxınlığında dəqiq bilmədiyi ünvanda ona 12.000 (on iki min) manat məbləğində pul vəsaiti vermişdir. Bundan sonra evin işığında və qazında nasazlıq olduğuna görə, o İddiaçı bir müddət gözləməsini bildirmişdir. Bir müddət keçdikdən sonra o vədinə əməl edə bilməmiş və İddiaçı ondan pulunu geri tələb etmişdir. Lakin o həmin vaxt xəstə olduğundan, yəni ürəyindən iki dəfə əməliyyat olunmuş və bu səbəbdən İddiaçı pulunu qaytarmağa imkanı olmamışdır. Eyni zamanda bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində bəyənib ona 12.000 (on iki min) manat məbləğində pul verdiyi evi xx xxxx 2020-ci il tarixədək təhvil verəcəkdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.000 (on iki min) manat məbləğində pul vəsaitinin, Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına əsasən bankın uçot dərəcəsi hesablanmaqla 5.692 (beş min altı yüz doxsan iki) manat olmaqla, cəmi 17.692 (on yeddi min altı yüz doxsan iki) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh barəsində xüsusi qərardad çıxarıb Bakı şəhəri Nərimanov Rayon Rrokurorluğuna göndərilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası “12.000 (on iki min) manat məbləğində pul vəsaitinin” tutulması hissəsində əsaslıdır, iddiaçı iddiasını həmin hissədə əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla əlaqədar məhkəmə belə qənaətə gəlir ki, İddiaçı məxsus 12.000 (on iki min) manat məbləğində pul hər hansı hüquqi əsas olmadan Cavabdeh saxlanılmış, ona iddiaçı şəxsin baxıb bəyəndiyi evi satmağı vəd etməklə əssassız varlanmış və cavabdeh tərəfindən hüquqi əsas olmadan iddiaçı şəxsin hesabına əmlak əldə etmə kimi qiymətləndirilməlidir. Bununla belə iddiaçının tələbi nəzərə alınmaqla Cavabdeh əldə etdiyi 12.000 (on iki min) manat məbləğində pul vəsaiti İddiaçı qaytarmalıdır. Bu baxımdan məhkəmə belə hesab edir ki, İddiaçı xeyrinə tutulmalı 12.000 (on iki min) manat məbləğində pul vəsaiti Cavabdeh aid edilməlidir. Məhkəmə iddia tələbinin “5.692 (beş min altı yüz doxsan iki) manat məbləğində bankın uçot dərəcəsinin tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 12.000 (on iki min) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia ərizəsinin Cavabdeh hərəkətlərində müvafiq cinayətin əlamətlərinin aşkara çıxarılması barədə prokurora xəbər verilməsi, xüsusi qərardadın qəbul edilməsi və Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilməsi barədə qərardad qəbul edilməsi ilə bağlı qeyd edir ki, xüsusi qərardadın qəbul edilməsinin heç bir hüquqi əsası yoxdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12.000 (on iki min) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1768/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1768/2021
28.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver