Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1772/2022 17.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı Edrees Ali X28 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 (eyni zamanda, cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinin vəkili) iştirakları ilə, İddiaçı Edrees Ali X28 cavabdehlər Bakı şəhəri 9 saylı notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki iş açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Edrees Ali X31 cavabdehlər Bakı şəhəri 9 saylı notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı notariat ofisində bağlanılan 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya geri ödənilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X5 əməllərində cinayət tərkibinin əlamətləri olduğu üçün onların əməllərinə hüquqi qiymət verilməsi üçün göstərilən şəxslər barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X13 vətəndaşıdır. Belə ki, o, Azərbaycan Respublikasında turist qismində olduğu vaxt hazırkı iş üzrə cavabdeh olan və Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh2 ilə tanış olmuşdur. Sonuncu isə onu xx.xx.1961-ci il təvəllüdlü atası Cavabdeh3 ilə tanış etmişdir. Bundan sonra Cavabdeh2 onu xx.xx.1982-ci il təvəllüdlü X15 ilə tanış etmişdir. Daha sonra göstərilən şəxslər Bakı şəhəri 9 saylı notariat ofisi ilə birləşərək onun ölkədə qonaq (turist) olmasından, Azərbaycan dilini bilməməsindən və ən əsası etibarından suiistifadə etməklə onun pullarını mənimsəyərək başına olmazın oyunlar açmış və ona qarşı xeyli qanunsuz əməllərə yol vermişlər. Belə ki, 2017-ci ilin sentyabr ayında Cavabdeh2 ona ünvan 1 ünvanında yerləşən 0.09 ha ölçüdə guya ucuz qiymətə torpaq sahəsinin satıldığı və həmin torpaq sahəsinin onun tərəfindən alınaraq orada özü üçün yaxşı bir villa tikməsi və gələcəkdə Azərbaycana gələrkən otellərdə deyil, məhz öz şəxsi bağ evində qalması barədə təklif irəli sürmüşdür. Daha sonra o, Cavabdeh2 bu təklifi ilə bu şərtlə razı olmuşdur ki, həmin torpaq sahəsi tam şəkildə onun Azərbaycan Respublikasında yaradacağı şirkətin adına rəsmiləşdirilsin. Çünki o, əcnəbi şəxs olduğundan həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinin mümkünsüz olmasından (qanunla buna yol verilmədiyindən) məlumatlı idi və buna görə də yalnız öz adına şirkət təsis etdikdən sonra həmin torpaq sahəsinin yeni yaradılan şirkətin adına alqı-satqı edilməsi bərədə öz aralarında şifahi razılığa gəlmişlər. Daha sonra Cavabdeh2 bununla razılaşmış və torpaq sahəsinin alınması üçün göndərilməli pulun onun öz adına deyil, məhz atası və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh3 adına göndərilməsini ondan xahiş etmişdir. Daha sonra o, öz vətənindən, yəni BƏƏ-dən xx.xx.2017-ci il tarixində bank vasitəsilə 176.070,87 (yüz yetmiş altı min yetmiş ABŞ dolları səksən yeddi sent) USD köçürmə etmiş və Cavabdeh3 da həmin göndərilən pulu şəxsən "xxxx"dan çıxardaraq oğlu Cavabdeh2 ilə birlikdə xərcləmişlər. Bunu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən "xxxx" ASC-nin HD-336/21 saylı, xx.xx.2021-ci il tarixli “Cavab məktubu” da açıq-aşkar sübut edir. Həmin “Cavab məktubu”na əsasən: “Cavabdeh3 USD valyutasında olan cari hesabına BƏƏ-dən Edrees Ali X31 tərəfindən xx.xx.2017-ci il tarixində 176.070,87 USD köçürmə olmuş, xx.xx.2017-ci il tarixində "xxxx" ASC-nin Baş İdarəsinin Müştəri Xidmətləri Departamentinin kassasından Cavabdeh3 tərəfindən 174.846,94 USD məbləğində vəsait nağdlaşdırılmışdır. Nağdlaşdırmaya görə komissiya 1.223,93 USD təşkil etmişdir”. Göründüyü kimi, Əliyev X4 Məhəmmədəli Komu oğlu vasitəsi ilə ondan 299.320,47 (iki yüz doxsan doqquz min üç yüz iyirmi manat qırx yeddi qəpik) manat (176.070,87 USD x 1.70 (həmin vaxtda 1 (bir) ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 1.70 AZN olmuşdur) = 299.320,47 manat) vəsait əldə etsə də razılaşmaya əsasən 0.09 ha torpaq sahəsini onun təsis etdiyi şirkətin adına rəsmiləşdirməmiş, onu aldararaq həmin torpaq sahəsini guya onun təsis etdiyi şirkətin adına rəsmiləşdirmək adı ilə onunla icarə müqaviləsi bağlamış, bu azmış göstərilən torpaq sahəsini ona aylığı 200 manat icarə haqqı olmaqla icarəyə vermişdir və nəticədə yalnız həmin torpaq sahəsinin üzərində yerləşən 179,6 kv.metrdən ibarət olan 94 saylı bağ evini onunla alqı-satqı etmişdir. Cavabdeh2 bir çox məsələlərdə atası Cavabdeh3 istifadə etməsinə baxmayaraq ona qarşı yol verilən bütün bu qanunsuzluqlara birbaşa rəhbərlik etmişdir.Göründüyü kimi, tərəflər arasında qeyd olunan şərtlərlə şifahi müqavilə bağlanılsa da cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri qismən icra etmiş və 0.09 ha torpaq sahəsində yerləşən 179,6 kv.metrdən ibarət olan 94 saylı bağ evini onunla alq-satqı etmişdir. Yerdə qalan 0.09 ha torpaq sahəsini isə onu aldararaq yalnız Bakı şəhəri 9 saylı notariat ofisində 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli icarə müqaviləsini bağlamaqla kifayətlənmişdir. Nəticədə cavabdeh ona qeyd olunan 0.09 ha torpaq sahəsinin də onun adına rəsmiləşdirildiyini bildirmişdir. O isə Cavabdeh2 inanmış və Azərbaycan dilini bilmədiyindən (Bakı şəhəri 9 saylı notariat ofisində göstərilən müqavilə rəsmiləşdirilərkən tərcüməçi ilə təmin edilmədiyindən) elə məhz həmin icarə müqaviləsi ilə də həmin torpaq sahəsinin onun şirkətinin adına rəsmiləşdirildiyi qənaətinə gəlmişdir.Qeyd olunmalıdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən 94 saylı bağ evi hazırda onun adına olmaqla ona məxsusdur. Bu Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrində 161 nömrəli reyestr kitabının 15934 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışla da bir daha təsdiq olunur. Belə ki, AN-İ № ******* nömrəli, xx.xx.2017-ci il tarixli “Daşınmaz Əmlakin Alqı-satqı Müqaviləsi”nə əsasən Cavabdeh2 göstərilən torpaq sahəsini onun Cavabdeh2 göndərdiyi pulla X27 adlı şəxsdən cəmi 32.000,00 (otuz iki min) manata almışdır. AN-İ № ******* nömrəli, xx.xx.2018-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi”nə əsasən Əliyev X10 İrina Yaqubovna adlı şəxsdən cəmi 32.000,00 (otuz iki min) manata aldığı daşınmaz əmlakı ona dəfələrlə yuxarı məbləğə olmaqla 120.000,00 (yüz iyirmi min) manat məbləğinə (88.000,00 (səkson səkkiz min) manat bahasına olmaqla) satmış və bu azmış həmin torpaq sahəsini aralarında gəldikləri razılaşmaya uyğun olaraq onun təsis etdiyi "xxxx" MMC-nin adına rəsmiləşdirməmişdir. Qeyd olunan şəxslər bununla kifayətlənməyərək həmçinin ona “tələ” qismində “Nikah müqaviləsi” də imzalatdırmışlar ki, gələcəkdə onun pullarını bir az mənimsəmək daha da rahat olsun. Hansı ki, həmin sənədin də heç bir hüqugi əsası yoxdur. Həmçinin qeyd olunan bütün bu qanunsuz hərəkətlərə rəhbərlik edən Cavabdeh2 (əldə etdiyi məlumata əsasən Cavabdeh2 hazırda Azərbaycan Respublikasında yaşamır və ondan mənimsədiyi pullar vasitəsilə Kanadaya köçərək hazırda orada yaşayır, lakin onun Azərbaycan Respublikasında olması da istisna edilmir) onunla tanış etdiyi X11 da idarə edərək (hazırda da Dilrubə Elçinin bir növ burada nümayəndəsi olaraq onun qanunsuz göstərişlərini icra eləməkdədir) onu qanunsuz şəkildə onun bağ evinə salmış və ona tapşırıq vermişdir ki, oradan çıxmasın. Bununla bağlı tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində cavabdeh X7 qeyd olunan bağ evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia qaldırılmış və məhkəmə tərəfindən iddiasının tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmışdır. Yuxarıda qeyd olunan işin hallarından tam şəkildə aydın olur ki, Cavabdeh2, Cavabdeh3, X15 və Bakı şəhəri 9 saylı notariat ofisi Azərbaycan Respublikasında qonaq olan ona qarşı çoxlu sayda qanunsuz hərəkətlərə yol verərək onun pullarını mənimsəmiş və onun Azərbaycan dilini bilməməsindən istifadə edərək ona saxta sənədlərə qol çəkdirmişlər. Xüsusilə mühüm bir məqamı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, Azərbaycan Respublikasını sevən şəxsdir və turist olaraq qonağa qarşı belə qanunsuz hərəkətin edilməsi tam yolverilməzdir və qeyd olunan özbaşınalığın qarşısı alınmayacağı təqdirdə bunun əcnəbilərə münasibətlə Azərbaycan Respublikası barədə mənfi fikir formalaşdırılmaması və turistlərə qarşı yerli vətəndaşlar tərəfindən bu cür qanunsuz əməllərə yol verilməsi kimi məlumatların yayılmaması qaçılmaz olacaqdır. Göründüyü kimi, tərəflər arasında şifahi razılaşmaya əsasən bağ evi onun adına, bağ evinin yerləşdiyi torpaq sahəsi isə ona məxsus şirkətin adına rəsmiləşdirilməli idi. Təəssüflər olsun ki, cavabdeh onun Azərbaycan dilini bilməməsindən istifadə edərək torpaq sahəsini onun şirkətinin adına deyil, yalnız notariat kontorunda icarə müqaviləsi bağlayaraq onun istifadəsinə verməklə kifayətlənmişdir. Ona yalnız yaxın vaxtlarda onun qeyd olunan şəxslər tərəfindən aldadıldığı və etibarından sui-istifadə edilərək başına belə bir oyun açıldığı məlum olmuşdur. Təəssüflər olsun ki, Bakı şəhəri 9 saylı notariat ofisi 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli icarə müqaviləsinin onun bildiyi ərəb və ya ingilis dilinə tərcümə edilməsini təmin etməmiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun, həmçinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələblərini kobud şəkildə pozmaqla onu rəsmiləşdirmişdir. Xüsusilə qeyd edir ki, xx.xx.2021-ci il tarixdə hazırkı iş üzrə nümayəndəsi və vəkilinə etibarnamə verərkən Bakı 5 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinin notariusu X20 tərəfindən dərhal tərcüməçi dəvət olunmuş və yalnız X12 adlı tərcüməçi tərəfindən xx.xx.2021-ci il tarixli etibarnamənin məzmunu ona ingilis dilində izah olunduqdan sonra, həmçinin qeyd olunan etibarnamə göstərilən tərcüməçi tərəfindən şəxsən imza edildikdən sonra etibarnamə göstərilən notarius tərəfindən təsdiq edilmiş və bu barədə göstərilən etibarnamənin 2-ci səhifəsində lazımi qeydlər aparılmışdır. Belə olan halda sual yaranır: Necə ola bilər ki, Bakı 5 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinin notariusu X20 xx.xx.2021-ci il tarixli etibarnamənin məzmununun ona ingilis dilində izah olunması üçün onu tərcüməçi ilə təmin edir, amma 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli icarə müqaviləsini rəsmiləşdirərkən Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X14 onu bu hüquqdan məhrum edir? Məgər Bakı 5 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisi ilə Bakı şəhəri 9 saylı notariat ofisi hər ikisi Azərbaycan Respublikasında fəaliyyət göstərmir və fərqli qanunlarla işləyirlər? Bu isə tam şəkildə onu deməyə əsas verir ki, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X14 da ona qarşı müvafiq qanunsuz hərəkətlərin həyata keçirilməsində birbaşa maraqlı olmuş və belə kobud pozuntulara yol verərək qeyd olunan icarə müqaviləsini rəsmiləşdirməklə onun hazırkı vəziyyətə düşməsinin səbəbkarlarından biri olmuşdur. Yuxarıda qeyd olunan hallarla bağlı vəkili tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə sorğu verilmiş və sorğuya xx.xx.2021-ci il tarixli “cavab məktubu”nda göstərilmişdir ki, “müqavilənin tərcüməsi Edrees Ali X31 özü ilə gətirdiyi tərcüməçi tərəfindən təmin edilmişdir. Hansı ki, bu cavab tamamilə qəbuledilməzdir və yalandır. Çünki notariusun təbirincə deyilsə belə, əgər həmin icarə müqaviləsinin mətninin tərcüməsi onun öz tərcüməçisi tərəfindən təmin edilmişdirsə onda nəyə görə bununla bağlı müvafiq qeyd və tərcüməçinin imzası həmin müqavilədə əks edilməmişdir? Bu bir daha onu sübut edir ki, həmin icarə müqaviləsi qüvvədə olan qanunvericilik normalarına zidd olmaqla və onun əmlakını mənimsəmək məqsədilə onu aldatmaq yolu ilə tərtib edilmiş və Bakı şəhəri 9 saylı notariat ofisi isə bütün bu əməliyyatların birbaşa icraçısı olmuşdur. Onun göstərilən şəxslər tərəfindən aldadıldığı ona məhz necə və hansı vaxt məlum olması ilə bağlı isə bildirir ki, ünvan 2 ünvanında yerləşən 0.09 ha torpaq sahəsinin "xxxx" MMCnin adına alqı-satqı edilmədiyi (rəsmiləşmədiyi) məhz onun tərəfindən BƏƏ-dən 11 iyun 2021-ci il tarixdə nümayəndəsi və vəkili əlaqə saxlanılaraq keçmiş tanışı X2 nikahdan olan qızı ilə birlikdə qanunsuz olaraq onun evinə hər hansı razılığı və ya icazəsi olmadan ondan xəbərsiz şəkildə mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2nə qanunsuz şəkildə daxil olmasından və həmin bağ evində ona məxsus əmlakları talaması səbəbindən bununla bağlı vəkilinin təcili olaraq AR-nın DİN-nin 102 qaynar xəttinə müraciət etməsindən sonra məlum olmuşdur. Çünki ona qarşı qanunsuz əməllərə yol verən iştirakçıların digər aktiv üzvü olan X15 əvvəllər həmin bağ evində olarkən evdə olan ehtiyat açarları onun xəbəri olmadan götürərək özündə saxlamış və daha sonra onun Azərbaycan Respublikasını tərk etməsindən istifadə edərək qanunsuz şəkildə gizli olaraq onun əmlakına daxil olmuşdur. Bu hadisəni isə o, bağ evində quraşdırdığı video-müşahidə kameraları vasitəsilə izləyərkən görmüş və dərhal vəkili ilə əlaqəə saxlayaraq bu barədə məlumatı ona bildirmişdir. Daha sonra öncə qeyd olunanlara əsasən 11 iyun 2021-ci il tarixdə vəkili tərəfindən 102 qaynar xəttinə müraciət edilmişdir. Nəticədə 11 iyun 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşı Zaur müəllimlə birlikdə həmin bağ evinə getmişlər. X15 həmin bağ evində onun tərəfindən alınmış ərzaq məhsullarını götürdüyünü etiraf etsə də, həmçinin əsas bağ evindən çıxsa da, köməkçi tikilidən çıxmayaraq vəkilinə “siz məni buradan çıxara bilməzsiniz və bu torpaq ərəbin deyil ki, hələ bir onun haqqı da çatsın məni buradan çıxartsın” demişdir. X1 vəkilinə söylədikləri ilə bağlı onunla əlaqə saxladıqda və onda olan sənədləri yoxladıqda müəyyən olundu ki, ünvan 2nin yerləşdiyi 0.09 ha torpaq sahəsi Cavabdeh2 adında qalmaqda davam edir və Cavabdeh2 göstərilən 0.09 ha torpaq sahəsini onu aldadaraq yalnız onunla Bakı şəhəri 9 saylı notariat ofisində 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli icarə müqaviləsini bağlamaqla kifayətlənmişdir. Bununla da cavabdeh ona qeyd olunan 0.09 ha torpaq sahəsinin də guya onun adına rəsmiləşdirildiyini bildirmişdir. O isə Cavabdeh2 inanmış və Azərbaycan dilini bilmədiyindən (Bakı şəhəri 9 saylı notariat ofisində müqavilə rəsmiləşdirilərkən tərcüməçi ilə təmin edilmədiyindən) elə məhz həmin icarə müqaviləsi ilə də həmin torpaq sahəsinin onun şirkətinin adına rəsmiləşdirildiyi qənaətinə gəlmişdir. X15 qeyd olunan bağ evindən könüllü çıxmadığından bununla bağlı tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində cavabdeh X7 qeyd olunan bağ evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia qaldırılmış və məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(008)-5720/2021 saylı qətnaməsi ilə iddiası tam şəkildə təmin edilmişdir. Həmin ərazinin polis sahə müvəkkili Yaşar müəllimlə birlikdə həmin bağ evinə getdikdə, Yaşar müəllim də X7 həmin bağ evində heç bir hüquqi əsas olmadan və qanunsuz olaraq yaşamasını müəyyən edərək göstərilən şəxs barəsində onun həmin bağ evində qeydiyyatsız yaşası barədə AR İXM-nın 563.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Daha sonra göstərilən şəxs barəsində xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən ona xəbərdarlıq növündə inzibati tənbeh tətbiq edilmişdir. Odur ki, ona və "xxxx" MMC-nə ünvan 2nin yerləşdiyi 0.09 ha torpaq sahəsinin iddiaçı "xxxx" MMC-nin adına rəsmiləşmədiyi və cavabdehlər tərəfindən aldadıldığı məhz 11 iyun 2021-ci il tarixdə məlum olmuşdur. Yəni, vəkili X7 ona söylədikləri ilə bağlı onunla əlaqə saxladıqdan sonra və yalnız müvafiq sənədlər onun tərəfindən vəkilinə göndərildikdən sonra ünvan 2nin yerləşdiyi 0.09 ha torpaq sahəsinin Cavabdeh2 adında qalmaqda davam etdiyinin və cavabdehlərin onu aldadaraq onun pullarını mənimsədiklərinin vəkili tərəfindən müəyyən edilməsindən, daha sonra vəkilinin ona bu barədə məlumatı bildirdikdən sonra 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli icarə müqaviləsi bağlanarkən onun Bakı şəhəri 9 saylı notariat ofisi və digər cavabdehlər tərəfindən aldadıldığı ona məlum olmuşdur. Xüsusilə qeyd edir ki, 29 iyun 2004-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti 11 aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Lakin göründüyü kimi, qeyd olunan icarə müqaviləsi 11 aydan çox olan müddətə (5 il müddətinə) bağlanmasına baxmayaraq icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır. Həmçinin, qeyd edir ki, tərəfindən Dilrubə Həsənovanın qeyd olunan ərazidən çıxarılması tələbi ilə bağlı məhkəməyə müraciət edənə qədər və iddiaçı tərəfindən ona icarə haqqı uzun müddət ödənilməməsinə baxmayaraq Cavabdeh2 qanunsuz yollarla rəsmiləşdirilən icarə müqaviləsinin icra olunmaması, yəni icarə haqqının ona ödənilməməsi ilə bağlı bircə dəfə olsun belə ona müraciət etməmişdir. Çünki Cavabdeh2 özü də çox gözəl şəkildə bilirdi ki, həmin müqavilə saxta sənəd olmaqla etibarsız əqddir və əgər ona icarə haqqının ödənilməsi ilə bağlı müraciət etsə idi o başına açılan qanunsuz hadisələrdən daha əvvəl məlumatlı olmuş olardı. Məhz bu səbəbdən o bununla bağlı ona müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Edrees Ali X28 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını, eyni zamanda, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X5 əməllərində cinayət tərkibinin əlamətləri olduğu üçün onların əməllərinə hüquqi qiymət verilməsi üçün göstərilən şəxslər barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili, eyni zamanda, Bakı şəhəri 9 saylı notariat ofisinin vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddia tələbi tamamilə əsassız və qanunsuzdur. İddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar, eləcə də təqdim etdiyi sənədlərə sübut kimi istinad etməklə iddianın əsaslı olmasına məhkəmədə təəssürat yaratmağa çalışmışdır. Lakin həmin dəlillər əsaslı hesab oluna bilməz. Belə ki, həmin ərəfədə tərəflər arasında 2 müqavilə imzalanmışdır. Biri daşınmaz əmlakın, yəni fərdi yaşayış evinin alqı-satqısı, digəri isə torpaq sahəsinin icarə müqaviləsi. Lakin bir neçə il keçdikdən sonra, guya vacib əhəmiyyətli yanılmanın təsiri altında olduğuna görə icarə müqaviləsi yox, məhz torpağın alqı-satqı müqaviləsinin o dövrdə mövcud olmayan, yəni dövlət qeydiyyatına alınmayan hüquqi şəxsin adına bağlanılmasını zənn etmişdir. Halbuki, o hüquqi şəxs ümumiyyətlə o vaxt mövcud olmamış və təbii ki, onun adına və ya xeyrinə hər hansı bir əqd bağlanıla bilməzdi. Çünki həmin hüquqi şəxsin hüquq qabiliyyəti olmamışdır. Digər tərəfdən isə əgər iddiaçı müqavilə bağladıqda özünün vacib əhəmiyyətli yanılmanın təsiri altında olmasına istinad edirsə, o zaman bu hal üçün AR Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti üzrsüz olaraq ötürülmüşdür. Belə ki, AR MM-nin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı özünün verdiyi izahatında bildirir ki, bağladığı müqavilənin alqı-satqı yox, məhz icarə müqaviləsinin olması ona 2021-ci ilin iyul ayından məlum olmuşdur. Bu əqdin mübahisələndirilməsi isə 2022-ci ilin mart ayında onun tərəfindən başlanılmışdır. Belə olduğu halda Məcəllədə nəzərdə tutulmuş müddətlərdən daha artıq müddət keçmişdir. Mülki Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, də iddiaçının gətirdiyi əsaslara görə iddia tələbləri ümumiyyətlə qanunsuz, uydurma və əsassızdır və hesab edir ki, iddia təmin olunmamalıdır. Lakin iş üzrə qətnamə çıxarılan zaman məhkəmə iddianın təmin olunması qənaətinə gələcəyi təqdirdə iddia müddətinin keçməsini əsas tutaraq iddianın tam həcmdə təmin olunmaması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinin əsassız olduğunu bildirib, Vəkil2 ilə eyni məzmunlu izahat verərək iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini etiraf etməmiş və izahatında bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə iddiaçı BƏƏ-dən bank vasitəsi ilə onun adına 176.070,87 ABŞ dolları pul göndərmiş, o, həmin pulu aldıqdan sonra ev alması üçün iddiaçının xahişi ilə Bakı şəhərində yaşayan qohumu X32 Nomana vermişdir. X32 Noman həmin pula Saray qəsəbəsində özünə ev almışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman X9, hazırkı iş üzrə digər Cavabdeh2 Məhəmmədli oğlu təmsil etmişdir. 2018-ci ilin sentyabr ayında isə oğlu Cavabdeh2 mülkiyyətində olan Pirşağı qəsəbəsində yerləşən bağ evini iddiaçıya satmış, alqı-satqı müqaviləsini iddiaçı şəxsən özü imzalamışdır. Əgər iddiaçı ona 176.070,87 ABŞ dollarını torpaq sahəsinin alınması üçün göndərmişdirsə, bunu müqavilənin bağlanmasından bir il əvvəl deyil, müqavilə bağlanan ərəfədə göndərərdi. Qeyd olunanlardan görünür ki, iddiaçının tələbi tamamilə əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "xxxx" MMC xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Qanuni təmsilçisi X33 Awadh Ahmeddir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən, sahəsi 179.6 kv.m olan 94 saylı bağ evi Edrees Ali X28, bağ evinin yerləşdiyi 0.09 ha torpaq sahəsi isə Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş 28 sentyabr 2018-ci il tarixli 3M-1168 reyestr nömrəli icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən sahəsi 0.09 ha olan torpaq sahəsini 28 sentyabr 2023-cü il tarixədək, 5 il müddətinə Edrees Ali X31yə icarəyə vermişdir. İş materiallarında olan "xxxx" ASC-nin HD-336/21 №-li xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh3 USD valyutasında olan cari hesabına BƏƏ-dən Edrees Ali X31 tərəfindən xx.xx.2017-ci il tarixində 176.070,87 USD köçürmə olmuş, xx.xx.2017-ci il tarixində "xxxx" ASC-nin Baş İdarəsinin Müştəri Xidmətləri Departamentinin kassasından Cavabdeh3 tərəfindən 174.846,94 USD məbləğində vəsait nağdlaşdırılmışdır. Nağdlaşdırmaya görə komissiya 1.223,93 USD təşkil etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5720/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X7 ünvan 3 ünvanında yerləşən bağ evindən və həmin bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması, mülki iş üzrə 10 manat dövlət rüsumunun cavabdeh X6 alınaraq, iddiaçı Edrees Ali X31yə verilməsi qət edilmişdir. İş materiallarında olan AN-İ № ******* saylı 29 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X27 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.09 ha olan torpaq sahəsini 32.000 manata Cavabdeh2 satmışdır. İş materiallarında olan AN-İ № ******* saylı 28 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən, sahəsi 179.6 kv.m olan 94 saylı bağ evini 120.000 manata Edrees Ali X31yə satmışdır. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat ofisinin 3040 №-li 23 noyabr 2021ci il tarixli məktubundan görünür ki, xx.xx.2018-ci il tarixli 4Ə/975 reyestr saylı Cavabdeh2 və Edrees Ali X31 arasında rəsmiləşən alqı-satqı müqaviləsi Edrees Ali X31yə özü ilə gətirdiyi tərcüməçi tərəfindən tərcümə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən, sahəsi 179.6 kv.m olan 94 saylı bağ evi və bağ evinin yerləşdiyi sahəsi 0.09 ha olan torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5503/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 ilə Edress Ali X31 arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, icarə müqavilə üzrə ödənilməmiş 6600 manat icarə haqqının Edress Ali X31dən iddiaçı Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3759/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(008)- 537/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçılar Edrees Ali X31 və "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyət hüququnun tanınması, alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ya pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 0,07 ha torpaq sahəsinə "xxxx" MMC-nin mülkiyyət hüququnun tanınması, ünvan 2 ünvanında yerləşən 0,07 ha torpaq sahəsinə dair "xxxx" MMC ilə alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması və ya ünvan 2 ünvanında yerləşən 0,07 ha torpaq sahəsinə görə iddiaçı Edrees Ali X31 tərəfindən ödənilən 233971,12 manat (iki yüz otuz üç min doqquz yüz yetmiş bir manat on iki qəpik) məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Edrees Ali X28 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası qətnaməsini onunla əsaslandırmışdır ki, «... Belə ki, işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, iddiaçı Edrees Ali X31 qohumu X32 Nomanın vasitəsi ilə cavabdehləri tanımışdır. İddiaçı Edrees Ali X31 tərəfindən xx.xx.2017-ci il tarixdə cavabdeh X3 cari hesabına BƏƏ-dən 176070,87 ABŞ dolları məbləğində pul köçürülmüş, xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-nin Baş İdarəsinin Müştəri Xidmətləri Departamentinin kassasından X8 tərəfindən 174846.94 ABŞ dolları məbləğində vəsait nağdlaşdırılmışdır. Nağdlaşdırmaya görə bank tərəfindən 1223,93 ABŞ dolları komissiya məbləği tutulmuşdur. İddiaçı həmin pul vəsaitini özünə bağ sahəsi almaq məqsədi ilə göndərdiyini bildirsə də, pul vəsaitinin göndərildiyi tarixə və bundan əvvəlki dövrdə cavabdehləri tanımasını, onlarla arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərinin olmasını təsdiq edən sübutlar təqdim edə bilməmişdir. İddiaçı bağ sahəsinin alınmasına dair razılaşdığı Cavabdeh2 Azərbaycan Respublikasında banklarla problemləri olduğundan (müəyyən kreditlər üzrə ödənişləri etmədiyi üçün barəsində məhkəmə qətnamələri olduğu üçün) pulu onun öz adına deyil, atası və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh3 adına göndərilməsini bildirmiş, lakin iş materaillarına əlavə edilmiş Azərbaycan Kredit Bürosunun xx.xx.2022-ci il tarixli çıxarışına əsasən Cavabdeh2 sözügüdən pul məbləğinin köçürülməli olduğu tarixdə banklar üzrə hər hansı ödəniliməli olan borcunun mövcud olmadığı müəyyən edilmişdir... İddiaçı iddia ərizəsində bildirmişdir ki, əcnəbi şəxs olduğundan həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinin mümkünsüz olmasından (qanunla buna yol verilmədiyindən) məlumatlı idi və buna görə də torpağa dair alqı-satqı müqaviləsi onun təsis etdiyi "xxxx" MMC adlı şirkətin adına rəsmiləşdirilməli olduğu halda onu aldadaraq icarə müqaviləsi bağlamışlar. Lakin Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Reyestrindən çıxarışından məlum olur ki, "xxxx" MMC qeyd edilən alqı-satqı və icarə müqavilələri bağlanan vaxt, yəni xx.xx.2018-ci il tarixdə deyil, xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Belə olduğu halda həmin tarixdə torpağa dair adı çəkilən şirkətlə alqı-satqı müqaviləsinin bağlanması mümkün ola bilməzdi. Məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən pul vəsaitinin iddiaçı Edrees Ali X28 adından göndərildiyi üçün ona məxsus olması barədə düzgün qənaətə gəlmiş və haqlı olaraq qeyd etmişdir ki, iddiaçı Edrees X16 Cavabdeh3 ilə arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin olmasına dair hər hansı mötəbər sübutlar təqdim edə bilməmiş, Cavabdeh3 xx.xx.2017-ci il tarixində iddiaçı Edrees Ali X31 tərəfindən onun adına göndərilmiş pul vəsitini qəbul edərək heç bir qanuni və müqavilə əsası olmadan iddiaçının hesabına varlanmışdır. İddiaçı Cavabdeh3 həmin pul məbləğini onun əsassız varlandığını bildiyi vaxtdan 2 il müddətində geri tələb etmək hüquq olduğu halda, 4 ildən artıq müddət keçdikdən sonra iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir». İddiaçı iddia ərizəsində bildirir ki, 2017-ci ilin sentyabr ayında Cavabdeh2 ona ünvan 1 ünvanında yerləşən 0.09 ha ölçüdə guya ucuz qiymətə torpaq sahəsinin satıldığı və həmin torpaq sahəsinin onun tərəfindən alınaraq orada özü üçün yaxşı bir villa tikməsi və gələcəkdə Azərbaycana gələrkən otellərdə deyil, məhz öz şəxsi bağ evində qalması barədə təklif irəli sürmüş, o, Cavabdeh2 bu təklifi ilə bu şərtlə razı olmuşdur ki, həmin torpaq sahəsi tam şəkildə onun Azərbaycan Respublikasında yaradacağı şirkətin adına rəsmiləşdirilsin. Çünki o, əcnəbi şəxs olduğundan həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinin mümkünsüz olmasından (qanunla buna yol verilmədiyindən) məlumatlı idi və buna görə də yalnız öz adına şirkət təsis etdikdən sonra həmin torpaq sahəsinin yeni yaradılan şirkətin adına alqı-satqı edilməsi bərədə öz aralarında şifahi razılığa gəlmişlər. Daha sonra Cavabdeh2 bununla razılaşmış və torpaq sahəsinin alınması üçün göndərilməli pulun onun öz adına deyil, məhz atası və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh3 adına göndərilməsini ondan xahiş etmişdir. O, xx.xx.2017-ci il tarixində BƏƏ-dən bank vasitəsilə 176.070,87 (yüz yetmiş altı min yetmiş ABŞ dolları səksən yeddi sent) USD köçürmə etmiş və Cavabdeh3 da həmin göndərilən pulu şəxsən "xxxx" ASC-dən çıxardaraq oğlu Cavabdeh2 ilə birlikdə xərcləmişlər. O isə Cavabdeh2 inanmış və Azərbaycan dilini bilmədiyindən (Bakı şəhəri 9 saylı notariat ofisində müqavilə rəsmiləşdirilərkən tərcüməçi ilə təmin edilmədiyindən) elə məhz həmin icarə müqaviləsi ilə də həmin torpaq sahəsinin onun şirkətinin adına rəsmiləşdirildiyi qənaətinə gəlmişdir. ünvan 2 ünvanında yerləşən 0.09 ha torpaq sahəsinin "xxxx" MMCnin adına alqı-satqı edilmədiyi (rəsmiləşmədiyi) ona 11 iyun 2021-ci il tarixdə keçmiş tanışı X2 nikahdan olan qızı ilə birlikdə qanunsuz olaraq onun evinə hər hansı razılığı və ya icazəsi olmadan ondan xəbərsiz qanunsuz şəkildə daxil olmasından və həmin bağ evində ona məxsus əmlakları talamasından sonra məlum olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə ilə bağlı sübutetmə yükü iddiaçı Edrees Ali X28 üzərinə düşür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 28 sentyabr 2018-ci il tarixli 3M- 1168 reyestr nömrəli icarə müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən sahəsi 0.09 ha olan torpaq sahəsini 28 sentyabr 2023-cü il tarixədək, 5 il müddətinə Edrees Ali X31yə icarəyə vermiş, icarə müqaviləsi bağlanan anda "xxxx" MMC dövlət qeydiyyatından keçməmişdir. İddiaçı Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən sahəsi 0.09 ha olan torpaq sahəsini Azərbaycan Respublikasında yaradacağı şirkətin adına rəsmiləşdirilməsi şərti ilə almağa razı olduğunu, habelə iddia ərizəsinin dəlillərində əcnəbi olduğundan həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinin mümkünsüz olmasından (qanunla buna yol verilmədiyindən) məlumatlı olduğunu və buna görə də yalnız öz adına şirkət təsis etdikdən sonra həmin torpaq sahəsinin yeni yaradılan şirkətin adına alqı-satqı edilməsi bərədə Cavabdeh2 ilə aralarında şifahi razılığa gəldiklərini bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının qanuni təmsilçisi olduğu "xxxx" MMC xx.xx.2018-ci il tarixdə, yəni icarə müqaviləsinin bağlanmasından sonra qeydiyyata alınmışdır. Belə olan halda, iddiaçının icarə müqaviləsi ilə həmin torpaq sahəsinin onun şirkətinin adına rəsmiləşdirildiyi qənaətinə gəlməsini bildirməsi əsassızdır və işin tədqiq olunan halları ilə təkzib olunur. Çünki iddiaçı müqavilə bağlanan anda adına şirkətin qeydiyyatdan keçmədiyini bilmiş, özünün də qeyd etdiyi kimi əcnəbi olduğu üçün torpaq sahəsinin adına rəsmiləşdirilə bilməməsindən məlumatlı olduğu üçün torpaq sahəsinə dair alqı-satqısı müqaviləsinin bağlanmasının mümkün olmadığını dərk etmiş, bu səbəbdən könüllü şəkildə torpaq sahəsinə dair icarə müqaviləsi bağlamışdır. Məhkəmə, iddiaçının Cavabdeh2 inanması və Azərbaycan dilini bilmədiyindən (Bakı şəhəri 9 saylı notariat ofisində müqavilə rəsmiləşdirilərkən tərcüməçi ilə təmin edilmədiyindən) icarə müqaviləsi ilə də həmin torpaq sahəsinin onun şirkətinin adına rəsmiləşdirildiyi qənaətinə gəlməsinə münasibət bildirirərək qeyd edir ki, icarə müqaviləsinin bağlandığı gün, yəni 28 sentyabr 2018-ci il tarixdə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən sonuncu mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən, sahəsi 179.6 kv.m olan 94 saylı bağ evini 120.000 manata Edrees Ali X31yə satmışdır. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 arasında eyni gündə, eyni notariat ofisində iki müqavilə, torpaq sahəsinə dair icarə, bağ evinə dair isə alqı-satqı müqaviləsi bağlanmışdır. Torpaq sahəsinə görə alqı-satqı müqaviləsinin bağlanmasının mümkün olmaması iddiaçıya məlum olmuş, iddiaçı hər iki müqaviləni könüllü olaraq bağlamış, müqavilələr iddiaçının iradə ifadəsini əks etdirmişdir. İddiaçı icarə müqaviləsi bağlanan zaman tərcüməçi ilə təmin edilmədiyini, bununla da icarə müqaviləsini alqı-satqı müqaviləsi zənn etdiyini bildirsə də, bu fakt, yəni iddiaçının zənn etdiyi alqı-satqı müqaviləsinin əslində icarə müqaviləsi olmasının iddiaçıya məlum olmaması, müqavilənin məzmunun iddiaçıya tərcümə edilməməsi və bununla da sonuncunun məzmununu bilmədiyi müqaviləni imzalaması işin müəyyən edilmiş halları ilə təkzib olunmuşdur. Həmçinin, Bakı Apellyasiya Məhkəməsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qətnaməsindən verilmiş şikayətə baxılan zaman Bakı şəhəri 9 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, həmin notariat ofisinin xüsusi notariusu X14 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, qeyd edilən alqı-satqı və icarə müqavilələri bağlanan zaman notariat ofisinə A.Edress öz tərcüməçisi ilə gəlmişdir. Buna baxmayaraq o, notariat ofisinin ingilis dilini bilən əməkdaşını da dəvət etmişdir. Tərəflər evin alqı-satqısının 120 min manata razılaşdıqlarını, torpağa görə isə əlavə 50 min manat ödənildikdən sonra alıcının bir-iki aya yaradacağı şirkətin adına alqı-satqı müqaviləsi bağalayacaqlarını bildirmişlər. İddiaçı tərüməçi vasitəsi ilə bildirmişdir ki, torpağa görə bir illik icarə müqaviləsi bağlamaq istəyir, notarius kimi ona 49 illik icarə müqaviləsi bağlamağı təklif etmiş, lakin o, bundan imtina etmiş, sonda tərəflər 5 illik icarə müqaviləsi bağlamağa razılaşmışlar. Notarius həmçinin bildirmişdir ki, tərcüməçi xidməti üçün ödəniş edilməli olduğundan, lakin bunun üçün ödəniş edilmədiyindən notarius tərəfindən tərcüməçi dəvət edilməsə də, icarə müqaviləsinin sonunda QR kodla müqavilə ilə üç dildə, o cümlədən ingilis dilində tanış olmaq imkanı qeyd edilmişdir. Məhkəmə, Cavabdeh2 torpaq sahəsinin alınması üçün göndərilməli pulun öz adına deyil, məhz atası Cavabdeh3 adına göndərilməsini ondan xahiş etməsi, onun xx.xx.2017ci il tarixində BƏƏ-dən bank vasitəsilə 176.070,87 (yüz yetmiş altı min yetmiş ABŞ dolları səksən yeddi sent) USD köçürmə etməsi və Cavabdeh3 həmin göndərilən pulu şəxsən "xxxx"dan çıxardaraq oğlu Cavabdeh2 ilə birlikdə xərcləməsinə dair iddiaçının dəlillərini əsassız hesab edir. Əvvəla, iddiaçı qeyd edilən məbləğdə pulu torpaq sahəsinin alınması üçün göndərdiyini iddia etsə də, onun izahatından və təqdim edilmiş sənədlərdən görünür ki, 176.070,87 ABŞ dolları məbləğində pul xx.xx.2017-ci il tarixdə Cavabdeh3 göndərilmiş, alqı satqı və icarə müqavilələri isə bundan 1 il 8 gün sonra, yəni xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Burada sual yaranır. Əgər alqı-satqı və icarə müqavilələri 28 sentyabr 2018ci il tarixdə bağlanmışdırsa, iddiaçı torpaq sahəsinin alınması üçün pulu niyə müqavilələrin bağlanması ərəfəsində deyil, 1 il 8 gün əvvəl göndərmişdir? Bundan başqa, iddiaçı pul vəsaitini göndərdiyi vaxt cavabdehlər Cavabdeh3 və Ə.Əliyevi tanıması, sonuncularla aralarında hər hansı müqavilə münasibətlərinin olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh3 isə məhkəmə iclasında verdiyi izahatında xx.xx.2017-ci il tarixdə iddiaçının göndərdiyi pulu aldıqdan sonra iddiaçının Bakı şəhərində yaşayan qohumuna verdiyini, sonuncunun həmin pula Saray qəsəbəsində ev aldığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3759/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2017-ci il tarixli, AN-İ seriyalı, 645230 nömrəli X23 ilə Cavabdeh2 Məhəmmədli oğlu və X32 Noman arasında bağlanmış Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi 250000 manata satıcı X23 tərəfindən alıcı X32 Nomana satılmışdır. Həmin müqaviləni X32 Nomanın əvəzində onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi kimi Cavabdeh2 Məhəmmədli oğlu imza etmişdir. Hazırda həmin fərdi yaşayış evi X32 Nomanın mülkiyyətindədir. Göründüyü kimi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanması iddiaçının Cavabdeh3 176.070,87 ABŞ dolları məbləğində pul vəsaitini göndərməsindən 4 gün sonraya təsadüf edir. Eyni zamanda, həmin müqavilədən görünür ki, Cavabdeh2 X32 Nomanı təmsil etmiş və onun adından müqaviləni imzalamışdır. Məhkəmə, Cavabdeh2 Cavabdeh3 oğlu olmasını, iddiaçının sonuncuya göndərdiyi pulun X32 Nomana verilməsini, müqaviləni sonuncunun adından Cavabdeh2 imzalamasını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən göndərilmiş pul vəsaiti hesabına X32 Nomanın ünvan 5 ünvanında fərdi yaşayış evi alması ilə bağlı Cavabdeh3 dəlilləri əsaslıdır və işin müəyyən edilmiş halları ilə üst-üstə düşür. Beləliklə, iddiaçı xx.xx.2017-ci il tarixində Cavabdeh3 176.070,87 (yüz yetmiş altı min yetmiş ABŞ dolları pul vəsaitini məhz özü üçün torpaq sahəsinin alınmasına görə göndərdiyini, sonuncunun isə həmin pulları oğlu Cavabdeh2 ilə birlikdə xərclədiyini iddia etsə də, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməmiş və bu halı sübuta yetirməmişdir. Bu halla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur. Lakin onun izahatı sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Məhkəmə, ünvan 2 ünvanında yerləşən 0.09 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına alqı-satqı edilmədiyinin (rəsmiləşmədiyi) ona 11 iyun 2021-ci il tarixdə keçmiş tanışı X2 nikahdan olan qızı ilə birlikdə qanunsuz olaraq onun evinə hər hansı razılığı və ya icazəsi olmadan ondan xəbərsiz qanunsuz şəkildə daxil olmasından və həmin bağ evində ona məxsus əmlakları talamasından sonra məlum olması hissəsində də iddia tələbinin dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçı Azərbaycan dilini bilmədiyindən (Bakı şəhəri 9 saylı notariat ofisində müqavilə rəsmiləşdirilərkən tərcüməçi ilə təmin edilmədiyindən) icarə müqaviləsi ilə həmin torpaq sahəsinin onun şirkətinin adına rəsmiləşdirildiyi qənaətinə gəldiyini bildirsə də, müqavilə bağlanan anda adına şirkətin qeydiyyatdan keçmədiyini bilmiş, özünün də qeyd etdiyi kimi əcnəbi olduğu üçün torpaq sahəsinin adına rəsmiləşdirilə bilməməsindən məlumatlı olduğu üçün torpaq sahəsinə dair alqı-satqısı müqaviləsinin bağlanmasının mümkün olmadığını dərk etmiş, bu səbəbdən könüllü şəkildə torpaq sahəsinə dair icarə müqaviləsi bağlamışdır. Bununla da icarə müqaviləsi bağlanan anda özünün deməsinə görə hüquqlarının pozulmasından məlumatlı olmuş, icarə müqaviləsinin etibarsızlığını mübahisələndirmək hüququ da 28 sentyabr 2018-ci il tarixdən yaranmışdır. Lakin iddiaçı icarə müqaviləsinin etibarsız olması ilə bağlı tələbini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Belə olan halda, məhkəmə qeyd etməyi zərur hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Məcəllənin həmin maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi, işin mübahisəsiz halı kimi müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən “icarəyə verən” Cavabdeh2 və “icarəçi” Edrees Ali X31 icarə müqaviləsinin bağlanmasında iştirak etmiş, tərəflər müqavilə azaldığı şəraitində (AR MMnin 390-cı maddəsi) müqaviləni bağlamışlar. Məhkəmə, cavabdehlərin əməllərində ciddi qanun pozuntuları olması faktı ilə bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı hüquqi nəticə etibarı ilə cavabdehlər barədə xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırkı məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Edrees Ali X28 cavabdehlər Bakı şəhəri 9 saylı notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “Bakı şəhəri 9 saylı notariat ofisində bağlanılan 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Edrees Ali X28 cavabdehlər Bakı şəhəri 9 saylı notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1772/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1772/2022
17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver