Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1773/2023 08.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı X2 və Cavabdeh iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1879/2022 saylı, 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan 15 sentyabr 2015-ci il təvəllüdlü X6 və 18 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh X2 xeyrinə hər ay hər uşağa görə 193,00 manat olmaqla, ümumilikdə 386,00 manat məbləğində tutulmuş alimentin məbləğini hər uşağa görə hər ay sabit pul məbləğində 220,00 manat olmaqla, ümumilikdə 440,00 manat məbləğinə artırılması, həmçinin Cavabdeh X9 tərəfindən mediator xərci olaraq 9 saylı Mediasiya Təşkilatının cari bank hesabına ödənilmiş 50,00 manat mediasiya xərcinin X2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X9 Cavabdeh ilə 16 avqust 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan 15 sentyabr 2015ci il təvəllüdlü X7 və 18 iyun 2017-ci il təvəllüldü X3 anadan olmuşdur. Bakı Səhəri Nərimanov Rayon Məhkəməsinin 2(0051-1879/2022 saylı, 08 iyun 2022-ci il tarixli qətnaməsi (hakim K.F.Əmirxanovanın sədrliyi ilə) ilə X9 və Cavabdeh arasında 16 avqust 2014-cü il tarixdə Səadət Sarayında (Bakı nikah evi) tərfəindən qeydə alınmış və 1217 nömrəli ak qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 15 sentyabr 2015-ci il təvəllüdlü X6 və 18 iyun 2017-ci il təvəllüdlü X1 X2 yanında qalması, 31 mart 2017-ci il tarixdən başlayaraq 15 sentyabr 2015-ci il təvəllüdlü X6 və 18 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 193,00 manat olmaqla, cəmi 386,00 manat sabit pul məbləğində aliment tutularaq X5 verilməsi qət edilmişdir. Belə ki, yuxarda qeyd olunan qətnamə ilə müəyyən edilmiş alimentin məbləği uşaqların təminatının təmin edilməsi üçün bügün ki, günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Ərzaq qiymətlərin qalxması, uşaqların böyüməsi, onların maddi təminatının artmasına səbəb olmuşdur. Uşaqların saxlanılmasında X9 bir valideyn kimi iştirak etməyinə baxmayaraq, onların maddi təminatlarının təmin edilməsində bəzi problemlər ilə üzləşmək məcburiyyətində qalır. Uşaqların maddi təminatının təmin edilməsi X9 ilə yanaşı həm də cavabdehin də vəzifə borcudur. Uşaqların saxlanılmasında Cavabdeh hər bir uşaq üçün tutulan 193,00 manat azlıq təşkil edir. Aralarında olan alimentin artırılmasına dair mübahisəyə ilə bağlı X9 tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin təklifə cavabdeh müsbət cavab verməmiş, bundan sonra X9 Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmiş, 9 saylı Mediasiya Təşkilatı onların alimentin artırılmasına dair mübahisəyə baxmaq üçün mediator X4 təyin etmişdir. Onun tərəfindən ilkin mediasiya sessiyası 15 mart 2023-cü il tarixdə təyin olunmuşdur. X9 ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh tərəfindən belə iştirak olmamış, bu səbəbdən mediator X8 tərəfindən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməməsi barədə MŞB/9-00530 nömrəli, 15 mart 2023-cü il tarixli Arayış verilmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında X9 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin iddia tələbinin həcminin azaldılmasına dair yazılı ərizə təqdim edərək, ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsində iddia tələbindən imtina etdiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh yazılı ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Səhəri Nərimanov Rayon Məhkəməsinin 2(0051- 1879/2022 saylı, 08 iyun 2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, X9 və Cavabdeh arasında 16 avqust 2014-cü il tarixdə Səadət Sarayında (Bakı nikah evi) tərfəindən qeydə alınmış və 1217 nömrəli ak qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 15 sentyabr 2015-ci il təvəllüdlü X6 və 18 iyun 2017-ci il təvəllüdlü X1 X2 yanında qalması, 31 mart 2017-ci il tarixdən başlayaraq 15 sentyabr 2015-ci il təvəllüdlü X6 və 18 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 193,00 manat olmaqla, cəmi 386,00 manat sabit pul məbləğində aliment tutularaq X5 verilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Həmin Məcəllənin: 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarına əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda şərh olunan qənaətinə əsaslanaraq məhkəmə, X2 iddia tələbini əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Bakı Səhəri Nərimanov Rayon Məhkəməsinin 2(0051-1879/2022 saylı, 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə onun xeyrinə hər ay hər uşaq üçün 193 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2023cü il üçün artırılaraq 220 manat nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı, iddianın etirafı qəbul olunduğundan X2 aliment məbləğinin artırılmasına dair iddiası təmin edilməli, Cavabdeh 15 sentyabr 2015-ci il təvəllüdlü X6 və 18 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat məbləğində sabit pul miqdarında aliment tutulmalı, alimentin tutulma vaxtı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh iddiaçı X2 xeyrinə 15 sentyabr 2015-ci il təvəllüdlü X6 və 18 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1773/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1773/2023
08.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver