Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-178/2022 25.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı Müstəqil tələblər irəli sürməyən "xxxx" ASC-nin nümayəndəsi-X1 oglunun iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləgv ediməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləgv ediməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 38 saylı Notariat ofisi tərəfindən borclu qismində İddiaçı oglu barəsində 8İ-4559 reyestr nömrəli İcra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin müraciəti əsasında Bakı şəhəri 38 saylı Notariat ofisi tərəfindən borclu qismində iddiaçı barəsində 8İ-4559 reyestr nömrəli İcra qeydi verilmiş və icra olunması üçün İcra şöbəsinə göndərilmişdir. Hesab edir ki, aşağıda göstərilən əsaslara və maddi hüquq normalarına görə hazırki İcra qeydi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İcra qeydinin verilməsinə əsas "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış BPM **********06 nömrəli 02.12.2019-cü il tarixli tam kart çərçəvə müqaviləsi əsasında ona verilmiş kredit kartı olmuşdur. Həmin kredit müqaviləsinə əsasən mənə 48 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 12300 (on iki min üç yüz) manat məbləğində kredit verilmişdir və eyni tarixdə ona bank tərəfindən kart təqdim edilmişdir. Bir müddət vaxtlı- vaxtında ödənişlər etdikdən sonra dünyanı və o cümlədən Azərbaycanı bürüyən pandemiya səbəbindən ödənişlərimdə gecikmələr baş verdi. Hazırda məlum olur ki, sözügedən guya 02.12.2019-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 11943,48 borcu qalmışdır. Lakin bundan əlavə ondan guya kredit kartına görə də əlavə cəmi 2423,21 manat tələbi ilə icra qeydi aparılıb. Halbuki qanunvericiliyin tələblərinə uyğun olaraq borc məbləği ayri-ayrılıqda əsas və faiz üzrə göstərilməlidir. Digər tərəfdən onun hesablamalarına görə faktiki borc məbləği tələb olunandan xeyli az məbləğdədir. Bu məsələ isə mübahisələndirilən haldır. Digər tərəfdən kredit müqaviləsi üzrə borc anlaşılandırsa, amma əlavə olaraq kart üzrə tələb edilən borc anlaşılan deyil və qanunsuzdur. Eyni zamanda pretenziya qaydalarına riayət etmədən notarial qaydada icra qeydi alınmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Müstəqil tələblər irəli sürməyən Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi X1 oglu iddianı qəbul etmədi və bildirdi ki, icra qeydi ilə tələb olunan məbləg 01.07.2021-ci il tarixdə kimi hesablanmış və düzgün hesablandıgından iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdeh Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontorunun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış BPM **********06 nömrəli 02.12.2019-cü il tarixli tam kart çərçəvə müqaviləsinə əsasən iddiaçıya 48 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 12300 (on iki min üç yüz) manat məbləğində kredit verilmişdir. Bakı şəhəri 38 saylı Notariat ofisi tərəfindən 12.07.2021-ci il tarixli 8İ-4559 reyestr nömrəli İcra qeydinə əsasən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2403 manat 21 qəpiyin tutulması müəyyən edilmişdir. Məhkəmə ekspertiza mərkəzinin 9/8890 saylı, 20.12.2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış BPM**********06 saylı, 02 dekabr 2019-cu il tarixli kredit xətti müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə İddiaçı 01 iyul 2021-ci il tarixə (sualda qeyd edilən tarixə) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 2.103,94 manat, faiz borcu üzrə 449,89 manatdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış BPM **********06 nömrəli 02.12.2019-cü il tarixli tam kart çərçəvə müqaviləsinə əsasən iddiaçıya 48 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 12300 (on iki min üç yüz) manat məbləğində kredit verilmişdir. Bakı şəhəri 38 saylı Notariat ofisi tərəfindən 12.07.2021-ci il tarixli 8İ-4559 reyestr nömrəli İcra qeydinə əsasən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2403 manat 21 qəpiyin tutulması müəyyən edilmişdir. İddiaçı cavabdeh Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləgv ediməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 38 saylı Notariat ofisi tərəfindən borclu qismində İddiaçı oglu barəsində 8İ-4559 reyestr nömrəli İcra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının hesablamalarına görə faktiki borc məbləği tələb olunandan xeyli az məbləğdədir. Məhkəmə ekspertiza mərkəzinin 9/8890 saylı, 20.12.2021-ci il tarixli rəyindən görünür ki, iddiaçının banka əsas borc üzrə 2.103,94 manat, faiz borcu üzrə 449,89 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləgv ediməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat İddiaçı tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-178/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-178/2022
25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver