Məhkəmə qərarları › İş №2(005)-1787/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1787/2020

17.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1787/2020 17.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əlili Gülnar Yadulla qızının katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 5400 manat pulun və məhkəmə xərclərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi RPİ-nin müstəntiqi X5 qəbul etdiyi xx.xx.2019-cu il tarixli “Cinayət təqibinin başlanılmasının rədd edilməsi barədə” qərarının ləğv edilməsi üçün iddiaçı məhkəmə nəzarəti qaydasında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə-İddiaçı məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Belə ki, məhkəmə qəbul etdiyi qərarının “Müəyyən etdi” hissəsinin 10-cu abzasında qeyd etmişdir ki,-Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı ilə Cavabdeh və “Cavid” adlı şəxsin arasında müəyyən vəsait hesabına xidmətlərin göstərilməsindən ibarət mülki münasibətlər mövcud olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı şikayəti mülki mübahisə predmetidir və müstəntiq tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərar qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərarın ləğv edilməsi üçün əsas deyildir. Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş təhqiqatçısı polis mayoru Rəşad İmamverdiyevin qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarında müəyyən olunmuşdur ki, Cavabdeh əvvəllər AR-sı CM-nin 178.2, 178.2.4 və 128-ci maddələri ilə məhkum olunmuşdur. Ərizə ilə bağlı araşdırma aparılaraq zərərçəkmiş şəxsin izahatı alınmış, hadisə yerinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, fotoşəkillər çəkilərək materiala əlavə olunmuş, hadisəni törətmiş vətəndaş Cavabdeh və hadisənin şahidləri olan X8, X9 və X1 izahatları alınmış və sair digər prosessual hərəkətlər icra olunmuşdur. Ona görə də məhkəmənin qərarında müəyyən edilənlərlə əlaqədar iddiaçı mülki qaydada məhkəməyə hazırki iddia tələbi ilə müraciət etməkdə hesab edir ki, haqlıdır və iddianın əsasları və dəlilləri barədə əlavə heç bir hal göstərməyərək məhkəmə qərarında müəyyən olunmuş halların preyudisial əhəmiyyətə malik olmasına istinad edərək məhkəmədən yuxarıda qeyd olunanları nəzərə alaraq və AR MPM-nin 216-cı maddəsini rəhbər tutaraq aldatma yolu ilə ondan alınmış 5400 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya verilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən iddiaçının xeyrinə 5400 manat və 2500 manat, ümumilikdə 7900 manat zərərin habelə məhkəmə xərclərinin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının iddia tələbi əsassızdır. Heç bir sübutu yoxdur. Cavid adında şəxslə iddiaçını o tanış etmişdir. Binəqədi rayonunda yerləşən kafedə iddiaçı Cavidə 2000 manat məbləğində pul vermişdir. Cavid isə pulu götürməmişdir. İddiaçı ondan xahiş etdi ki, pulu Cavidə o versin və Cavid iddiaçının işini həll etsin. Lakin Cavid iddiaçıdan o pulu götürmədi. 2019-cu ilin qış ayı idi və iddiaçı dayanmadan ona zəng edirdi ki, görüşək Cavid ona kömək etsin. İddiaçının bildirdiyinə görə evi əldən gedirdi. İddiaçı qaynatasının evini ondan icazəsiz başqa şəxslərə satıb. Evi isə iddiaçı başqa şəxsə saxta sənədlərlə satıb. Qayınatasına oxşayan adamı notariusa aparıb ona müqaviləyə imza atdırıb. Qayınatası iddiaçını məhkəmə iclasında təhqir etdi və polisə verdi. Düzdür iddiaçı Cavidə pul verib, lakin öz işi üçün bunun ona heç bir dəxli yoxdur. Məhkəmə iclasında ifadə verən şahid X2 bildirmişdir ki, İddiaçı atasıdır. Bir gün evdə oturanda qızının telefonuna Sultanəli zəng vuraraq, dedi ki, Cavid 2000 manat pul istəyir. Qızı da həmin pulu Sultanəliyə verdi ki, aparıb Cavidə versin. Onlar təklif etməmiş, ancaq Sultanəli özü zəng vurub Cavidin pul istədiyini demişdir. İddiaçı şər-böhtan atmır, sadəcə pul verdiyini bildirir. Mirzə adında adamı tanımır. Məhkəmə tərəfinlərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Cavabdeh və İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X8, İddiaçı və X6 ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 6(005)-124/2019 saylı qərarına əsasən X3 Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin 18-ci polis şöbəsinin təhqiqatçısı S.Ə.Həsənovun cinayət işinin başlanması barədə xx.xx.2019-cu il tarixli qərarından verilmiş şikayət təmin edilmiş, araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə ilk olaraq qeyd edir ki, iddia tələbinin əsasını iddiaçının fiziki əşya sayılan pulunun cavabdehin qanunsuz sahibliyindən tələb etməsi təşkil edir. Bu baxımdan məhkəmə mübahisənin maddi hüquqi əsası ilə bağlı onu qeyd edir ki, hazırda iddiaçı cavabdehdən ona vurulmuş maddi zərəri tələb etsə də, iddia tələbinə mülkiyyətin müdafiəsi əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materialları ilə müəyyən olunur ki, İddiaçı müəyyən vəsait hesabına xidmətlərin göstərilməsi üçün cavabdehə verdiyi pulu tələb edir. Həmin xidmətlərin göstərilməsi ilə bağlı razılığın olması, lakin sonradan tərəflərin göstəriləcək xidmətlərlə bağlı razılığa gələ bilməməsi işin təkzib olunmayan hallarıdır. Məhkəmə yuxarıda deyilənlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən İddiaçı iddia etdiyi 7900 manat pulu özündə qanunsuz saxlaması barədə faktiki hal təsdiq edilmir. Bununla da müəyyən olunur ki, iddia tələbində qeyd olunan xüsusatlarla əlaqədar iddiaçının hər hansı bir mötəbər dəlili və sübutları mövcud deyildir. Habelə iddiaçı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlarda əksini tapan ifadələrə istinad etməklə, iddia tələbini sübut etməyə çalışmışdır. Məhkəmə bildirir ki, cinayət işi üzrə verilən ifadələrdə iddiaçının tələbini sübut edəcək hər hansı əsaslar mövcud olmamaqla, həmin hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahid X2 iddiaçının atasıdır. O, pulun cavabdehə verildiyini bildirmişdir. İş üzrə şahid ifadəsi birbaşa sübut olmamaqla yanaşı iddiaçının iddia etdiyi “pulun verilməsi” məsələsi şahid ifadəsi ilə müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh də pulun ödənildiyini qeyd etdiyindən, o, iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini daşıdığı halda, pulun iddiaçıya ödənilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar