Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1794/2021 04.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbləri üzrə Cavabdeh 48500 (qırx səkkiz min beş yüz) manat məbləğində pulun alınmış malın dəyəri olaraq, 2020 (iki min iyirmi) manat pulun malın dəyərinin ödənilməsinin geçikdirilməsi üçün faiz olaraq, 30 manat pulun məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq - cəmi 50550 (əlli min beş yüz əlli) manat – xeyirlərinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 metal qırıntısı toplayaraq, müxtəlif metallurgiya müəssisələrinə təhvil verməklə məşğul olurlar. İddia tələbləri üzrə Cavabdeh eyni işlə məşğul olan bir şəxsdir.Keşlə qəsəbəsində yerləşən metallurgiya müəssisələrinin birinə metal qırıntılarının verilməsi ilə əlaqədar həmin şəxsi tanıyırlar. H.İsmayıl onlara toplanmış metalı ona verilməsini təklif etmiş və müəssisəyə təhvil zamanı ödənilən məbləği onun şəxsən ödəyəcəyini demişdir. Müəssisəyə metal qırıntısının təhvil verilməsi zamanı sənədləşmə proseduru mövcuddur və pulun alınması da müəyyən qədər vaxt aparır. Bu baxımdan iddiaçılar təkliflə razılaşmışlar. Ayrıayrı vaxtlarda Cavabdeh müxtəlif həcmdə metal qırıntısı vermiş, o, hər dəfə metal qırıntısını iddiaçılardan alaraq, aparıb öz malı ilə birlikdə müəssisəyə təhvil vermiş, sonda iddiaçılara çatan məbləği vermişdir. Lakin, sonuncu dəfə verdikləri malın dəyəri olaraq Cavabdeh tərəfindən onlara ödənilməli olan 48500 manat məbləğində pul ödənilməmişdir. Dəfələrlə pulun verilməsini tələb etsələr də, müxtəlif bəhanələrlə pulu verməkdən yayınmışdır. Belə olduqda, iddiaçılar Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət etmiş, ərizələri əsasında aparılan araşdırma zamanı, Cavabdeh aldığı malın dəyəri olaraq, onlara 48500 manat məbləğində pulu ödəməli olduğu təsdiq etmişdir. Lakin, guya həmin pulu müəssisədən ala bilmədiyini bildirmiş və bu səbəbdən pulu verə bilmədiyini qeyd etmişdir. Ərizələri əsasında aparılmış araşdırmanın nəticəsi olaraq, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı, Polis mayoru Devran Əliyev tərəfindən 21 dekabr 2020-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında"' Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən, iddiaçılara Cavabdeh əməllərində cinayət tərkibinin olmaması bildirilərək, mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Belə olduqda, tərəflər mülki icraat qaydasında məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddia tələbləri üzrə cavabdehlə aralarında ikitərəfli şifahi əqd bağlanmışdır. Əqdin predmetinin xüsusiyyətlərinə görə şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olduğundan şifahi bağlanmasına yol verilən əqd hesab olunmalıdır. Aralarındakı mülki münasibətlər davamlı şəkildə həyata keçirilmiş, son dəfə mal təhvil verildikdən sonra cavabdeh malın dəyərini (qiymətini) ödəmədikdə bu mübahisə yaranmışdır. İddia tələbləri üzrə cavabdehlə aralarındakı əqd formaca şifahi alqı-satqı müqaviləsidir. Onlar satıcı olaraq metal qırıntısını iddia tələbləri üzrə cavabdehin mülkiyyətinə vermişdir. Bunun əvəzində o, iddiaçılara müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür. Aralarındakı şifahi şərtləşməyə əsasən, cavabdeh malı təhvil aldıqdan sonra ağlabatan müddətdə, daha dəqiq desək bir neçə gün içində dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bəhs edilən alqısatqı 2020-ci ilin yanvar-mart aylarında baş vermişdir. Tərəflərindən verilən malın bir hissəsinin pulu verilsə də, mübahisələndirdikləri hissənin pulu saxlanılmışdır. Cavabdeh tərəfindən son ödəmə 2020-ci ilin mart ayında baş vermişdir. Aralarında bundan əvvəl də eyni formada alqı-satqı bağlandığından, eləcə də işin xüsusiyyətlərindən xəbərdar olduqlarından mal müəssisəyə təhvil verildikdən maksimum bir neçə gün ərzində ödənişin müəssisə tərəfindən edildiyini bilirmişlər. Belə olan halda, cavabdehin 10 ay ərzində iddiaçılara ödənilməli olan pulun verilməsindən boyun qaçırması səbəbindən 445.7-ci maddənin tətbiqi qanunauyğundur. 48500 (qırx səkkiz min beş yüz) manat borcun beş faizlə on aylıq məbləği 2020 manat təşkil edir (48500:100X5=2425:12X10=2020). Belə olan halda, iddia ərizəsi üzrə cavabdehdən borclu olduğu 48500 manat məbləğində pulun və 2020 manat məbləğində faizin tutularaq iddiaçılara ödənilməsini tələb etməkdə haqlı olduqlarını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir, həqiqətən də iddiaçılarla işgüzar münasibətləri olmuşdur. 48500 manat məbləğində olan dəmir məmulatları onun tərəfindən qəbul edilmişdir, lakin həmin pul təhvil verildiyi müəssisə tərəfindən ona verilməmişdir. Həmin pulun qaytarılmasında hər hansı bir təqsiri yoxdur. Polis idarəsində verdiyi izahatı təzyiq altında yazmışdır. İddia tələbinin rədd olunmasınıqəbul etmir Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Nizami RPİ-nin 23-cü PB-nində toplanmış materiallar əsasında izahatı alınmış (21.12.2020-ci il) Cavabdeh bildirmişdir ki, “ailəsini dolandırmaq məqsədi ilə 17 aprel 2020-ci il tarixədək Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində olan Dəmir metal qəbulu zavoduna müxtəlif yerlərdə aldığı dəmir metal əşyalarını salır. Əli və Rahididə həmin zavodda tanımış və həmin şəxslərdə onu kimi zavoda dəmir metal əşyası salırlarmış. O, Əli və Rahidə zavod rəhbərliyinin il ərzində ən çox mail verən şəxsə pul mükafatı verdiyi bildirərək onlara birlikdə zavoda təhvil verməyi təklif etmişdir. Belə ki, o, Əli və Rahidə bildirmişdir ki, onlar topladıqları malları ona satsınlar, oda həmin malları öz adından zavoda versin. Zavodda aldıqları pul mükafatını isə öz aralarında bölsünlər. Onlar aralarında olan şifahi razılıq əsasında birlikdə işləməyə başlamışlar. Onlar birlikdə işlədikləri müddətdə o, ayrı-ayrı vaxtlarda və hissə-hissə Əli və Rahiddən dəmir metal alaraq qeyd olunan zavoda vermiş və zavodda pulunu alan kimi aparıb Əli və Rahidə vermişdir. Sonuncu dəfə isə o, Əli və Rahiddə ümumi dəyəri 12000 manat olan dəmir metal almış və həmin dəmir metalları yenədə həmin zavoda vermişdir. Sonradan o, zavoddan 71500 manat dəyərində armatur almış və həmin armaturu salaraq 71500 manat pulu Əli və Rahidə vermişdir. Lakin qalan 48500 manat pulu isə zavoddan ala bilmədiyindən Əli və Rahidə verə bilməmişdir. Verilən suallara cavab olaraq o, Əli və Rahidə 48500 manat pul borcu olduğunu bildirmişdir…” qeyd olunmuşdur; Nizami RPİ-nin 23-cü PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 dekabr 2020-ci il tarixli qərarının surətinə əsasən İddiaçı1 və İddiaçı2 şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; İş materiallarına əlavə edilmiş 19.02.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ilə metal qırıntısı almaq üçün aralarında işgüzar münasibəti olmuş, ümumilikdə 48500 manat dəyərində olan malın dəyərinin qaytarmamasına dair Nizami RPİ-nin 23-cü PB-də toplanmış materiallar əsasında izahatı alınmış, iş üzrə Cavabdeh qəbul etmişdir. Cavabdeh tərəf həmin dəyərdə olan malı alıb, pulunu qaytarmamasını etiraf etmişdir. Cavabdeh verdiyi izahatlarla onun iddiaçılar İddiaçı1 və İddiaçı2 borcunun olması sübut olunmuşdur. Cavabde 21.12.2020-ci il tarixli izahatının ona hər hansı fiziki və ya psixoloji təzyiq göstərməklə verilməsini sübut etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən məbləğ vəsaitin cavabdehə borca verilməsi halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitini cavaddehə verdiyini sübut etməsi yükü iddiaçının üzərinə düşür, cavabdeh həmin halı etiraf etdiyi üçün isə əks tərəfi sübut etmə vəzifəsindən azad edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 48500 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “2020 (iki min iyirmi) manat pulun malın dəyərinin ödənilməsinin geçikdirilməsi üçün faiz” tutulmasına münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; İstinad edilən maddi hüquq normalarından göründüyü kimi, iddiaçı avtomobilin zərər dəyməsi ilə əlaqədar ona vurulmuş zərər (əldən çıxmış fayda) olaraq cavabdehdən 10 min ABŞ dollları məbləğinin onun xeyrinə tutulmasını tələb etsə də, real olaraq belə bir gəlirin əldə edilməsinin mümkünlüyünü təsdiq edən və ya həmin gəlirdən məhrum olmasına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında müqavilə münasibətləri olmadığından iddia tələbinin “ 3375 (üç min üç yüz yetmiş beş) ABŞ Dolları (ödəniş günü manat məzənnəsi ilə) illik faiz” tutulması hissəsi də əsassızdır və rədd olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan artıq olduqda 30 (otuz) manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 48500 (qırx səkkiz min beş yüz) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1794/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1794/2021
04.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver