Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1807/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşma çalana kimi saxlanılması üçün Nərimanov Rayon Məhkəməsinin 2(005)-4268/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulmuş alimentin artırılması və hər ay üçün 220 manat müəyyən edilməsi, Cavabdeh onun xeyrinə 2290,64 manat müalicə və tibbi xidmət xərclərinin, 60 manat mediator üçün ödənilmiş xərcin və Elmin İbrahimovun xəstəliyi ilə əlaqədar yaranmış xərclərin ödənilməsi üçün hər ay 250 manat məbləğində əlavə xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, el adətinə uyğun olaraq xx.xx.2015-ci il tarixdə Cavabdeh ilə ailə qurmuş, cavabdehin valideynlərinin evinə gəlin gəlmiş və həmin evdə yaşamışdır. Toydan əvvəl həyat yoldaşının sənədlərində müəyyən çatışmamazlıqlar olduğu üçün nikahın dövlət qeydiyyatına alınması mümkün olmasa da, toydan sonra həmin çatışmazlıqlar aradan qaldırılmamış, lakin qaynanası nikahın qeydiyyata alınmasına icazə verməmişdir. Cavabdeh ilə birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X5 doğulmuşdur. Uşağın çətinliklə başa gələn doğum xərclərinə belə nə cavabdeh, nə də onun ailəsi dəstək olmamışlar. Bütün xərcləri valideynləri çəkmişdir. Anadan olduğu vaxtdan uşağa onun valideynləri baxmışlar. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4268/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1054/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2361/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Pandemiya və dünyada baş verən hadisələrlə əlaqədar ölkədə ərzaqların, geyimlərin və xidmətlərin qiyməti artmış, bu səbəbdən 220 manatla uşağın saxlanması mümkünsüzdür, üstəlik xəstəlik, dava dərman və həkim xərcləri. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2361/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə həmçinin Elminin əməliyyat xərci kimi 1692,5 manat pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamə ilə Elminin xəstəliklərdən əziyyət çəkməsi müəyyən edilib, öz təsdiqini tapmışdır. Elmin hipostadiyadan əziyyət çəkir, əməliyyat olunmuş və daimi müalicə altındandır. Elmini daimi müalicə ilə saxlayır, müailəsiz qala bilməz və diqqətsiz qalacağı halda həyatı ciddi təhlükə ilə üzləşə, vəziyyət ağırlaşa bilər. Onun müalicəsinə çəkilmiş aylıq xərc təqribi 1000 manat civarındadır. Bununla bağlı ödəniş qəbzlərinə əsasən 1) “Bakı Sağlamlıq Mərkəzi" MMC-yə xx.xx.2022-ci il tarixdə 45 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 274 manat; 2) həkim resepti əsasında dava dərman alınmasına görə xx.xx.2022-ci il tarixdə 5,11 manat, xx.xx.2022-ci il tarixdə 11,27 manat, xx.xx.2022-ci il tarixdə 11,27 manat, xx.xx.2022-ci il tarixdə 11,22 manat; 3) "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə 36 manat, xx.xx.2022-ci il tarixdə 110 manat; 4) həkim resepti əsasında dava dərman alınmasına görə xx.xx.2022-ci il tarixdə 8,06 manat; 5) "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 32 manat; 6) həkim resepti əsasında dava dərman alınmasına görə xx.xx.2022-ci il tarixdə 26,04 manat; 7) "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə 30 manat; 8) həkim resepti əsasında dava dərman alınmasına görə xx.xx.2022-ci il tarixdə 23 manat, xx.xx.2022-ci il tarixdə 23,6 manat, xx.xx.2022-ci il tarixdə 23 manat; "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə 129 manat, 9) "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə 38,91 manat; 10) həkim resepti əsasında dava dərman alınmasına görə xx.xx.2022-ci il tarixdə 11,98 manat; 11) "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə 28 manat, xx.xx.2022-ci il tarixdə 41,81 manat, xx.xx.2022-ci il tarixdə 189 manat; 12) həkim resepti əsasında dava dərman alınmasına görə xx.xx.2022-ci il tarixdə 12 manat, xx.xx.2022-ci il tarixdə 12,78 manat; 12) "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə 60.0 manat, xx.xx.2023-cü il tarixdə 126 manat, xx.xx.2023-ci il tarixdə 56 manat; 13) həkim resepti əsasında dava dərman alınmasına görə xx.xx.2022-ci il tarixdə 24,10 manat, xx.xx.2022-ci il tarixdə 7,27 manat, xx.xx.2022-ci il tarixdə 13 manat, 07.1 1.2022-ci il tarixdə 7,27 manat, xx.xx.2023-cü il tarixdə 96,55 manat, xx.xx.2023-cü il tarixdə 17,40 manat vəsait xərclənmişdir. Xərclər Elminin müalicəsinə sərf edilən vəsaitin kiçik bir hissəsidir, bunlar yalnız olan qəbzlərdir, nə qədər qəbsiz ödənişlər var. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Epiqrizdə göstərilir ki, Elminin diaqnozu xəstəliyinin ağırlaşması, kəskin tubulointerstisial nefritdir. Ağır xəstəliyin qarşısını alırlar, böyrək şatışmazlığınin baş verməsinə qoymurlar. Bütün bu xərclərin çəkilməsində, Elminin müalicəsində atası cavabdeh iştirak etməmiş, uşağının halını belə soruşmamış, onunla maraqlanmamış, bir dəfə də olsun qeydinə qalmamışdır. Qəbzlərə əsasən xərc 2290,64 manat təşkil edir. Bununla yanaşı cavabdehdən onun xeyrinə Elminin xəstəliyi ilə əlaqədar yaranmış xərclərin ödənilməsi üçün hər ay 250 manat məbləğində əlavə xərc tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinin əsassız olduğunu qeyd edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2361/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1054/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması uçun Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanması, xx.xx.2016-cı il təvəllüdlü X3 əməliyyat xərci ilə əlaqədar Cavabdeh 1692,5 manat məbləğində əlavə xərcin İddiaçı xeyrinə tutulması qət edilmişdir; "xxxx" MMC-nin Epikrizinin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X4 “N39.0 - Lokalizasiyası müəyyənləşdirilmədən, sidik-ifrazat sisteminin infeksiyası” diaqnozu qoyulmuşdur; "xxxx" MMC-nin ödəniş qəbzlərinin surətlərindən görünür ki, xəstə xx.xx.2016-cı il təvəllüdlü X3 müalicəsi üçün xx.xx.2022-ci il tarixdə 45 manat və 500 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 274 manat, xx.xx.2022-ci il tarixdə 36 manat, xx.xx.2022-ci il tarixdə 110 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 129 manat, xx.xx.2022-ci il tarixdə 38,91 manat, xx.xx.2022-ci il tarixdə 28 manat, 41,81 manat və 189 manat, xx.xx.2022-ci il tarixdə 60 manat, xx.xx.2023-cü il tarixdə 126 manat, xx.xx.2023-ci il tarixdə 56 manat məbləğində ödənişlər edilmişdir; Ödəniş qəbzlərinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə 5,11 manat, xx.xx.2022-ci il tarixdə 11,27 manat, xx.xx.2022-ci il tarixdə 11,27 manat, xx.xx.2022-ci il tarixdə 11,22 manat, xx.xx.2022-ci il tarixdə 8,06 manat, xx.xx.2022-ci il tarixdə 26,04 manat, xx.xx.2022-ci il tarixdə 23 manat, xx.xx.2022-ci il tarixdə 23,6 manat, xx.xx.2022-ci il tarixdə 23 manat, xx.xx.2022-ci il tarixdə 11,98 manat, xx.xx.2022-ci il tarixdə 12 manat, xx.xx.2022-ci il tarixdə 12,78 manat, xx.xx.2022-ci il tarixdə 24,10 manat, xx.xx.2022-ci il tarixdə 7,27 manat, xx.xx.2022-ci il tarixdə 13 manat, 07.1 1.2022-ci il tarixdə 7,27 manat, xx.xx.2023-cü il tarixdə 96,55 manat, xx.xx.2023-cü il tarixdə 17,40 manat məbləğində ödənişlər edilmişdir; "xxxx" MMC-nin ödəniş qəbzlərinin surətlərindən görünür ki, xəstə xx.xx.2016-cı il təvəllüdlü X3 müalicəsi üçün xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 32 manat məbləğində ödənişlər edilmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya xidmətinin göstərilməsinə görə 50 manat və poçt, kargüzarlıq xərclərinə görə 10 manat İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahda olmaları, onların bu nikahdan bir övladının doğulması, tərəflərin ailə münasibətləri baş tutmadığından, aralarındakı nikahın pozulması, uşağın iddiaçının yanında saxlanılmasını və uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X5 İddiaçı ilə Cavabdeh övladıdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2361/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Buna baxmayaraq qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə qeyd edir ki, cavabdehin hazırda ödədiyi aliment uşağın saxlanılmasına kifayət etmir. İddiaçının əldə edə biləcəyi pul vəsaiti isə (işləyərək əmək haqqı alması, yaxud valideynlərinin maddi köməkliyi və s.) uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməməsinə baxmayaraq qeyd olunmalıdır ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Eyni zamanda Ailə Məcəlləsinin 81-ci maddəsinə müvafiq olaraq, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Hazırki iş üzrə uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərin yaranmasını, uzun müddətli müalicə və müayinə tələb olunmasını, uşağın müalicəsinin zəruriliyini, tərəflərin ailə və maddi vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, Cavabdeh hipostadiya xəstəliyindən sağalanadək 100 manat məbləğində əlavə xərclərə cəlb edilməsi ağlabatan olmaqla yanaşı, ədalətlidir. Belə ki, iddiaçı hər ay 250 manat məbləğində əlavə xərclərin yaranmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə hesab edir ki, həmin məbləğdə əlavə xərcin tutulması cavabdehin ağır maddi vəziyyətə düşməsi ilə nəticələnə bilər. Həmçinin məhkəmə iddianın uşağın xəstəliyi ilə əlaqədar müalicəsi və dərmanları üçün çəkilmiş xərcin əvəzinin ödənilməsi hissəsində qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Göründüyü kimi uşağın saxlanılması, qayğısına qalınması və tərbiyə edilməsi hər iki valideynin borcu olduğundan, xx.xx.2016-cı il təvəllüdlü X3 müalicə və dərmanları üçün çəkilmiş xərcdə valideyn kimi cavabdehdə iştirak etməlidir. İş materiallarından görünür ki, uşağın müalicə və dərmanları üçün ümumilikdə 2290,62 manat xərc cəkilmiş və həmin xərci çəkmək hər iki valideynin borcu olduğundan, 2290,62 manatın yarısı, yəni 1145,31 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyini, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2361/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, xx.xx.2016-cı il təvəllüdlü X3 müalicəsi və dərmanlar üçün çəkilmiş xərcin əvəzi olaraq 1145,31 manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilməli, uşaq hipostadiya xəstəliyindən sağalanadək hər ay 100 manat məbləğində əlavə xərc tutularaq Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Həmçinin mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul cavabdeh X2 tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2361/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. xx.xx.2016-cı il təvəllüdlü X3 müalicəsi və dərmanlar üçün çəkilmiş xərcin əvəzi olaraq 1145,31 manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilsin. xx.xx.2016-cı il təvəllüdlü X3 hipostadiya xəstəliyindən sağalanadək hər ay 100 manat məbləğində əlavə xərc Cavabdeh tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1807/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1807/2023
01.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver