Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1811/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin xitam edilməsi, artıq ödənilmiş pul və qeyriyaşayış sahələrinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin xitam edilməsi, artıq ödənilmiş pul və qeyriyaşayış sahələrinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh işçisi Osman adlı şəxsin öz xətt ilə yazdığı qəbzlərə görə 169.200 manat AZN pulu ödəməyini 09.02.2016-cı il tarixli Bakı şəhəri 23 saylı notariat ofisində 180.000 manat pul borc müqaviləsinin tələblərini yerinə yetirdiyini, pulu tam artıqlaması ilə ödəməyini, 80.000 ABŞ dollan götürdüyü pulun müqabilində 4 ədəd qeyri- yaşayış sahəsinin ödəməyini, artıq ödədiyi pulların və 4 ədəd qeyri yaşayış sahələrinin qiymətləndirilməsi nəticəsində borcdan artıq qalan pulların qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 09.02.2016-cı il tarixdə Cavabdeh ilə Bakı şəhəri 23 saylı notariat ofisində borc müqaviləsi bağlayaraq ondan 180.000 manat pul borc almışdır. Pulu qaytarmaq üçün razılaşdıqları qaydada cavabdehə 169.200 manat pul 4 ədəd qeyriyaşayış sahəsi (-368,8m2, 36,3 m2, 28,7 m2, 28,7 m2) vermişdir. Müqavilədə faiz məsələsi vəzifə kimi ödəməyi nəzərdə tutulmamışdır. Cavabdehə verdiyi pulları faiz borcu hesab edir və 180.000 pulun ödənilməsini tələb kimi irəli sürür. 2018-ci ildə 3 dəfə dollarla cəmi 80.000 ABŞ dolları (40.000+20.000+20.000) qəbzlə götürülüb. Pullar faizsiz verilib. Amma cavabdeh bu borcları yüksək faizlə hesablayır. Ödənilən məbləğ borcdan artıqdır. Əgər faizlə pul verirsə müdir olduğu lombardın vasitəsi ilə müvafiq qaydada sənədləşdirmə aparmalı idi. Bu həm maliyyə pozuntusu, həm də vergidən yayınmadır. Nəğd pulları keçmiş köməkçisi Faiq Bayramov aparıb verib və pul qəbzlərini alıb gətirib. Göstərilən 4 ədəd qeyri-yaşayış sahələrinin verilməsi faktını Aqil Talıbov, Rasim Qocayev və Elşən Cəbrayılov tərəfindən məhkəmədə şahid kimi təsdiq edə bilərlər. 28 may 2019-cu il tarixdə cavabdeh notariat kontoruna müraciət edib 180.000 manatın ona qaytarılması barədə icra qeydinin aparılmasını xahiş etmişdir. 180.000 manat pulun ondan alınaraq cavabdehə verilməsi barədə icra qeydi aparılmışdır. Cavabdeh qaytardığı pulları Osman adlı işçisinə yazdıraraq rəsmi ondan aldığı pulları qəbzlə təsdiqləmişdir. Həmin qəbzlərdə göstərilən pul məbləğləri aşağıdakı qaydada Cavabdeh verilmişdir. Rafaelin verdiyi pullar qəbzlə: 25.05.2019 - 5.000 manat. 31.05.2019- 20.000 manat. 3.000 man, 27.06.19 - 15.000 manat, 29.06.19 - 10.000 manat, 05.07.19 - 10.000 manat, 11.07.19 - 5.000manat, 68000, 03.08.19 - 3.000 manat, 06.08.19 - 3.000 manat, 23.08.19 - 7.000 manat, 02.09.19 -4.000 manat, 07.09.19 -5.000 manat, 12.09.19 - 3.000 manat, 29.09.19- 15.000 manat, 30.09.19-15.000 ABŞ dolları- 25.500 manat, Cəmi: (30.09.19) 133.500 manat, 11.-7.2019-cu il tarixdə ödəyib: 68.000 manat - 40.000 ABŞ dolları. Buradan bağlandı: 20.000 ABŞ dolları + 12.000 ABŞ dolları =32.000 ABŞ dolları qaldı: 8.000 ABŞ dolları qaldı: 40.000 ABŞ dolların faizi 18.000 ABŞ dolları-8000 ABŞdolları= 10.000 ABŞ dolları 11.07.2019-cu il tarixə qalıq borc: 20.000 dollar (əsas)+22.000 dollar faiz =42.000 ABŞ dollar, 40.000 dollar (əsas)+10.000 dollar faiz =50.000 ABŞ dollar cəmi: 92.000 ABŞ dolları. 2 ay (11.10.19 tarixə kimi) % hesablanmayacaq. 11.07.2019 tarixdən sonra verilən pullar: 133.500 manat-68.000 man=65.500 manat =38.500 dollar. 11.07.2019 tarixə qalıq : 92.000 ABŞ dolları- 38.500 ABŞ dolları =53.500 dollar. 11.07.2019-11.06.20 (8 ay -40%)53.50C ABŞ dolları+21.400 ABŞ dolları=74.900 ABŞ dolları. 1) 07.17 -3.000 ABŞ dolları, 2) 07.17 -2.000 ABŞ dolları, 3)01.08.17-6.000 ABŞ dolları, 4) 14.08.17-3.000 ABŞ dolları, 5) 29.08.17- 2.000 ABŞ dolları, cəmi 16.000 ABŞ dolları, 6) 15.09.17- 2000 ABŞ dolları, 7) 23.12.17- 3.000 ABŞ dolları. Yuxarıda göstərilən pul ödəmələri Cavabdeh Osman adlı işçinin öz xətti ilə yazdığı qəbzlə təsdiqlənmişdir. Həmin qəbzdə iddiaçı tərəfindən cavabdehə qaytarılan 169.200 manat pul öz əksini tapmışdır. 2018-ci ildə 3 dəfəyə Cavabdeh (40.000+20.000+20.000) borc götürdüm, cəmi 80.000 ABŞ dolları pul müqabilində pulun əvəzinə 4 ədəd yaşayış sahəsi vermişdi. Artıq qaytardığı pul və qeyri yaşayış sahəsini verməyinin səbəbi, həmin vaxtlar deputat olduğuna görə, məsələnin ictimailəşməməsinə və artıq söz-söhbət olmamasına görə cavabdehin tələbini artıqlaması ilə ödəmişdir. Cavabdeh, ondan artıq təkrar pul tələb etməsi, ona qarşı səmimi davranmağı səbəb olmuşdur. Həmin qəbzdən görünür ki, Cavabdeh verilən pulların çoxunu faiz hesab etmişdir.Cavabdeh 169.200 manat pul yuxarıda göstərildiyi kimi hissə-hissə tərəfindən ödənilmişdir. 80.000 ABŞ dollarına görə 4 ədəd qeyri-yaşayış sahəsi Cavabdeh notarial qaydada verilmişdir. Onun düşdüyü vəziyyətdən istifadə edib, artıq faydalanma arzusuna düşmüşdür. Dəfələrlə Cavabdeh müraciət edib bildirmişdir ki, verilən borc pullar artıqlaması ilə ödənimişdir. Hesab edir ki, Cavabdeh ona verdiyi pulları aylarla faizə vurub, faiz pulu almaq istəyir. Cavabdeh nümayəndəsi və vəkili X4 məhkəmə iclasında izahat verərək İddiaçı və onun vəkili Vəkil iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını və yekun qərar çıxarılmasını, eyni zamanda verdiyi izahatında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 26.12.2012-ci il tarixli qeyri yaşayış sahəsinə dair Daşınmaz Əmlakın texniki pasportunun surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Binəqədi Gənclər Şəhərciyi” ev 4 qeyri-yaşayış sahəsi X3 adına inventar nömrəsi 5721 olmaqla qeydiyyatdan keçmişdir. 26.12.2012-ci il tarixli qeyri yaşayış sahəsinə dair Daşınmaz Əmlakın texniki pasportunun surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Binəqədi Gənclər Şəhərciyi” ev 4 qeyri-yaşayış sahəsi X3 adına inventar nömrəsi 5724 olmaqla qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Binəqədi Gənclər Şəhərciyi” bina 4 X3 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Binəqədi Gənclər Şəhərciyi” bina 4 X3 xüsusi mülkiyyətindədir. 26.12.2012-ci il tarixli qeyri yaşayış sahəsinə dair Daşınmaz Əmlakın texniki pasportunun surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Binəqədi Gənclər Şəhərciyi” ev 4 qeyri-yaşayış sahəsi X3 adına inventar nömrəsi 5715 olmaqla qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Binəqədi Gənclər Şəhərciyi” bina 4 X3 xüsusi mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 09.02.2016-cı il tarixdə Cavabdeh ilə Bakı şəhəri 23 saylı notariat ofisində borc müqaviləsi bağlamış və ondan 180.000 manat məbləğində pul borc almışdır. Hazırkı iddia tələbi üzrə iddiaçı borc öhdəliyinin əvəzi olaraq Cavabdeh 169.200 manat pul 4 ədəd qeyri-yaşayış sahəsi (-368,8m2, 36,3 m2, 28,7 m2, 28,7 m2) verdiyini bildirmişdir. Eyni zamanda əlavə olaraq müqavilədə faiz hesablanması nəzərədə tutulmasa da ondan əlavə olaraq faiz alındığını iddia edir. Bu səbəbdən cavabdehdən 80.000 ABŞ dollan götürdüyüm pulun müqabilində 4 ədəd qeyri- yaşayış sahəsinin ödəməyini, artıq ödədiyi pulların və 4 ədəd qeyri yaşayış sahələrinin qiymətləndirilməsi nəticəsində borcdan artıq qalan pulların qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş emişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh şəxsdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı şəxs iddia ərizəsində tələb etdiyi pul məbləğini cavabdehdən tələb etməkdə haqlı olmamışdır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, məhkəməyə sübut kimi təqdim etdiyi əlyazmaların kimin tərəfindən tərtib edilməsini, həmin sübutların mötəbərliyini əsaslandıra bilməmişdir. Beləliklə təqdim edilmiş sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin xitam edilməsi, artıq ödənilmiş pul və qeyriyaşayış sahələrinin qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1811/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1811/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver