Məhkəmə qərarları › İş №2(005)-1815/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1815/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1815/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “faizin silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı “faizin silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-dən götürülən kreditin üzərinə qanunsuz olaraq 966 manat məbləğində faiz borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Cavabdeh ASC”-dən götürdüyü kreditin üzərinə 966 manat məbləğində qanunsuz faiz borcu yaranmışdır. Bununla əlaqədar olaraq faiz borcunun silinməsi üçün Cavabdeh ASC İdarə heyətinə və Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmişdir. Müraciətə cavab olaraq, xx xxxxxx 2021-ci il tarixdə bildirmişdilər ki, Sizin Cavabdeh ASC (Bank) ilə bağlı daxil olmuş müraciətinizə Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılmışdır. Müraciətdə qeyd olunan məsələ bankla birgə araşdırılmış və bank tərəfindən təqdim edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmana uyğun olaraq Sizinlə bank arasında xx xxxxxx 2019-cu il tarixində 966.15 manat məbləğindəki əsas kredit borcunuzun restrukturizasiyası məqsədi ilə yeni kredit müqaviləsi rəsmiləşdirilmişdir. İddiaçının nəzərinə çatdırırlmışıdır ki, Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə xx xxxx 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla ’’Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Qaydanın 5.2.1-ci bəndinə əsasən Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdəhesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Kredit müqaviləsi üzrə qalıq borc barədə məlumat əldə etmək üçün sözügedən bankı müvafiq filialına və ya “xxxx" MMC-yə (Bakı şəhəri, S.Vurğun küçəsi 4 "X6” iş mərkəzi) müraciət etməyiniz tövsiyə olunur. Bank tərəfindən təqdim edilmiş məlumata əsasən müraciət nəzərə alınaraq kredit müqaviləsi üzrə qalıq borcuna mümkün güzəşt imkanları araşdırılmış və iddiaçıya x xxxx 2021-ci il tarixinədək qalıq kredit borcunun xüsusi güzəştli şərtlərlə tam ödənilməsi təklif edilmişdir. Qeyd edilən təklifdən yararlanmaq istənildiyi halda bankın müvafiq filialına müraciət edilməsi qeyd edilmişdir. İddiaçı ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, iddia tələbi əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, təqdim etdikləri materialları iş üzrə təqdim edilmiş digər sübutlarla birlikdə araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Xətai rayonu, Mənzil Kommunal Təsərrüfat Birliyinin 27 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli 73 nömrəli arayışdan görünür ki, iddiaçı a 2944 məhəllə küçəsi 86 nömrəli evdə qeydiyyatdadır. Xətai RPİ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Gədəbəy rayonunda anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, Əbilov qəsəbəsi, məh.2944, ev.86Q ünvanında qeydiyyatdadır. Cavabdeh ASC-nin xx.xx.2017-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh ASC-yə 966.15 manat əsas, 1020.65 manat faiz borcu olmuşdur. Cavabdeh ASC-nin xx.xx.2012-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, iddiaçı müqavilə üzrə aylıq 361 (üç yüz altmış bir) manat məbləğində pul vəsaitini ödəməyi öz üzərinə götürmüşdür. İddiaçıya ünvanlanmış Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli 26-01679-2021 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq iddiaçı ilə bank arasında xx xxxxxx 2019-cu il tarixində 966.15 manat məbləğindəki əsas kredit borcunun restrukturizasiyası məqsədi ilə yeni kredit müqaviləsi rəsimləşdirilmişdir. Kredit müqaviləsi üzrə qalıq borc barədə məlumat əldə etmək üçün sözügedən bankın müvafiq filalına və ya “xxxx” MMC-yə (Bakı şəhəri, S.Vurğun küçəsi 43, “X6” iş mərkəzi) müraciət edilməsi tövsiyə olunmuşdur. Bank tərəfindən təqdim edilmiş məlumata əsasən müraciət nəzərə alınaraq kredit müqaviləsi üzrə qalıq borcunun mümkün güzəşt imkanları araşıdırlmış və xx.xx.2021-ci il tarixinədək qalıq kredit borcunun xüsusi güzəştli şərtlərlə tam ödənilməsi təklif edilmişdir. Qeyd edilən təklifdən yararlanmaq istənildiyi halda bankın müvafiq filalına müraciət edilməsi bildirilmişdir. Cavabdeh ASC ilə iddiaçı arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli BF/92842/70 nömrəli güzəştli kredit müqaviləsinin (əsas kredit borcunun restrukturizasiyası üzrə) 2.1.1-ci bəndinə əsasən 1 il güzəşt müddəti olmaqla, 5 (beş) il müddəti olmaqla 2.1.2-ci bəndə əsasən illik 1 (bir) % dərəcəsi ilə 2.1.3-cü bəndə əsasən 966.15 manat (doqquz yüz altmış altı manat 15 qəpik) məbləğində kredit (bundan sonra “kredit” və ya “kredit məbləği”) verir. xx xxxxxx 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanda devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Maliyyə X1 xx xxxx 2019-cu il tarixli ”Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.10-cu bəndinə əsasən kompensasiya – fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğ mənasını ifadə edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğv etmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğv etmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olduğu şəxs tərəfindən Palataya təqdim edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Maliyyə X3 ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində aydın olur ki, mövcud vəziyyətdə kredit müqaviləsi üzrə restrukturizasiya olunmalı məbləğ kommersiya bankları tərəfindən deyil, Azərbaycan Respublikası Maliyyə X3 tərəfindən həyata keçirilir. Hazırda Palatanın səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir. Məhz bu əsaslarla iddiaçı ilə bank arasında xx.xx.2019-cu il tarixli BF/92842/70 saylı müqavilə bağlanmışdır. Müqavilə bağlanarkən iddiaçı həmin müqavilə üzrə 966 manat məbləğə razı olmaqla imza etmişdir. Bununla belə iddiaçı tərəflər arasında öz iradə ifadəsini əks etdirən müqavilənin mövcudluğuna baxmayaraq 966 manat məbləğində borcunun silinməsini tələb etməkdədir. O da qeyd edilməlidir ki, qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilməsi üçün vətandaşlara güzəştli kredit müqaviləsinin bağlanılması müddəti xx xxxxxx 2019-cu ildə başa çatmasına dair müddət müəyyənləşdirilmişdir. Həmin dövrdə vətandaşlara güzəştli kredit müqaviləsinin bağlanılması üçün vətəndaşlara banka müraciət etmək imkanı da yaradılmışdır. Vətəndaşların banka müraciəti əsasında mərkəzləşdirilmiş kredit reyestrinə məlumatlar daxil edilməklə şəxsə kompensasiyanın hesablanması qaydası müəyyənləşmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “faizin silinməsi tələbinə dair” iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar