Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1821/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı X3 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimələrin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimələrin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı X3 xeyrinə xx xxx 2014-cü il tarixli 01R000013470 nömrəli kredit razılaşması üzrə 313,90 (üç yüz on üç manat doxsan qəpik) manat məbləğində kredit borcu, 168,64 (bir yüz altmış səkkiz manat altmış dörd qəpik) manat məbləğində faiz borcu və 567,52 (beş yüz altmış yeddi manat əlli iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1.050,06 (bir min əlli manat altı qəpik) manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manatməbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X5 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı X5 ilə bağladığı xx xxxxxx 2013-cü il tarixli 01L000005262 nömrəli kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 10.000 (on min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı X5 ilə bağladığı xx xxx 2014-cü il tarixli 01R000013470 nömrəli kredit razılaşması əsasında 24 (iyirmi dörd) ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4.500 (dörd min beş yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxxxx 2015-ci il tarixli 01R000013470S nömrəli, xx xxxxxx 2016-cı il tarixli 01R000013470SA nömrəli, xx xxxxxxxx 2016-cı il tarixli 01R000013470SB nömrəli, xx xxxxx 2017-ci il tarixli 01R000013470SC nömrəli, xx xxxxxx 2017-ci il tarixli 01R000013470SD nömrəli, xx xxxxx 2018ci il tarixli 01R000013470SE nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxx 2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4.186,10 (dörd min bir yüz səksən altı manat on qəpik) manat məbləğində ödəniş etmiş, onun 313,90 (üç yüz on üç manat doxsan qəpik) manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx xxxxxx 2020-ci il tarixə 585 (beş yüz səksən beş) gün üçün hesablanmış faiz borcu 168,64 (bir yüz altmış səkkiz manat altmış dörd qəpik) manat məbləğində təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx xxxxxx 2020-ci il tarixə 585 (beş yüz səksən beş) gün üçün hesablanmış cərimə 567,52 (beş yüz altmış yeddi manat əlli iki qəpik) manat məbləğində təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə, kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı X3 nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı X5 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 01L000005262 nömrəli kredit xətti müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə 10.000 (on min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur; İddiaçı X5 ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2014-cü il tarixli 01R000013470 nömrəli kredit razılaşmasının məzmunundan görünür ki, Cavabdeh1 kredit xətti müqaviləsi üzrə müvafiq kredit razılaşması əsasında 24 (iyirmi dörd) ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4.500 (dörd min beş yüz) manat məbləğində kredit götürmüşdür; İddiaçı X5 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 01R000013470S nömrəli, xx xxxxxx 2016-cı il tarixli 01R000013470SA nömrəli, xx xxxxxxxx 2016-cı il tarixli 01R000013470SB nömrəli, xx xxxxx 2017-ci il tarixli 01R000013470SC nömrəli, xx xxxxxx 2017ci il tarixli 01R000013470SD nömrəli, xx xxxxx 2018-ci il tarixli 01R000013470SE nömrəli sazişlərin məzmunlarından görünür ki, qeyd edilən sazişlər əsasında müvafiq razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir; İddiaçı X5 ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 01S000009713 nömrəli və 01S000011282 nömrəli zaminlik müqavilələrinin məzmunlarından görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə müvafiq zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər; İddiaçı X3 xx xxxx 2020-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, xx xxx 2014-cü il tarixli 01R000013470 nömrəli kredit razılaşması üzrə Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixə 313,90 (üç yüz on üç manat doxsan qəpik) manat məbləğində kredit borcu, 168,64 (bir yüz altmış səkkiz manat altmış dörd qəpik) manat məbləğində faiz borcu və 567,52 (beş yüz altmış yeddi manat əlli iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1.050,06 (bir min əlli manat altı qəpik) manat məbləğində borcu vardır; İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, İddiaçı X5 ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2014-cü il tarixli 01R000013470 nömrəli kredit razılaşması üzrə hesablanmış borcun xx xxxx 2020-ci il tarixədək müddətə banka ödənilməsi tələb olunmuşdur; xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı X5 tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı şəxs Cavabdeh1 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı X5 ilə bağladığı xx xxxxxx 2013-cü il tarixli 01L000005262 nömrəli kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 10.000 (on min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı X5 ilə bağladığı xx xxx 2014-cü il tarixli 01R000013470 nömrəli kredit razılaşması əsasında 24 (iyirmi dörd) ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4.500 (dörd min beş yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxxxx 2015-ci il tarixli 01R000013470S nömrəli, xx xxxxxx 2016-cı il tarixli 01R000013470SA nömrəli, xx xxxxxxxx 2016-cı il tarixli 01R000013470SB nömrəli, xx xxxxx 2017-ci il tarixli 01R000013470SC nömrəli, xx xxxxxx 2017-ci il tarixli 01R000013470SD nömrəli, xx xxxxx 2018ci il tarixli 01R000013470SE nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Lakin Cavabdeh1 xx xxx 2014-cü il tarixli 01R000013470 nömrəli kredit razılaşmasıüzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklədə müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh müvafiq kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxx 2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4.186,10 (dörd min bir yüz səksən altı manat on qəpik) manat məbləğində ödəniş etmiş, onun 313,90 (üç yüz on üç manat doxsan qəpik) manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx xxxxxx 2020-ci il tarixə 585 (beş yüz səksən beş) gün üçün hesablanmış faiz borcu 168,64 (bir yüz altmış səkkiz manat altmış dörd qəpik) manat məbləğində təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx xxxxxx 2020-ci il tarixə 585 (beş yüz səksən beş) gün üçün hesablanmış cərimə 567,52 (beş yüz altmış yeddi manat əlli iki qəpik) manat məbləğində təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər Beləliklə məhkəmə hesab edir ki, xx xxx 2014-cü il tarixli 01R000013470 nömrəli kredit razılaşması üzrə xx xxxxx 2018-ci il tarixli 01R000013470SE nömrəli saziş əsasında müvafiq razılaşmaya və ödəniş planına edilmiş dəyişikliyə əsasən cavabdeh şəxsin götürdüyü kreditin qalığını və hesablanmış faizləri xx xxxxx 2018-ci il tarixli ödəniş planına uyğun olaraq xx xxxxxxxx 2018-ci il tarixədək uzadılmış, qeyd edilən razılaşmadan irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminlərə qarşı xx xxxxxxxx 2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zaminlər Cavabdeh2 və Cavabdeh3 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədiyindən zaminlərin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə rədd edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə xx xxx 2014-cü il tarixli 01R000013470 nömrəli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcu hissəsində tam təmin edilməli, qeyd edilən kredit razılaşması üzrə 313,90 (üç yüz on üç manat doxsan qəpik) manat məbləğində əsas və 168,64 (bir yüz altmış səkkiz manat altmış dörd qəpik) manat məbləğində faiz borcu Cavabdeh1 İddiaçı X3 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin xx xxx 2014-cü il tarixli 01R000013470 nömrəli kredit razılaşması üzrə əsas borca hesablanmış 567,52 (beş yüz altmış yeddi manat əlli iki qəpik) manat məbləğində cərimə borcu hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 50 (əlli) manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh1 İddiaçı X3 xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı X3 hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxx 2014-cü il tarixli 01R000013470 nömrəli kredit razılaşması üzrə Cavabdeh1 313,90 (üç yüz on üç manat doxsan qəpik) manat məbləğində əsas kredit borcu, 168,64 (bir yüz altmış səkkiz manat altmış dörd qəpik) manat məbləğində faiz borcu və 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 532,54 (beş yüz otuz iki manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı X3 xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı X5 tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx xxx 2014-cü il tarixli 01R000013470 nömrəli kredit razılaşması üzrə 313,90 (üç yüz on üç manat doxsan qəpik) manat məbləğində əsas kredit borcu, 168,64 (bir yüz altmış səkkiz manat altmış dörd qəpik) manat məbləğində faiz borcu və 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 532,54 (beş yüz otuz iki manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı X3 xeyrinə ödənilsin Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1821/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1821/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver