Məhkəmə qərarları › İş №2(005)-1828/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1828/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1828/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı X1 Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxx 2018ci il tarixli, 100801-345269/4 nömrəli krediti müqaviləsi üzrə 1.770,13 (bir min yeddi yüz yetmiş manat on üç qəpik) manat məbləğində əsas borc və 176,70 (bir yüz yetmiş altı manat yetmiş qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1.946,83 (bir min doqquz yüz qırx altı manat səksən üç qəpik) manat məbləğində borcun və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli, 100801-345269/4 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh şəxsi istehlak məqsədi üçün 36 (otuz altı) ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 4.500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borclu şəxs dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. xx xxxxxx 2021-ci il tarixə Cavabdeh müvafiq kredit müqaviləsi üzrə 1.770,13 (bir min yeddi yüz yetmiş manat on üç qəpik) manat məbləğində əsas və 176,70 (bir yüz yetmiş altı manat yetmiş qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1.946,83 (bir min doqquz yüz qırx altı manat səksən üç qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Krediti müqaviləsinin 4.4.3-cü və 4.4.6-cı bəndlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə əsas borcu, faizləri ödəməyi, öhdəliyin icra edilməməsi səbəbindən irəli gələn bütün xərcləri müqavilədə müəyyən olunmuş qaydada banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda, həmin müqavilənin 7.1-ci maddəsinə əsasən ödəniş cədvəlində və ya xəbərdarlıqda (pretenziyada) müəyyən edilən müddətlərdə öhdəliklər vaxtında tam icra edilmədikdə kredit gecikdirilmiş hesab edilir. Belə ki, Cavabdeh krediti müqaviləsi üzrə yaranmış öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli, 100801-345269/4 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən iddiaçı bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədi üçün 36 (otuz altı) ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 4.500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir; xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx xxxxx 2018-ci il tarixli, 100801-345269/4 nömrəli krediti müqaviləsi üzrə 1.770,13 (bir min yeddi yüz yetmiş manat on üç qəpik) manat məbləğində əsas borc və 176,70 (bir yüz yetmiş altı manat yetmiş qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1.946,83 (bir min doqquz yüz qırx altı manat səksən üç qəpik) manat məbləğində borcu vardır; xx xxxxxx 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli, 100801-345269/4 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh şəxsə şəxsi istehlak məqsədi üçün 36 (otuz altı) ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 4.500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh müqavilənin müvafiq şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx xxxxx 2018-ci il tarixli, 100801-345269/4 nömrəli krediti müqaviləsi üzrə 1.770,13 (bir min yeddi yüz yetmiş manat on üç qəpik) manat məbləğində əsas borc və 176,70 (bir yüz yetmiş altı manat yetmiş qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1.946,83 (bir min doqquz yüz qırx altı manat səksən üç qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı X1 Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxx 2018-ci il tarixli, 100801- 345269/4 nömrəli krediti müqaviləsi üzrə 1.770,13 (bir min yeddi yüz yetmiş manat on üç qəpik) manat məbləğində əsas borc və 176,70 (bir yüz yetmiş altı manat yetmiş qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1.946,83 (bir min doqquz yüz qırx altı manat səksən üç qəpik) manat məbləğində borc və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar