Məhkəmə qərarları › İş №2(005)-1834/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1834/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1834/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən kredit müqaviləsi əsasında verdiyi 35200 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2016-cı il tarixli (15 000 manat), xx.xx.2016-cı il tarixli (10200 manat), xx.xx.2015-ci il tarixli (10000) Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış kredit müqavilələri İddiaçı Cavabdeh cəmi 35 200 manat kredit vermişdir. Həmin kredit müqavilələri üzrə Bakı şəhəri 14 saylı notariat kontorunun notariusu tərəfindən icra qeydi aparılaraq icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayonu İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, göstərilən icra qeydi əsasında Nərimanov rayonu İcra və Probasiya Şöbəsində hal-hazırda icra tədbirləri həyata keçirilməkdə davam etdirilir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci və 6.1.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları və notariusun icra qeydləri icra sənədi sayılır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin 15-ci hissəsinə əsasən, dövlət notariusu icra qeydləri aparır. Həmin Qanunun 76-cı maddəsinə əsasən, Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Qeyd edilən Qanunun 78-ci maddəsinə əsasən, İcra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi, icra qeydləri üzrə ödəniş məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə məhkəmə qətnamələri və dövlət notariusu icra qeydləri, hər ikisi icra sənədi sayıldığından, mövcud iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də iş üzrə icraata xitam verilməli və iddiaçıya icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Nərimanov rayonu İcra və Probasiya Şöbəsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsasında mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Nərimanov rayonu İcra və Probasiya Şöbəsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar