Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1836/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi-X1 oglunun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli, 2(005)-4181/2017 nömrəli məhkəmə əmri ilə xx xxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh tələbkar “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 799,49 (yeddi yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat məbləğində əsas və 27,52 (iyirmi yeddi manat əlli iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 827,01 (səkkiz yüz iyirmi yeddi manat bir qəpik) manat məbləğində borc vəsaitinin və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Borclu Cavabdeh 17 fevral 2021-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli, 2(005)-4181/2017 nömrəli məhkəmə əmrinin ləgv edilməsini və iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(005)-4181/2017 nömrəli qərardadı ilə məhkəmə əmri ləgv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, 15.12.2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh oğluna illik 0 faizlə 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 3.4 bəndinə əsasən bankla əməkdaşlıq etməyən şirkətlərin satış nöqtələrində müştəri kredit xəttində ayda maksimum 500 manat istifadə edə bilər. Bu halda nağdsız 12 faiz komissiya tutulur və müştəri əsas borc və komissiyanın ümumu məbləgini 6 aya bölərək barabər hissələrlə banka qaytarmalıdır. Müqavilənin 3.5 bəndinə əsasən bankın ATM-lərinin istifadəsi zamanı müştəridən 6 faiz komissiya tutulur maksimum ayda 200 manat təşkil edir. 21.04.2017-ci il tarixədək Cavabdeh oğlunun 799,49 (yeddi yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat məbləğində əsas və 27,52 (iyirmi yeddi manat əlli iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 827,01 (səkkiz yüz iyirmi yeddi manat bir qəpik) manat məbləğində borcu vardır. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 oglu iddia tələbinin məznununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh oglu məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15.12.2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh oğluna illik 0 faizlə 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. 03.12.2012-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, 21.04.2017-ci il tarixədək Cavabdeh oğlunun 799,49 (yeddi yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat məbləğində əsas və 27,52 (iyirmi yeddi manat əlli iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 827,01 (səkkiz yüz iyirmi yeddi manat bir qəpik) manat məbləğində borcu vardır. 26 may 2016-cı il tarixli bildiriş məktubunun surətindən və məzmunundan görünür ki, iddiaçı şəxs tərəfindən cavabdeh Cavabdeh ogluina kredit müqaviləsi üzrə borc öhdəliklərinin 3 (üç) gün müddətində ödənilməsi, ödənilmədiyi təqdirdə isə borcun ödənilməsinin məhkəmə qaydasında tələb olunacağı barədə xəbərdarlıq olunmuşdur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh oglukredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçı şəxsə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hazırkı iddiası əsaslıdır, iddiaçı şəxs iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını nəinki məhkəməyə təqdim etməmiş, eyni zamanda təyin edilmiş məhkəmə iclaslarının heç birində iştirak etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oglundan 799,49 (yeddi yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat məbləğində əsas və 27,52 (iyirmi yeddi manat əlli iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 827,01 (səkkiz yüz iyirmi yeddi manat bir qəpik) manat borc tutularaq iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçı ləgv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh oglundan 799,49 (yeddi yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat məbləğində əsas və 27,52 (iyirmi yeddi manat əlli iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 827,01 (səkkiz yüz iyirmi yeddi manat bir qəpik) manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1836/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1836/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver