Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-185/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdeh1 və onun vəkili və nümayəndəsi Vəkil1 Yagub oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3 və Cavabdeh4 qarşı alqı-satqı müqavilələrinin ləğv edilməsi, avtomobillərin qaytarılması tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MMC-nin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, avtomobillərin geri qaytarılması tələbinə dair ilk iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, “Rahat Kredit lombarda mülkiyyətində olan “Mercedes Benz” CLA markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı və “İnfiniti QX70” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilləri girov qoymuşdur. Belə ki, 12.07.2018-ci il tarixdə verilmş girov biletinə əsasən “İnfiniti" markalı **-NK-*** dövlət nömrə nişanlı avtomobil, 01.08.2018-ci il tarixdə isə “Mercedes Benz” markalı **-XA-*** dövlət qedyiyyat nişanlı avtomobil girov qoyulmuşdur. Qeyd edilən avtomobillər girov qoyulan zaman lombardın müdiri Emin adlı şəxs digər əməkdaşları Cavabdeh1 adına etibarnamə verilməsinin zəruri olmasını bildirmişdir. Əks halda ona aralarında girov müqaviləsinin mümkün olmayacağını izah etdi. Bundan sonra onun tərəfindən 1 il müddətinə hər iki avtomobil üzrə Cavabdeh1 adına etibarnamə verilmiş, həmin müddət bitdikdən sonra növbəti 1 il müddətinə yenilənmişdir. Həmin vaxt lombard tərəfindən girov biletlərinin bir nüsxəsi iddiaçıya təqdim edilməmişdir. Qeyd etmək lazımdır ki, hər iki avtomobil, 23.000 (iyirmi üç min) ABŞ dolları müqabilində aylıq, 5 faiz dərəcəsi ilə “Rahat Kredit” lombarda girov qoyulmuşdur. 2020-ci ilin mart ayının əvvəllərində koronavirus (Covid 19) pandemiyası ilə əlaqədar məşğul olduğu gül ticarətində geriləmə olduğundan aylıq 5200 manat faiz borcunu lombarda ödəyə bilməmişdir. 17.03.2020-ci il tarixdə lombardın müdiri kimi tanıdığı Emin adlı şəxslə Cavabdeh1 ünvan ünvana onu çağıraraq gecə 02-yə qədər qanunsuz olaraq azadlıqdan məhrum etmiş, onlarla əməkdaşlıq edən onlarla şəxsin olduğunu, avttmobillləri həmin şəxslərdən birinin mülkiyyətinə keçirəcəklərini bildirdi. 18.03.2020-ci il tarixdə isə iddiaçıya məxsus olan hər iki avtomobil onun razılığı və məlumatı olmadan Cavabdeh2 mülkiyyətinə keçirilmişdir. Bununla bağlı dəfələrlə lombarda müraciətlər etməyinə baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. Qeyd etmək lazımdır ki, Cavabdeh1 ilə digər Cavabdeh2 arasında bağlanmış əqd uydurmadır. Belə ki, onlar alqı-satqı müqaviləsinə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş xatirinə müqavilə bağlamışdırlar. Cavabdehlərin hər ikisi “Rahat Kredit” lombardı ilə əlaqəli şəxslər olduğu üçün lombardın məqsədi ona məxsus olan avtomobillərin ələ keçirilməsi olmuşdur. İddia ərizəsinə əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, hər iki cavabdeh iddiaçıya məxsus olan, eləcə də digər şəxslərin mülkiyyətində olan, etibarnamə ilə ona etibar edilmiş avtomobillərə dair də analoji müqavilələri bağlamışdırlar. Qeyd olunanlara və sadalanan hüquq normalarına əsasən cavabdehlər arasında 18.03.2020-ci il, 11.06.2020-ci il, 07.09.2020-ci il və 03.06.2020-ci il tarixli mülkiyyətində olmuş “Mercedes Benz" markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı, “İnfiniti QX 70” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillərin iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, avtomobillərin qanunsuz sahiblikdən geri qaytarılması tələbi”nə dair mülki iş vardır. Həmin iş üzrə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmədən cavabdehlər arasında 18.03.2020-ci il tarixli onun mülkiyyətində olan “Mercedes Benz” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı, "İnfmiti QX 70” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair alqı- satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillərin Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məlumat üçün bildirmək istəyir ki, 2016-cı ildən Bakı şəhəri, Atatürk prospekti, 56 ünvanında (A.Sultanova heykəlinin yanı) yerləşən “xxxx”da lombard fəaliyyəti ilə məşğuldur. 2018-ci ildən başlayaraq lombardın müştərisi olan adını sonradan bildiyi İddiaçı ilə tanış olmuşdur. İddiaçı mütəmadi olaraq özünə və ayrı-ayrı şəxslərə məxsus olan avtomobilləri lombarda girov qoyaraq kredit götürüb vaxtı-vaxtında geri qaytarırdı. Bu hərəkətləri ilə o, özünü ona etibarlı bir insan və iş adamı kimi tanıtdırmışdır, onunla söhbətləri zamanı məlumat vermişdir ki, özü gül və gül üçün aksessuarları biznesi ilə məşğuldur. Həmin mallar Azərbaycana xaricdən gətirilir. Belə ki, 08 dekabr 2018-ci il tarixli, 000786 saylı Razılaşmadan görünür ki, İddiaçı lombarda girov qoyduğu “İnfmiti QX 70” markalı, 2014-cü il buraxılışlı, Ban JNRCS1MWXEM631186, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə aldığı 25.000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi 3 tarixində ödəməyi öhdəsinə götürmüş və bildirmişdir ki, əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razıdır. 08 tarixində və əlavə verilmiş 10 gün müddətində faiz ödənişi aparılmasa, onun tərəfindən Cavabdeh1 verilmiş etibarnamə əsasında, ona heç bir xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmir. Kredit 25.000 ABŞ dolları, onun tərəfindən tam qaytardığı avtomaşının Lombardın dayanacağında saxlanılmasına etiraz etmir. Ayliq 50 manat AZN dayanacaq xidmətinin ödənilməsinə razıdır. 11 yanvar 2019-cu il tarixli, 000827 saylı Razılaşmadan görünür ki, İntiqam Sərdar oğlu lombarda girov qoyduğu “Mercedes Benz” markalı minik markalı, 2014-cü il buraxılışlı, Ban WDD1173461N162123, **-XA-*** qeydiyyat nişanlı avtomobilə görə aldığı 23.000 ABŞ dolları məbləğində aylıq 3 (üç) faizi hər ayın 11 tarixində ödəməyi öhdəsinə götürmüş, əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən əlavə 1 faiz cərimənin hesablanmasına razı olduğunu bildirmişdir. 10 gün müddətində faiz ödənişi aparılmasa, onun tərəfindən Cavabdeh1 verilmiş etibarnamə əsasında, ona heç bir xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmir. Kredit 25.000 ABŞ dolları, onun tərəfindən tam qaytardığı müddətə qədər avtomaşının Lombardm dayanacağında saxlanılmasına etiraz etmir. Aylıq 50 AZN dayanacaq xidmətinin ödənilməsinə razıdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında əldə edilmiş yuxarıda göstərilən razılaşmalara uyğun olaraq bir müddət aldığı pulların faizini ödəsə də, sonradan ödənişləri dayandırmışdır. Belə ki, İntiqam Sərdar oğlunun “İnfıniti QX 70” markalı, **-NK- *** dövlət nişanlı avtomobilə görə aldığı 25.000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 faizi 3 ay müddətində ödəməməklə lombarda 2.500 ABŞ dolları, ”Merceds Benz” markalı CLA 250 minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə aldığı 23.000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 faizi isə 4 ay müddətində ödəməməklə lombarda 2.760 ABŞ dolları, cəmi 5.260 ABŞ borcu, eyni zamanda avtomobillərin dayanacaqda saxlanılmasına görə borcu qalmışdır. İlk iddia üzrə İddiaçı ilə borcun ödənilməsi istiqamətində aparılan söhbətlər isə nəticəsiz qalmışdır. Bir müddət sonra onlara məlum olmuşdur ki, İddiaçı lombarddan aldığı pulun təminatı olaraq girova qoyduğu yuxarıda qeyd olunan hər iki avtomobilə Cavabdeh1 verdiyi etibarnamələri ləğv etmişdir. İlk iddia üzrə İddiaçı ləğv edilmiş etibarnamələrə görə yeni etibarnamələrin verilməsi tələb edildikdikdə isə onun tərəfindən həmin avtomobillərin onun mülkiyyətində olmasına baxmayaraq, hər iki avtomobilin sahibinin X7 olduğu bildirildi. İddiaçı və həmin vaxt ilk dəfə gördüyü, özünü İddiaçı dostu və şəriki kimi təqdim edən Azad Abdullayevlə birlikdə aparılan söhbət zamanı onlar ona yeni etibarnamələrin verilməsi və həmin avtomobillərin satılaraq borcun ödənilməsinə sərf edilməsi qərarına gəldilər. Beləliklə, ilk iddia üzrə İddiaçı tərəfindən ona yeni etibarnamələr verildi və həmin etibarnamələrin etibarlılıq müddətində, yəni 18 mart 2020-ci il tarixdə hər hansı qanun pozuntusuna yol verilmədən “İnfıniti QX 70” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil 21.500 ABŞ dollarına, “Mercedes Benz” markalı CLA 250 minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil isə 23.000 ABŞ dollarına alqı-satqı müqavilələri əsasında Cavabdeh2 satıldı. Göründüyü kimi, “Mercedes Benz” markalı CLA 250 minik markalı, 99-XA- 777 dövlət qeydiyyat nişanlı avtomobil 23.000 ABŞ dollarına satılaraq həmin avtomobilə görə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı lombarda olan əsas borcunu ödəsə də, “İnfıniti QX 70” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil 21.500 ABŞ dollarına satılmış və İddiaçı həmin avtomobilə görə lombarda 3.500 ABŞ dolları məbləğində əsas borcu qalmışdır. Qeyd olunanlarla yanaşı ilk iddia üzrə İddiaçı iddia tələbinin əsassızlığı və iddia tələbində qeyd olunanların həqiqətə uyğun olmadığının təsdiqi ilə bağlı məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edir ki, ilk iddia üzrə İddiaçı öz əlyazması ilə yazılmış izahatında özünə və digər şəxslərə .məxsus avtomobilləri lombarda girova qoyaraq pul götürdüyünü, digər avtomobillərin sahiblərinə onlara məxsus avtomobilləri lombarda girova qoyduğunu bildirmədiyini, həmçinin avtomobil sahiblərinin bundan məlumatsız olduqları barədə lombardın işçilərinə məlumat vermədiyini, borcun bir hissəsinin ödənilməsi üçün iki avtomobilin satılmasına Azadın razılıq verməsini və həmin avtomobillər satıldıqdan sonra lombarda yenə də 110.400 ABŞ dolları məbləğində borlu qaldığını etiraf etmişdir. Bununla yanaşı məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, ona qarşı yuxarıda göstərilən qanunsuzluqları nəzərə alaraq tərəfindən şikayət ərizəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə müraciət olunmuş və etibardan sui istifadə edib aldatma yolu ilə əmlakını ələ keçirən qabaqcadan əlbir olan qrup üzvləri İddiaçı, X7 və X10 barəsində qanuna müvafiq tədbirlər görüb, onların məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edib ona vurulmuş ziyanın ödənilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Daha sonra Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin həcminin artırılması barədə ərizə təqdim edərək, İnfniti QX 70” markalı, **-NK- *** dövlət qeydiyyat nişanlı avtomobilin 21.500 ABŞ dollarına satışından qalan 3.500 ABŞ dolları əsas borcun, həmin avtomobilə görə aldığı 25.000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi 3 ay müddətində təşkil edən 2.500 ABŞ dolları və “Mercedes Benz” markalı CLA 250 minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə aldığı 23.000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi 4 ay müddətində təşkil edən 2.760 ABŞ dolları, cəmi 5.260 ABŞ dolları məbləğində faiz borcunun ödənildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə Azərbaycan manatı ilə) və avtomobillərin dayanacaqda saxlanılmasına görə 1.000 manatın; avtomobillərin girovu ilə bağlı tərəfindən verilmiş 72050 ABŞ dolları əsas borcun, 11890 ABŞ dolları faiz borcunun, İddiaçı öz tərəfindən şəxsən verdiyi 45000 ABŞ dolları məbləğində pul vəsaitinin (ödənildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə Azərbaycan manatı ilə) və avtomobillərin dayanacaqda saxlanılmasına görə 2760 manatın ilk iddia üzrə İddiaçı tutularaq ilk iddia üzrə Cavabdeh1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh1 23.11.2020-ci il tarixli ərizəsi əsasında “xxxx” MMC mülki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MMC cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərk, iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmədən cavabdehlər arasında 18.03.2020-ci il tarixli onun mülkiyyətində olan “Mercedes Benz” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı, “İnfmiti QX 70” markalı, **-NK-***, dövlət qeydiyyat nişanlı avtomobillərə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillərin Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qeyd etdiyi və digər avtomobillərə dair razılaşmalar onunla “xxxx” MMC arasında bağlanmışdır. Belə ki, “xxxx” MMC 2016-cı ildən Bakı şəhəri, Atatürk prospekti, 56 ünvanında (A.Sultanova heykəlinin yanı) fəaliyyət göstərir. “xxxx” MMC-nin rəhbəri Cavabdeh1 2018-ci ildə lombardm müştərisi olan adını sonradan bildiyi İddiaçı ilə tanış olmuşdur. İddiaçı mütəmadi olaraq özünə və ayrı-ayrı şəxslərə məxsus olan avtomobilləri lombarda gorov qoyaraq kredit götürüb vaxtı-vaxtında geri qaytarırdı. Bu hərəkətləri ilə o, özünü “xxxx” MMC-yə etibarlı bir insan və iş adamı kimi tanıtdırmışdır. Onunla söhbətləri zamanı məlumat vermişdir ki, özü gül və gül üçün aksessuarlar biznesi ilə məşğuldur. Həmin mallar Azərbaycana xaricdən gətirilir. İddiaçı onun tərəfindən lombarda umumilkdə 10 ədəd avtomobil gorov qoyularaq kredit götürülmüşdür. Belə ki, 26 noyabr 2018-ci il tarixli, 000774 saylı Razılaşmadan görünür ki, X11 tərəfindən verilmiş etibarnaməyə (reyestr nömrəsi 13506) əsasən çıxış edən İddiaçı lombarda girov qoyduğu Toyota Prado minik markalı, 2013-cü il buraxılışlı, Ban JTYBX3FJ30K160069, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə aldığı 23000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi hər ayın 26 tarixində ödəməyi öhdəsinə götürmüş və bildirmişdir ki, əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razıdır. 26 tarixində və əlavə verilmiş 10 gün müddətində faiz ödənişi aparılmasa, X4 məxsus olan avtomobilin onun tərəfindən Cavabdeh1 verilmiş etibarnamə əsasında, ona və X4 heç bir xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmir. Kredit 23000 ABŞ dolları, onun tərəfindən tam qaytardığı müddətə qədər avtomaşının Lombardın dayanacağında saxlanılmasına etiraz etmir. Aylıq 50 AZN dayanacaq xidmətinin ödənilməsinə razıdır (26 noyabr 2018-ci il tarixli 000774 saylı Razılaşmanın, 26 noyabr 2018-ci il tarixli məxaric xəzinə orderinin əsli, Toyota Prado minik markalı, 90- UM-790 dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin və Toyota Prado minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 18 may 2019-cu il tarixli sərəncam vermək hüququ verən etibarnamənin surəti əlavə olunmuşdur). Bundan başqa, 25 aprel 2019cu il tarixli, 000980 saylı Razılaşmadan görünür ki, X13 tərəfindən verilmiş etibarnaməyə əsasən çıxış edən İddiaçı lombarda girov qoyduğu X27 minik markalı, 2011-ci il buraxılışlı, Ban JTMDU09J4B4038537, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə aldığı 26000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi hər ayın 25 tarixində ödəməyi öhdəsinə götürmüş və bildirmişdir ki, əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razıdır. 25 tarixində və əlavə verilmiş 10 gün müddətində faiz ödənişi aparılmasa, X8 məxsus olan avtomobilin onun tərəfindən Cavabdeh1 verilmiş etibarnamə əsasında, ona və X8 heç bir xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmir. Kredit 26000 ABŞ dolları, onun tərəfindən tam qaytardığı müddətə qədər avtomaşının Lombardın dayanacağında saxlanılmasına etiraz etmir. Aylıq 50 AZN dayanacaq xidmətinin ödənilməsinə razıdır (25 aprel 2019-cu il tarixli 000980 saylı Razılaşmanın, 25 aprel 2019-cu il tarixli məxaric xəzinə orderinin əsli, X27 minik markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin və X27 minik markalı, 90-NJ- 911 dövlət qeydiyyat nişanlı avtomobilə dair 25 aprel 2019-cu il tarixli sərəncam vermək hüququ verən etibarnamənin surəti əlavə olunmuşdur). Bundan başqa, 31 iyul 2019-cu il tarixli 1011 saylı Razılaşmadan görünür ki, X11 tərəfindən verilmiş etibarnaməyə əsasən çıxış edən İddiaçı lombarda girov qoyduğu Ford Mustang minik markalı, 2015-ci il buraxılışlı, Ban 1FA6P8TH7F5353097, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə aldığı 18500 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi hər ayın 31 tarixində ödəməyi öhdəsinə götürmüş və bildirmişdir ki, əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razıdır. 31 tarixində və əlavə verilmiş 10 gün müddətində faiz ödənişi aparılmasa, X4 məxsus olan avtomobilin onun tərəfindən Cavabdeh1 verilmiş etibarnamə əsasında, ona və X4 heç bir xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmir. Kredit 18500 ABŞ dolları, onun tərəfindən tam qaytardığı müddətə qədər avtomaşının Lombardın dayanacağında saxlanılmasına etiraz etmir. Aylıq 50 AZN dayanacaq xidmətinin ödənilməsinə razıdır (31 iyul 2019-cu il tarixli 1011 saylı Razılaşmanın, 31 iyul 2019-cu il tarixli məxaric xəzinə orderinin əsli, Ford Mustang minik markalı, 99-TİL-085 dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin surəti və Ford Mustang minik markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 30 iyul 2019-cu il tarixli sərəncam vermək hüququ verən etibarnamənin surəti əlavə olunmuşdur). Bundan başqa, 16 noyabr 2019-cu il tarixli 1088 saylı Razılaşmadan görünür ki, X11 tərəfindən verilmiş (reyestr nömrəsi 7-E-8326) etibarnaməyə əsasən çıxış edən İddiaçı lombarda girov qoyduğu BMW 528İ minik markalı, 2012-ci il buraxılışlı, Ban WBAXH5C50DD108447, 99-FB- 084 dövlət qeydiyyat nişanlı avtomobilə görə aldığı 12000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi hər aym 16 tarixində ödəməyi öhdəsinə götürmüşdür və bildirmişdir ki, əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razıdır. 16 tarixində və əlavə verilmiş 10 gün müddətində faiz ödənişi aparılmasa, X4 məxsus olan avtomobilin onun tərəfindən Cavabdeh1 verilmiş etibarnamə əsasında, ona və X4 heç bir xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmir. Kredit 12000 ABŞ dolları, onun tərəfindən tam qaytardığı müddətə qədər avtomaşının Lombardm dayanacağında saxlanılmasına etiraz etmir. Aylıq 50 AZN dayanacaq xidmətinin ödənilməsinə razıdır. Bundan başqa, 25 noyabr 2019-cu il tarixli 1101 saylı Razılaşmadan görünür ki, İddiaçı lombarda girov qoyduğu X31 minik markalı, 2008-ci il buraxılışlı, Ban SALMAM348BA297655, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə aldığı 15550 ABŞ dolları məbləğində kredit üzrə faizləri hər ayın 25 tarixində ödəməyi öhdəsinə götürmüş və bildirmişdir ki, əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razıdır. 25 tarixində və əlavə verilmiş 10 gün müddətində faiz ödənişi aparılmasa, ona məxsus olan avtomobilin onun tərəfindən Cavabdeh1 verilmiş etibarnamə əsasında, ona heç bir xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmir. Kredit 15500 ABŞ dolları, onun tərəfindən tam qaytardığı müddətə qədər avtomaşının Lombardm dayanacağında saxlanılmasına etiraz etmir. Aylıq 50 AZN dayanacaq xidmətinin ödənilməsinə razıdır. (25 noyabr 2019-cu il tarixli 1101 saylı Razılaşmanın, 25 noyabr 2019-cu il tarixli məxaric xəzinə orderinin əsli, X31 minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin, X31 minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 09 aprel 2019-cu il tarixli sərəncam vermək hüququ verən etibarnamənin surəti əlavə edilmişdir). Bundan başqa, 25 sentyabr 2019-cu il tarixli 1036 saylı Razılaşmadan görünür ki, İddiaçı lombarda girov qoyduğu Mercedes Benz S280 minik markalı, 2007-ci il buraxılışlı, Ban WDDNF54X27A130266, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə aldığı 10000 ABŞ dolları məbləğində kredit üzrə faizləri hər ayın 25 tarixində ödəməyi öhdəsinə götürmüş və bildirmişdir ki, əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razıdır. 25 tarixində və əlavə verilmiş 10 gün müddətində faiz ödənişi aparılmasa, ona məxsus olan avtomobilin onun tərəfindən Cavabdeh1 verilmiş etibarnamə əsasında, ona heç bir xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmir. Kredit 10000 ABŞ dolları, onun tərəfindən tam qaytardığım müddətə qədər avtomaşının Lombardm dayanacağında saxlanılmasına etiraz etmir. Aylıq 50 AZN dayanacaq xidmətinin ödənilməsinə razıdır (25 sentyabr 2019-cu il tarixli 1036 saylı Razılaşmanın, 24 sentyabr 2019-cu il tarixli məxaric xəzinə orderinin əsli, Mercedes Benz S280 minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin və Mercedes Benz S280 minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 24 sentyabr 2019-cu il tarixli sərəncam vermək hüququ verən etibarnamənin surəti əlavə edilmişdir). Bundan başqa, 08 yanvar 2020-ci il tarixli, 1136 saylı Razılaşmadan görünür ki, Mövsüm Mansur oğlu tərəfindən verilmiş (reyestr nömrəsi 7-E- 2226) etibarnamaməyə əsasən çıxış edən İddiaçı lombarda girov qoyduğu KİA Sportage minik markalı, 2011-ci il buraxılışlı, Ban KNAPC811DB7134531, 10-HK- 55 dövlət qeydiyyat nişanlı avtomobilə görə aldığı 5900 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi hər ayın 08 tarixində ödəməyi öhdəsinə götürmüş və bildirmişdir ki, əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razıdır. 08 tarixində və əlavə verilmiş 10 gün müddətində faiz ödənişi aparılmasa, X4 məxsus olan avtomobilin onun tərəfindən Cavabdeh1 verilmiş etibarnamə əsasında, ona və X4 heç bir xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmir. Kredit 5900 ABŞ dolları, onun tərəfindən tam qaytardığı müddətə qədər avtomaşının Lombardın dayanacağında saxlanılmasına etiraz etmir. Aylıq 50 AZN dayanacaq xidmətinin ödənilməsinə razıdır. Bundan başqa, 08 dekabr 2018-ci il tarixli, 000786 saylı Razılaşmadan görünür ki, İddiaçı lombarda girov qoyduğu “İnfiniti QX 70” markalı, 2014-cü buraxılışlı, Ban JNRCS1MWXEM631186, **-NK-*** dövlət qeydiyyat nişanlı . avtomobilə görə aldığı 25000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi hər ın 08 tarixində ödəməyi öhdəsinə götürmüş və bildirmişdir ki, əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razıdır. 08 tarixində və əlavə verilmiş 10 gün müddətində faiz ödənişi aparılmasa, onun tərəfindən Cavabdeh1 verilmiş etibarnamə :asında, ona heç bir xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmir. Kredit 25000 ABŞ dolları, onun tərəfindən tam qaytardığı müddətə qədər avtomaşının lombardın dayanacağında saxlanılmasına etiraz etmir. Aylıq 50 AZN dayanacaq qiymətinin ödənilməsinə razıdır. Bundan başqa, 11 yanvar 2019-cu il tarixli, 000827 saylı Razılaşmadan görünür ki, İddiaçı lombarda girov qoyduğu Mercedes Benz CLA 250 minik markalı, 2014-cü il buraxılışlı, Ban WDD1173461N162123, **-XA-*** dövlət qeydiyyat ışanlı avtomobilə görə aldığı 23000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi hər ayın 11 tarixində ödəməyi öhdəsinə götürmüş və bildirmişdir ki, əgər bu tarixdən 3 .in müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razıdır. 11 tarixində və əlavə verilmiş 10 gün müddətində faiz ödənişi aparılmasa, onun tərəfindən Cavabdeh1 verilmiş etibarnamə əsasında, ona heç bir xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmir. Kredit 5000 ABŞ dolları, onun tərəfindən tam qaytardığı müddətə qədər avtomaşının lombardın dayanacağında saxlanılmasına etiraz etmir. Aylıq 50 AZN dayanacaq xidmətinin ödənilməsinə razıdır. Bundan başqa, 1057 saylı Razılaşmadan görünür ki, X14 tərəfindən verilmiş (reyestr nömrəsi 6573) etibarnaməyə əsasən çıxış edən X17 lombarda girov qoyduğu X29 minik markalı, 2008-ci il buraxılışlı, Ban WDF**********3042, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə aldığı 15350 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 üç) faizi hər ayın 17 tarixində ödəməyi öhdəsinə götürmüş və bildirmişdir ki, əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razıdır. 17 tarixində və əlavə verilmiş 10 gün müddətində faiz ödənişi aparılmasa, X9 məxsus olan avtomobilin onun tərəfindən Cavabdeh1 verilmiş etibarnamə əsasında, ona və X9 heç bir xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmir. Kredit 15350 ABŞ dolları, onun tərəfindən tam qaytardığı müddətə qədər avtomaşının Lombardın dayanacağında saxlanılmasına etiraz etmir. Aylıq 50 AZN dayanacaq xidmətinin ödənilməsinə razıdır. İddiaçı ilə “xxxx” MMC arasında əldə edilmiş yuxarıda göstərilən razılaşmalara uyğun olaraq o, bir müddət aldığı pul əsaitlərinin faizini ödəsə də, sonradan ödənişləri dayandırmışdır. “xxxx” MMC tərəfindən İddiaçı əsas və faiz borclarının tələbi isə nəticəsiz qalmışdır. 17 mart 2020-ci il tarixdə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun yanına adını sonradan bildiyi X5 və X11 ilə birlikdə yaxınlaşdı. Bu şəxsləri onlar tanımırdı və birinci dəfə görürdü. X5 və X11 özlərini bizə İddiaçı yaxın adamı və onun tərəfindən girova qoyulan avtomobillərin sahibləri kimi təqdim etdilər. Həmçinin, İddiaçı işində problemlərin olduğunu və onların avtomobillərinin İddiaçı tərəfindən lombarda girov kimi qoyulması haqqında məlumatlarının olmadığını bildirdilər. Sonradan özlərini dost kimi təqdim edən bu şəxslər sanki İddiaçı şəriki kimi izah etdilər ki, İddiaçı lombarda olan borcunun bir hissəsi X11 tərəfindən ödənilə bilər. X11 həmin gün İddiaçı borcunun 15900 ABŞ dolları hissəsini ödədi və Mercedes S280 və KİA Sportage markalı avtomobillərin girovdan çıxarılmasını xahiş etdilər, o, da onları səmimi insan kimi qəbul edib hər iki avtomobili girovdan çıxarmışdır. Bu söhbətdən sonra X5 təklif etmişdir ki, İddiaçı tərəfindən girova qoyulmuş avtomobillərdən ikisinin borcunun ödənilməsi məqsədi ilə satışa çıxarılmasına icazə versinlər, satıb iki avtomobilin də borcunu ödəsinlər. Bu danışıqlar zamanı X3 danışığından belə başa düşüldü ki, etibardan sui-istifadə edərək, adlarına keçirmədiyi avtomobillərə dair İddiaçı tərəfindən onlara verilmiş etibarnamələri onlardan xəbərsiz ləğv etmişdir. Aydın olmuşdur ki, artıq onlar onu İddiaçı köməyi ilə aldatmağa başlamışlar. Uzun sürən söhbətdən sonra X2 iki avtomobilin satışı üçün Azadın göstərişi ilə İddiaçı onlara yenidən etibarnamə vermişdir. Digər avtomobillərə görə borcdan söhbət düşəndə, X21 özünə məxsus olan beş avtomobilin kredit borcunun ödənilməsi üçün İddiaçı öz evini satacağmı və borcu bağlayacağını və heç bir səbəb göstərmədən İntiqamın yerinə 25000-27000 ABŞ dolları ödəyəcəyini bildirdi. Lakin, bu pulun müqabilində girova qoyulmuş digər avtomobillərin də, hamısının ona qaytarılmasını tələb etdi. O, qalan borcun necə olacağı ilə maraqlandıqda onlar ona yerdə qalan kredit borcunun İddiaçı tərəfindən işləyərək geri qaytarılacağını bildirdilər. O, isə artıq aldadıldığını başa düşmüş və ilk iddia üzrə İddiaçı bütün təklifləri ilə razı olmaq məcburiyyətində qalmışdır. Bundan sonra mart ayının 21-də ilk iddia üzrə İddiaçı verdiyi vədlərin heç birinə əməl etmədi və onladan yayınmağa başladı, daha sonra isə əlaqəyə çıxmadı və telefonunu söndürdü. X11 isə öz avtomobillərini ödənişsiz özünə qaytarılmasını tələb etməyə başladı. Mart ayının 24-də X11 tərəfindən onlara 42500 AZN pul verildi və İddiaçı bir avtomobil üzrə kredit borcu bağlandı. X11 onları məcbur etmişdir ki, qalan avtomobilləri də ona təhvil versinlər. Onlar da vəziyyətin belə olduğunu görüb avtomobillərə dair onlara verilmiş etibarnamələrin ləğv edildiyini və X3 öz qurduqları plan üzrə təzyiq göstərərək gələcəkdə şərləməsindən ehtiyatlanaraq lombarda 72050 ABŞ dolları əsas borcu və 11890 ABŞ dolları faiz borcu qaldığı halda təhvil-təslim aktı əsasında həmin avtomobilləri qaytarmağa məcbur oldular. O, artıq dərk etmişdi ki, bu onların birgə oyunudur. Belə ki, iş materiallarına əlavə edilmiş Təhvil-təslim aktından görünür ki, X11 ilə Cavabdeh1;X27 minik markalı, 2011-ci il buraxılışlı,Ban JTMDU09J4B4Ö38537, **-NJ-*** dövlət qeydiyyat nişanlı;BMW 528İ minik markalı, 2012-ci il buraxılışlı, Ban WBAXH5C50DD108447, **-FB-*** dövlət qeydiyyat nişanlı; X31 minik markalı, 2008-ci il buraxılışlı, Ban SALMAM348BA297655, **-SK-*** dövlət qeydiyyat nişanlı; Toyota Prado markalı, 2013-cü il buraxılışlı, Ban JTYBX3FJ30K160069, **-UM-*** dövlət qeydiyyat nişanlı; Ford Mustang minik markalı, 2015-ci il buraxılışlı, Ban 1FA6P8TH7F5353097, **- TN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin təhvil-təslim alınması və nağd pulun ödənilməsi haqqında akt imzalamışlar. Həmin akta əsasən, avtomaşınlar yaxşı vəziyyətdə olmuş, heç bir problemləri olmamışdır. Təhvil-təslim zamanı X11 tərəfindən Cavabdeh1 42500 manat ödənilmiş və tərəflər bu avtomaşınlara görə heç bir narazılıqlarının olmayacağmı öhdələrinə götürmüşlər. Belə ki, aşağıda adları göstərilən avtomobillər halhazırda qaytarılsa da, onların adına etbamaməsi olmuş və avtomobillərə görə göstərdiyi məbləğlərdə pul vermişdir. 25 aprel 2019-cu il tarixdə “X27” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin girovu ilə 26000 ABŞ dolları; 31 yiul 2019-cu il tarixdə “Ford Mustang” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin girovu ilə 18500 ABŞ dolları;16 noyabr 2019-cu il tarixdə “BMW 528İ” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin girovu ilə 12000 ABŞ dolları; 25 noyabr 2019-cu il tarixdə “Range Rover” markalı, **-SK-*** qeydiyyat nişanlı avtomobilin girovu ilə 15550 ABŞ dolları kreditlər verilib. Göründüyü kimi, yuxarıda göstərilən avtomobillər onlar tərəfindən təhvil-təslim aktına əsasən X4 qaytarılsa da, həmin avtomobillərə görə ilk iddia izrə iddiaçı, İddiaçı tərəfindən 72050 ABŞ dolları məbləğində kredit borcu və 11890 ABŞ dolları faiz borcu bu günədək ona qaytarılmamış, bununla yanaşı avtomobillərin dayanacaqda saxlanılmasına görə 2760 manat məbləğində borc yaranmışdır. Qeyd olunanlarla yanaşı ilk iddia üzrə İddiaçı iddia tələbinin əsassızlığı və iddia tələbində qeyd olunanların həqiqətə uyğun olmadığının təsdiqi ilə bağlı məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edir ki, ilk iddia üzrə İddiaçı öz əlyazması ilə yazılmış izahatında özünə və digər şəxslərə məxsus avtomobilləri lombarda girova qoyaraq pul götürdüyünü, digər avtomobillərin sahiblərinə onlara məxsus avtomobilləri lombarda girova qoyduğunu bildirmədiyini, həmçinin avtomobil sahiblərinin bundan məlumatsız olduqları barədə lombardın işçilərinə məlumat vermədiyini, borcun bir hissəsinin ödənilməsi üçün iki avtomobilin satılmasına Azadın razılıq verməsini və həmin avtomobillər satıldıqdan sonra lombarda yenə də, 110.400 ABŞ dolları məbləğində borlu qaldığını etiraf etmişdir. İşin göstərilən hallarını və qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, “İnfmiti QX 70” markah, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 21.500 ABŞ dollarına satışından qalan 3.500 AB,Ş dolları əsas borc, eyni zamanda "İnfiniti QX 70” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə aldığı 25.000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi 3 ay müddətində təşkil edilən 2.500 ABŞ dolları və “Mercedes Benz” markalı CLA 250 minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə aldığı 23.000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi 4 ay müddətində təşkil edən 2.760 ABŞ dolları faiz borcu, cəmi 5.260 ABŞ dolları məbləğində faiz borcu və avtomobillərin dayanacaqda saxlanılmasına görə 1000 manat borc, avtomobillərin girovu ilə bağlı tərəfindən verilmiş 72050 ABŞ dolları əsas borc və 11890 ABŞ dolları faiz borcu, eləcə də, avtomobillərin dayanacaqda saxlanılmasma görə 2760 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı oğlundan alınaraq müstəqiq tələb irəli sürən üçüncü şəxs “RK Lombard” MMC-yə verilməlidir. Qeyd edilənlərə əsasən cavabdeh İddiaçı iddia tələbinin rədd, müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MMC-nin iddia tələbinin isə təmin edilməsi, “İnfiniti QX 70” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 11.500 ABŞ dollarına satışından qalan 3.500 ABŞ dolları əsas borcun, həmin avtomobilə çörə aldığı 25.000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi 3 ay müddətində təşkil edən 2.500 ABŞ dolları, və “Mercedes Benz” markalı CLA 250 minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə aldığı 23.000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi 4 ay müddətində təşkil edən 2.760 ABŞ dolları, cəmi 5.260 ABŞ dolları məbləğində faiz borcunun (ödənildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə Azərbaycan manatı ilə) və avtomobillərin dayanacaqda saxlanılmasına görə 1.000 manatın, avtomobillərin girovu ilə bağlı tərəfindən verilmiş 72050 ABŞ dolları əsas borcun, 11890 ABŞ dolları faiz borcunun və avtomobillərin dayanacaqda saxlanılmasına görə 2760 manatın cavabdeh İddiaçı tutularaq müstəqil tələb irəli sürən xxxxMMC-ə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh1 və müstəqil tələb irəli sürən “xxxx” MMC-nin vəkili və nümayəndəsi Vəkil1 Yagub oğlu məhkəmə iclasında ilk iddia tələbinin rədd, qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İlk iddia üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edə bilməyəcəyinə dair məhkəməyə ərizə ünvanlamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-ci maddəsinə əsasən işə ilk iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ilk iddia tələbi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbləri qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid X12 ifadəsində Nadır Xanmetovun köməkçisi olduğunu, İddiaçı müxtəlif vaxtlarda 3 il ərzində lombarda gəlib gedən, güvəndikləri biri olduğunu bildirmiş, həmçinin onlara saxlanca 10 maşın qoyduğunu, bunlardan altısının pulunu mülkiyyətçiləri ödədiyi üçün geri qaytardıqlarını, hal-hazırda isə lombarda müəyyən məbləğdə borcunun qaldığını təsdiq etmişdir. İş materiallarında olan ƏN-Vİ 878412 saylı etibarnamədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 adına İnfiniti QX 70 minik markalı avtomobil istifadəsinə verilmişdir. İş materiallarında olan 08 dekabr 2018-ci il tarixli 000786/787 saylı razılaşmadan görünür ki, İddiaçı lombarda girov qoyduğu İnfinity QX 70 minik markalı 2014-cü il buraxlışlı, BAN JNRCS1MWEM631186 qeydiyyyat nişanlı 99NK964 avtomobilə görə 25000 dollar məbləğində kredit aldığını, alınmış kredit üzrə aylıq hesablanan 3 faizi məbləği hər ayın 08 tarixində ödəməyi öz öhdəsinə götürür. Əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razı olduğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 08.12.2018 məxaric orderindən görünür ki, İddiaçı 25000 dollar məbləğində pulu qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 000827 saylı razılaşmadan görünür ki, İddiaçı girov qoyduğu Mercedec BENZ CLA 250 minik markalı 2014-cü il buraxılışlı 99XA777 qeydiyyat nişanlı avtomobilə görə 23000 dollar məbləğində kredit almış, alınmış kredit üzrə aylıq hesablanan 3 faizi məbləği hər ayın 08 tarixində ödəməyi öz öhdəsinə götürür. Əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razı olduğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 11.01.2019-cu il tarixli məxaric orderindən görünür ki, İddiaçı 23000 dollar məbləğində pulu qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 26.11.2018-ci il tarixli 000774 saylı razılaşmadan görünür ki, İddiaçı lombarda girov qoyduğu Toyota Prado minik markalı 2013-cü il buraxılışlı 90UM790 qeydiyyat nişanlı avtomobilə görə 23000 dollar məbləğində kredit aldığını, alınmış kredit üzrə aylıq hesablanan 3 faizi məbləği ödəməyi öz öhdəsinə götürür. Əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razı olduğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 26.11.2018-ci il tarixli məxaric orderindən görünür ki, İddiaçı 23000 dollar məbləğində pulu qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan ƏN-Vİ-793930 saylı etibarnamədən görünür ki, X11 tərəfindən Cavabdeh1 adına Toyota Prado minik markalı 2013-cü il buraxılışlı 90UM790 qeydiyyat nişanlı avtomobil istifadəsinə verilmişdir. İş materiallarında olan 25.04.2019-cu il tarixli ******* saylı razılaşmadan görünür ki, İddiaçı lombarda girov qoyduğu X27 minik markalı 2011-cü il buraxılışlı 90NJ911 qeydiyyat nişanlı avtomobilə görə 26000 dollar məbləğində kredit aldığını, alınmış kredit üzrə aylıq hesablanan 3 faizi məbləği ödəməyi öz öhdəsinə götürür. Əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razı olduğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 25.04.2019-cU il tarixli məxaric orderindən görünür ki, İddiaçı 26000 dollar məbləğində pulu qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan ƏN-Vİ-7694800 saylı etibarnamədən görünür ki, X15 tərəfindən Cavabdeh1 adına X27 minik markalı 2011-cü il buraxılışlı 90NJ911 qeydiyyat nişanlı avtomobil istifadəsinə verilmişdir. İş materiallarında olan 31.07.2019-cu il tarixli 1011 saylı razılaşmadan görünür ki, İddiaçı lombarda girov qoyduğu Ford Mustang minik markalı 2015-ci il l buraxılışlı 99TH085 qeydiyyat nişanlı avtomobilə görə 18500 dollar məbləğində kredit aldığını, alınmış kredit üzrə aylıq hesablanan 3 faizi məbləği hər ayın 31 tarixində ödəməyi öz öhdəsinə götürür. Əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razı olduğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 31.07.019-cu il tarixli məxaric orderindən görünür ki, İddiaçı 18500 dollar məbləğində pulu qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan ƏN-Vİ-878485 saylı etibarnamədən görünür ki, X11 tərəfindən Cavabdeh1 adına Ford Mustang minik markalı 2015-ci il l buraxılışlı 99TH085 qeydiyyat nişanlı avtomobil istifadəsinə verilmişdir. İş materiallarında olan 16.11.2019-cu il tarixli 1088 saylı razılaşmadan görünür ki, İddiaçı lombarda girov qoyduğu BMW 528İ minik markalı 2013-ci il l buraxılışlı 99FB084 qeydiyyat nişanlı avtomobilə görə 12000 dollar məbləğində kredit aldığını, alınmış kredit üzrə aylıq hesablanan 3 faizi məbləği hər ayın 16 tarixində ödəməyi öz öhdəsinə götürür. Əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razı olduğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 3116.11.2019-cu il tarixli məxaric orderindən görünür ki, İddiaçı 12000 dollar məbləğində pulu qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan ƏN-Vİİ-068905 saylı etibarnamədən görünür ki, X11 tərəfindən Cavabdeh1 adına BMW 528İ minik markalı 2013-ci il l buraxılışlı 99FB084 qeydiyyat nişanlı avtomobil istifadəsinə verilmişdir İş materiallarında olan 25.11.2019-cu il tarixli 1101 saylı razılaşmadan görünür ki, İddiaçı lombarda girov qoyduğu X31 minik markalı 2008-ci il buraxılışlı 99SK085 qeydiyyat nişanlı avtomobilə görə 15550 dollar məbləğində kredit aldığını, alınmış kredit üzrə aylıq hesablanan 3 faizi məbləği hər ayın 25 tarixində ödəməyi öz öhdəsinə götürür. Əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razı olduğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 25.11.2019-cu il tarixli məxaric orderindən görünür ki, İddiaçı 15550 dollar məbləğində pulu qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan ƏN-Vİİ-735791 saylı etibarnamədən görünür ki, X11 tərəfindən Cavabdeh1 adına X31 minik markalı 2008-ci il buraxılışlı 99SK085 qeydiyyat nişanlı avtomobil istifadəsinə verilmişdir. İş materiallarında olan 25.09.2019-cu il tarixli 1036 saylı razılaşmadan görünür ki, İddiaçı lombarda girov qoyduğu MERCEDES BENZ S280 minik markalı 2007-ci il buraxılışlı 90UE085 qeydiyyat nişanlı avtomobilə görə 10000 dollar məbləğində kredit aldığını, alınmış kredit üzrə aylıq hesablanan 3 faizi məbləği hər ayın 25 tarixində ödəməyi öz öhdəsinə götürür. Əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razı olduğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 24.09.2019-cu il tarixli məxaric orderindən görünür ki, İddiaçı 10000 dollar məbləğində pulu qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan ƏN-Vİ-913891 saylı etibarnamədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 adına MERCEDES BENZ S280 minik markalı 2007-ci il buraxılışlı 90UE085 qeydiyyat nişanlı avtomobil istifadəsinə verilmişdir. İş materiallarında olan 08.01.2020-ci il tarixli 1136 saylı razılaşmadan görünür ki, İddiaçı lombarda girov qoyduğu Kia Sportage minik markalı 2011-ci il buraxılışlı 10HK085 qeydiyyat nişanlı avtomobilə görə 5900 dollar məbləğində kredit aldığını, alınmış kredit üzrə aylıq hesablanan 3 faizi məbləği hər ayın 08 tarixində ödəməyi öz öhdəsinə götürür. Əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razı olduğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 08.01.2020-ci il tarixli məxaric orderindən görünür ki, İddiaçı 5900 dollar məbləğində pulu qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan ƏN-Vİ-694742 saylı etibarnamədən görünür ki, X11 tərəfindən Cavabdeh1 adına Kia Sportage minik markalı 2011-ci il buraxılışlı 10HK085 qeydiyyat nişanlı avtomobil istifadəsinə verilmişdir. İş materiallarında olan 17.10.2019-cu il tarixli 1057 saylı razılaşmadan görünür ki, X1 Vüsal Əlişir oğlu lombarda girov qoyduğu X30 minik markalı 2008-ci il l buraxılışlı 10CL700 qeydiyyat nişanlı avtomobilə görə 15350 dollar məbləğində kredit aldığını, alınmış kredit üzrə aylıq hesablanan 3 faizi məbləği hər ayın 17 tarixində ödəməyi öz öhdəsinə götürür. Əgər bu tarixdən 3 gün müddətinə ödəniş geciksə, lombard tərəfindən onun kredit məbləğinə əlavə 1 faiz cərimənin hesablanmasına razı olduğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 17.10.2019-cu il tarixli tarixli məxaric orderindən görünür ki, X17 1530 dollar məbləğində pulu qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan ƏN-Vİ-76913 saylı etibarnamədən görünür ki, X14 tərəfindən Cavabdeh1 adına For X29 minik markalı 2008-ci il l buraxılışlı 10CL700 qeydiyyat nişanlı avtomobil istifadəsinə verilmişdir. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, X27, BMW 528i, X31, Toyota Prado, Ford Mustang maşınları yaxşı vəziyyətdə təhvil-təslim edilib, avtomaşınların təhviltəslimi zamanı X11 tərəfindən Cavabdeh1 42500 manat ödəniş edillmişdir. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə ilk iddia tələbinin dəlilləri ilə bağlı araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, “Mercedes Benz" markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı, “İnfiniti QX 70” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün məhkəmə araşdırılması zamanı hər hansı əsaslar müəyyən edilmədi. Həmin avtomobillərin iddiaçı tərəfindən girov qoyularaq, əvəzində pul məbləğlərinin götürülməsi və borcun ödənilməsinin gecikdirildiyi təqdirdə girov qoyulmuş avtomobillərin satılmasına razılıq verildiyi tərəflər arasında imzalanmış razılaşmaların şərtlərində öz əksini tapmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə cavabdehlər arasında bağlanmış alqısatqı müqavilələrin etibarsız sayılması və avtomobillərin iddiaçıya qaytarılması üçün əsaslar görmür və ilk iddianın rədd edilməsi qənaətinə gəlir. Məhkəmə Cavabdeh1 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MMC-nin İddiaçı qarşı pul tələbinə dair iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə qarıəlıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələblərinin dəlilləri ilə bağlı araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, məhkəməyə təqdim edilmiş sübutlarla ilk iddia üzrə İddiaçı həm Cavabdeh1, həm “xxxx” MMC-dən girov goyulmuş avtomobillərə görə borc pulların alınmnası, daha sonra borcun qaytarılmaması və girov avtomobillərə verilmiş etibarnamələrin avtomobillərin sahibləri tərəfindən ləğv etdirilməsi nəticəsində onların sahiblərə qaytarılması, İddiaçı Cavabdeh1 və “xxxx” MMC qarşısında götürdüyü öhdəliklətin icra etməməsi təsdiq edildi. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı 45000 ABŞ dollar borc (ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə ilə manatla) Cavabdeh1, “İnfiniti QX 70” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 21.500 ABŞ dollarına satışından qalan 3.500 ABŞ dolları əsas borcun, həmin avtomobilə görə aldığı 25.000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi 3 ay müddətində təşkil edən 2.500 ABŞ dolları, “Mercedes Benz” markalı CLA 250 minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə aldığı 23.000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi 4 ay müddətində təşkil edən 2.760 ABŞ dolları, cəmi 5.260 ABŞ dolları məbləğində faiz borcu, 72050 ABŞ dolları avtomobillərin girovu ilə bağlı İddiaçı verilmiş əsas borc, 11890 ABŞ dolları faiz borcu (ödənildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə Azərbaycan manatı ilə) “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Girov qoyulmuş yuxarıda sadalanan avtomobillərin dayanacaqda saxlanılması üçün İddiaçı tələb edilən vəsaitləri ondan tutulmasını məhkəmə memkün hesab etmir, çünki həmin xərcləri təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədi. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumlar tərflərin özlərinə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3 və Cavabdeh4 qarşı alqı-satqı müqavilələrinin ləğv edilməsi, avtomobillərin qaytarılması tələbinə dair ilk iddiası təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 45000 ABŞ dollar borc (ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə ilə manatla) Cavabdeh1 xeyrinə tutulsun. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MMC-nin iddiası qismən təmin edilsin. İddiaçı “İnfiniti QX 70” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 21.500 ABŞ dollarına satışından qalan 3.500 ABŞ dolları əsas borcun, həmin avtomobilə görə aldığı 25.000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi 3 ay müddətində təşkil edən 2.500 ABŞ dolları, “Mercedes Benz” markalı CLA 250 minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə aldığı 23.000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi 4 ay müddətində təşkil edən 2.760 ABŞ dolları, cəmi 5.260 ABŞ dolları məbləğində faiz borcu, 72050 ABŞ dolları avtomobillərin girovu ilə bağlı İddiaçı verilmiş əsas borc, 11890 ABŞ dolları faiz borcu (ödənildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə Azərbaycan manatı ilə) “xxxx” MMC-nin xeyrinə tutulsun. Müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MMC-nin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-185/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-185/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver