Məhkəmə qərarları › İş №2(005)-185/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-185/2023

08.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-185/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X17 Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mülkiyyət hüqunun tanınması və həmin hüqunun qeydə alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdehnə qarşı mülkiyyət hüqunun tanınması və həmin hüqunun qeydə alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ödənilmiş 130.800 manat pulun cavabdehlər Cavabdeh MTK-dan və X9 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X14 ilə Cavabdeh MTK arasında xx.xx.2022-ci il tarixli 17 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ünvan 1-ni almışdır. Cavabdeh MTK tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən sahəsi 109,0 kv.m olan 3 otaqlı mənzil üçün 130.800 AZN ödəmişdir. İddiaçı öz öhdəliklərini tam şəkildə həyata keçirməsinə baxmayaraq, Cavabdeh MTK-nın rəhbərliyi nəinki öhdəliklərini yerinə yetirməmiş, eyni zamanda dələduzluqla məşğul olmuşdur. Daha sonra iddiaçıya məlum olmuşdur ki, onun aldığı ev ondan başqa 2 nəfərə satılmışdır. Ödədiyi 130.800 manatın cavabdehdən alınaraq iddiaçıya qaytarılması üçün məhkəməyə müraciət etməyə zərurət yaranmışdır. Hal-hazırda sözügedən mənzili aqibəti bəlli olmadığı üçün ödədiyi məbləği tələb etmək məcburiyyətindədir. xx.xx.2019-cu il tarixində X5 Nofəl Əhməd oğluna etibarnamə vermişdir. Maliyyə arayışını X10 əvəzinə X18 imzalamışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 109,0 kv.m olan 3 otaqlı mənzilə mülkiyyət hüqunun tanınmasını və mənzilin onun mülkiyyəti kimi qeydə alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, mübahisəli mənzil məhkəmənin icraatına olan başqa mülki iş üzrə iddiaçı olan X8 da satılmışdır. X4 bağladığı müqavilə hazırki mülki iş üzrə İddiaçı bağladığı müqavilədən daha öncəki tarixli olsa da, X11 və X18 arasında bağlanmış mənzilin alqısatqı müqaviləsi yalan əqdir, başqa bir əqdi pərdələmək niyyəti ilə bağlanmışdır, onların əslinmə mənzilin satılması və alınması kimi niyyətləri olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X18 izahat verərək bildirdi ki, mübahisəli mənzili müqavilə əsasında İddiaçı satmışdır. Onun bu mənzilə dair X11 ilə bağladığı müqavilə yalan əqdir. Mənzili X3 niyyəti olmamışdır. X11 ilə bağlanmış digər iki əqd isə həmin əqdlərdə göstərilmiş hüquqi nəticələri yaratmaq niyyəti ilə bağlanmış, yalan əqdlər deyil. Cavabdehə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, təqdim etdikləri materialları iş üzrə təqdim edilmiş digər sübutlarla birlikdə araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları İddiaçı və X7 şəxsində Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 17 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 109,0 kv.m olan 3 otaqlı mənzili İddiaçı verməyi, İddiaçı isə mənzilin dəyəri olan 130800 manat pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından məlum olur ki, ünvan 1 ünvanında 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 109,0 kv.m olan 3 otaqlı mənzilin dəyəri olan 130800 manat pul İddiaçı tərəfindən tam ödənilmişdir, onun Cavabdehnə borcu yoxdur. Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 08 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı 22 iyul 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: X11 xx.xx.2018-ci il tarixli 15 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov 57 ünvanında tikilən binanın 1-ci blok, 10-cu mərtəbə, 3 otaqlı, sahəsi 110 kvm olan 64 №li mənzili 132000 manata Cavabdehndən almışdır. Mənzilin dəyərini Cavabdehnə tam ödəmiş, bunu təsdiq edən maliyyə arayışını da almışdır. X11 həmin mənzillə yanaşı eyni tarixdə daha iki müqavilə ilə iki mənzili də Cavabdehndən almış, həmin mənzillərin dəyərini tam olaraq ödəmişdir. Daha sonra hazırki mübahisənin predmeti olan, X11 tərəfindən dəyəri ödənilməklə xx.xx.2018-ci il tarixli müqavilə əsasında alınmış mənzil Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə əsasında İddiaçı satılmışdır. İddiaçı da həmin mənzilin dəyərini tam olaraq ödəmişdir. Hazırda isə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin mənzilə mülkiyyət hüququnun tanınmasını və bu hüqunun qeydə alınmasını məhkəmədən tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsinin əsası kimi göstərdiyi hallar iddiaçı özü tərəfindən sübut olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Belə ki, İddiaçı ona satılmış mənzilin X1 dair bağlanmış müqavilənin yalan əqd olduğunu iddia etsə bunu bunu sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında mənzilin X1 dair əqdin yalan əqd olduğunu bildirsə də, məhkəmə cavabdehin nümayəndəsi tərəfindən deyilənləri yeganə əsas kimi götürməklə mənzilin X1 dair bağlanmış müqavilənin əhəmiyyətsiz olduğuna dair nəticəyə gəlməyi qanunauyğun hesab etmir. Xüsusilə nəzərə alınmalıdır ki, X11 eyni tarixdə yalnız mübahisəli mənzili dair daha iki başqa müqavilə iki fərqli mənzili də almışdır. Eyni tarixdə bağlanmış, eyni ünvandan mənzil alınmasına dair iki müqavilənin qanunauyğun, bir müqavilənin isə yalnız onu bağlayan tərəfin nümayəndəsinin deməsinə görə yalan əqd olması ağlabatan deyil. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfin iddia tələbinin əsası kimi göstərdiyi X6 bağladığı əqdin yalan əqd olmasını sübuta yetirə bilmədiyindən həmin əqdin etibarsız hesab olunması üçün əsas olmadığından mübahisə mənzil X11 tərəfindən qanunvericiliyə uyğun alınmışdır. Belə olan halda isə həmin mənzil üzərində İddiaçı mülkiyyət hüqunun tanınması qeyri-mümkündür. Məhkəmə həmçinin cavabdehin iddianı etiraf etməsi və X6 həyat yoldaşı ilə aralarında pul münasibətlərinin olmasını, eyni tarixdə, eyni binada inşa edilən mənzillər barədə aralarında bağalanan üç müqavilədən yalnız birinin yalan əqd olması ilə bağlı izahatına münasibət bildirərək qeyd edir ki, iddiaçının dəlilləri və "xxxx" MTK-nın təsisçisi N.Hacıyevin etirafı işin hər hansı halı ilə sübut olunmadığından əsassızdır. N.Hacıyevin iddianı etiraf etməsi və qəbul etməsi, X6 hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Digər tərəfdən məhkəmə qeyd edir ki, N.X2 həyat yoldaşı ilə aralarında mövcud olan pul münasibətlərinin nədən ibarət olmasını izah edə bilməmiş; hansı səbəbdən iki mənzilin həqiqətən satıldığını, bir mənzilin isə başqa münasibətləri pərdələmək məqsədilə satış olmadan barəsində müqavilə bağlandığını əsaslandırmamış, eyni zamanda, mübahisəli mənzil barədə bağlanmış müqavilənin etibarsızlığını mülki mühakimə icraatı qaydasında mübahisələndirməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi N.Hacıyev barəsində Azərbaycan Respublikası Prokurorluğunun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işinin aparılmasını, barəsində məhkəmə tərəfindən “həbs” qətimkan tədbiri seçilməsini; İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını; həmçinin cavabdehin nümayəndəsinin bildirdiyi halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etmədiyini nəzərə alaraq, məhkəmə prosesi zamanı verdiyi izahatı məsuliyyətdən yayınmaq, istintaq orqanının zərərçəkmiş şəxs qismində tanıdığı şəxslə barışmaq cəhdi kimi qiymətləndirir və mötəbər sübut növü hesab etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, mübahisə mənzil xx.xx.2018-ci il tarixli müqavilə ilə X8, xx.xx.2022-ci il tarixli müqavilə ilə isə İddiaçı satılmışdır. Yəni Cavabdeh tərəfindən bu mənzili təhvil vermək öhdəliyi ilk əvvəl X6 xeyrinə yaranmışdır, bu səbəbdən də ona münasibətdə icra olunmalıdır. İddiaçı isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.2-ci maddəsinə əsasən öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı mülkiyyət hüqunun tanınması və həmin hüqunun qeydə alınması tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, MPM-in 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı mülkiyyət hüqunun tanınması və həmin hüqunun qeydə alınması tələbinə dair iddia ərizəsi rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar