Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1865/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh olan Cavabdeh mənimsənilmiş 4000 (dörd min) manatın birdəfəlik olaraq alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-1865/2023 nömrəli qiyabi qətnamə qəbul edilmişdir. Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 1865/2023 nömrəli qiyabi qətnaməsini ləğv edilməsini, işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 1865/2023 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-1865/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh qohumluq münasibətindən uzun illərdir ki tanımışdır, 2021-ci ildə qohum kimi Cavabdeh ondan 6000 manat borc pul istəmişdir, onunla pul alıb-vermək kimi bir münasibəti olmamışdır, bu səbəbdən onun pul istəməyini yenə də hər ikisinin yaxın qohumu olan Eldara bildirmişdir, Eldarla məsləhətləşdikdən sonra ona 2021-ci ilin dekabr ayında (ayda fərq ola bilər) cavabdehin, özünün, Eldarın və Əli adlı qohumun iştirakı ilə 6000 manat pul sayıb nağd şəkildə vermişdir, razılaşmalarına əsasən cavabdeh ondan aldığı pulu qısa müddətdə qaytarmalı idi, lakin sonradan vaxt getdikcə cavabdehin pulunu istismar etməsi və mənimsəməsi məlum olmuşdur, uzun çəkişmələrdən sonra cavabdeh ondan borc kimi aldığı 6000 manat puldan 2000 manatını qaytarmışdır, qalan 4000 manatı bu günədək qaytarmamaqla müxtəlif bəhanələr gətirir. Özü yaşlı adamdır, gedib-gələ bilmir, cavabdeh isə onun bu vəziyyətindən istifadə edərək, pulunun verilməsindən yayınır. Dəfələrlə mübahisənin sülh yolu ilə həll edilməsini tələb etsə də, heç bir nəticə hasil edə bilməmişdir. Artıq məhkəmə qaydasında olmadan aralarında olan mübashisənin həll edilməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid xx.xx.1965-ci il təvəllüdlü X1 ifadəsində bildirmişdir ki, Bəxtiyar doğma bibisi oğludur, bir müddət əvvəl iddiaçı ona zəng edərək Bəxtiyarın ondan pul istədiyini, pulu olmadığını bildirmişdir, bu hadisənin üstündən təxminən 10 gün keçdikdən sonra doktor yenidən ona zəng etmiş və Bəxtiyarın ona yenidən zəng etdiyini, bu zaman ona yox deyə bilmədiyini və pulu verəcəyini bildirmişdir, lakin ondan Bəxtiyara pul verəndə yanında olmasını istəmişdir ki, sonradan hər hansı bir problem olarsa, pulu ala bilsin, pul verilən zaman yanında Əli adında işçisi də olmuşdur, onunla birlikdə səhər saat 11-ə işləmiş Sumqayıtdan çıxmış, həmin yerə bir yerdə getmişdirlər, pul verilən zaman özü, Bəxtiyar, Əli və doktor orada olmuşdur, onların yanında 6000 manat pul sayılmış və Bəxtiyara verilmişdir, bu hadisə nahara qədər olmuşdur, verilən puldan 2000 manat pulu özü alıb iddiaçıya geri qaytarmış, bu zaman iddiaçıya qalan pulun bu olduğunu, geriyə qalanını isə Bəxtiyarın dağıtdığını demişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid xx.xx.1968-ci il təvəllüdlü X3 ifadəsində bildirmişdir ki, 2021-ci ilin dekabr ayında iddiaçı cavabdehə 6000 manat pul vermişdir, bu zaman özü də iştirak etmişdir, pul yanında sayılmamış, amma yanında “Neptun” marketin qarşısında, təxminən günün ikinci yarısı verilmişdir, lakin qış ayları olduğu üçün bunu dəqiq deyə bilmir, pulun verildiyi şəxsi isə tanımır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid xx.xx.1972-ci il təvəllüdlü X4 ifadəsində bildirmişdir ki, iddiaçı tərəfindən Bəxtiyar adlı şəxsə “Neptun” marketin qarşısında 6000 manat pul verilmişdir, həmin pulun 2000 manatı qaytarılmışdır, pul verilən zaman özü biraz gec gəlib çatmış, o çatanda artıq pul verilmişdir, lakin pulu istəmək üçün dəfələrlə iddiaçı ilə birlikdə Sumqayıta getmişdirlər, özü də gedib Bəxtiyarla dəfələrlə söhbət etmişdir, o, əvvəl aya 200 manat, 500 manat ödəyəcəyini bildirmiş, lakin bu barədə notariusa getməyə razı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada (poçt və sms-bildirişlə) məlumat verilməsinə və Cavabdeh qeyd olunan məhkəmə bildirişlərinə almasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsi səbəblərinin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının izahatı, şahid ifadələri və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 6000 manat pul borc verilmişdir. Lakin sonrada Cavabdeh tərəflər arasında olan şifahi razılaşmaya əməl etməyərək pulu iddiaçıya tam qaytarmamışdır. Bu səbəbdən də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, geriyə qalan 4000 manat borc məbləğinin cavabdehdən alınaraq ona geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-ci maddəsinə əsasən borc müqaviləsi şifahi və ya yazılı formada bağlanır. İddia tələbi üzrə tələb edilən borc məbləği iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Qeyd olunan pulun cavabdehə ödənilməsi məhkəmə araşdırması zamanı dindirilmiş şahidlərin ifadələri ilə təsdiq olunur. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında borca dair öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş borc məbləğini cavabdehə ödəmiş, cavabdeh isə həmin borcu tam ödəmədiyindən iddiaçının qarşısında öhdəliyi yaranmışdır. Bu səbəbdən də iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1865/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1865/2023
27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver