Məhkəmə qərarları › İş №2(005)-187/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-187/2021

01.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-187/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli AL 126 saylı “X4” əsasında lizinqə verilmiş “Ravon Nexia R3 minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Sürücü Cavabdeh avtomobili idarə edərkən Qaraməryəm-İsmayıllı-Şəki yolunun 111-ci kilometrliyində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomaşının banı bütöv şəkildə yarasız hala düşmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yol Patrul Xidmətinin 5-ci tağımının YPX inspektoru polis baş serjantı Talıbov tərəfindən verilmiş №020278 saylı arayışla təsdiqini tapmışdır. Avtomobil “xxxx” MMC ilə aralarında bağlanmış X2 əsasən fakitiki sahibliyində və istifadəsində olan icarə predmeti “Ravon Nexia R3 minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtobilə 13800 (on üç min səkkiz yüz) manat məbləğində Cavabdeh tərəfindən ziyan vurulmuşdur. Dəymiş ziyanın hesablanması üçün “RS Avtoservis” şirkəti tərəfindən dəymiş zərərin hesablanmasına dair AKT tərtib edilmişdir. Cavabdeh avtomobili idarə edərkən müxtəlif inzibati xətalar törətmişdir. Onun törətdiyi inzibati xətalara görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə inzibati məhsuliyyətə cəlb olunmuşdur. Avtomobili idarə edərkən cavabdeh törətdiyi inzibati xətalara görə ümumilikdə 110 (yüz oıı) manat məbləğində cərimələr onun tərəfindən ödənilmişdir. Aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 1.3-cü bəndində avtomaşının istifadə və istismar qaydalarına riayət etmək, həmin müqavilənin 1.7-cı bəndində yol nəqliyyat, yanğın və oğurluq hadisələri zamanı avtomaşına dəyən ziyanı ödəmək; həmin müqavilənin 1.8-ci bəndində avtomaşını hər hansı bir səbəbdən icarəyə verənə təhvil verərkən nasaz hala salınmış hissəslərinin dəyərini və hasilata olan borc qalığını ödəməyi üzərinə götürmüşdür. Cavabdeh dəfələrlə ona dəymiş zərərinin əvəzinin ödənilməsini tələb etsə də, dəymiş ziyanın ödənilməsindən qərəzli şəkildə boyun qaçıdır. “xxxx” MMC ilə iddiaçı arasında bağlanmış X4nin 9.3.1-ci bəndinə əsasən lizinq obyektini sublizinqə və kirayəyə vermək hüququ ona verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində icarə predmeti avtomobilə 13800 (on üç min səkkiz yüz) manat avtomobilə və inzibati xətəlar törətdiyi üçün ümumilikdə 110 (yüz on) manat ziyan vurulmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh 13800 (on üç min səkkiz yüz) manat dəymiş maddi zərərin əvəzi, törətdiyi inzibati xətəlara görə onun tərəfindən ödənilmiş 110 (yüz on) manat və iddia ərizəsinin məkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh oğluna baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AD seriyalı 131328 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, “Ravon Nexia R3 minik” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” MMCnin mülkiyyətindədir. İş materiallarında olan 020278 №-li arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə, saat 04:30 dəqiqədə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 111-ci km “Ravon Nexia R3 minik” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili yol nəqliyyat hadisəsi nəticəsində avtomaşının banı bütöv şəkildə yararsız vəziyyətə düşmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 229№-li etibarnamədən görünür ki, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası vətandaşı olan Cavabdeh (Bakı ş.,Nərimanov r.,S.Ələsgərova küç.,ev. 10 qeydiyyatda olan, sürücülük vəsiqəsi AB № 459136 saylı, 28,02,2012 il tarixində Az.Rcs.DİN BDYPİ QİŞ tərəfindən verilib) ondan ötrü ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018 İl tarixli AL-126 saylı “X4” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Ravon Nexia R3 markalı, 90PN572 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD 131348 seriyalı, 2017 il buraxılışlı, ban №047040, mühərrik № 0004, Ağ rəngli) minik maşınının idarə edilməsində səlahiyyətlidir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli aktdan görünür ki, “Ravon Nexia R3 minik“markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil yerində ümumi texniki baxış zamanı aşkar olunmuşdur ki, avtomobil tam yararsızdır. İş materiallarında olan “RS Avtoservis”-in dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Ravon Nexia R3 minik” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil təmirə tam olaraq yararsızdır. İş materiallarında olan X5 Haqqında TP 396517 №-li xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AL-126 saylı X2 əsasən, onun tərəfindən seçilmiş, təsviri və dəyəri bu müqavilədə göstərilən “Ravon Nexia R3 minik” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” MMC öz mülkiyyətinə əldə edərək, onu İddiaçı müvəqqəti sahiblik və istifadəsinə vermişdir. İş materiallarında olan “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli razılaşmadan görünür ki, bir tərəfdən Azərbaycan Respublikası qanunları və öz nizamnaməsi əsasında fəaliyyət göstərən “xxxx” MMC, direktoru X3 şəxsində, bundan sonra “Lizinq verən” adlanacaq və digər tərəfdən İddiaçı şəxsində, bundan sonra “Lizinq alan” adlanacaq, birlikdə “Tərəflər”, ayrılıqda “Tərəf’ adlandırılacaqlar, aşağıdakı barədə “Razılaşma” bağlayırlar. Lizinq obyekti yol nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi nəticəsində zədələndikdə, məhv olduqda Lizinq Alan 24 (iyirmi dörd) saat müddətində lizinq obyektini sığortalayan Sığorta şirkətini məlumatlandırmağı öhdəsinə götürür; Razılaşmanın 1.1-ci bəndində qeyd olunan öhdəlik Lizinq alan tərəfindən icra edilmədikdə sığorta hadisəsi nəticəsində Lizinq obyektinə dəymiş maddi ziyan tam həcmdə Lizinq alan tərəfindən Lizinq verənə ödənilməlidir. İş materiallarında olan lizinq ödənişləri cədvəlinə əsasən ilk ödəniş tarixi xx.xx.2018ci il, son ödəniş tarixi isə xx.xx.2022-ci ildir. Aylıq ödəniş 383,92 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/4610 nömrəli, xx.xx.2021-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş “xxxx” MMC-nin qüsur aktına əsasən 2017-ci il buraxılışlı “Ravon Nexia R3 minik” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri texniki cəhətdən mümkün deyil. 2017-ci il buraxılışlı “Ravon Nexia R3 minik” markalı, normal vəziyyətdə saxlanılmış, istifadəyə tam yararlı avtomobilin hadisə baş verən tarixə orta bazar qiyməti 13500,0 manat müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Ravon Nexia R3 minik” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil “X4” əsasında İddiaçı istifadəsinə verilmişdir. Qeyd edilən avtomobilə dair Cavabdeh adına etibarnamə verilmişdir. Cavabdeh tərəfindən avtomobil idarə edilərkən xx.xx.2018-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Hazırda iddiaçı avtomobilə dəymiş zərərin Cavabdeh tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, Cavabdeh təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsində idarə etdiyi nəqliyyat vasitəsi ilə (yüksək təhlükə mənbəyi) İddiaçı istifadəsində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulmuşdur. Cavabdeh onun tərəfindən vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Vurulmuş zərərin məbləğinə gəldikdə məhkəmə ekspert rəyini nəzərə alaraq, zərər məbləğinin ağlabatan olması, cavabdehin xeyrinə azaldılmaması nəticəsinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının əmlakına vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən, həmin zərərin tam həcmi müəyyən edilərkən ekspert rəyində müəyyən edilmiş məbləğ əsas götürülməli və İddiaçı maddi zərər tələbinə dair iddiası qismən - həmin rəylə müəyyən edilmiş 13500 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. İddiaçı tərəfindən cavabdehin əvəzinə ödənilmiş 110 manat cərimələrin ona cavabdehdən qaytarılması hissəsində iddianın təmin edilməsini məhkəmə mümkün hesab etmir, çünki bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədi. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı iddiası qismən təmin olunmalı, iddiaçının nəqliyyat vasitəsinə vurulmuş maddi zərərin əvəzi kimi 13500 manat, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ödənilməli, məhkəmə xərclərindən ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən tutulub dövlət büdcəsinə keçirilməli, qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13500 (üç min beş yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq “Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar