Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1887/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı icra qeydinin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsinə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı icra qeydinin ləğv edilməsi və pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2dan və X4 müştərək qaydada 22 400 manat pulun iddiaçı tərəfindən vəkilə xidmət haqqı olaraq ödəniş etdiyi 300 manat pulun və məhkəmə xərclərinə görə 30 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhərinin 37 saylı notariat kontorunun 02 fevral 2015-ci ildə 22 400 manat məbləğində nəğd pulun 6 ay müddətində qaytarmaq şərti ilə yəni 02 avqust 2015-ci il tarixinə kimi kredit müqaviləsi bağlanmişdir. Bakı şəhəri 37 saylı kontorunun xüsusi notariusu tərəfindən cavabdehin ərizəsi əsasında 02.02.2015-ci il tarixli 3M/21 reyestr nömrəli Kredit Müqavilsəsi ilə əlaqədar 18.05.2015-ci il tarixində 7E/05-2467 reyestr nömrəsi iiə icra qeydi rəsmiləşdirilmişdir. Bununla əlaqədar icra qeydinin icra edilməsi üçün 18.05.2017 ci il tarixli X-222 məktub ilə Ədliyyə Nazirliyi Nərmanov Rayon İcra Şöbəsinə göndərmişdir. 18.05.2017 -ci il tarixli 3M/21 reyestr nömrəsi ilə qeydiyyatda olan 7E/05-2467 icra qeydinə əsasən Bakı şəhəri Nərmanov rayon icra və Probasiya şöbəsinin icra məmuru Zaur Həmzəyev tərəfindən 26 may 2017-ci il tarixində iş N 161499 icraata başlamaq haqqında Qərar qəbul edərək cavabdehdən iddiaçının xeyrinə 22 400 AZN tutulması qərara alınmışdır. Nərmanov İcra və Probasiya şöbəsi tərəfindən 31 avgust 2017-ci ildə Abşeron rayon İcra və Probasiya şöbəsinə N 17/69-161499-6 saylı məktubla müaraciət edərək 18.05.2017-ci il tarixli 3M/21 reyestr nömrəsi ilə qeydiyyatdan olan 7E/05-2467 icra qeydinin icra edilməsi üçün göndərilmişdir. Məktubda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyester Xidməti 06.07.2017-ci il məktubunan məlum olmuşdur ki, Cavabdeh2 mülküyyətində Abşeron rayonu Məhəmmədi kəndinin ərazsində 0,03 ha torpaq sahəsi aşkar olunub. Abşeron rayonu Məhəmmədi kəndinin ərazsində 0.03 ha torpaq sahəsinin Nərmanov Rayon Məhkəməsinin 8(005) -1041/2017 saylı 10 avqust 2017-xi il tarixli Qərardadına əsasən tələb X1 mülkiyyətində Abşeron Rayonu, Məhəmmədli kəndi ərazəsində yerləşən 0,03 ha torpaq sahəsinə yönəldilərək üzərinə Abşeron Rayon Məhkəməsin həbs qoyulmuşdur, bundan əlavə olaraq Abşeron Rayon Məhkəməsinin 21.06.2016-ci il tarixli 2(012) -3662/2016-ci saylı icra vərəqəsinə də əsasən sözügedən torpaq sahəsinin 1/2 pay hissəsi 11.03.2019-cu il tarixində hərracın yekun üzrə alqı-satqı müqaviləsi və hərracın yekunun barədə 13/01 saylı protokola əsasən Cavabdeh2 adından 1/2 hissə X5 adına özgəninkiləşdirilmişdir. Hərrac sənədlərdə torpağın satılaraq borcun ödənilməsi qeyd olunsa da, iddiaçıya pul ödənilməmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru mobil telefon vasitəsiylə X7yla əlaqə saxlayan zaman o, torpağın satıldığını etiraf edərək pulunun isə xərclədiyin bildirmişdir. İddiaçı hesab edir ki, Cavabdeh2 adından Abşeron Rayonu, Məhəmmədli kəndi ərazəsində yerləşən 0.03 ha torpaq sahəsi 1/2 hissə X5 əmlak payları müəyyən olunarkən birgə nikahda əldə olunmuş borcların da yəni 22400 manat məbləğində nəğd pulun bölünməsi məsələsinə aydınlıq gətirilməlidir. Kredit müqavilələri üzrə bütün ödənişlər bərabər bölünməldir. Cavabdehlər 04 oktyabr 2012-ci ildə Nərmanov qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Lakin qeyd edildiyi kimi kredit 02 fevral 2015 ci ildə 22 400 manat məbləğində nəğd pulun 6 ay müddətində qaytarmaq şərti ilə yəni 02 avqust 2015-ci il tarixi birgə nikah dövründə alınıb və ailənin ümumi ehtiyaclarına sərf olunub. Buna görə də ümumi əmlakda payların nisbətinə uyğun olaraq bu borc da qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehlər arasında bərabər bölünməlidir. Cavabdeh2 ilə X5 nikahına 05 avgust 2015-ci ildə xitam verilmişdir. İcra qeydinin mövcudluğu və hazırda icra edilməməsi tələbkar kimi iddiaçının hüquqlarını pozmaqla, məhdudlaşdırmaqla yanaşı, borclu kimi cavabdehin də mənafeyinə uyğun deyil və faktiki olaraq tərəflər arasında borcun ödənilməsi məbləği ilə bağlı mübahisə yaranmışdır. Ona görə də icra qeydi üzrə verilmiş icra sənədi artıq öz əhəmiyyətini itirmişdir və icra qeydinin ləğv edilməsi və ya edilməməsi iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüqunun məhdudlaşdırılmasına əsas ola bilməz. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 18.05.2017-ci il tarixli 3M/21 reyester nömrəsi ilə qeydiyyatdan olan 7E/05- 2476 icra qeydinin ləğv edilməsi, 22.400 manat pulun Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Məhəmmədi kəndinin ərazsində 0.03 ha torpaq sahəsin Cavabdeh2 mülküyyətindədir. Abşeron rayonu Məhəmmədi kəndinin ərazsində 0.03 ha torpaq sahəsinin Nərmanov rayon Məhkəməsinin 8(005) -1041/2017 saylı 10 avqust 2017-xi il tarixli Qərardadına əsasən tələb Cavabdeh2 mülküyyətində Abşeron Rayonu, Məhəmmədli kəndi ərazəsində yerləşən 0.03 ha torpaq sahəsinə yönəldirək üzərinə Abşeron rayon məhkəməsin həbs qoyulmuşdur, bundandan əlavə olaraq Abşeron rayon məhkəməsinin 21.06.2016-cə il tarixli 2(012) -3662/2016-ci saylı icra vərəqəsinə də əsasən sözügedən torpaq sahəsinin 34 pay hissəsi 11.03.2019-cu il tarixində hərracın yekun üzrə alqı-satqı müqaviləsi və hərracın yekunurı barədə 13/01 saylı protokol əsasən Cavabdeh2 adından 1/2 hissə X5 adına özünküləşdirilmişdir. Hərrac sənədlərdə torpağın satılaraq borcun ödənilməsi qeyd olunsada iddiaçıya pul ödənilməmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru mobil telefon vasitəsiylə X7yla əlaqə saxlayan zaman o, torpağın satıldığını etiraf edərək pulunun isə xərclədiyin bildirmişdir. Əvvəllər cavabdehlər arasında birgə nikahda olan əmlakin bölünməsinə dair 17 oktyabr 2017-ci il iş N 2 (011) -7260/2017-ci il tarixində Xətai rayon məhkəməsində mülkü mübahisə olmuşdur. Bu iş üzrə Cavabdeh2 keçmiş həyat yoldaşi X4 birgə nikahda əldə olunmuş əmlakin bölünməsinə dair iddia təmin olunmamışdır . Xətai rayon məhkəməsinin 17 oktyabr 2017-ci il iş № 2(011)-7260/2017-ci il tarixin qətnaməsi 26 iyul 2021-ci ildə Nərmanov rayon məhkəməsidə keçirlən iclasda iddiaçıya məlum olmuşdur. Odur ki , 18.05.2017 -ci il tarixli 3M/21 reyestr nömrəsi ilə qeydiyyatdan olan 7E/05- 2476 icra qeydinin ləğv edilməsi, 22.400 manat pulun cavabdehdənlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi hissəsindən cavadehlərdən yox ancaq X3 tutularq iddiaçıya ödənilməsi kimi redaksiyada edilməlidir. Cavabdeh2 baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında notariat qaydasında təsdiq edilmiş 02 fevral 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh2 6 ay müddətinə, 02.08.2015-ci il tarixədək qaytarmaq şərti ilə 22 400 manat məbləğində pul borc vermişdir. İş materiallarında olan 18 may 2017-ci il tarixli icra qeydindən müəyyən olunur ki, İddiaçı xeyrinə Cavabdeh2 02.08.2015-ci il tarixədək vaxtında ödənilməmiş 22 400 manat pul məbləğinin tutulması təklif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 18 sentyabr 2020-ci il tarixli **********79 saylı məktubdan müəyyən olunur ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.03 ha torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 14.10.2013-cü il tarixdə **********87 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron Rayon Məhkəməsinin 21.06.2016-cı il tarixli 2(012)-3662/2016 saylı icra vərəqəsinə əsasən sözügedən torpaq sahəsinin 1/2 hissəsinə Cavabdeh2, 1/2 hissəsinə isə X5 payı müəyyən edilmişdir. Lakin, 11.03.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi və hərracın yekunları barədə 13/01 saylı protokola əsasən Cavabdeh2 adına olan 1/2 hissə X5 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan “X2” AQİS-dən çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 ilə X9 arasında olan nikah 04.10.2012-ci il tarixdə 802 nömrəli akt qeydi aparılmaqla bağlanmış, 05.08.2015-ci il tarixli 217 nömrəli qeydlə pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam payda Cavabdeh2 məxsusdur. Bu barədə 04.10.2013-cü il tarixdə ********** nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmza əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam payda X8 məxsusdur. Bu barədə 09.07.2019-cu il tarixdə ********** nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1749/2015 06 aprel 2015-ci il tarixli qətnamədən müəyyən olunur ki, Cavabdeh2 və X9 arasında 04 oktyabr 2012-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi AZ-İ 804476 nömrəli şəhadətnaməyə əsasən bağlanmış və akt qeydləri kitabında 802 nömrəli qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 18.05.2017 -ci il tarixli 3M/21 reyestr nömrəsi ilə qeydiyyatdan olan 7E/05- 2476 icra qeydi ilə cavabdehdən iddiaçıdan 22400 manat pulun tutulması qərara alınmış, həmin icra sənədi icraya yönəldilmiş, cavabdehə məxsus daşınmaz əmlak satılması üçün hərraca çıxarılmış, digər paylı mülkiyyətçiyə satılmış, lakin satışdan əldə edilmiş pul iddiaçıya ödənilməmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən: -borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; -icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; -barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; -icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər; -fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər; -tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 (iyirmi) gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; -elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur; -icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər; -borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdeh barədə verilmiş 18.05.2017-ci il tarixli icra qeydinin ləğvi üçün əsaslar mövcuddur. Göründüyü kimi, cavabdeh barəsində verilmiş icra qeydi üzrə aparılmış icra tədbirləri müsbət nəticə verməmişdir. Buna baxmayaraq, işdə olan kredit müqavilələri borcun ödənilməməsinin sübutudur. Məhkəmə hesab edir ki, icra qeydi ləğv edilməli və tərəflər arasında öhdəliklərin icra edilməməsi barədə mübahisəyə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh tərəflər arasındakı razılaşma ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı qarşısındakı öhdəliyini razılaşma ilə nəzərdə tutulan vaxtda və qaydada icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, qanunvericiliklə onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, götürdüyü borc pul məbləğini iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2dan 22 400 manat pul məbləği İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2dan 22 400 manat pul və məhkəmə xərclərinə görə 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1887/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1887/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver