Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1888/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “1513 ABŞ dolları borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “1513 ABŞ dolları borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10-8337238- 3 saylı kredit müqaviləsi əsasında İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə yarandığı 1513.31 (min beş yüz on üç ABŞ dolları 21 sent) ABŞ dolları məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 06.03.2008-ci il tarixdə “Cavabdeh" Açıq Səhəmdar Cəmiyyəti ilə 10-8337238-3 saylı kredit müqaviləsi bağlayaraq 18 ay müddətinə 10000(on min) ABŞ dolları mbləğində kredit götürmüşdür. Həmin müqaviləyə əsasən krediti vaxtı-vaxtında ödəmişdir. Bu barədə iddiaçıda Bank tərəfindən arayış da verilmişdir (həmin arayışı məhkəmə sorğusu ilə təqdim edəcəkdir). Lakin iddiaçı müqaviləyə əsasən krediti vaxtı-vaxtında ödəməyinə baxmayaraq Cavabdeh Açıq Səhəmdar Cəmiyyəti iddiaçıya bildirmişdir ki, guya iddiaçının onlara 1513.21(min beş yüz on üç dollar, 21 sent) ABŞ dolları borcu var. həmin məktubun surətini ərizəsinə əlavə etmişdir. Arada neçə illər keçib, indi Cavabdeh X3 iddiaçıya deyir ki, sənin bizə borcun var. İddiaçı Füzuli şəhərindən olan məcburi köçkün olmaqla yanaşı, şəhid ailəsidir. Bütün bunlar Azərbaycan Respublikası qanunvericiliyin tələbləri ilə bir araya sığmır. Belə olan halda iddiaçının 1513 (min beş yüz on üç dollar, 21 sent) ABŞ dolları borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddia tələbi əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, təqdim etdikləri materialları iş üzrə təqdim edilmiş digər sübutlarla birlikdə araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan; 25.02.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Asan-2 tərəfindən verilmiş 05.05.2017-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Füzuli rayonu, Horadiz kəndində anadan olmuş və Füzuli rayonu, Horadiz kəndində qeydiyyatdadır. Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı 28.08.2019-cu il tarixli **********029 nömrəli məktubun məzmunundan görünür ki, ləğv prosesində olan Cavabdeh ASC ilə bağlanmış 06.03.2008-ci il tarixli 10-8337238-3 saylı kredit müqaviləsi üzrə iddiaçıya 18 (on səkkiz) ay müddətinə 10.000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. 26.08.2019-cu il tarixinə 06.03.2008-ci il tarixli 10-8337238-3 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh ASC qarşısında 1513.21 (min beş yüz on üç dollar 21 sent) ABŞ dolları məbləğində faiz borcu üzrə öhdəlik mövcuddur. Qeyd olunan borcun ödənilməsi iddiaçıya töviyyə olunmuşdur. 16.04.2021-ci il tarixli 2122200B03952 saylı maliyyə arayışından görünür ki, LPO Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 06.03.2008-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə 12 aprel 2021-ci il tarixinə yaranmış borc tələbi aşağıdakı kimidir. Müqavilə üzrə əsas borc 0 (sıfır) ABŞ dolları, müqavilə müddəti 06.03.2008-ci ildən 06.09.2009-cu il tarixinə qədərdir. Müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 1513 (bir min beş yüz on üç) ABŞ dolları 21 (iyirmi bir) sent, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 0(sıfır) ABŞ dolları, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5% (beş faiz), həmin düsturla hesablanan günlük faiz məbləği və gecikdirilmiş gün sayı 0 (sıfır) ABŞ dolları 4236, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 0 (sıfır) ABŞ dolları, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 1513 (bir min beş yüz on üç) ABŞ dolları 21 (iyirmi bir) sent təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, LPO Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 06.03.2008-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı borc məbləğinin olmadığını bildirmişdir. Cavabdeh tərəf iddiaçının 1513 manat borcu olduöunu bildirmiş, buna dair 16.04.2021-ci il tarixli 2122200B03952 saylı maliyyə arayışını məhkəməyə təqdim etmişdir. İddiaçı borc məbləğinin tam ödənilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “1513 ABŞ dolları məbləğində borcun silinməsi tələbinə dair” iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “1513 ABŞ dolları məbləğində borcun silinməsi tələbinə dair” iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1888/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1888/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver