Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-189/2023 06.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi X1, İlkin iddia üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı mənzildə həyata keçirilmiş yenidən qurma və yenidən planlaşdırma işlərinin özbaşına hesab edilərək, mənzilin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizələrinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil Tikinti Koperativindən xx.xx.2021-ci il tarixdə mənzil alarkən, faktiki 148 kvadrat metr olan 3 otaqlı mənzilin, qeyri qanuni olaraq 153,7 kvadratmetr göstərməklə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Qanunvericiliyi Məcəlləsinin Maddə 59 (Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları) haqqında qanunun 59.2.və 59.3. maddələrini və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları" haqında qanunları pozaraq qeyri qanuni yolla İddiaçı alınmış 8.122 manat pulun "xxxx" Mənzil Tikinti Koperativindən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə "İ.N.V.” MTKdan ünvan 1 ünvanında tikilməkdə olan binadan, blok-A, mərtəbə-İV də yerləşən 20 №-li 3 otaqlı ümumi sahəsi 153,7 kv.m mənzili müqavilə əsasında təmirsiz 219.000 manat ödəyərək almış və təmir elətdirmişdir. Mənzilin hər kvadrat metrinə ondan 1425 manat pul almışlar. Ona xx.xx.2021-ci il tarixdə Cavabdeh MTK-ya maliyyə borcunun olmaması barədə arayış verilib. Azərbaycan Respublikasının Prezidenti X7 cənablarının 2019-cu ilin əvvəlindəki “Yeni tikilmiş binaların sənədləşdirilməsi”nə dair sərəncamından sonra, İddiaçı mənzil aldığı binada sənədləşdirildi. O, mənzilini özəlləşdirmək üçün 2022-ci ilin fevral ayında Cavabdeh MTK-ya müraciət etmiş və ona tikinti şirkətinə maliyyə borcunun olmaması barədə maliyyə arayışı, "xxxx" MTK-nın protokolundan çıxarış vermişlər və həmən sənədlərdə də aldığı və yaşadığı mənzilin ümumi sahəsi 153,7 kv.m gösərilmişdir. İddiaçı mənzili özəlləşdirmək üçün mənzilin sənədlərini xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi idarəsinə təqdim etdim. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestiri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin, Ünvan: Bakı şəhəri, Nərimanov rayonu,Əlicabbar Orucəliev küçəsi, 1952-ci məhhələ, m.20. Yeni qaydalarla: AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, bina №-71, mərtəbə 5, mənzil №5-ə İddiaçı adına verilən Texniki Pasportda və çıxarışda, Daşınmaz əmlakın ümumi sahəsi 148 kvadrat metr göstərilmişdir. İddiaçı Cavabdeh MTK-dan xx.xx.2021ci il tarixdə 3 otaqlı mənzil alarkən, ümumi sahəsi 148 kv.m olan 3 otaqlı mənzilin ümumi sahəsini MTK rəhbərliyi saxtalaşdıraraq 153,7 kv.m göstərmiş, İddiaçı aldadaraq ondan 210.900 manat almaq əvəzinə, 219.000 min manat pul almış və 8.122 manat artıq pul qeyri-qanuni alaraq İddiaçı ziyan vurmuşlar. Bununla da, "xxxx" MTK- nın rəhbərliyi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Qanunvericiliyinin, Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsi (Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları) haqında qanunun 59.2. və 59.3. maddələrini və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12. 2012-ci il tarixli 07 №- li qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını"pozmuşdur. İddiaçı bildirir ki, o, dəfələrlə "xxxx" MTK-nın rəhbərliyinə müraciət etsə də, ona rədd cavabı verilmişdir. Cavabdeh MTK İddiaçı qarşı mənzildə həyata keçirilmiş yenidən qurma və yenidən planlaşdırma işlərinin özbaşına hesab edilərək, mənzilin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov r-n, Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli çoxmənzilli yaşayış binasının A blokunun İV mərtəbəsində yerləşən 20 nömrədə cavabdeh tərəfindən aparılmış yenidən qurma və (və ya) yenidən planlaşdırılma işlərinin özbaşına hesab edilərək, mənzilin cavabdeh İddiaçı vəsaiti hesabına binanın eskiz layihəsində nəzərdə tutulan əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində göstərildiyi kimi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov r-n, Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli çoxmənzilli yaşayış binasının A blokunun İV mərtəbəsində yerləşən 20 nömrəli, ümumi sahəsi 153,7 kv.m olan 3 otaqlı mənzili cavabdehə təhvil vermişlər. Tərəflər arasında müqavilə bağlanarkən mənzil təmirsiz olmuş və binanın eskiz layihəsinə uyğun olaraq, ümumi sahəsi faktiki olaraq 153,7 kv.m olmuşdur. Bina qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiqlənmiş eskiz-layihəyə uyğun inşa edilib və həmin sənədlərdə cavabdehə verilmiş mənzilin ümumi sahəsi 153,7 kv.m göstərilib. Lakin ilkin iddia ərizəsində də göstərildiyi kimi, cavabdeh mənzili aldıqdan sonra təmir etmiş və təmir zamanı mənzilin divarları qalınlaşdırılmışdır. Bundan başqa, cavabdeh eskiz layihədə 3 otaq kimi nəzərdə tutulan mənzildə qanunsuz olaraq konstruksiya dəyişikliyi etməklə arakəsmələr vasitəsilə mənzilin otaqlarının sayını 4 etmişdir. Tərəflər arasında müqavilə bağlanarkən və mənzilin cavabdehə təhvil verildiyi vaxt mövcud olduğu vəziyyətinin cavabdeh tərəfindən sonradan ciddi şəkildə dəyişdirilməsi nəticəsində mənzilin sahəsinin azalmasına görə Cavabdeh MTK heç bir məsuliyyət daşıya bilməz. İndiki halda, cavabdehin hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında yerləşən mənzilin daxilində özbaşına yenidən qurma və (və ya) yenidən planlaşdırma işlərini həyata keçirməsi qanunvericiliyin tələblərinə ziddir və binanın ümumi balansına mənfi təsir etməklə yanaşı, bina sakinlərinin hüquqlarının pozulması ilə nəticələnir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı ilkin iddia ərizəsinə uyğun izahat verərərək məhkəmədən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi X3 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərərək məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi və ilk iddia tələbinin rədd edilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1, mənzil 20 (Yeni qaydalarla: AZ 1033, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 148 kv.m olan mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2022-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. - 08 may 2021-ci il tarixli Müqavilənin surətindən görünür ki, Cavabdeh MTK ünvan 3 ünvanında yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasında 20 №-li mənzili payçı - İddiaçı verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını - 219.000 manat məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - 08 may 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binasının A giriş, İV mərtəbəsində, ümumi sahəsi 153.7 kv.m olan 3 otaqlı, 20 saylı mənzilin ümumi pay dəyəri olan 219.000 manat İddiaçı tərəfindən tam ödənilmişdir və onun MTK-ya borcu yoxdur. - 26 dekabr 2022-ci il tarixli, 10/5575 saylı ekspert rəyinə əsasən ünvan 1də "xxxx" Mənzil- Tikinti Kooperativi tərəfindən inşa edilmiş binanın “A" blokunda, 4-cü mərtəbədə yerləşən X2 məxsus 20 saylı mənzilin ümumi sahəsinin (yaşayış və köməkçi sahə ilə birgə) 145.2 m2 təşkil etdiyi, həmin mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 153.7 kv.metr təşkil etdiyi və həmin mənzildə 8 saylı tikilinin arakəsmə divarları sökülərək 1 saylı tikilinin tərkibinə daxil edildiyi, 1 saylı tikili ilə 7 saylı sanitar qovşağı arasında olan divar sökülərək arxa hissədən inşa edildiyi, 6 saylı sanitar qovşağının qapısı bağlanaraq 1 saylı otağa tərəf olan hissədən açılmış, 3 və 4 saylı otaqlarda arakəsmələr hörüldüyü müəyyən olunmuşdur. - 24 iyul 2023-cü il tarixli, 10/1878 saylı ekspert rəyinə əsasən ünvan 4 ünvanında yerləşən “İ.N.V." Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş binanın A blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 153,7 kv.m nəzərdə tutulan mənzilin içdən-içə, mənzilin daxilində olan və layihədə nəzərədə tutulan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və s. altı nəzərə alınmadan (layihədə nəzərdə tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, və.s. altı isə nəzərə alınmaqla), azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsinin 150,7 kv.m təşkil etdiyi, həmin mənzilin çöl divarların ortasından hesablanmaqla mənzilin daxilində olan və layihədə nəzərdə tutulan yaxud tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və s. altı da daxil olmaqla, azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsinin 165,3 kv.metr təşkil etdiyi, həmin mənzilin çöl divarların ortasından hesablanmaqla mənzilin daxilində olan və layihədə nəzərdə tutulan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və s. altı nəzərə alınmadan, azalma əmsalları da nəzərə alınmadan faktiki olaraq sahəsinin 153,7 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Mülki iş materiallarından və tərəflərin izahatlarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış 08 may 2021-ci il tarixli Müqaviləyə əsasən Cavabdeh MTK ünvan 3 ünvanında yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasında 20 №-li mənzili payçı - İddiaçı verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını - 219.000 manat məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binasının A giriş, İV mərtəbəsində, ümumi sahəsi 153.7 kv.m olan 3 otaqlı, 20 saylı mənzilin ümumi pay dəyəri olan 219.000 manat İddiaçı tərəfindən tam ödənilmişdir. Tərəflər arasında müqavilə münasibətlərinə əsaslanan öhdəliklər yaranmışdır. Öhdəliyə əsasən bir tərəf digərinə müqavilədə nəzərdə tutulan ölçüdə sahəni tikərək təhvil verməyi, digər tərəf isə bunun müqabilində öz mülkiyyətində olan mənzili sökərək yerində hündür mərtəbəli yaşayış binasının tikinti üçün qarşı tərəfə təhvil verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı öhdəliyini yerinə yetirmiş, mülkiyyətində olan Mənzili cavabdehə təhvil vermişdir. Lakin cavabdeh mənzilləri təhvil versə də, mənzillərin müqavilədə göstərilən ölçüdə verilməsi ilə bağlı öhdəliyini tam icra etməmişdir. Hazırda İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İ.N.V" Mənzil Tikinti Koperativindən xx.xx.2021-ci il tarixdə mənzil alarkən, faktiki 148 kvadrat metr olan 3 otaqlı mənzilin, qeyri qanuni olaraq 153,7 kvadratmetr göstərməklə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Qanunvericiliyi Məcəlləsinin Maddə 59 (Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları) haqqında qanunun 59.2.və 59.3. maddələrini və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları" haqında qanunları pozaraq qeyri qanuni yolla İddiaçı alınmış 8.122 manat pulun "xxxx" Mənzil Tikinti Koperativindən tutulmasını tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəlləinin 14.2-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. - 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. - 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. - 9.2.2-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulu ilə həyata keçirilir. - 10.0.2-ci maddəsinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək aiddir- 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. - 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. - 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. - 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. - 27.2-ci maddəsinə əsasən, razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: - 27.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; - 27.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. - 27.3-cü maddəsinə əsasən, bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. - 27.4-cü maddəsinə əsasən, razılaşdırmanı həyata keçirən orqanın bu Məcəllənin 27.2.2ci maddəsində nəzərdə tutulmuş tələbi ilə razılaşmayan yenidən qurulmanı və (və ya) yenidən planlaşdırılmanı həyata keçirən şəxs həmin tələbdən məhkəmə qaydasında şikayət verə bilər. - 27.5-ci maddəsinə əsasən, yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. - 28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. - 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Məhkəmə ilk növbədə ilk iddia tələbinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış 08 may 2021-ci il tarixli Müqaviləyə əsasən “Cavabdeh MTK ünvan 3 ünvanında yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasında 20 №-li mənzili payçı - İddiaçı verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını - 219.000 manat məbləği vaxtında ödəməyi öhdəsinə götürməsi faktı artıq təsdiq olunmuşdur və sübut edilməsinə ehtiyac yoxdur. Belə ki, iş materiallarında olan 08 may 2021-ci il tarixli maliyyə arayışından da görünür ki, ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binasının A giriş, İV mərtəbəsində, ümumi sahəsi 153.7 kv.m olan 3 otaqlı, 20 saylı mənzilin ümumi pay dəyəri olan 219.000 manat İddiaçı tərəfindən tam ödənilmişdir. Mülki işin materiallarından aydın olur ki, həmin pul məbləği İddiaçı tərəfindən Cavabdeh MTK tərəfindən ona verilməli olan mənzilin qarşılığı olaraq ödənilmişdir. 26 dekabr 2022-ci il tarixli, 10/5575 saylı ekspert rəyində ünvan 1də "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş binanın “A" blokunda X2 məxsus 20 saylı mənzilin ümumi sahəsinin (yaşayış və köməkçi sahə ilə birgə) 145.2 m2 təşkil etdiyi göstərilsə də, 24 iyul 2023-cü il tarixli, 10/1878 saylı ekspert rəyinə əsasən ünvan 4 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 153,7 kv.m nəzərdə tutulan mənzilin içdən-içə, mənzilin daxilində olan və layihədə nəzərədə tutulan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və s. altı nəzərə alınmadan (layihədə nəzərdə tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, və.s. altı isə nəzərə alınmaqla), azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsinin 150,7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Sonuncu ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, mənzilin içdən-içə, mənzilin daxilində olan və layihədə nəzərədə tutulan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və s. altı nəzərə alınmadan (layihədə nəzərdə tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, və.s. altı isə nəzərə alınmaqla), azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsi 150,7 kv.m təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmış və öhdəliklər müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etsə də, Cavabdeh MTK isə müqavilə üzrə ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binasının A giriş, İV mərtəbəsində, ümumi sahəsi 153.7 kv.m olan 3 otaqlı, 20 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüş, lakin müqavilə şərtlərini pozaraq, müəyyən edilən sahədən daha az sahəli mənzili təhvil vermişdir. Sonuncu ekspert rəyindən müəyyən edilir ki, Cavabdeh MTK İddiaçı müqavilədə göstərilən sahədən 3 kv.m daha az sahəsi olan mənzil təhvil vermiş və İddiaçı hər kv.m üçün 1425 manat pul ödəmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair ik iddia tələbi qismən təmin edilməli, 4275 manat pul Cavabdeh MTK-dan tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən öhdəlik dedikdə bir şəxsin (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməsi, məsələn, pul ödəməsi, əmlak verməsi, iş görməsi, xidmətlər göstərməsi və i.a. və ya müəyyən hərəkətdən çəkinməsi, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini pozmaqla mənzili iddiaçıya müqavilədə nəzərdə tutulan ölçüdə verməməklə, ona maddi zərər vurmuşdur. İddiaçıya dəymiş maddi zərər isə onun mülkiyətinə gözləntisi olan gələcək əmlakından məhrum olmasında ifadə olunur. Yəni, iddiaçı ölçüsü 153.7 kv.m olan mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da mənzilin ölçülərinin azaldılması nisbətində iddiaçı əmlakından məhrum olmuşdur. Müqavilə ödəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrində isə qeyd edilir ki zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mənzillərin az ölçüdə təhvil verilməsinə görə dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi hissəsinə münasibətdə isə, məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən qaydada, yəni mənzillərin sahəsinə azalma əmsalları tətbiq edilmədən müəyyən edilmiş ölçülərlə müqavilədə göstərilən ölçülər arasında yaranmış fərqin ödənilməsi formasında həyata keçirilməlidir. Rəyə əsasən azalma əmsalı tətbiq edilmədən mənzilin faktiki sahəsi 150,7 kv.metr təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərər hesablanarkən mənzilin sahəsinin hər kv.metrinin qiyməti 1425 manat nəzərə alınmaqla hesablanmalıdır. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə mənzilin qiyməti 219000 manat müəyyən edilmişdir. Bu isə deməkdir ki, hər kv.m üçün 1425 manat təşkil edir. Odur ki, 28 saylı mənzilə görə əksik verilmiş 3 kv.metrə görə əksik verilmiş sahə üzrə hər kv.metr üçün 1.425 manat hesablamaqla (3 m2 x 1425 = 4275 manat) cəmi 4275 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh MTK İddiaçı qarşı mənzildə həyata keçirilmiş yenidən qurma və yenidən planlaşdırma işlərinin özbaşına hesab edilərək, mənzilin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, Cavabdeh MTK tərəfindən ünvan 1də inşa edilmiş hündürmərtəbəli çoxmənzilli yaşayış binasının A blokunun İV mərtəbəsində yerləşən 20 nömrədə cavabdeh tərəfindən aparılmış yenidən qurma və (və ya) yenidən planlaşdırılma işlərinin özbaşına hesab edilərək, mənzilin cavabdeh İddiaçı vəsaiti hesabına binanın eskiz layihəsində nəzərdə tutulan əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edir. Belə ki qarşılıqlı iddia ərizəsində cavabdehin mənzili aldıqdan sonra təmir etdiyi və təmir zamanı mənzilin divarları qalınlaşdırıldığı, eskiz layihədə 3 otaq kimi nəzərdə tutulan mənzildə qanunsuz olaraq konstruksiya dəyişikliyi etməklə arakəsmələr vasitəsilə mənzilin otaqlarının sayını 4 etdiyi irəli sürülmüşdür. Mülki işin materiallarında olan 24 iyul 2023-cü il tarixli, 10/1878 saylı ekspert rəyinə əsasən,texniki pasportla mənzilin faktiki vəziyyəti arasında müqayisəli tədqiqat aparılan zaman həmin mənzildə konstruktiv dəyişikliklər edildiyi müəyyən edilmişdir. Aparılmış dəyişikliklərin mənzilin layihədə nəzərdə tutulan yaxud tutulmayan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı sahələrinin ölçüsünün dəyişilməsinə səbəb olmadığı müəyyən edilmişdir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına görə, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən mənzildə konstruktiv dəyişikliklərin aparılması nəticəsində mənzilin sahəsinin dəyişdirilməsinə səbəb olması, buna görə də qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən aparılmış yenidən qurma və yenidən planlaşdırıma işlərinin özbaşına hesab edilməsi v mənzilin əvvəlki vəziyyətə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. AR Mənzil Məcəlləsinin yuxarıda istinad edilən normalarına əsasən, mülkiyyətçi mənzildə konstruktiv dəyişikliklərin aparılması üçün müvafiq icra hakimiyyəti orqanından icazə almalıdır. Həmin icazə alınmadığı təqdirdə aparılmış dəyişikliklər özbaşına dəyişiklik hesab edilir. Belə olan halda mənzil mülkiyyətçisi mənzili əvvəlki vəziyyətdə qaytarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının tələbini yerinə yetirmirsə, məhkəmədə iddia qaldırmaq hüququ məhz müvafiq icra hakimiyyəti orqanına verilmişdir. Digər tərəfdən, qarşılıqlı iddiaçı üzrə iddiaçı iddiasını mənzilin sahəsinin dəyişilməsinin yenidənqurma və planlaşdırma işləri ilə əlaqədar olduğunu bildirsə də, ekspert rəyi ilə həmin hal öz təsdiqini tapmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı aparılan konstruktiv dəyişikliklərin binanın balansına xələl yetirməsini göstərsə də, həmin halı da təsdiq edə biləcək dəlillər məhkəməyə təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İlkin ekspert rəyində qeyd edilən məsələ ilə bağlı tədqiqat aparılmadığından, 24 iyul 2023-cü il tarixli, 10/1878 saylı ekspert rəyi mötəbər sübut kimi qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə ekspertiza rəyləri ilə bağlı qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki mülki işin materiallarında olan sonuncu ekspert rəyində qoyulmuş suallar çərçivəsində daha ətraflı və əsaslandırılmış tədqiqat aparıldığına görə, məhkəmə ilkin iddia tələbinə hüquqi qiymət verən zaman məhz həmin ekspert rəyinə istinad etmişdir. Məhkəmə daha sonra qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə bu qənaətə gələrkən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməməsini, eləcə də ekspert rəylərinin hər ikisinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasını nəzərə alır. Beləliklə də, məhkəmə hesab edir ki, işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından qeyd edilən rəyləri hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyrimüəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin, qarşılıqlı iddia tələbi rədd edilsin. İlkin iddia üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair ilkin iddia tələbi qismən təmin edilsin, 4275 (dörd min iki yüz yetmiş beş) manat pul Cavabdeh MTK-dan tutularaq, İddiaçı xeyrinə ödənilsin. İlkin iddia üçün ödənilmiş dövlət rüsumu üzrə 53 manat Cavabdeh MTK-dan tutulsun, qalan hissədə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı mənzildə həyata keçirilmiş yenidən qurma və yenidən planlaşdırma işlərinin özbaşına hesab edilərək, mənzilin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh MTK-ya aid edilsin. Ekspertizalar üçün ödənilmiş 100 manat ekspertiza xərcinin 53 (əlli üç) manatı Cavabdeh MTK-dan, 47 (qırx yeddi) manatı isə İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-189/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-189/2023
06.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver