Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1914/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi X1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, pulun ödənilmiş hesab edilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılması, son kirayə haqqının ödənilməsi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, götürülmüş pulun ödənilmiş hesab edilməsi və 30 AZN dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 44, 6 saylı mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia tələbi ilə məhkəməyə iddia tələbi ilə müraciət etməsi, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi ona 2020-ci ilin fevral ayında məlum olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 44, 6 saylı mənzil “sosial ev” kimi əldə edilməsi üçün “xxxxxxxxxxxx” ASC-dən girov qoyulmaqla götürülmüş kredit hesabına xx.xx.2012-ci il tarixli, İK018/2012 müqavilə əsasında X2 iddiaçının adına alınmış, mülkiyyət hüquqları, DƏDRX-də MA seriyalı, ******* №-li çıxarışa uyğun olaraq qeydiyyata alınmışdır. Həmin ərəfədə iddiaçı X10 ilə birgə nikahda olmuş, qeyd olunan əmlak onların birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunur. İddiaçı bir müddət ipoteka kreditini ödəsə də, işlə bağlı problemləri yarandığından, kreditin ödənişində problemlərin aradan qaldırılması məqsədilə, daha sonra çıxış yolu kimi ona təklif olunan şərtlə, yəni, zəmanət məqsədilə bağlanmış, lakin gələcəkdə həmin mənzilə mülkiyyət hüquqlarından məhrum olmayacağına və banka olan qalıq kreditini bağlamaq üçün, həyat yoldaşının xəbəri olmadan, Cavabdeh götürdüyü vəsaiti hissəhissə bağlamaq şərti ilə, Cavabdeh ilə zəmanətli olması üçün onun təkidi ilə həmin, Bakı şəhəri, Nərimanov rayonu, S. Rəhman küçəsi, ev 44, 6 saylı mənzilə dair 51 Salı DNK-da AN-1 seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin pulun qaytarılması üçün həyat yoldaşından əlavə olaraq, 17.000 AZN pul almışdır. Cavabdeh ona verdiyi pulun artıq 2/3 hissəsinə yaxın qismi qaytarılmışdır. Onların qarşılıqlı şərtlərinə görə pulun ödənişi sistematik olmaqla, iddiaçının qazancına görə yerinə yetirilməli idi. Bundan sonra iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı onun ünvan 1 ünvanından olan mənzilindən çıxarılması, son kirayə haqqını ödədiyi 2018-ci ilin sentyabr ayından iş üzrə yekun məhkəmə aktı icraya yönəldiyi ana qədər aylıq 300 AZN olmaqla, kirayə haqqı hesablanaraq ödənilməsi, həmçinin bu günə qədər mənzilindən qanunsuz istifadə nəticəsində ona vurmuş olduğu mənəvi ziyana görə 10.000 manat məbləğin, həmçinin 30 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı xx xxxxxx 2018-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 44, 6 saylı mənzili alqı-satqı müqaviləsi əsasında almışdır. Bundan sonra cavabdeh ondan həmin evdə kirayə qalmasını xahiş etmişdir. O cavabdehlə hər ay 300 AZN olmaqla, almış olduğu mənzili ona kirayə verməyə razılaşmışdır. Bundan sonra o bir neçə ay kirayə haqqını ödəsə də, sonradan kirayə pulunu ödəməmişdir. İddiaçı evindən çıxmasını tələb etsə də, o bundan qərəzli olaraq imtina etmiş, bunun nəticəsində məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı alqı-satqı müqaviləsi bağlandığı zamandan yəni xx xxxxxx 2018-ci il tarixindən onun evindən istifadə edərək, kirayə haqqını da ödəmədiyini, nəticə də onun öz evindən fayda götürmək hüququ da pozulmuşdur. Cavabdehin Cavabdeh həmin mənzili kirayə vermək məqsədi ilə aldığından xəbəri var idi. Məhkəmənin xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili mülki işlə tanış olmaq barədə vəsatət vermiş, sonradan məhkəmənin baxış iclasında iştirak etməmişdir. İddiaçı tərəf məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmənin digər baxış iclaslarına gəlməmiş, cavabdeh tərəf işin mahiyyəti izrə baxılamasını xahiş etdiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək, məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində tamamilə absurd bir əsas qoyduğunu qeyd etmişdir. Belə ki, əgər onun istinad etdiyi “görüntü üçün” bağlanmış hal varsa, alqısatqı müqaviləsinin görünüş üçün bağlanması ilə bağlı iddia ərizəsinə heç bir sübut əlavə olunmamışdır. Bundan əlavə, iddiaçı qeyd edir ki, ev birgə nikah dövründə əldə edilmişdir. Halbuki, nikahın pozulması 2012-ci ili may ayının 15 baş vermiş, iddiaçı evi mülkiyyət hüququ əsasında isə xx xxx 2012-ci il tarixində əldə etmişdir. Buradan da açıq-aydın görünür ki, sözügedən mənzil əldə olunarkən artıq iddiaçı subay olmuş, yəni ev birgə nikah dövründə əldə edilməmişdir. Bundan əlavə, belə bir halın mövcudluğu var idisə, nəyə görə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli iddiaçının evdən istifadə hüququna xitam verilməsi barədə Qətnamə qəbul ediləndən və ondan apellyasiya şikayəti veriləndən sonra belə bir əsasla göründüyü kimi işi uzatmaq məqsədi ilə Nərimanov Rayon Məhkəməsinə müqavilənin etibarsız hesab edilməsi, pulun ödənilmiş hesab edilməsi tələbinə dair ərizə ilə müraciət etməsini qeyd etmişdir. İddiaçının istinad etdiyi alqı-satqı müqaviləsinin birgə nikah dövründə bağlanması halı ilə bağlı bildirilmişdir ki, nikahın pozulması alqı-satqı müqaviləsindən əvvəl olmuşdur. Belə ki, Vətəndaşlıq vəziyyəti aktlarının AQİS-dən Çıxarışdan görünür ki, İddiaçı ilə X5 aralarında olan nikah pozulmuş və Xətai rayon qeydiyyat şöbəsində Nikahın pozulması haqqında 2012-ci ili may ayının 15 qeydə alınmışdır. Alqı-satqı müqaviləsi isə xx xxxxxx 2018-ci il tarixində bağlanmışdır. Bundan əlavə, Nərimanov RPŞ tərəfindən x xxxxxx 2012-ci il tarixində iddiaçıya verilmiş şəxsiyyət vəsiqəsində onun ailə vəziyyəti subay olaraq qeyd edilmişdir. Bütün bu hallar bir daha onun göstərir ki, iddia tələbi tamamilə əsassızdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı iddiasının tamamilə əsassız, uydurma, formal xarakterli olduğundan, həmçinin heç bir sübuta əsaslanmadığından tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2012-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1977-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 28.9 kv.m ümumi sahəsindən, 16.1 kv.m yaşayış sahəsindən, 12.8 kv.m yardımçı sahədən ibarət 1 otaqlı mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1645 nömrəli reyestr kitabının 150917 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır; xx.xx.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X6 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 44, 6 nömrəli mənzilini 40.000 manata alıcı İddiaçı satmış və alıcı (ipoteka qoyan) həmin mənzili onunla “xxxxxxxxxxxx” ASC (ipoteka saxlayan) arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq “xxxxxxxxxxxx” ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Mənzilin dəyəri “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş kredit hesabına ödənilmişdir; Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 699558 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X10 ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış nikah 1303 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Məmmədova soyadı verilmişdir; Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 143580 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X10 ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2012-ci tarixdə 197 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Məmmədova, kişiyə Cəfərov soyadı verilmişdir; xx.xx.2018-ci il tarixli, 1131 nömrəli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, İddiaçı “xxxxxxxxxxxx” ASC-yə 28,405.00 AZN ödənmişdir; xx.xx.2018-ci il tarixli, 1037 nömrəli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, İddiaçı “xxxxxxxxxxxx” ASC-yə 28,404.64 AZN ödənmişdir; xx.xx.2018-ci il tarixli, 3016 nömrəli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, İddiaçı “xxxxxxxxxxxx” ASC-yə 28,405.00 AZN ödənmişdir; Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 44, 6 nömrəli mənzilini alıcı Cavabdeh satmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışının notariat qaydasında təsdiq olunmuş surətinə əsasən ünvan 3 yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1645 nömrəli reyestr kitabının 150917 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır; xx.xx.2020 il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 44, 6 nömrəli mənzili alqı-satqı müqaviləsi ilə Cavabdeh satmış, qeyd olunan əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması səbəbindən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas hesab edir və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamış və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Bununla yanaşı məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X12 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə araşdırılması zamanı tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılarkən Mülki Məcəllənin 337-ci və ya 339-cu maddələrinin tələblərinin pozulması, o cümlədən iddiaçının aldadılması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hüquqi nəticə etibarı ilə iddiaçı (səlahiyyətli nümayəndəsi vasitəsilə) iradə ifadəsini bildirməklə həmin müqaviləni imzalamışdır. Məhkəmə onu da qeyd edir ki, mübahisə predmeti olan əmlakın birgə nikah dövründə əldə edilmiş əmlakı olması iş materialları ilə təkzib olunur. Müqavilə forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmış və notariat qaydasında təsdiqlənmişdir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəflər aralarında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin birgə nikah dövründə əldə edilmiş əmlak olduğu üçün ərini razılığının olmasının zəruriliyin iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. Hüquqi nəticə etibarı ilə tərəflər öz iradə ifadələrini bildirməklə sərbəst surətdə öz aralarında alqı-satqı müqaviləsi bağlamışlar və həmin müqaviləyə əsasən mənzili iş üzrə Cavabdeh satmışdır. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Bu səbəbdən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh «İddiaçı o ünvan 1 ünvanından olan mənzilindən çıxarılması» tələbinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. "Marks Belçikaya qarşı" işdə X12 Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 Cavabdeh mülkiyyətinə keçmişdir. Mübahisəli əmlak iddiaçının mülkiyyətinə keçdiyi zaman hər hansı hüquqi əsas olmadan cavabdehin sahibliyində və istifadəsində olmuş və hazırda da cavabdehin sahibliyində və istifadəsindədir. İddiaçı Cavabdeh mülkiyyətində ünvan 1-nın boşaldılmasından imtina edir. İddiaçı qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüququnun kobud şəkildə pozulduğunu bildirir və bu səbəbdən mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmasını tələb edir. Göründüyü kimi, mübahisəli yaşayış sahəsi Cavabdeh mülkiyyətində olmasına baxmayaraq, cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, qarşılıqlı iddiaçı həmin yaşayış sahəsini cavabdehin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh əmlakı boşaltmaqdan imtina etmişdir. Məhkəmə qeyd edir ki, ünvan 1 hər hansı hər hansı hüquqi əsas, o cümlədən qarşılıql iddiaçının razılığı olmadan cavabdehin istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Məhkəmə qarşlıqlı iddia üzrə iddiaçının «kirayə haqqının ödənilməsi» tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh İddiaçı ilə hər ay 300 AZN olmaqla, kirayə vermək barədə razılaşmasını göstərsə də, bu barədə tərəflər arasında müqavilə mövcud deyil. Bu baxımdan, qarşılıqlı iddiaçının İddiaçı alqı-satqı müqaviləsi bağlandığı zamandan yəni xx xxxxxx 2018-ci il tarixindən evindən istifadə edərək, kirayə haqqını da ödəmədiyini, nəticə də onun öz evindən fayda götürmək hüququ pozulması əsası ilə irəli sürdüyü tələbi əsassızdır. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X8 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin ya-ran-ma-sı əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qal-ma-sı-nın nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar ke-çir-məsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi ay-dın-laşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab ke-çir-məsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə qarşılıqlı iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçının tələbinin qismən təmin olunması iddiaçıya münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli Qərarında X8 Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. X8 Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə xx.xx.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ilk iddia rədd olunmalı, qarşılıqlı iddia qismən təmin edilməli, ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlk iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi ev 44, 6 saylı mənzildən çıxarılsın. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1914/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1914/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver