Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1916/2020 25.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı “Unibank” X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Unibank” X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Unibank” X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “Unibank” X3 Səhmdar Cəmiyyətinin xeyrinə 208,37 (iki yüz səkkiz dollar otuz yeddi sent) ABŞ dolları məbləğində faiz borcunun və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “Unibank” X3 Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “Unibank” X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 293nkNAR/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh şəxsə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 26% ödəmək şərtilə 1.300 (bir min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizdə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, Cavabdeh kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixinə “Unibank” X3 Səhmdar Cəmiyyətinə 208,37 (iki yüz səkkiz dollar otuz yeddi sent) ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “Unibank” X3 Səhmdar Cəmiyyəti öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(005)-1916/2020 nömrəli qərardadı ilə iddiaçı “Unibank” X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı“Unibank” X3 Səhmdar Cəmiyyətinin nümayəndəsiX4 oğlu iddia tələbinin məzmununa uyğun olaraq izahat vermiş, Cavabdeh kredit müqaviləsinin bitmə tarixinə olan borcunu əks etdirən xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışını məhkəməyə təqdim edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: iddiaçı “Unibank” X3 X1 filialı ilə Cavabdeharasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 293nkNAR/15 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, iddiaçı “Unibank” X3 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 26 faiz ödəmək şərtilə 1.300 (bir min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir; iddiaçı “Unibank” X3 X1 filialı ilə Cavabdeharasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 293nkNAR/15 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 24 ay ərzində hər ay 71 (yetmiş bir) ABŞ dolları (sonuncu ay 45,59 (qırx beş dollar əlli doqquz sent) ABŞ dolları) məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür; Cavabdeh iddiaçı “Unibank” X3 Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxx 2015-ci il tarixli ərizəsinin surətindən görünür ki, müvafiq kredit müqaviləsi üzrə kreditdən illik istifadə faizinə endirim edib, kredit müddətinin 21 (iyirmi bir) ay müddətinə uzadılmasını cavabdeh şəxs iddiaçı bank təşkilatından xahiş etmişdir; iddiaçı “Unibank” X3 X1 filialı ilə Cavabdeharasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 293nkNAR/15 nömrəli kredit müqaviləsinə xx xxxx 2016-cı il tarixli saziş və ona əlavə edilmiş 2 saylı əlavə olan ödəniş cədvəlinin surətlərindən və məzmunlarından görünür ki, müvafiq kredit müqaviləsinin vaxtı xx xxxxxxx 2018-ci il tarixədək uzadılmış, həmin vaxt üçün cavabdeh şəxsin banka əsas borc üzrə qalığı 916 (doqquz yüz on altı) ABŞ dolları və ümumi faiz borcu isə 14,83 (on dörd dollar səksən üç sent) ABŞ dolları borcu olmuş, Cavabdeh həmin saziş üzrə 29 (iyirmi doqquz) ay ərzində hər ay 27 (iyirmi yeddi) ABŞ dolları məbləğində əsas borc (sonuncu ay 477,69 (dörd yüz yetmiş yeddi dollar altmış doqquz sent) ABŞ dolları olmaqla, ondan 160,89 (bir yüz altmış dollar səksən doqquz sent) ABŞ dolları məbləğində əsas və 316,80 (üç yüz on altı dollar səksən sent) ABŞ dolları məbləğində faiz borcu) məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür; xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehilə “Unibank” X3 X1 filialı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 293nkNAR/15 nömrəli kredit müqaviləsinə əsasən xx xxxx 2020-ci il tarixə 0 (sıfır) ABŞ dolları məbləğində əsas, 208,37 (iki yüz səkkiz dollar otuz yeddi sent) ABŞ dolları məbləğində faiz, 0 (sıfır) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 208,37 (iki yüz səkkiz dollar otuz yeddi sent) ABŞ dolları məbləğində borcu vardır; iddiaçı “Unibank” X3 Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx xxxxxxx 2019-cu il və xx xxxxxx 2020-ci il tarixli bildirişlərdən müəyyən olunur ki, “Unibank” X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 293nkNAR/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh şəxsin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün onun banka xx xxxxxx 2020-ci il tarixinə 0 (sıfır) ABŞ dolları məbləğində əsas, 208,37 (iki yüz səkkiz dollar otuz yeddi sent) ABŞ dolları məbləğində faiz və 0 (sıfır) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 208,37 USD borcu yaranmışdır. Kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyinizdən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanmışdır. Qeyd edilənlərə əsasən banka olan bütün borc məbləğini tam olaraq 3 (üç) iş günü müddətində ödəməklə tərəflər arasında bağlanmış kredit müqaviləsini 3 (üç) iş günü müddətində ləğv edilməsi təklif edilmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh şəxs xəbərdar edilmişdir. Hər iki bildirişin Cavabdeh qeydiyyatda olduğu ünvana iddiaçı “Unibank” X3 Səhmdar Cəmiyyəti tərəfindən göndərilməsinə dair müvafiq poçt reyestrlərinin surətləri iş materiallarına əlavə edilmişdir; xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehilə “Unibank” X3 X1 filialı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 293nkNAR/15 nömrəli kredit müqaviləsinə əsasən xx xxxxxx 2017-ci il tarixə (kredit müqaviləsinin bitdiyi müddət) 703,90 (yeddi yüz üç dollar doxsan sent) ABŞ dolları məbləğində əsas, 128,83 (bir yüz iyirmi səkkiz dollar səksən üç sent) ABŞ dolları məbləğində faiz, 0 (sıfır) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 832,73 (səkkiz yüz otuz iki dollar yetmiş üç sent) ABŞ dolları məbləğində borcu vardır; xx xxxxxx 2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı “Unibank” X3 Səhmdar Cəmiyyəti müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeydolunanxüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı “Unibank” X3 Səhmdar Cəmiyyətindən aldığı kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmişmüddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh kredit sazişi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı “Unibank” X3 Səhmdar Cəmiyyətindən aldığı kredit müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etmir və bu baxımdan “Unibank” X3 Səhmdar Cəmiyyətinin iddia tələbi əsaslıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx xxxxxx 2015-ci il tarixli 293nkNAR/15 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış faiz borcu xx xxxxxx 2020-ci il tarixli arayış ilə əsas götürülməli və bu arayışla kredit müqaviləsinin müddətinin bitdiyi, yəni xx xxxxxx 2017-ci il tarixinə hesablanmış 128,83 (bir yüz iyirmi səkkiz dollar səksən üç sent) ABŞ dolları məbləğində faiz borcu Cavabdeh iddiaçı “Unibank” X3 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı “Unibank” X3 Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı şəxsin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 128,83 (bir yüz iyirmi səkkiz dollar səksən üç sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı “Unibank” X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1916/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1916/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver