Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-192/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh qarşı ələn çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh qarşı ələn çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək əsas məbləğ 6917.03 ABŞ dollarına 2100.52 ABŞ dollan məbləğində əldən çıxmış faydanın həmçinin ödənilmiş 55,71 manat məbləğində dövlət rüsumunun tutularaq “Aqrarkredit" QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq ‘'Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASCdən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S- AVK-1073 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə, 1023 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 7450 ABŞ dolları məbləğində kredit verilmişdir. 16 avqust 2011-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-KK-*** dövlət qeydiyyat nişanlı, “VAZ21074 minik” markalı (buraxılış ili 2011, ban- XTA210740B3072126, rəngi - qara metal) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X1 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2012-ci il tarixli, AA seriyalı, 055838 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə "xxxx" ASC borc tələbinin cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. xx.xx.2014-cü il tarixli, 2(005)-5327/2014 saylı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh Apellyasiya şikayəti vermiş və xx.xx.2021-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsi ilə Cavabdeh Apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/3255 saylı rəyinə əsaslanaraq cavabdehdən İddiaçı QSC BOKT-un xeyrinə kredit müqaviləsi başa çatanadək əsas məbləğ 6917.03 ABŞ dolları, faiz borcu üzrə 1940,26 ABŞ dolları olmaqla, cəmi 8857,29 ABŞ dolları məbləğində pul tutulması qət edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək əsas məbləğ 6917.03 ABŞ dollarına 2100.52 ABŞ dolları məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında üzrlü səbəb təqdim etmədən iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinin tələblərinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə, 1023 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 7450 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il tarixli, AA seriyalı, 055838 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə ilə kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-KK-*** dövlət qeydiyyat nişanlı, “VAZ21074 minik” markalı (buraxılış ili 2011, ban- XTA210740B3072126, rəngi - qara metal) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1073 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021- ci il tarixli 9/3255 saylı rəyinə əsaslanaraq cavabdehdən İddiaçı QSC BOKTun xeyrinə kredit müqaviləsi başa çatanadək əsas məbləğ 6917.03 ABŞ dolları, faiz borcu üzrə 1940,26 ABŞ dolları olmaqla, cəmi 8857,29 ABŞ dolları məbləğində pul tutulması qət edilmişdir. Ədliyyə nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7581 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2011-ci il tarixli, 1023 saylı kredit müqaviləsinin bitmə tarixindən, yəni xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək əsas məbləğin 6.917,03 ABŞ dolları olmaqla xx.xx.2017-ci il (S-AVK-1073 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktı) tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə müvafiq olaraq hesablanmış faiz məbləği 2017,42 ABŞ dolları müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə, 1023 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 7450 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədyində görə "xxxx" ASC kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021- ci il tarixli 9/3255 saylı rəyinə əsaslanaraq cavabdehdən İddiaçı QSC BOKT-un xeyrinə kredit müqaviləsi başa çatanadək əsas məbləğ 6917.03 ABŞ dolları, faiz borcu üzrə 1940,26 ABŞ dolları olmaqla, cəmi 8857,29 ABŞ dolları məbləğində pul tutulması qət edilmişdir. İddiaçı QSC tərəfindən "xxxx" ASCdən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S- AVK-1073 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Hazırda iddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh qarşı ələn çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək əsas məbləğ 6917.03 ABŞ dollarına 2100.52 ABŞ dollan məbləğində əldən çıxmış faydanın həmçinin ödənilmiş 55,71 manat məbləğində dövlət rüsumunun tutularaq “Aqrarkredit" QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki işin materiallarından aydın olur ki, cavabdeh "xxxx" ASC ilə müqavilə bağlayaraq öz üzərinə öydəliklər götürmüş, bu öhdəliklərinə yerinə yetirmədiyi üçün "xxxx" ASC məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi ilə cavabdehdən "xxxx" ASC-nin xeyrinə müqavilə üzrə yaranmış pul borcunun ödənilməsi qət edilmişdir. Lakin cavabdeh məhkəmə qətnaməsini hazırki iddia ərizəsi verilən vaxtadək icra etməmiş, nəticədə "xxxx" ASC-dən tələb hüquqlarını güzəşt alan BOKT İddiaçı QSC-yə əldən çıxmış fayda formasında maddi ziyan vurulmuşdur. İş üzrə vurulmuş ziyanın həcmini müəyyən etmək üçün ekspertiza təyin edilmiş, verilmiş ekspert rəyindən vurulmuş ziyanın iddia ərizəsində tələb olunan məbləğdən az olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il (S-AVK-1073 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktı) tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə müvafiq olaraq hesablanmış faiz məbləği 2017,42 ABŞ dolları məbləğində pul, iddiaçı BOKT İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 55,71 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçıya ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il (S-AVK-1073 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktı) tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə müvafiq olaraq hesablanmış faiz məbləği olaraq 2017,42 ABŞ dolları məbləğində pul, iddiaçı BOKT İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verimədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-192/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-192/2023
19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver