Məhkəmə qərarları › İş №2(005)-192/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-192/2024

18.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-192/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, "xxxx" MMC, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X38 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzildən istifadəyə maneçiliklərin yaradılmasının, maliyyə arayışının və ümumi yığıncağın qərarının cavabdehin adına verilməsinin qadağan olunması, şəhadətnamənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, "xxxx" MMC, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X38 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzildən istifadəyə maneçiliklərin yaradılmasının, maliyyə arayışının və ümumi yığıncağın qərarının cavabdehin adına verilməsinin qadağan olunması, mənzilinin ilkin özəlləşdirilməsi sənədlərinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci iddiaçı - İddiaçı1, yeniyetmə yaşına çatmamış övladları oğlu-X11, oğlu-X12, oğlu-X13 ünvan 1-19 və H.Cavid pr.26, sahəsi 104,39 kv.m olan, giriş 106A, 8-ci mərtəbə, blok A, 7 saylı mənzilə istifadə hüququnun tanınması, həmin mənzildən istifadəsinə cavabdehlər "xxxx" MMC və X31 tərəfindən maneçiliklərin yaradılmasının qadağan edilməsi, 2-ci iddiaçı-X6 ünvan 1-19 və H.Cavid pr.26, sahəsi 104.39 kv.m. olan, giriş 106A, 8-ci mərtəbə, blok A, 7 saylı mənzilə istifadə hüququnun tanınması, həmin mənzildən istifadəsinə cavabdehlər "xxxx" MMC və X31 tərəfindən maneçiliklərin yaradılmasının qadağan edilməsi, "xxxx" MMC tərəfindən yeni inşa olunmuş ünvan 1-19 və H.Cavid pr.26, sahəsi 104.39 kv.m. olan, giriş 106A, 8-ci mərtəbə, blok A, 7 saylı mənzilinə maliyyə arayışının və ümumi yığıncağının qərarının X18 adına verilməsinin qadağan olunması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz əmlakın dövlət kadastrı və reyestri" X38 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsi, 546-cı Məhəllə, 130 №-li mənzilinin ilkin özəlləşdirilməsi sənədlərinin etibarsız sayılması və tərəflərin əvvəlki vəziyyətə gətirilməsi, X18 adına verilmiş Seriya RX ******* №-li çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı1, anası İddiaçı2, oğlu X24, X25, X2 rayonu, Akademik Landau küçəsi, 546-cı Məhəllə, 130№-li mənzildə pasport qeydiyyatındadırlar. Göstərilən ünvanda yerləşən 3 otaqdan ibarət 54,8 kv.m yaşayış sahəsi 5 nəfər ailə tərkibi ilə Oktyabr rayon İcrakomunun 01291 №-li, 16 oktyabr 1960-cı il tarixli orderi ilə ata babası X14 verilmişdir. Bakı şəhəri Oktyabr rayonu İcra hakimiyyəti başçısının 283/22 №-li xx/xx/1992-ci il tarixli Sərəncamı ilə Akademik Landau küçəsi 546cı məhəllə, mənzil № 130-da yaşayan mənzil kirayəçisi X15 yeni mənzil alması və mənzil qeydiyyatından çıxması ilə əlaqədar olaraq 3 otaqlı, sahəsi 54,8 kv.m olan mənzilin kirayə müqaviləsi onun oğlu X36 ilə bağlanmış və kirayə müqaviləsinə daxil edilmişlər. X36-özü, X37-qardaşı, İddiaçı2-qardaşı arvadı, X32-qardaşı qızı, anası İddiaçı2, X8 ilə 1982-ci ildə rəsmi nikaha girdikdən sonra qeyd olunan yaşayış sahəsinə qeydiyyata düşmüş, iddiaçı isə xx xxxxxxx 1984-cü ildə bu mənzildə doğulmuş və göstərilən yaşayış sahəsinə həmin vaxtdan pasport qeydiyyatına düşmüşdür. Mənzilin ilkin özəlləşməsi X9nun adına aparılmış və onun adına xx.xx.1996-cı il tarixdə Seriya MH № 024757 qeydiyyat vəsiqəsi verilmişdir. X36 25 iyun 2014-cü il tarixdə Rusiyanın Moskva şəhərində vəfat etmişdir. Əmisi vəfat etməmişdən öncə 19 iyul 2008-ci ildə 10 il müddətinə qardaşı X27 onun bütün əmlakları üzərində sərəncam hüququ ilə etibarnamə vermişdir. X8 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir və ölən günə kimi mübahisələndirilən yaşayış sahəsində pasport qeydiyyatında olmuşdur. Əmisi vəfat etdikdən sonra mənzili onun ərvadı X31 öz adına vərəsəlik işi ilə əlaqədar sənədləşmə işinin aparılması üçün iddiaçının atasına 03 sentyabr 2014-cü il tarixdə 1 illik etibarnamə vermişdir. Ancaq atası da vəfat etdikdən sonra X31 özü Bakıya gəlmiş və həmin mənzilə öz adına Seriya RX №0813781, xx.xx.2016-cı il tarixdə çıxarış almışdır. X9 hələ sağlığında mübahisələndirilən yaşayış sahəsinin iddiaçının atasının adına keçirəcəyini vəd etmişdir. Bunu onun tərəfindən atasının adına verilmiş etibarnamədən görmək olur. Göstərilən mənzil əslində əvəzsiz olaraq X9nun adına özəlləşdirilmişdir. Əmisi X31 ilə xx.xx.2001-ci il tarixdə Moskvada rəsmi nikaha girmişlər və onların birgə nikahları dövründə əldə edilməmişdir. X31 isə öz adına çıxarış aldıqdan sonra iddiaçının ailəsinə qarşı heç bir iddiasının olmayacağını bildirmiş və mənzili öz razılığı ilə iddiaçının adına sənədləşdirəcəyini vəd etmişdir. X31 milliyətcə erməni olmuşdur, o, bir neçə dəfə özünün soyadını və ata adını dəyişmiş, əmisi ilə onun arasında bağlanmış Nikahın bağlanması haqqında şəhadətnamədə də onun soyadı "Nosan” ata adı isə “Enrik” qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 72 Nömrəli xx.xx.2009-cu il tarixli Qərarı ilə Yasamal rayonu, Akademik Landau küçəsi, 546-cı Məhəllədə yerləşən ev söküldü və burada yaşayan sakinlər, o cümlədən də, iddiaçının ailəsi əvvəlcə dövlət hesabına, daha sonra isə "xxxx" MMC tərəfindən kirayə pulu ödənilməklə kirayə mənzillərlə təmin olundu. 2016-cı ildə köhnə sökülmüş mənzilin ünvanında yeni inşa olunmuş ünvan 1-19 və H.Cavid pr.26 yeni evə köçürülmüşlər və onlarla MMC arasında 032 saylı 15 iyun 2016-cı il tarixli xidmət müqaviləsi bağlandı və müqavilə X23 etibarnaməsi əsasında iddiaçının anası X10 tərəfindən imzalandı. Bundan sonra "xxxx" MMC-yə lift, zibil daşımaq kimi kommunal xidmətlər iddiaçının əri X28 tərəfindən ödənilmişdir. 22 may 2023-cü il tarixdə binanın 1-ci mərtəbəsində yerləşən "xxxx" MMC-nin satış ofisindən buranın səlahiyyətli şəxsi iddiaçının əri X19 zəng vuraraq ora dəvət etmiş, burada 2 nəfər, bir kişi və bir qadın özünü əvvəlcə mübahisəli mənzilin sahibi kimi təqdim etmiş və bildirmişlər ki, mənzili boşaldıb onlara təhvil versinlər. İddiaçının əri həmin adamlara bildirmişdir ki, siz bu mənzilin sahibi Natalya deyilsiniz, onu biz tanıyırıq. Bundan sonra həmin şəxslər bildirmişlər ki, Natalyanın etibarnamə üzrə nümayəndələridirlər. Ancaq etibarnaməni təqdim etməmişlər və uzaqdan göstərmişlər. İddiaçının əri mənzilin boşaldılmasına etirazını bildirdikdən sonra, onlar ona hədə-qorxu gələrək, məcburi qaydada mənzili boşaltdıracaqlarını, MMC-dən maliyyə arayışı, yeni ünvana çıxarış alacaqlarını, kommunal xidmətlən işığı, qazı, suyu kəsdirəcəklərini bildirmişlər. İddiaçının əri bununla bağlı DİN-nin 102 Xidmətinə məlumat vermiş və Yasamal RPİ-nin 27-ci PB-də bununla bağlı hazırda araşdırma başlanmışdır. İddiaçı hesab edir ki, iddiaçı - İddiaçı1, anası - İddiaçı2, yeniyetmə yaşına çatmamış övladları oğlu-X24, oğlu-X25, oğlu-X2 rayonu, Akademik Landau küçəsi, 546-cı Məhəllə, 130№-li mənzilə istifadə hüququ olduğundan və pasport qeydiyyatında olduğundan, göstərilən ünvandakı ev Nazirlər Kabinetinin Qərarı ilə sökülərək onun yerində inşa olunmuş yeni binaya Bakı şəhəri, Yasamal rayonu, Ş. Mehdiyev-19 və H.Cavid pr.26, sahəsi 104,39 kv.m. olan, giriş 106A, 8-ci mərtəbə, blok A, 7 saylı mənzildən istifadə hüquqları tanınmalı, 1-ci cavabdeh X21 və 2-ci cavabdeh "xxxx" MMC-yə mənzildən istifadəyə yaratdıqları maneələr qadağan edilməli, 2-ci cavabdeh "xxxx" MMC-yə yeni mənzilə maliyyə arayışının və 3-cü cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz əmlakın dövlət kadastrı və reyestri" X38 1 saylı Bakı Ərazi İdarəsinə çıxarışın verilməsi qadağan edilməlidir. Daha sonra İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcmini artırmağa dair ərizə ilə məhkəməyə müraciət edərək, 1) 1-ci iddiaçı-İddiaçı1, yeniyetmə yaşına çatmamış övladları oğlu-X11, oğlu-X12, oğlu-X13 ünvan 1-19 və H.Cavid pr.26, sahəsi 104,39 kv.m. olan, giriş 106A, 8-ci mərtəbə, blok A, 7 saylı mənzilə istifadə hüququnun tanınması, həmin mənzildən istifadəyə cavabdehlər X31 (bundan sonra 1-ci cavabdeh) və "xxxx" MMC (bundan sonra 2-ci cavabdeh) tərəfindən maneçiliklərin yaradılmasının qadağan edilməsi, 2) 2-ci iddiaçı - İddiaçı2 ünvan 1-19 və H.Cavid pr.26, sahəsi 104,39 kv.m. olan, giriş 106A, 8-ci mərtəbə, blok A, 7 saylı mənzilə istifadə hüququnun tanınması, həmin mənzildən istifadəyə cavabdehlər "xxxx" MMC və X31 tərəfindən maneçiliklərin yaradılmasının qadağan edilməsi, 3) "xxxx" MMC tərəfindən yeni inşa olunmuş ünvan 1- 19 və H.Cavid pr.26, sahəsi 104,39 kv.m. olan, giriş 106A, 8-ci mərtəbə, blok A, 7 saylı mənzilinə maliyyə arayışının və ümumi yığıncağının qərarının X18 adına verilməsinin qadağan olunması, 4) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X38 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsi, 546cı Məhəllə, 130 №-li mənzilinin ilkin özəlləşdirilməsi sənədlərinin və Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən X18 adına verilmiş 07 yanvar 2016-cı il tarixli şəhadətnamənin etibarsız sayılması, tərəflərin əvvəlki vəziyyətə gətirilməsi, X18 adına verilmiş Seriya RX ******* №-li çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində mübahisələndirilən tələblərdən başqa qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi hallarının öyrənilməsi ilə bağlı notariat işinin əldə edilməsi üçün Bakı şəhəri 12 saylı Notariat Ofisinə müraciət edilmişdir. 21 №-li MİS tərəfindən notariusa təqdim edilmiş 2 №-li arayışda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Ak.Landau küçəsi, Məhəllə 546, mənzil 130, Bina sökülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-cimaddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Qanunun qeyd olunan maddəsinin məzmunundan və işin faktiki hallarından aydın olur ki, Yasamal rayonu, Akademik Landau küçəsi, 546-cı Məhəllə, 130 №-li mənzil söküldüyündən bununla bağlı daşınmaz əmlak tamamilə məhv edilmiş və həmin yaşayış sahəsinə olan X23 mülkiyyət hüququ itirilmişdir. Buna baxmayaraq iş üzrə 4-cü cavabdeh Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən X18 adına şəhadətnamə verilmişdir, nəticədə həmin əsasla sonuncu öz adına faktiki olmayan əmlaka çıxarış almışdır. Bundan başqa həmin notariat işinin içərisində olan sənədlərdən görünür ki, X23 digər vərəsələri X39 və X40 miras əmlakdan imtina etmişlər. İddiaçı hesab edir ki, göstərilənlərə əsasən eyni zamanda Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən X18 adına verilmiş şəhadətnamə də etibarsız sayılmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-192/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, "xxxx" MMC, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X38 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzildən istifadəyə maneçiliklərin yaradılmasının, maliyyə arayışının və ümumi yığıncağın qərarının cavabdehin adına verilməsinin qadağan olunması, mənzilinin ilkin özəlləşdirilməsi sənədlərinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə “yaşayış sahəsinin ilkin özəlləşdirilməsi sənədlərinin etibarsız sayılması” hissədə xitam verilməsi qərara alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı etiraz ərizəsi ilə müraciət edərək iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X22 və digər cavabdehlərə qarşı bütün iddia tələblərinin təmin olunmamasını xahiş etdi. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X31 (bundan sonra - 1-ci cavabdeh) iddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra - İddiaçılar) iddiasını etiraf etmir. İddiaçıların 1-ci cavabdehə və digər cavabdehlərə qarşı bütün iddia tələbləri qanunsuz və əsassız olduğuna görə tamamilə təmin olunmamalıdır. İddiaçıların hər iddia tələbi qanunla əsaslandırılmır.1-ci və 2-ci tələblər üzrə: Yeni inşa olunmuş mənzilə dair hüquqmüəyyənedici sənəd hələlik 1-ci cavabdehə verilməmişdir. Hüquqi baxımdan mövcud olmayan daşınmaz əmlaka istifadə hüququnun tanınması və bununla bağlı digər tələblərin baxılması mümkün deyil. 3-cü tələb üzrə: İddiaçılar yeni inşa olunmuş mənzilə dair hər hansı sənədin 1-ci cavabdehə verilməsinin qadağan olunması iddia sürməyə subyektiv hüquqlarına malik deyillər. 4-cü tələb üzrə: Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsi, 546-cı məhəllə, 130 saylı mənzil 1-ci cavabdeh tərəfindən vərəsəlik qaydasında əldə edilmişdir (müvafiq sənədlər iş materiallarındadır). Həmin mənzil əvvəlcədən tam qanuni olaraq X23 adına özəlləşdirilmişdir. Onun vəfatından sonra bu mənzil miras əmlak olaraq 1-ci cavabdehin xüsusi mülkiyyətinə keçmişdir. Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsi, 546-cı məhəllə, 130 saylı mənzillə bağlı iddiaçıların hüquqları nə X36, nə də onun vəfatından sonra 1-ci cavabdeh tərəfindən pozulmamışdır. Həmin mənzilin ilkin özəlləşdirilməsi sənədlərinin etibarsız sayılması, habelə bu mənzil üzrə 1-ci cavabdehin xüsusi mülkiyyət hüququnu təsdiq edən sənədin ləğv edilməsi üçün heç bir hüquqi əsas mövcud deyil. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 yazılı etirazında qeyd olunanlarla eyniməzmunlu izahat verib, iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iddianın mənzildən istifadəyə maneçiliklərin yaradılmasının, mənzilinə maliyyə arayışının və ümumi yığıncağın qərarının X18 adına verilməsinin qadağan olunması hissəsində əsassız olduğunu bildirib həmin hissədə iddianın rədd edilməsini, digər hissələrdə isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 120 №-li Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin arayışının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsində yerləşən 546 saylı evin, 130 nömrəli mənzilində İddiaçı1 qeydiyyatdadır və 4 nəfərlə ailə tərkibi (özü, anası, 2 oğlu) yaşayır. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş 27 dekabr 2003cü il tarixli, AZ-İ 078196 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X37 ilə X5 22 iyul 1982-ci il tarixdə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2987 № ilə qeyd edilmişdir. Ərə Abasov, arvada Abasova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 iyul 2008-ci il tarixli, AZ-İ 429259 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə İddiaçı1 05 iyul 2008-ci il tarixdə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 868 № ilə qeyd edilmişdir. Ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X50, anası İddiaçı1dir. İş materiallarında olan vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X26 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X50, anası İddiaçı1dir. İş materiallarında olan vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X25 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X50, anası İddiaçı1dir. İş materiallarında olan AZ-İ 791357 saylı, xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan 15 iyun 2016-cı il tarixli, 032 №-li “Bakı şəhəri, Yasamal Rayonu, 546-cı məhəllə, Ş.Mehdiyev-19 və H.Cavid pr.26 ünvanında inşa olunmuş yaşayış kompleksində təmir olunacaq mənzillər üzrə” Xidmət Müqaviləsindən görünür ki, “Sifarişçi” – X33 (etibarnamə əsasında Natalya Abbasova) ilə “İcraçı” – "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən Sifarişçi ona məxsus sahəsi 104,39 m2 olan giriş 106A, 8-ci mərtəbə, blok A, 7 saylı mənzilin əsaslı təmirini İcraçıya sifariş vermişdir. İş materiallarında olan Vladimirsk vilayəti, Kirjaç notarial dairəsində təsdiq edilmiş 30 may 2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, X31, İddiaçı2 Azərbaycan Respublikası, ünvan 3 ünvanında yerləşən özünə məxsus olan mənzilin kommunal və digər ödənişlərini həyata keçirmək səlahiyyətini vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi, məhəllə 546, 130 nömrəli mənzil X20 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir və bu barədə 634 saylı reyestr kitabının 95130 səhifəsində 30/95130 qeydə alma nömrəsi ilə xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Vİ-MЮ 736297 seriya nömrəli, xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.2014-cü il tarixdə Moskva şəhərində ölmüşdür. İş materiallarında olan ƏN-İ 134463 №-li, 19 iyul 2008-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 Ənvər Cəfər oğluna ona məxsus bütün əmlakları idarə etməyi və onun üzərində sərəncam vermək və s. digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 283/22 №-li “kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” sərəncamından görünür ki, Akademik Landau küçəsi 546-cı məhəllə, mənzil № 130-da yaşayan mənzil kirayəçisi X7 yeni mənzil alması və mənzil qeydiyyatından çıxması ilə əlaqədar olaraq 3 otaqlı, sahəsi 54.8 kv.m olan mənzilin kirayə müqaviləsi onun oğlu X33 ilə bağlanması qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 10**-AR-*** №-li arayışın surətindən görünür ki, İddiaçı1 ünvan 1 19 və Hüseyn Cavid pr. 26 ünvanında yerləşən “Park Akademiya” yaşayış kompleksinin giriş 106, 8-ci mərtəbə, blok A, mənzil 7 ünvanında yaşayır. Adları qeyd olunan şəxslər: İddiaçı2 (anası), X24 (oğlu), X25 (oğlu), X26 (oğlu) da həmin evdə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X38 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi, məhəllə 546, 130 nömrəli mənzil ilkin olaraq X20 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 12 saylı DNK-nın 2V-01-04 reyestr nömrəli xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən mənzil X18 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi, məhəllə 546, 130 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X18 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 07 yanvar 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X31, X20 vərəsəsidir və o, miras əmlakdan irs almalıdır. Miras əmlak Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsi, məhəllə 546, 130 nömrəli mənzildən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X38 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanı 01291 nömrəli xx.xx.1960-cı il tarixli orderə, Yasamal (keçmiş Oktyabr) Rayon İcra Hakimiyyətinin 283/22 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamına və Forma 2 arayışına əsasən xx.xx.1996-cı il tarixdə X16 adına qeydiyyata alınmışdır. Sonradan sözügedən mənzil Cavabdeh1 2V-01-04 reyestr nömrəli xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2016-cı il tarixdə X18 adına qeydiyyata alınmışdır və sonuncunun adı ilə bağlı RX seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. ünvan 7 ünvanında yerləşən mənzil söküldüyü üçün hüquq sahibinin ********** nömrəli ərizəsi əsasında həmin mənzil üzərindəki hüquqları ləğv edilmişdir. ünvan 1 və H.Cavid prospekti 26 ünvanında inşa edilmiş ümumi sahəsi 104.39 kv.m olan, giriş 106A, mərtəbə 8, blok A, mənzil 7 ünvanın dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 10**-AR-*** №-li arayışından görünür ki, İddiaçı2, İddiaçı1, X24, X25 və X26 ünvan 1 19 və Hüseyn Cavid pr. 26 ünvanında yerləşən “Park Akademiya” yaşayış kompleksinin giriş 106, 8-ci mərtəbə, blok A, mənzil 7 ünvanında yaşayır. İş materiallarında olan 27 fevral 2001-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X33 ilə Cavabdeh2 xx.xx.2001-ci il tarixdə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 436 № ilə qeyd edilmişdir. Ərə Abasov, arvada Abasova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin arayışının təsdiq edilmiş surətindən görünür ki, X34 Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsi, məhəllə 546, 130 nömrəli mənzildə qeydiyyatdadır. X3 vəfat etdiyi günə kimi (xx.xx.2014) X34 ilə birlikdə yaşamışlar. Bina sökülüb. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 72 Nömrəli xx.xx.2009-cu il tarixli Qərarından müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsi, 546-cı məhəllədə yerləşən evin sökülməsi qərara alınmışdır. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 120 №-li Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin arayışına əsasən İddiaçı1, onun anası İddiaçı2, övladları X24, X25 və X26 Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsində yerləşən 546 saylı evin, 130 nömrəli mənzilində qeydiyyatda olmuşlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 72 Nömrəli xx.xx.2009-cu il tarixli Qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsi, 546-cı məhəllədə yerləşən ev sökülmüşdür. Sözügedən mənzil ilkin olaraq X20 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin arayışına əsasən müəyyən olunmuşdur ki, X34 Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsi, məhəllə 546, 130 nömrəli mənzildə qeydiyyatdadır. X3 vəfat etdiyi günə kimi X34 ilə birlikdə yaşamışlar. X33 xx.xx.2014-cü il tarixdə Moskva şəhərində vəfat etmişdir. Bundan sonra Bakı şəhəri 12 saylı DNK-nın 2V-01-04 reyestr nömrəli xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsində yerləşən 546 saylı evin, 130 nömrəli mənzili X18 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. X37 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Məhkəmə ilk növbədə, iddia tələbinə hüquqi qiymət verilməsi üçün işin mübahisələndirilən hallarını qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi, işin mübahisələndirilən halları aşağıdakılardan ibarətdir. 1) İddiaçı1, yetkinlik yaşına çatmamış övladları-X11, X12, X13 və İddiaçı2 ünvan 1- 19 və H.Cavid pr.26, sahəsi 104,39 kv.m. olan, giriş 106A, 8-ci mərtəbə, blok A, 7 saylı mənzilə istifadə hüququnun tanınması. 2) Həmin mənzildən istifadəyə cavabdehlər "xxxx" MMC və X31 tərəfindən maneçiliklərin yaradılmasının qadağan edilməsi. 3) "xxxx" MMC tərəfindən yeni inşa olunmuş ünvan 1-19 və H.Cavid pr.26, sahəsi 104,39 kv.m. olan, giriş 106A, 8-ci mərtəbə, blok A, 7 saylı mənzilinə maliyyə arayışının və ümumi yığıncağının qərarının X18 adına verilməsinin qadağan olunması. 4) Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən X18 adına verilmiş 07 yanvar 2016-cı il tarixli şəhadətnamənin etibarsız sayılması, tərəflərin əvvəlki vəziyyətə gətirilməsi, X18 adına verilmiş Seriya RX ******* №-li çıxarışın ləğv edilməsi. Məhkəmə iddia tələbinin “mübahisəli mənzilə iddiaçıların istifadə hüququnun tanınması” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə ilkin iddia tələblərinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətlər, yəni söküntüsü aparılmış mənzillə bağlı münasibətlər 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığı üçün tərəflərin mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmadığının müəyyən edilməsi üçün məhz o zaman qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, hazırda iddia tələbi yeni inşa edilmiş mənzilə istifadə hüquqlarının tanınması olsa da, iddiaçıların istifadə hüquqları daha əvvəldən yarandığı üçün əvvəllər qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Beləliklə, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərini və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarını rəhbər tutaraq və tərəflər arasında hüquq münasibətlərinin hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən (xx.xx.2009) əvvəl yarandığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli mənzildən istifadə hüquqlarının yaranıb-yaranmadığı məsələsi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü və 123-cü maddələrinin qaydalarına uyğun müəyyən edilməlidir. Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Yaşayış evlərində sənaye xarakterli ehtiyaclar üçün sahələr verilməsi qadağandır. Mənzil Məcəlləsinin 10-cu maddəsinin 4-cü bəndinə əsasən qanunla nəzərdə tutulmuş əsaslar və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Mənzil Məcəlləsinin 118-ci maddəsinin 1-ci bəndinə əsasən xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən bildirir ki, Bakı şəhər Fəhlə Deputatları İcraiyyə Komitəsinin Mənzil İstismar İdarəsinin xx.xx.1996-cı il tarixli Forma 2 arayışına əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsində yerləşən 546 saylı evin, 130 nömrəli mənzilində xx.xx.1985-ci ildən daimi pasport qeydiyyatda olmuşlar, yaşayış sahəsi X29 məxsus olmuş və 4 nəfərlik ailə tərkibi (özü, qardaşı, qardaşı arvadı, qardaşı qızı) ilə həmin mənzildə yaşamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 72 Nömrəli xx.xx.2009-cu il tarixli Qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsi, 546-cı məhəllədə yerləşən ev sökülmüş, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları baxımından iddiaçılar icarədarın ailə üzvü kimi həmin mənzildə 1985-ci ildən birgə yaşayıb, ümumi təsərrüfatı birgə idarə etmişlər, nəticə etibarilə də iddiaçıların söküntüsü aparılmış mənzilə istifadə hüquqları mövcud olmuş və həmin hüquq itirilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, sözügedən mənzil Cavabdeh2 əri X20 mülkiyyətində olsa da, iddiaçıların həmin mənzildə istifadə hüquqları mövcud olmuşdur. Lakin qeyd olunan ünvanda yerləşən mənzil söküldükdən sonra iddiaçıların istifadə hüquqlarının itirilməsi, habelə istifadə hüquqlarının itirilməsi səbəbindən onlara kompensasiyanın ödənilməsi barədə hallar müəyyən edilmir, eyni zamanda da 1-ci cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclaslarında iddiaçıların həmin mənzilə istifadə hüquqlarının olması inkar edilmir. Cavabdeh hazırda mübahisəli mənzilə dair “gözlənən” mülkiyyət hüquqları olsa da, iddiaçıların istifadə hüquqlarına özbaşına müdaxilə edə bilməz və yalnız qanunla müəyyən edilən prosedur çərçivəsində məhkəmə qaydasında bu hüququn xitam verilməsini tələb edə bilər ki, belə tələb hazırki mübahisənin predmetini təşkil etmir. 1-ci cavabdeh mübahisəli mənzilin qeydiyyatdan keçmədiyi üçün iddianın bu hissədə təmin edilməsinin əsassız olduğunu bildirmişdir. Cavabdehin etirazının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq iddiaçılar bu evdə yaşayır və bu evdən təyinatına uyğun olaraq istifadə edirlər. Eləcə də, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması sonuncuların bu evdə yaşamalarına və istifadə etmələrinə hər hansı bir maneə yaratmır. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisələndirilən yaşayış sahəsi hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Cavabdeh2 “gözlənilən” mülkiyyət hüququ mövcuddur. Bununla yanaşı mülki işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və onun yetkinlik yaşına çatmayan övladları X24, X25 və X1 mənzilin əvəzinə verilmiş yeni inşa edilmiş ünvan 1 19 və Hüseyn Cavid pr. 26 ünvanında yerləşən “Park Akademiya” yaşayış kompleksinin giriş 106, 8-ci mərtəbə, blok A, mənzil 7 ünvanına köçərək, 2016-cı ildən etibarən həmin mənzildə yaşayırlar. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. “Uşaqların hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin birinci abzasına görə hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Həmin Qanunun 4 və 5-ci maddələrinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 ilə X17 05 iyul 2008-ci il tarixdə nikahları bağlanmış, onların birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X24, xx.xx.2015-ci il təvəllüdlü X26 və xx.xx.2013-cü il təvəllüdlü X25 adlı övladları anadan olmuşdur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı1 ünvan 1-19 və H.Cavid pr.26, sahəsi 104,39 kv.m olan, giriş 106A, 8-ci mərtəbə, blok A, 7 saylı mənzilə istifadə hüququ tanındığından, iddia tələbi bu hissədə təmin olunmalı, azyaşlıların valideynlərindən birinin olduğu ünvanda yaşamaq hüquqları olduğundan, iddiaçının yetkinlik yaşına çatmayan övladları - xx.xx.2011-ci il təvəllüdlü X24, xx.xx.2015-ci il təvəllüdlü X26 və xx.xx.2013-cü il təvəllüdlü X12 da ünvan 1-19 və H.Cavid pr.26, sahəsi 104,39 kv.m olan, giriş 106A, 8-ci mərtəbə, blok A, 7 saylı mənzilə istifadə hüquqları tanınmalıdır. Məhkəmə iddia tələbinin “mənzildən istifadəyə cavabdehlər "xxxx" MMC və X31 tərəfindən maneçiliklərin yaradılmasının qadağan edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi sübuta yetmədiyindən təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən iddiaçılara mənzildən istifadə etmələrinə hər hansı maneələrin yaradıldığı müəyyən edilmədi. Bundan başqa mülki işin mübahisəsiz hallarından müəyyən olunur ki, iddiaçılar hazırda mübahisələndirilən mənzildə ailə üzvləri ilə birgə yaşayır və mənzildən təyinatına uyğun istifadə edirlər. Mülki işin araşdırılan hallarına əsasən, iddiaçıların mənzildən çıxarılmaları və s. ilə bağlı cavabdeh tərəfindən hər hansı tədbirin görülməsi də öz təsdiqini tapmır. Göründüyü kimi, iddiaçılar bu hissədə tələblərini “naməlum şəxslər mənzili boşaldıb onlara təhvil verilməsini tələb etmişlər”, “onlar iddiaçıya hədə-qorxu gələrək, məcburi qaydada mənzili boşaltdıracaqlarını, kommunal xidmətləri, işığı, qazı, suyu kəsdirəcəklərini bildirmişlər” dəlilləri ilə əsaslandırmışlar. Lakin bununla belə iddiaçılar cavabdehlər tərəfindən mübahisəli mənzildən istifadə etmələrinə konkret hansı maneələrin törədildiyini əsaslandıra bilməmişlər, habelə bu cür maneələrin olmasını göstərən mötəbər sübutları təqdim etməmişlər. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iddia tələbinin “1-ci cavabdehin adına verilmiş şəhadətnamənin etibarsız sayılması, tərəflərin əvvəlki vəziyyətə gətirilməsi, çıxarışın ləğv edilməsi, 2-ci cavabdeh tərəfindən yeni inşa olunmuş mənzilinə maliyyə arayışının və ümumi yığıncağının qərarının 1-ci cavabdehin adına verilməsinin qadağan olunması” hissələri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə bildirir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 belə bir tələblə iddia qaldırmağa subyektiv hüquqları olmamışdır. Belə ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə yuxarıda sadalananların kontekstində qeyd edir ki, ilk növbədə iddiaçılar cavabdeh Marina Enrikovnanın adına verilmiş şəhadətnaməni mübahisələndirərkən, həmin şəhadətnamənin onların hüquq və mənafelərinə zidd olmasını sübut edə bilməmişlər. Mülki işin hallarından müəyyən olunur ki, iddiaçılar Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsində yerləşən 546 saylı evin, 130 nömrəli mənzilinin mülkiyyətçisi Rüfət Abasovun 1-ci dərəcə vərəsələri kateqoriyasına daxil olmamışlar. Nəticə etibarilə, mübahisəli şəhadətnamənin etibarsız hesab edilməsi və tərəflərin əvvəlki vəziyyətə qaytarılması tələbini irəli sürmək hüququna malik deyillər. Qeyd olunduğu kimi, iddiaçılar o zaman subyektiv hüquqa malik ola bilərdilər ki, miras qoyan Rüfət Abbasovun 1-ci dərəcə vərəsələri mövcud olmasın yaxud da onların özü 1-ci dərəcə vərəsə kateqoriyasına aid olmuş olsunlar. Belə olanda məhkəmə hesab edir ki, hazırki hissədə tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Bununla belə məhkəmə iddiaçıların 2-ci cavabdeh tərəfindən yeni inşa olunmuş mənzilinə maliyyə arayışının və ümumi yığıncağının qərarının 1-ci cavabdehin adına verilməsinin qadağan olunması” hissəsində də subyektiv hüquqlarının olmadığı qənaətinə gəlmişdir, özünün bu mövqeyini “prosessual qənaət” prinsipi baxımından əlavə əsaslandırmağa zərurət görməyərək, gəldiyi nəticəni yuxarıda sadalanan xüsusatlarla əsaslandırır. Belə olduğu təqdirdə isə iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, "xxxx" MMC, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X38 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “maliyyə arayışının və ümumi yığıncağın qərarının cavabdehin adına verilməsinin qadağan olunması, şəhadətnamənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi”nə dair hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi özü-özlüyündə əsassız və qanunsuzdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçılar İddiaçı2 və İddiaçı1, onun övladları X11, X12, X13 ünvan 1-19 və H.Cavid pr.26, sahəsi 104,39 kv.m olan, giriş 106A, 8-ci mərtəbə, blok A, 7 saylı mənzilə istifadə hüququ tanınmalı, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1, onun övladları X11, X12, X13 ünvan 1-19 və H.Cavid pr.26, sahəsi 104,39 kv.m olan, giriş 106A, 8-ci mərtəbə, blok A, 7 saylı mənzilə istifadə hüququ tanınsın. İddia tələbləri qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar