Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1923/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Bayramov Rəşad Mirələm oğlunun katibliyi Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 103R04-524097/3 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 24% olmaqla, 3400 (üç min dörd yüz) manat məbləğində kredit verilmişdir. "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2019 il tarixli, 103804-524097\3 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 29% olmaqla, 5500 (beş min beş yüz) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, hər iki kredit müqaviləsinin təminatı olaraq, bank və digər cavabdeh - Cavabdeh2 arasında xx xxxx 2019-cu il tarixli, 103804-524097\2 və xx xxxxxxxx 2019 il tarixli, 103804-524097\3 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit müqavilələri üzrə əsas öhdəliyi lazımınca icra etməmiş və təsdiq olunmuş hissə-hissə ödəmə qrafıkini pozmuşdur. Borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, Banka olan borcunu ödəməmişdir. xx xxxxxx 2021-ci il tarixinə cavabdehin xx xxxx 2019-cu il tarixli, 103804-524097\2 saylı kredit müqaviləsi üzrə 1077.02 manat məbləğində əsas borcu, 435.98 manat məbləğində faiz borcu olmaqla, cəmi 1513 (bir min beş yüz on üç) manat məbləğində kredit borcu yaranmışdır. xx xxxxxx 2021-ci il tarixinə cavabdehin xx xxxxxxxx 2019 il tarixli, 103804-524097\3 saylı kredit müqaviləsi üzrə 4739.35 manat məbləğində əsas borcu, 1028.72 manat məbləğində faiz borcu olmaqla, cəmi 5768.07 (beş min yeddi yüz altmış səkkiz manat, yeddi qəpik) manat məbləğində kredit borcu yaranmışdır. cavabdehlər kredit müqavilələri üzrə yaranmış öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxx 2019-cu il tarixli, 103804-524097\2 saylı kredit müqaviləsi üzrə 1077.02 manat məbləğində əsas borcu, 435.98 manat məbləğində faiz borcu olmaqla, cəmi 1513 (bir min beş yüz on üç) manat, xx xxxxxxxx 2019 il tarixli, 103804-524097\3 nömrəli kredit müqaviləsi üzrə 4739.35 manat məbləğində əsas borc, 1028.72 manat məbləğində faiz borcu olmaqla, cəmi 5768.07 (beş min yeddi yüz altmış səkkiz manat, yeddi qəpik) manat məbləğində kredit borcunun və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək əsas hissədə borcun qəbul etdiyini bildirdi, qalan hissədə isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 iddia tələbini qəbul etmədi, rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbləri əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan “İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağanmış xx xxxx 2019-cu il tarixli, 103804-524097/2 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 3400 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan “İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağanmış xx xxxxxxxx 2019-cu il tarixli 103804-524097/3 saylı kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 29 faiz drəcəsi hesablanmaqla 5500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “İddiaçı" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış, 103804-524097/2 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 borc alanın xx xxxx 2019-cu il tarixli 103804-524097/2 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan “İddiaçı" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış, 103804-524097/3 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 borc alanın xx xxxxxxxx 2019-cu il tarixli 103804-524097/3 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan 103804-524097/2 nömrəli kredit müqaviləsinə əsasən ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 aylıq ödənişi hər ay 180 manat, son ay üçün isə 179,67 manat müəyyən edilmişdir. İş materiallarında olan 103804-524097/3 nömrəli kredit müqaviləsinə əsasən ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 aylıq ödənişi hər ay 230.84 manat, son ay üçün isə 230.71 manat müəyyən edilmişdir. İş materiallarında olan “İddiaçı" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx xxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank xx xxxx 2019-cu il tarixli, 103804-524097/2 nömrəli krediti müqaviləsinə əsasən borcalanın yaranmış borcun 5 gün müddətində qaytarılması, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İddiaçı" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank xx xxxxxxxx 2019-cu il tarixli, 103804-524097/3 nömrəli krediti müqaviləsinə əsasən borcalanın yaranmış borcun 5 gün müddətində qaytarılması, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İddiaçı" ASC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxx 2019-cu il tarixli, 103804-524097/2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 banka 1077.02 manat əsas borc və 435.98 manat faiz borcu olmaqla, cəmi 1513 manat kredit borcu vardır. İş materiallarında olan “İddiaçı" ASC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxxxxxx 2021-ci il tarixli, 103804-524097/3 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 banka 4739.35 manat əsas borc və 1028.72 manat faiz borcu olmaqla, cəmi 5768.07 manat kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 470.1. maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onlar, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxx 2019-cu il tarixli, 103804-524097\2 saylı kredit müqaviləsi üzrə 1077.02 manat məbləğində əsas borc, 435.98 manat məbləğində faiz borcu olmaqla, cəmi 1513 (bir min beş yüz on üç) manat, xx xxxxxxxx 2019 il tarixli, 103804-524097\3 nömrəli kredit müqaviləsi üzrə 4739.35 manat məbləğində əsas borc, 1028.72 manat məbləğində faiz borcu olmaqla, cəmi 5768.07 (beş min yeddi yüz altmış səkkiz manat, yeddi qəpik) manat məbləğində kredit borcu "İddiaçı" ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxx 2019-cu il tarixli, 103804-524097/2 saylı kredit müqaviləsi üzrə 1077.02 manat məbləğində əsas borc, 435.98 manat məbləğində faiz borcu olmaqla, cəmi 1513 (bir min beş yüz on üç) manat,xx xxxxxxxx 2019 il tarixli, 103804-524097/3 nömrəli kredit müqaviləsi üzrə 4739.35 manat məbləğində əsas borc, 1028.72 manat məbləğində faiz borcu olmaqla, cəmi 5768.07 (beş min yeddi yüz altmış səkkiz manat, yeddi qəpik) manat məbləğində kredit borcu və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu "İddiaçı" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1923/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1923/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver