Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1928/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Heydərli Zeynəb Əmirxan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.234,35 manatın, ümumi borc məbləğinin (icra haqqı 7%-ni, yəni 366,41 manatın) və ödədiyi 77 manat dövlət rüsumunun, ümumilikdə 5.677,76 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 11-MZ-2-0-2626-1 saylı kredit müqaviləsinə əsasən cavabdehə 5.000 manat məbləğində 24 ay müddətinə, 30% illik faiz dərəcəsi ilə kredit verilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, 11-MZ-2-0-2626-1 saylı kredit müqaviləsinə 1 saylı əlavəsindən görünür ki, Cavabdeh xx.xx.2019-xx.xx.2021-ci il tarixləri üçün ümumilikdə 6.302,08 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Borcun təminatı olaraq iddiaçı ilə xx.xx.2019-cu il tarixli, MZ-2-0-2626-1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bununla İddiaçı bankla Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə öhdəlik daşımışdır. xx.xx.2020-ci il tarixli, 11-MZ-2-0-2626-1 saylı kredit müqaviləsinə əlavə saziş 1-dən görünür ki, Cavabdeh ilə bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 11-MZ-2-0- 2626-1 saylı kredit müqaviləsinə bu dəyişiklikləri etmişlər. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir, müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu Sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir. xx.xx.2020-ci il tarixli, 11-MZ-2-0-2626-1 saylı zaminlik müqaviləsinə əlavə saziş 1dən görünür ki, iddiaçı ilə bank arasında bağlanılmış 11-MZ-2-0-2626-1 saylı zaminlik müqaviləsinə bu dəyişiklikləri etmişlər. Müqavilə üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır, kreditin illik faiz dərəcəsi 25% təşkil edir, kredit üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir, kredit müqaviləsi üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir. Qeyd olunur ki, Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. İddiaçı isə ona olan etimadı səbəbiylə ödənişlərin icrasının vaxtı vaxtında həyata keçirildiyi qənaətində olmuşdur. Lakin Cavabdeh öz üzərinə düşən öhdəliklərin icrasını davam etdirmədiyindən "xxxx" ASC Cavabdeh və İddiaçı qarşı “kreditin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və İddiaçı müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4.166,68 manat əsas borc, 1.037,67 manat faiz borcu olmaqla ümumilikdə cəmi 5.204.35 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2189/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" İKB ASC (hazırkı "xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilərək cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 4.166,68 manat əsas borc, 1.037,67 manat faiz borcu olmaqla ümumilikdə cəmi 5.204,35 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2189/2021-007 nömrəli icra sənədi üzrə icraata başlanılmış, cavabdehin borcunun icrası iddiaçının əmək haqqısından tutulmalara yönəldilmişdir. Belə ki, Binəqədi rayon İcra şöbəsi tərəfindən “X5” X6nə ünvanlanmış xx.xx.2021-ci il tarixli xx/xx-192032-16 saylı məktubla Nərimanov Rayon Məhkəməsinin 2(005)-2189/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən pul tələbinin borclu tərəfindən ödənilməsini təmin etmək məqsədilə borclu İddiaçı əmək haqqından borcun, yəni 5.234,35 manat ödənilib qurtaranadək hər ay 50% tutularaq tələbkar "xxxx" ASC-nin hesabına köçürülməsi, eyni zamanda ödəniş bitdikdən sonra ümumi borc məbləğinin 7%-ni, yəni 367 manat məbləğin Binəqədi rayon İcra şöbəsinin büdcə hesabına köçürülməsi bildirilmişdir. Cavabdeh banka olan borcunu ödəmədiyindən bank zaminlik müqaviləsinin tələbi ilə kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçının əmək haqqından tutulub. Bununla yanaşı, iddiaçı cavabdehlə əlaqə saxlayaraq, ödədiyi borcu ondan tələb etsə də, o bu ödənişlərin icrasından yayınmışdır. Cavabdehin borcunun iddiaçıdan tutulması İddiaçı vəziyyətini olduqca çətinləşdirir, bu hal vəziyyətini daha da ağırlaşdırır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 11-MZ- 2-0-2626-19 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh illik 25 faiz hesablanmaqla 24 aylıq müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. - "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, 11-MZ-2-0-2626-1 saylı kredit müqaviləsinə 1 saylı əlavələrin surətlərindən görünür ki, kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. - “Nikoyl İKB" ASC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli, 11-MZ-2-0-2626-19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn sonuncunun öhdəliklərinin icrası üçün zamin durmuşdur. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 2189/2021 saylı qətnaməsindən görünür ki, "xxxx" İKB ASC (hazırkı "xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cü il tarixli kredit müqaviləsinin ləğv edilərək cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 4.166,68 manat əsas borc, 1.037,67 manat faiz borcu olmaqla ümumilikdə cəmi 5.204,35manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Binəqədi Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli, xx/xx-192032-16 №-li bildirişinə əsasən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2189/2021 saylı qətnaməsi icra olunmaq üçün “X5” PHŞ-yə göndərilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “X5” X6 tərəfindən verilmiş arayışa əsasən, İddiaçı həqiqətən “X5” PHŞ Əməliyyatxana bölməsində sanitar qadın vəzifəsində çalışır. Onun 2(005)-2189/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədinə cavab olaraq əmək haqqından "xxxx" ASC-yə 5.234,35 manat və Binəqədi rayon İcra şöbəsinin hesabına 366,41 manat köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli, ******************** nömrəli hesabdan çıxarışa əsasən, İddiaçı xx.xx.2022-xx.xx.2023-cü illərdə əmək haqqından tutmalar göstərilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC (müqavilə bağlanan zaman "xxxx" İKB ASC) ilə Cavabdeh arasında 2019-cu ildə kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsindən irəli gələn Cavabdeh öhdəlikləri üzrə İddiaçı zamin durmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərini icra etmədiyi üçün 2021-ci ildə ASC-nin ödənilməmiş borcun həm iddiaçı, həm də cavabdehdən müştərək qaydada tutulmasına dair iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2189/2021 saylı qətnaməsinə əsasən "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cü il tarixli kredit müqaviləsinin ləğv edilərək cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 4.166,68 manat əsas borc, 1.037,67 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 5.204,35 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. Həmçinin müəyyən edilmişdirki, İddiaçı “X5” X6ndə sanitar qadın vəzifəsində işləmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 2189/2021 saylı icra sənədinə əsasən ASC-nin xeyrinə tutulmalı olan 5.234,35 manat pul vəsaiti və Binəqədi rayon İcra şöbəsinin hesabına 366,41 manat pul vəsaiti (könüllü müddət ərzində icra sənədi üzrə tələbin təmin edilməməsinə görə icra sənədi üzrə tutulmalı olan məbləğin 7 faizi) onun əmək haqqından tutularaq ödənilmişdir. İddiaçı hazırda cavabdehin əvəzinə ödədiyi borcunun əvəzinin reqres qaydasında cavabdehdən tutularaq xeyrinə ödənilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 474.2-ci maddəsinə zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 474.3-cü maddəsinə görə isə zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditoruntələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin borcunun ödənilməsi halı məhkəməyə təqdim edilmiş “X5” X6nin xx.xx.2025-ci il tarixli 18-1-17/3- 663/2025 nömrəli məktubu və təqdim edilən bank çıxarışları ilə öz təsdiqini tapır. Əksini sübut etmək vəzifəsi cavabdehdə məxsus olduğundan, cavabdeh isə məhkəmə iclasları barədə məlumatlı olmasına baxmayaraq, məhkəməyə iddia ilə bağlı hər hansı etiraz və ya iddianın əksini sübut edəcək sübutlarını təqdim etmədiyindən, məhkəmə hesab edir ki, iddia əsaslıdır. Qeyd edilənlərə əsasən, verilmiş tələblər üzrə və sübutlar əsasında işə baxaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehin əvəzinə ödədiyi borcun geri qaytarılmasını cavabdəhdən tələb etməkdə haqlıdır və iddia təmin edilərək, ödənilmiş borc, dövlət rüsumu və borca hesablanmış icra ödənişi cavabdehdən tam həcmdə tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 77 manat dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5.600,76 manat məbləğində pul və 77 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1928/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1928/2025
17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver