Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1932/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyana görə 1969 (bir min doqquz yüz altmış doqquz) manat, taksi xərcinə görə 300 (üç yüz) manat, X6 Departamentinə ödənişə görə 100 (bir yüz) manat, vəkilə edilmiş ödənişə görə 110 (bir yüz on) manat məbləğində pul vəsaitinin və ödənilmiş 44.79 (qırx dörd manat yetmiş doqquz qəpik) manat dövlət rüsumunun, cəmi 2523 (iki min beş yüz iyirmi üç) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hyundai Sonata” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdə saat 08:40-da X4 ona məxsus “Hyundai Sonata” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd edilən vaxt X4 etibarnamə əsasında ona məxsus “Hyundai Sonata” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən Tbilisi prospekti ilə hərəkətdə olan arxadan saatda 70-80 km sürətlə gələn Cavabdeh etibarnamə əsasında idarə etdiyi “BMW 320” markalı **-SL-*** dövlət qeydiyyat nömrəli avtomobili onun avtomobilini zərbə ilə vurmuşdur.Zərbənin təsirindən ona məxsus avtomobil də sürüşərək, qarşıdakı “Lexus ES250” markalı, **-DL-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxa tərəfinə çırpılmışdır. Hadisə nəticəsində avtomobilinin müxtəlif hissələri zədələnərək sıradan çıxmış avtomobilinə ciddi zərər dəymişdir. Göstərilən yol-nəqliyyat hadisəsi “BMW 320” markalı **-SL-*** dövlət qeydiyyat nömrəli avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir.Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhəri DYPİ tərəfindən tanınmış və Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair TP ******* №-li, xx.xx.2022-ci il tarixli qərar qanuni qüvvəyə minmişdir.X6 Departamentinin tərtib etdiyi 11 fevral 2022-ci il tarixli qüsur aktına uyğun olaraq onun avtomaşınının təmir işləri 5993 (beş min doqquz yüz doxsan üç) manata başa gələcəyi bildirilmişdir. Bakı Sığorta şirkəti tərəfindən ona vurulmuş ziyana görə 4024 manat pul ödənilmişdir. Zərərin qarşılanmayan hissəsi isə cavabdeh tərəfindən ödənilməlidir.Bu müddət ərzində taksi xidmətlərindən istifadə etmək üçün 300 manatdan çox məbləği də cavabdehdən tələb edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz etdiyini, həmçinin ekspert rəyi ilə razılaşmadığını və işin yenidən ekspert tərəfindən qiymətləndirilməsi zərurəti olduğunu bildirərək məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2021-ci il qeydiyyat tarixli “Hyundai Sonata” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli İddiaçı tərəfindən X2 verilmiş nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, “Hyundai Sonata” markalı avtomobili xx.xx.2022-ci il tarixədək sonuncuya nəqliyyat vasitəsini idarə etmək üçün verilmişdir. xx.xx.2022-ci il tarixli, 002906 saylı nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışdan görünür ki, 11 fevral 2022-ci il tarixdə saat 08:40 dəqiqədə Tbilisi prospektində “BMW 320” markalı **-SL-*** dövlət qeydiyyat nömrəli avtomobil, “Hyundai Sonata” markalı **-BP-*** dövlət qeydiyyat nömrəli avtomobil və “Lexus ES250” markalı dövlət qeydiyyat nömrəli avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokola əsasən Bakı şəhər DYPİ YPX-nin baş inspektoru, polis baş leytenantı X3 tərəfindən TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və bu qərara əsasən Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsiylə 40 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq olunmuşdur. X6 Departamentinin “Qüsur aktı”na əsasən “Hyundai Sonata” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həcmi 5993,0 manat təşkil edir; xx.xx.2022-ci il tarixli qəbzə əsasən iddiaçı X6 departamentinə 100 manat məbləğində ödəniş həyata keçirilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 2006-ci il buraxılışlı “Hyundai Sonata” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir, X4 etibarnamə əsasında ona məxsus “Hyundai Sonata” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən Tbilisi prospekti ilə hərəkətdə olan arxadan saatda 70-80 km sürətlə gələn Cavabdeh etibarnamə əsasında idarə etdiyi “BMW 320” markalı **-SL-*** dövlət qeydiyyat nömrəli avtomobili onun avtomobilini zərbə ilə vurmuşdur.Zərbənin təsirindən ona məxsus avtomobil də sürüşərək, qarşıdakı “Lexus ES250” markalı, **-DL-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxa tərəfinə çırpılmışdır, avtomobilə 5993 manat zərər dəymişdir. Həmin məbləğdən 4024 manat pul icbari sığorta tərəfindən iddiaçıya ödənilmişdir. (İşin mübahisəsiz halları) Cavabdeh iddiaçının mülkiyyətində olan əmlaka maddi ziyanın dəydiyini etiraf edir. Məhkəmə iclasında dəymiş zərəri mübahisələndirmiş və ekspertiza keçirilməsi barədə qərardad qəbul edilmişdir. Ekspertiza rəyinə əsasən dəymiş ümumi zərərin məbləği 5793,0 manat təşkil edir. Məhkəmə iddia tələbinin «5993 manat dəymiş maddi zərər»in tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, İddiaçı məxsus 2006-cı il buraxılışlı “Hyundai Sonata” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən 5793 manat təşkil edir. Belə olan halda, ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən icbari sığorta tərəfindən iddiaçıya ödənilmiş məbləğ çıxılmaqla qalan məbləğ iddiaçının xeyrinə tutulmalıdır. (5793-4024=1769 manat) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə iddia tələbinin «taksi xərcinə görə 300 (üç yüz) manat, vəkilə edilmiş ödənişə görə 110 (bir yüz on) manat məbləğində pul vəsaitinin» tutulması hissəsinə münasibətdə iddianı əsassız hesab edir. Belə ki, iddiaçı bu hallarla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə rədd olunmalıdır. Məhkəmə iddia tələbinin = «X6 Departamentinə ödənişə görə 100 (bir yüz) manat» tutulmasına münasibətdə iddianı əsaslı hesab edir. Belə ki, iddiaçının qeyd olunan məbləğdə ödəniş etməsi iddiaya əlavə etdiyi qəbzlə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “Hyundai Sonata” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər olaraq 1769 manat, 100 manat ödənilmiş servis haqqı tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Məhkəmə dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən edir. Belə ki, tələb olunan (1969+300+100+110) 2479 manatın 1869 manatı təmin olunduğu halda, bu məbləğə mütənasib olaraq ödənilmiş 44.79 (qırx dörd manat yetmiş doqquz qəpik) manat dövlət rüsumunun 31,80 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “Hyundai Sonata” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər olaraq 1769 (min yeddi yüz altmış doqquz) manat, 100 (yüz) manat ödənilmiş servis haqqı, cəmi 1869 (min səkkiz yüz altmış doqquz) manat və ödənilmiş 44.79 (qırx dörd manat yetmiş doqquz qəpik) manat dövlət rüsumunun 31,80 (otuz bir manat səksən qəpik) manatı tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1932/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1932/2022
18.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver