Məhkəmə qərarları › İş №2(005)-1951/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1951/2024

14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1951/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 (Mamedov İlgara) qarşı (açar sözlər: alimentin artırılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh X3 (Mamedov İlgar) iştirakları ilə, İddiaçı cavabdeh X4 (Mamedov İlgara) qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh X4 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3001/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, hər bir uşağın saxlanması üçün 150 (yüz əlli) manat müəyyən edilmiş aliment miqdarı hər uşaq üçün 85 (səksən beş) manat artırılaraq, 22 aprel 2009-cu il təvəllüdlü X7 və 23 iyun 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanması üçün hər bir uşağa hər ay 235 (iki yüz otuz beş) manat, iki uşağa görə isə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması, Bakı 8 saylı Mediyasiya Təşkilatına 51 (əlli bir) manat, poçt xidmətinə görə 10 (on) manat və məhkəmə xərclərinə görə, 9.40 (doqquz manat qırx qəpik) manat cavabdeh X2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 ilə 16 may 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikah dövründə anadan olmuş 22 aprel 2009-cu il təvəllüdlü X7 və 23 iyun 2010-cu il təvəllüdlü X8 anadan olmuşdur. Cavabdeh X6 aralarında mütəmadi olaraq söz-söhbətlər olduğuna görə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 may 2008-ci il tarixdə aramızda olan nikahın pozulması olunması, birgə nikah dövründə anadan olmuş 22 aprel 2009-cu il təvəllüdlü X7 və 23 iyun 2010-cu il təvəllüdlü X5 özü ilə qalmasının müəyyən olunması və uşağın saxlanması üçün hər ay cavabdehdən 220 (iki yüz iyirmi) manat, iki uşağa görə isə ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbi irəli sürmüşdür. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov rayon Məhuəməsiııin (hakim Mehriban Əfəndizadə sədrliyi ilə) qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, cavabdeh X6 ilə arasında olan 16 may 2008-ci il tarixli nikah pozulmuş, birgə nikahdan anadan olmuş 22 aprel 2009-cıı il təvəllüdlü X7 və 23 iyun 2010-cıı il təvəllüdlü X8 nikah pozulduqdan sonra anası-İddiaçı yanında saxlanaraq onun himayəsinə verilməsi, 22 aprel 2009-cu il təvəllüdlü X7 və 23 iyun 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 İddiaçı xeyrinə hər ay bir uhağın görə 150 (yüz əlli) manat, iki uşağa 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilmişdir. Bundan başqa, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən “qərara aldı” hissəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-3001/2023 saylı qətnaməsində aşağıdakı düzəliş edilmişdir: Qətnamənin nəticə hissəsində “22 aprel 2009-cu il təvəllüdlü X7 və 23 iyun 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 (Mamedov İlqar) hər ay hər uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin" cümləsinin əvvəlinə “xx.xx.2023-cü il tarixdən başlayaraq" sözləri əlavə edilməsi qeyd edilmişdir. Hal-hazırda azyaşlı uşaqları onunla qalır və hesab edir ki, bu günkü bahalıqla əlaqədar olaraq, uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə bir uşağa görə sabit pul məbləğində 150 (yüz əlli) manat iki uşağa görə 300 (üç yüz) manat aliment çox az olduğundan, alimentin artırılmasına dair məhkəmədən əvvəl mediasiya müraciət etmək qərarına gəlmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, ailə münasibətləri ilə əlaqədar olan mübahisələrə görə, mediasiya şurasına müracət etmişdir. Orada müraciətinə əsasən mediator təyin edildi, mediatora 51 (əlli bir) manat dövlət rüsumu və poçt xərcinə görə 10 (on) manat ödəmiş, 23 fevral 2024-cü tarixli, MŞB/8/2024-00341 nömrəli Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 8 saylı Mediyasiya Təşkilatı tərəfindən arayış verilmişdir. Bir uşağa görə 150 (yüz əlli) manat, iki uşağa görə cəmi 300 (üç yüz) manat pul uşaqların saxlanmasına çatmır, uşaqların geyimləri, qidalanmaqları, fərdi müəllim hazırlıqlarınəzərə alınsa, yuxarıda qeyd olunan aliment məbləği ilə uşağı saxlamaqda olduqca çətinlik çəkir. Hesab edir ki, indiki bahalıqla əlaqədar olaraq, bir uşağın saxlanması üçün 150 (yüz əlli) manat pul məbləği uşağın yaşayış minimumundan az olduğundan, bir uşağa görə 85 (səksən beş) manat artırılaraq, bir uşağa görə 235 (iki yüz otuz beş) nıaııat, iki uşağa görə 470 (dörd yüz yetmiş) manat alimentin sabit pul məbləğində tutulması, məhkəmə xərclərinə görə, yəni Bakı 8 saylı Mediyasiya Təşkilatı çəkdiyim 51 (əlli bir) manat dövlət rüsumu və 10 (on) manat da, poçt xərcinə görə cavabdeh X2 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, əvvəlki qətnaməyə əsasən uşaqların saxlanması üçün cəmi 300 manat aliment tutulmuşdur. Cavabdehin bundan əlavə olaraq köməklik göstərəcəyini də düşünmüş lakin cavabdeh bildirmişdir ki, aliment ödəyir. Birgə nikahdan iki qızları var. Onların hazırlıq pulları, kirayə mənzilin ödənişi və digər xərclər üçün 300 manat kifayət etmir. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə 15 il birgə yaşamışdırlar. Hazırda heç yerdə işləmir. Əvvəllər – pandemiya dövründən əvvəl Rusiya Federasiyasına gedərək, övladlarına yaxşı baxmışdır. Özlərinin şəxsi evləri olmasına baxmayaraq iddiaçı uşaqları ilə birgə kirayə mənzillərdə yaşayır. Həmişə imkanı olanda uşaqlarına yaxşı baxmışdır, lakin hazırda imkanı çox aşağıdır. 235 manat aliment məbləğinə razı deyildir. Qohumlardan, dostlardan borc götürərək alimenti ödəyir. Rusiya Federasiyasının vətəndaşı olduğu üçün onu işə götürmürlər. Hər uşağa görə 200 manat ödəməyə razıdır. Cavabdeh X6 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hər uşağa görə 200 manat ödəməyə razıdır. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -AZ-İİ seriyalı 232378 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 22 aprel 2009-cu il tarixdə dünyaya gəlmişdir. X1, anası İddiaçıdır. -AZ-İİ seriyalı 474725 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 23 iyun 2010-cu il tarixdə dünyaya gəlmişdir. X1, anası İddiaçıdır. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3001/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə cavabdeh X6 (Mamedov İlqar) arasında xx.xx.2008-ci il tarixdə 1150 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, 22 aprel 2009-cu il təvəllüdlü X7 və 23 iyun 2010-cu il təvəllüdlü X5 iddiaçı (anaları) İddiaçı yanında saxlanılması, 22 aprel 2009-cu il təvəllüdlü X7 və 23 iyun 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 (Mamedov İlqar) hər ay hər uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutalaraq İddiaçı ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3001/2023 saylı qətnaməsində aşağıdakı düzəliş edilmişdir: Qətnamənin nəticə hissəsində “22 aprel 2009-cu il təvəllüdlü X7 və 23 iyun 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 (Mamedov İlqar) hər ay hər uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin" cümləsinin əvvəlinə “xx.xx.2023-cü il tarixdən başlayaraq" sözləri əlavə edilməsi-qeyd edilmişdir. - AZ-İ seriyalı 480139 saylı nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 və İddiaçı arasında bağlanmış nikah Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməyə əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin izahatlarını dinləyərək iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin 22 aprel 2009-cu il təvəllüdlü X7 və 23 iyun 2010-cu il təvəllüdlü X8 adlı iki uşaqları vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3001/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin cavabdeh X2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək aliment məbləğinin artırılmasını və cavabdehdən hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi iddiaçının iddia tələbi, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qeyd olunan maddədə qanunverici, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı iş üzrə isə iddiaçı əvvəlki məhkəmə qətnaməsi ilə alimentin tutulmağa başlandığı 2023-cü ildən cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik (yaxşılaşma) olmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Digər tərəfdən məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3001/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən hər ay hər uşaq üçün 150 manat aliment məbləği hazırki şəraitdə həyat standartları və istehlak qiymətlərinin artması, uşaqların böyüməsi, tələbatlarının artması da nəzərə alınmaqla, onların saxlanmaları üçün kifayət deyildir və uşaqlarıın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə hesab edir ki, indiki halda cavabdehdən tutulan alimentin miqdarının hər ay hər uşaq üçün 235 manat, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində müəyyən edilməsi onun maddi vəziyyətini həddən artıq ağırlaşdıra və məhkəmə qətnaməsinin icrasını çətinləşdirə bilər. Qanunvericiliklə alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 hər uşağa görə 200 (iki yüz) manat aliment ödənilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə hesab edir ki, alimentin tutulması uşaqların saxlanması və zəruri yaşayış məqsədlərinə xidmət etdiyindən, uşaqların mənafeyinin müdafiəsi zəruriliyi baxımdan ən azı onların əvvəlki yaşayış səviyyəsi saxlanmalıdır. Məhkəmə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3001/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, hər iki valideynin “uşaqlarını saxlamaq” vəzifəsinin olmasını, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin rəsmi iş yerinin olmamasını, onun əmlak vəziyyətini, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətində yaxşılaşma hallarının müəyyən olunmamasını, bununla belə uşaqların yaş həddini, böyüməsini, həyat standartları və istehlak qiymətlərinin nisbətən artmasını, onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, qanunla müəyyən edilmiş 2024-cü il üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun artırılmış məbləğini, habelə cavabdehin iddia tələbi ilə qismən (hər uşağa görə 200 manat) razılığını nəzərə alaraq, uşaqların saxlanması üçün cavabdehdən tutulan aliment miqdarının hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğinə artırılmasını məqsədəmüvafiq hesab edir. Alimentin sabit pul məbləğində təyin olunmasını istisna edən, həmçinin aliment məbləğinin daha çox miqdarda müəyyən edilməsini mümkün edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarda tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355- 17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, cavabdehin ilkin mediasiya sessiyasında üzrlü səbəbdən iştirak etməməsi halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbinin qismən təmin edilməsi nəzərə alınmaqla iddiaçı tərəfindən Bakı 8 saylı Mediyasiya Təşkilatına 51 (əlli bir) manat, poçt xidmətinə görə 10 (on) manat və məhkəmə xərclərinə görə, 9.40 (doqquz manat qırx qəpik) manat olmaqla cəmi 70,40 manat xərc cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 (Mamedov İlgar) 22 aprel 2009-cu il təvəllüdlü X7 və 23 iyun 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3001/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdeh X2 (Mamedov İlgar) 22 aprel 2009-cu il təvəllüdlü X7 və 23 iyun 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, cavabdeh X2 mediasiya xərclərinə görə ödənilmiş cəmi 70,40 (yetmiş manat qırx qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməli, alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 (Mamedov İlgar) 22 aprel 2009-cu il təvəllüdlü X7 və 23 iyun 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3001/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh X2 (Mamedov İlgar) 22 aprel 2009-cu il təvəllüdlü X7 və 23 iyun 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh X2 mediasiya xərclərinə görə ödənilmiş cəmi 70,40 (yetmiş manat qırx qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar