Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1957/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (X8 və “xxxxxxxxxxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (X8 və “xxxxxxxxxxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçıya vurulmuş 3150 manat məbləğində maddi ziyanın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx xxxx 2018-ci il tarixdə idarə etdiyi “VAZ 21099” markalı ** NU *** dövlət qeydiyyat nömrəli avtombillə “VAZ 21061” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, hadisə nəticəsində “VAZ 21061” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İdarə etdiyi avtomobil “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilə arasında xx xxxx 2018-ci il tarixdə bağlanmış PQA********** saylı “Avtonəqliyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsinə əsasən icbari sığorta olunduğu üçün zərərçəkmiş şəxsə dəymiş 3150 (üç min bir yüz əlli) manat ziyanın ödənilməsi üçün həmin sığorta şirkətinə müraciət etmiş, lakin Şirkət xx xxxxxx 2018-ci il tarixli məktubu ilə ona bildirmişdir ki, “hadisə xx xxxx 2018-ci il tarixdə saat 11:45-də baş verdiyi halda, xx xxxx 2018-ci il tarixli PQA********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası” müqaviləsi həmin gün saat 11:57-də qüvvəyə minmişdir və bu səbəblə də baş vermiş yol nəqliyyat hadisəsi siğorta hadisəsi hesab oluna bilməz”. Halbuki, “EXPRESSPAY” ödəniş sistemi vasitəsilə İcbari Sığorta Bürosuna edilmiş ödənişə dair qəbzdən göründüyü kimi sığorta müqaviləsinin bağlanması məqsədi ilə ödəniş xx xxxx 2018-ci il tarixdə saat 10:57də həyata keçirilmişdir. İşin bu halı ona dəlalət edir ki, həmin hadisə sığorta hadisəsəsidir və “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti “VAZ 21061” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə dəymiş 3150 (üç min bir yüz əlli) manat ziyanı ödəməlidir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli, İ65-İVQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli Fərmanının 3.1.12-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən xx.xx.2011-ci il tarixdə İcbari Sığorta Bürosunun təsis iclası çağırılmışdır. Büronun təsis iclasına "İcbari sığortalar haqqında" qanunun 28.3-cü maddəsində nəzərdə tutulmuş iştirak haqqını və 30.1.1-ci maddəsində nəzərdə tutulmuş təminat depozitini ödəyəcəyi halda məcmu kapitalı qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun gələn sığortaçılar çağırılmışlar. "xxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyəti do xx xxxxxx 2015-ci il tarixdə İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir. İcbari Sığorta Bürosunun rəsmi internet səhifəsində (http://www.isb.az) xxxx-2016 (11:47) tarixdə yayınlanmış "x xxxxxx 2016-cı il tarixindən AVSMMİS üzrə standart və sərhəd sığorta müqavilələri elektron qaydada bağlanılacaq" başlıqlı xəbərində qeyd olunur ki, " Elektron sığorta müqaviləsi hansı qaydada bağlanılır? Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçməklə sığortaçı öz internet səhifəsində onlayn satışı təşkil edərsə vətəndaşlar birbaşa elektron sığorta müqaviləsini əldə edə biləcəklər. Həmçinin vətəndaşlar avtomobillərinin qeydiyyat şəhadətnaməsini və şəxsiyyət vəsiqəsində olan məlumatları seçdiyi sığorta şirkətinə və ya sığorta vasitəçisinə təqdini etməklə elektron sığorta müqaviləsini əldə edə bilərlər. Daha sonra bağlanılacaq sığorta müqaviləsi üzrə sığortalıya sığorta haqqının ödənilməsi üçün sığortalının müqavilədə göstərdiyi mobil telefon nömrəsinə 9707 qısa nömrəsindən ödəniş kodu qeyd olunmuş SMS daxil olur. Sığortalı elektron poçt ünvanını təqdim etdiyi halda SMS ilə bərabər ödəniş kodu məlumatı sığortalının elektron poçt ünvanına da göndərilir. Sms məlumat və elektron məktubda avtomobilin dövlət qeydiyyat nişanı və ödəniş kodu, həmçinin sığortaçının adı qeyd olunur. Sığorta haqqı ödənildikdən sonra sığortalı ödənişlə bağlı təsdiqləyici SMS alacaq və sığorta müqaviləsi dərhal qüvvənə minəcək. Sığorta haqqı ödənilmədiyi təqdirdə sığorta müqaviləsi qüvvəyə minməyəcəkdir. Elektron sığorta müqaviləsi üçün sığorta haqqı hansı qaydada ödənilir? Elektron sığorta müqaviləsi üzrə sığorta haqqı bank, internet, poçt və ya bank ödəmə terminallarından ödənilə bilər. Sığorta haqqı ödənildikdən sonra sığortalının sığorta müqaviləsində göstərdiyi mobil telefon nömrəsinə təsdiqləyici məlumat göndərilir.Elektron sığorta müqaviləsi üzrə sığorta haqqını nağd qaydada sığorta vasitəçisinə ödəmək mümkündür, lakin bu halda sığorta vasitəçisinin ödənişi həyata keçirməsinə əmin olmalısınız. Belə ki bir daha xatırladırıq ki, sığorta müqa viləsi yalnız sığorta haqqı ödənildikdən sonra qüvvəyə minəcəkdir. Sığorta haqqının ödənilməsi Bank, poçt, irank ödəmə terminalı vasitəsi ilə Hökumət Ödəniş Portalı üzərindən aparılır və ödəniş kodu ilə yanaşı sığortalının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN parametrləri ilə də həyata keçirilə bilər."İcbari Sığorta Bürosunun rəsmi internet səhifəsində yayılan xəbərdən, qüvvədə olan qanunvericiliyin tələblərindən və müqavilə məntiqindən də göründüyü kimi sığorta haqqı ödənilməsi artıq siğorta müqaviləsinin qüvvəyə minməsi kimi başa düşülməlidir. Lakin, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2C103)-6376/2019 nömrəli qətnaməsindən don də göründüyü kimi məhkəmə qeyd olunan işdə "Qala Siğorta" Acıq Səhmdar Cəmiyyətinin heç bir təqsirinin olmaması və dolayısıyla müqavilənin qüvvəyə minməsinin gecikməsinin hazırki iş üzrə cavabdeh "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin quraşdırmış olduğu "Fxpresspay" ödəniş terminalı vo onun inteqrə olunduğu hazırki iş üzrə digər cavabdeh Mərkəzi Bankdan qaynaqlandığını bildirmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-6376/2019 nömrəli qətnaməsində vurğuladığı aşağıda qeyd olunan hala məhkəmənin diqqətini cəlb etmək istəyirəm: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-6376/2019 nömrəli qətnaməsində qeyd edir ki, "...Apellyasiya baxışı zamanı İcbari Sığorta Bürosuna ünvanlanmış sorğuya verilən cavab və işin digər materialları əsasında müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixdə saat 10:57-də "Expresspay" ödəniş sisteminin Zaqataln şəhərində yerləşən terminalı vasitəsilə X2 adından "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" məqsədilə İcbari Sığorta Bürosu üçün40 (qırx) manat ödəniş olunmuş, həmin gün saat 11:45-də xxxxxxxxxxxx ASC tərəfindən sığorta təklifi yaradılmış, bu təklif əsasında vətəndaşa (Sərxan Cəfərova və ya iddiaçıya) 9707 SMS xidməti tərəfindən 13 rəqəmli fm\i ödəniş kodu göndərilmiş, kod üzrə sani 11:57-də ödəniş həyata keçirilmiş, PQA1830S72510 nömrəli icbari sığorta müqaviləsinin ödəniş və qüvvəyə minmə tarixi xx.xx.2018-ci il saat 11:57:46 olaraq qeydiyyata alınmışdır.'' (səh.-5) Qeyd olunanlardan da göründüyü kimi, İcbari Sığorta Bürosu apellyasiya instansiyasına ünvanladığı ərizəsi ilə özü etiraf etmişdir ki, xx.xx.2018ci il tarixdə saat 10:57-də "Expresspay" ödəniş sisteminin Zaqatala şəhərində yerlədən terminalı vasitəsilə X2 adından "Avtonəqlivyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" məqsədilə İcbari Sığorta Bürosu üçün 40 (qırx) manat ödəniş olunmuşdur» Lakin, məktubun davamında isə icbari Sığorta Bürosu qeyd edir ki, "həmin gün saat 11:45-də "xxxxxxxxxxxx" ASC tərəfindən sığorta təklifi yaradılmış, bu təklif əsasında vətəndaşa (Sərxan Cəfərova və ya iddiaçıya) 9707 SMS xidməti tərəfindən 13 rəqəmli fərdi ödəniş kodu göndərilmiş, kod üzrə saat ll:57-do ödəniş həyata keçirilmiş, PQA********** nömrəli icbari sığorta müqaviləsinin ödəniş və qüvvəyə minmə tarixi xx.xx.2018-ci il saat 11:57:46 olaraq qeydiyyata alınmışdır." Halbu ki, sığorta təklifi yaradılmamış və 9707 SMS xidməti tərəfindən 13 rəqəmli fərdi ödəniş kod göndərilməmiş ödənişin edilməsi texniki və fiziki cəhətdən mümkün deyildir. Yəni, 10:57-də ödəniş edilən zaman artıq sığorta təklifi yaradılmış və vətəndaşa 9707 SMS xidməti tərəfindən 13 rəqəmli fərdi ödəniş kod göndərilmişdi. Yalnız bundan sonra vətəndaş siğorta ödənişini həyata keçirə bilərdi. Həmçinin necə ola bilər ki, siğorta ödənişi 27.06.20'lS-ci il larixdə həm saat 10:57-də, həm də 11:57-də olsun. Bununla yanaşı, apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, " xx.xx.2018-ci il tarixdə saat 10:57-də "Expresspay" ödəniş sistemi vasitəsilə (terminalın nömrəsi 439. Zaqatala rayonu, Nizami küçəsi 53. Super market) X4 u n ad ı n dan "Av tonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" məqsədilə icbari Sığorta Bürosu üçün 40 (qırx) manat ödəniş həyata keçirilmişdir." (səh.-3) Qevd olunanlardan da göründüyü kimi, siğorta müqaviləsinin bağlanmasında texniki problemlərə vol vermiş "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin çpuraşdırmış olduğu "Expresspay" ödəniş terminalı və onun inteqro olunduğu hazırki iş üzrə digər cavabdeh Mərkəzi Banka görə mənə 3150 (üç min bir yüz əlli) manat maddi ziyan dəymişdir. Belə ki, məcburiyyət qarşısında həmin ödəniş iş üzrə üçüncü şəxs X7 onun tərəfindən ödənilmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, Cavabdeh1 ASC-nin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına üzürsüz səbəblərdən gəlməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə teleqram vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə hazırlıq iclasında iddiaya etiraz təqdim edərək, hazırki mübahisə ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs X8 xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasını keçirilməsini və ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının, cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)- 6376/2019 nömrəli qətnaməsi ilə (hakimlər E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixdə, 2(102)-7827/2019 saylı qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)- 6376/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı – Hökümət Ödəniş Portalının xx.xx.2018-ci il tarixli, ********* №-li mədaxil qəbzinə əsasən saat 11:57:47-də X2 adından “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” məqsədilə İcbari Sığorta Bürosu üçün 40 (qırx) manat ödəniş olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, X2 mülkiyyətində olan “VAZ 21099” markalı ** NU *** dövlət qeydiyyat nömrəli avtomobil xx xxxx 2018-ci il tarixdə saat 11:30da İddiaçı idarəetməsində olarkən (iddiaçı avtomobili idarəetməyə hüququnun olduğuna dair etibarnaməni məhkəməyə təqdim etməmiş, Sərxan Cəfərovun qohumu olduğunu bildirmişdir) “VAZ 21061” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində “VAZ 21061” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)- 6376/2019 nömrəli qətnaməsi) xx.xx.2018-ci il tarixdə saat 10:57-də “Expresspay” ödəniş sisteminin Zaqatala şəhərində yerləşən terminalı vasitəsilə X2 adından “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” məqsədilə İcbari Sığorta Bürosu üçün 40 (qırx) manat ödəniş olunmuş, həmin gün saat 11:45-də “xxxxxxxxxxxx” ASC tərəfindən sığorta təklifi yaradılmış, bu təklif əsasında vətəndaşa (Sərxan Cəfərova və ya iddiaçıya) 9707 SMS xidməti tərəfindən 13 rəqəmli fərdi ödəniş kodu göndərilmiş, kod üzrə saat 11:57-də ödəniş həyata keçirilmiş, PQA********** nömrəli icbari sığorta müqaviləsinin ödəniş və qüvvəyə minmə tarixi xx.xx.2018-ci il saat 11:57:46 olaraq qeydiyyata alınmışdır. Sığorta müqaviləsinin bağlanmasında texniki problemlərə yol vermiş Cavabdeh1 ASCnin quraşdırmış olduğu “Expresspay” ödəniş terminalı və onun inteqrə olunduğu Mərkəzi Banka görə iddiaçıya 3150 manat maddi ziyan dəymişdir. O, məcburiyyət qarşısında həmin ödənişi X7 özü etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında eyni predmet üzrə mülki mübahisə olduğundan, Azərbaycan Respublikası MPM 82.3-cü maddəsi də tətbiq olunmaqla iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yuxarıda sadalanan sübutlardan da göründüyü kimi, eyni tərəflər arasında eyni predmet üzrə Bakı Apellyasiya məhkəməsinin qətnaməsi mövcuddur, həmin qətnamə hazırda mübahisələndirilən hallar araşdırılmış və həmin mübahisələrə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 367.1-ci maddəsinə əsasən, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2-ci maddəsinə əsasən, əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 368-ci maddəsinə əsasən, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. 959.1-ci maddəsinə əsasən, bank müştərinin hesabına daxil olmuş pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq hesaba salmalıdır, bu şərtlə ki, qanunda və ya bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın. 959.2-ci maddəsinə əsasən, müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi, bank müştərinin hesabına daxil olmuş pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq hesaba daxil etmişdir. Belə ki, transaksiya (köçürmə) 24 saat ərzində baş vermişdir. Bu baxımdan köçürmənin 1 saat sonra həyata keçirilməsində pozuntuya yol verilməmişdir. Beləliklə, Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya zərərin vurulduğu, zərərin mövcud olması və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyanın arasındakı səbəbli əlaqənin olduğunu sübut edən dəlillər təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (X8 və “xxxxxxxxxxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1957/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1957/2020
03.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver