Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1958/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, X1 (İddiaçı) nümayəndəsi və vəkili Vəkil iştirakı ilə X1 (İddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 (İddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27.800 AZN (iyirmi yeddi min səkkiz yüz) manat pul vəsaiti, 30 (otuz) manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 311 (üç yüz on bir) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 2019-cu ilin aprel ayından tanıdığını, onunla münasibətinin olduğunu bildirmişdir. Təxminən 2019-cu ilin oktyabr ayında iddiaçı Emilə avtomaşın almaq istədiyini bildirmiş, onlar əvvəlcə avtosalona getmişlər. Həmin gün iddiaçı avtosalonda Hyundai Sonata markalı avtomobili bəyənmiş, maşını almaq istəyərkən cavabdeh avtosalonda işləyəni tanıdığını bildirərək, o, avtomobili bəyənməmiş və alınmasına imkan verməmişdir. Bundan sonra Emil ona yaxşı avtomaşın tapacağını deyərək, xidmət haqqı kimi ondan 300 (üç yüz) manat pul almış, sonra Samir adlı şəxsə məxsus olan Hyundai Sonata markalı avtomaşını Nərimanov rayonu ərazisində ona göstərmişdir. Samirin onun tanışı olduğu üçün maşını ona ucuz satdığını bildirmişdir. İddiaçı Emilə 19.500 manat məbləğində pulu verərək, maşını almışdır. Daha sonra Emil və Samir adlı şəxs maşının akkumlyatorunda nasazlığın olduğunu bildirmiş, maşın düzələndən sonra maşını iddiaçının adına sənədləşdirəcəklərini deyərək, ondan 1.9500 manat pulu alıb getmişlər. Bir neçə gün keçməsinə baxmayaraq onlar maşını gətirməmiş, iddiaçı Emilə zəng edəndə o, Samirin Gürcüstan Respublikasında olmasını, pulu Samirə verdiyini, Samir gəldikdən sonra maşını iddiaçının adına sənədləşdirəcəklərini demişdir. Tərəflər xx.xx.2019-cu il tarixdə notariusa getmiş, notarius pul tam şəkildə olmasa müqavilə bağlaya bilməyəcəklərini bildirmişdir. Daha sonra tərəflər banka gedərək, 1.500 manat pulu iddiaçının hesabından çıxarmış, lakin həmin gün gec olduğundan notariusa geri qayıtmamışdırlar. Daha sonra Emil iddiaçıya evdə tək qaldığı üçün pulu itirmə təhlükəsinin olduğunu bildirərək, saxlamaq üçün pulu özünə götürmüşdür. 1.500 manat və maşın üçün 19.800 manat pulu alması barədə tərəflər video çəkmişlər. xx.xx.2019-cu il tarixdə iddiaçı üzərində götürdüyü 5.000 manat pulla Emil ilə birlikdə notariusa getmiş, Emil həmin məbləği ondan almışdır. Emil pulu aldıqdan sonra su alacağı bəhanəsi ilə maşından düşüb qaçıb getmişdir. Cavabdeh iddiaçının etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə ona ümumilikdə 39.800 AZN ziyan vurmuşdur. İddiaçı qanuni tədbir görülməsi üçün DİN-in 102 xidmətinə ərizə ilə müraciət etmiş, araşdırma aparılan zaman cavabdeh izahatında 39.800 AZN pulu almasını etiraf etmişdir. İddiaçıya 12.000 manat pul ödəmişdir və hazırda faktla bağlı araşdırma aparılır. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Vəkil mülki işə qiyabi icraat qaydasında baxılmasına dair ərizə təqdim edərək, iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsinin xx xxxxxx 2019-cu il qərarının surətindən görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, 2019-cu ilin aprel ayında ona məxsus olan “Nissan Sunny” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Uber” şirkəti üzərindən taksi fəaliyyəti ilə məşğul olduğu zaman Nərimanov rayonu ərazisində yerləşən “Elips” klubun qarşısında avtomobilinə müştəri qismində əvvəllər görmədiyi və tanımadığı bir nəfər şəxs avtomobilə müştəri qismində əyləşib. Onunla müştəri kimi tanışlığı başlayıb. Ehtiyac olduğu müddətdə onunla əlaqə saxlayaraq, taksi olaraq aidiyyəti ünvanlara dəvət edib. Onun cinsi azlıq nümayəndəsi olduğunu bir müddət sonra anlayıb. Aralarında yalnız müştəri və taksi sürücüsü münasibəti olmuşdur. Onunla söhbət əsnasında faizə (sələmə) pul verdiyini öyrənib. xx.xx.2019-cu tarixdə Ayxana müraciət edərək, ondan 20.000 manat borca pul istəyib. Qeyd edilən məbləği “top.az” oyun mərkəzlərində müəyyən komandalara yatırım etmək üçün istəyib. Birlikdə Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Bank of Baku”-nun ərazi filialına gediblər. Ayxan orada şəxsi hesabından 20.000 manatlıq çıxarış edib. Məbləğin 19.500 manatını ona verib. Aralarında olan şifahi razılaşmaya əsasən qeyri-müəyyən müddət ərzində faizi ilə birgə borcu ona qaytarmalı idi. Bir müddət sonra həmin məbləği qaytarmaqda çətinlik çəkdiyini görüb, təkrar borc almaq üçün ona müraciət edib. Ayxan borc olaraq “Bank of Baku”-nun Atatürk prospektində yerləşən filialına gediblər. Orada 15.000 manatlıq çıxarış ediblər. Geri qalan 5.000 manatlıq çıxarışı isə ertəsi gün həyata keçirmişdir. Həmin vaxt birlikdə “Asan Xidmət” mərkəzinə gediblər. Yerin qarşısında Ayxan bir mənalı olaraq müqabilə bağlamaqdan imtina edib. Nəticədə oranı tərk edərək, yaşadığı evə gedib; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx xxxxxx 2020-ci il cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, 2019-cu ilin aprel ayında ona məxsus olan “Nissan Sunny” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Uber” şirkəti üzərindən taksi fəaliyyəti ilə məşğul olduğu zaman Nərimanov rayonu ərazisində yerləşən “Elips” klubun qarşısında avtomobilinə müştəri qismində əvvəllər görmədiyi və tanımadığı qadına bənzətdiyi şəxs əyləşmişdir. Həmin şəxslə münasibəti yaranmış və həmin şəxs ehtiyacı olduğu müddətdə onunla əlaqə saxlamış, taksi olaraq onu aidiyyəti ünvanlara dəvət etmişdir. Həmin şəxsin cinsi azlığın nümayəndəsi olduğunu bir müddət sonra bilmişdir. Aralarında yalnız müştəri və taksi sürücüsü münasibəti olmuşdur. Onunla söhbət əsnasında faizlə pul verdiyini öyrənmişdir. Əvvəlcə Ayxandan bir neçə dəfə müxtəlif miqdarlarda futbol oyununa pul yatırmaq və birlikdə qazanc əldə etmək məqsədilə müxtəlif miqdarlarda pul almış, həmin vaxt qalib gəldiyi zaman qazanılan pulun yarısını və aldığı pulu Ayxana qaytarmışdır. 20 oktyabr 2019-cu il tarixdə Ayxana müraciət edərək, yaxşı futbol oyunu olduğunu deyərək ondan 20000 manat borca pul istəmiş, həmin pulu "Top.az" oyun mərkəzində müəyyən komandalara yatırım etmək üçün istəmişdir. Ayxan ona borc verməyə razılaşmış və həmin gün birlikdə “Bank of Baku”nun Atatürk prospektində yerləşən filialına getmişlər, orada Ayxan özünə məxsus olan hesabından 20000 manatlıq çıxarış etmişdir. Həmin pulun 19.500 manatını ona vermiş, qalan 500 manat pulu isə özünə götürmüşdür. Onlar qeyrimüəyyən vaxta kimi Ayxana 21500 manat qaytarmaq barədə şifahi şəkildə razılaşmışlar. Lakin o, həmin pulu oyun mərkəzində qoyduğu futbol oynunda uduzmuşdur. Bu barədə Ayxana məlumat verdikdə Ayxan qazanılan xeyirə şərik olduğunu, lakin ziyana şərik olmadığını demiş və nəticədə, bu səbəbdən də həmin pulu Ayxana qaytarmaq barədə çətinlik çəkmişdir. Sonra Ayxandan əlavə 20000 manat da borca pul istəmişdir. Ayxan isə cavabında notariatda müqavilə bağlamaq şərti ilə ona əlavə borc pul verməyə razılıq vermişdir. Bir neçə gün sonra onlar birlikdə banka gedərək Ayxanın hesabında 15000 manat pul çıxarış etmişlər və qalan 5000 manat pulu isə çıxarış limitinə görə götürə bilməmişlər. Sonra onlar Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində yerləşən Asan Xidmətə gedərək orada notariusda 39500 manatlıq borc müqaviləsi bağlamaq istədiklərini demişlər. Notariusda işləyən şəxs isə qeyd edilən 20000 manatlıq nağd pulun 15000 manatının nağd təqdim olunmasını əsas gətirərək, müqaviləni bağlaya bilməyəcəyini onlara anlatmışdır. Ertəsi gün səhər saatlarında Ayxanla birlikdə banka gedərək qalan 5000 manatı da çıxarış etmiş və Asan Xidmətə getmişlər. Yolda Ayxan tanımadığı kiminləsə danışmış və ünvana çatdıqdan sonra isə birmənalı olaraq müqavilə bağlamaqdan imtina etmişdir. Bundan sonra o, yaşadığı evə qayıtmışdır. Sonradan Ayxan ona avtomobil almaq istədiyini və buna görə də verdiyi pulu ona tam qaytarmasını istəmiş, o, da o, da Ayxan avtomobil axtarmış və Ayxana qaytarmaq üçün əlində pul olmadığından avtomobil tapmaq məsələsi biraz uzanmışdır. Sonra Ayxan bu barədə polisə müraciət etdikdə o, 12500 manat pul taparaq Ayxana geri qaytarmışdır. Həmin vaxt Ayxanla aralarında qalan 27500 manat pulu isə hər ay 1000 manat olmaq şərti ilə qaytarması barədə razılığa gəlmişlər. O, bir ay m tamamında 1000 manat pul tapıb Ayxanla əlaqə sxlayaraq onunla görüşüb pulu ona razılaşdıqları kimi vermək istəmiş, lakin Ayxan öz avtomobili ilə ona çatmağa 100 metr qalmış avtomobilini sürüb oradan uzaqlaşmış, o, zəng edərək Ayxandan niyə belə etdiyini və qayıdıb pulunu götürməsini dedikdə isə Ayxan ona vəkilinin qalan pulun hamısını ondan alacağını bildirmişdir. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, İddiaçı dedikləri yalandır və həqiqəti əks etdirmir. Samir adlı şəxsi tanımır. O, Ayxandan borca pul almışdır. Onların arasında heç bir avtomobil almaq barədə razılıq olmamışdır. Sadəcə Ayxan ona öz avtomobilini dəyişmək istədiyini demiş və buna görə də, ona olan borcunu mümkün qədər tez qaytarmasını, ya da bir maşın tapıb kreditə salaraq özünün ödəməsini bildirmişdir. Maddi vəziyyəti düzələcəyi təqdirdə həmin pulu tam şəkildə Ayxana geri qaytaracağına söz vermişdir. Ayxanla aralarında olan razılığa əsasən qalan borcunu hər ay 1000 manat olmaq şərti ilə qaytaracağını demişdir; xx.xx.2020-ci il tarixli qəbzə əsasən İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Bakışəhəri Nərimanov Rayon Polis İdarəsinə verdiyi izahatında 27.800 AZN (iyirmi yeddi min səkkiz yüz) manat pul vəsaitini iddiaçıdan aldığını qəbul etmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu, hüquqi yardıma görə ödənilmiş 311 manat pulu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “X4rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik resjudicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 27.800 AZN (iyirmi yeddi min səkkiz yüz) manat pul vəsaiti, 30 (otuz) manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 311 (üç yüz on bir) manat pul X2na verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇: İddia təmin edilsin. Cavabdeh 27.800 AZN (iyirmi yeddi min səkkiz yüz) manat pul vəsaiti, 30 (otuz) manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 311 (üç yüz on bir) manat pul tutularaq X2na (İddiaçı) verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1958/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-1958/2020
15.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver