Məhkəmə qərarları › İş №2(005)-1959/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1959/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1959/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı «Bank VTB (Azərbaycan)» ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 130124-1-14900/2 saylı güzəştli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə banka borclu olduğu 5.315,29 (beş min üç yüz on beş manat, iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 30,42 (otuz manat , qırx iki qəpik) manat məbləğində faiz borcu, cəmi 5.345,71 (beş min üç yüz qırx beş manat, yetmiş bir qəpik) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq “Bank VTB (Azərbaycan)” ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “Bank VTB (Azərbaycan)” X1 (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 130124-CNS-7745 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 8.000 (səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra, Bank ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 130124-1-14900 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 6.650 (altı min altı yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa Bank ilə Cavabdeh arasında bağlanmış “130124-1-14900 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” xx xxxxxx 2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən Cavabdeh xx.xx.2015-ci il tarixə Banka mövcud olan borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 7.120 (yeddi min bir yüz iyirmi) manat məbləğində müəyyən edilmiş və illik 25 (iyirmi beş) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə uzadılmışdır. Bundan sonra, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq 130124-1- 14900 saylı kredit müqaviləsi restrukturizasiya olunmuş və Bank ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh Banka mövcud olan borcu 5.315.29 (beş min üç yüz on beş manat, iyirmi doqquz qəpik) manat məbləğində müəyyən edilmiş və illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə uzadılmışdır. Lakin borclu şəxs Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli 130124-1-14900/2 saylı güzəştli kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2019-cu il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 5.315,29 (beş min üç yüz on beş manat, iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 30,42 (otuz manat, qırx iki qəpik) manat məbləğində faiz borcu, cəmi 5.345,71 (beş min üç yüz qırx beş manat, yetmiş bir qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələblərinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək ‘'kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Bank VTB (Azərbaycan)» ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2014-cü il tarixli 130124-CNS-7745 saylı nağd pul krediti müqaviləsindən görünür ki, «Bank VTB (Azərbaycan)» ASC tərəfindən Cavabdeh illik 36 ay müddətinə illik 20% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 8000.00 (səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir; Bank VTB (Azərbaycan)» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 130124-CNS-7745 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay 297,00 USD, sonuncu ay xx.xx.2017-ci il 315,84 USD ödəməli idi; xx xxxxxx 2014-cü il tarixli kassa məxaric orderinin surətindən müəyyən olunur ki, 1800.00 USD (bir min səkkiz yüz ABŞ dolları) məbləğində pul vəsaiti «Bank VTB (Azərbaycan)» ASC tərəfindən Cavabdeh verilmişdir; xx xxxxxx 2014-cü il tarixli kassa məxaric orderinin surətindən müəyyən olunur ki, 6000.00 USD (altı min ABŞ dolları) məbləğində pul vəsaiti «Bank VTB (Azərbaycan)» ASC tərəfindən Cavabdeh verilmişdir; xx.xx.2015-ci il tarixli 130124-1-14900 saylı nağd pul krediti müqaviləsindən görünür ki, «Bank VTB (Azərbaycan)» ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 20% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 6650 (altı min altı yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir; “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 130124-1-14900 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 203,72 USD, sonuncu ay xx.xx.2019-cu il 108,96 USD ödəməli idi; Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-yə ünvanlanmış ərizəsindən görünür ki, ərizəçi xx.xx.2014-cü il tarixli, 130124-CNS-7745 saylı kredit müqaviləsinin 20 ay artırılmasına icazə verilməsini xahiş etmişdir; Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-yə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizəsindən görünür ki, ərizəçi xx.xx.2015-ci il tarixli, 130124-1-14900 saylı kredit müqaviləsinin şərtləri üzrə kreditinin manata çevrilməsini xahiş etmişdir; Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-yə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizəsindən görünür ki, ərizəçi xx.xx.2015-ci il tarixli, 130124-1-14900 saylı kredit müqaviləsinin şərtləri üzrə ilkin kredit müddətinin “-” ayadək uzadılmasını və aylıq ödəniş məbləğinin azaldılmasına dair dəyişiklik edilməsini xahiş etmişdir; “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 130124-1-14900 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 208,83 AZN, sonuncu ay xx.xx.2020-ci il 233,44 AZN ödəməli idi; “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 130124-1-14900 saylı kredit müqaviləsinə uyğun olaraq “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1 saylı kredit razılaşmasına əsasən xx.xx.2015-ci il tarixə Banka mövcud olan borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 7.120 (yeddi min bir yüz iyirmi) manat məbləğində müəyyən edilmiş və illik 25 (iyirmi beş) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə uzadılmışdır; Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixli, 130124-1-14900/2 saylı nağd pul krediti müqaviləsi restrukturizasiya olunmuş və «Bank VTB (Azərbaycan)» ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5315.29 (beş min yüz on beş manat, iyirmi doqquz qəpik) AZN məbləğində kredit verilmişdir; “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 130124-1-14900/2 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh xx.xx.2019-cu tarixdən xx.xx.2024-cü il tarixədək (birinci ay 4.72 AZN, sonuncu ay 112.80 AZN) 60 ay müddətinə ödəməli idi; xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-yə xx.xx.2019-cu il tarixli, 130124-1-14900/2 saylı nağd pul kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 1.315,35 ABŞ dolları məbləğində əsas, 174 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 5315.29 AZN əsas, 30,42 AZN məbləğində faiz borcu, ümumilikdə 5345,71 AZN məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli pretenziyalarından görünür ki, «Bank VTB (Azərbaycan)» ASC tərəfindən cavabdehə kredit borcunun ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 130124-1-14900 nömrəli saylı nağd pul krediti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 20% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 8000.00 (səkkiz min) ABŞ məbləğində kredit verilmişdir. Daha sonra, Bank ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 130124-1-14900 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 20 faiz 48 ay müddətinə 6.650 ABŞ dolları məbləğində kredit verilmişdir. “130124-1-14900 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” xx xxxxxx 2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən Cavabdeh xx.xx.2015-ci il tarixə Banka mövcud olan borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 7.120 (yeddi min bir yüz iyirmi) manat məbləğində müəyyən edilmiş, illik 25 (iyirmi beş) faiz hesablanması şərti ilə 60 ay müddətinə uzadılmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq 130124-1-14900 saylı kredit müqaviləsi restrukturizasiya olunmuş, xx xxxxxxxx 2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh Banka mövcud olan borcu 5.315.29 manat məbləğində müəyyən edilmiş və illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə uzadılmışdır. Lakin borclu şəxs Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli 130124-1-14900/2 saylı güzəştli kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2019-cu il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 5.315,29 manat məbləğində əsas borc, 30,42 manat məbləğində faiz borcu, cəmi 5.345,71 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 130124-1-14900/2 saylı güzəştli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə 5.315,29 (beş min üç yüz on beş manat, iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 30,42 (otuz manat , qırx iki qəpik) manat məbləğində faiz borcu, cəmi 5.345,71 (beş min üç yüz qırx beş manat, yetmiş bir qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan artıq olduqda 30 (otuz) manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 130124-1-14900/2 saylı güzəştli kredit müqaviləsinə əsasən xx.xx.2020ci il tarixə 5.315,29 (beş min üç yüz on beş manat, iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 30,42 (otuz manat, qırx iki qəpik) manat məbləğində faiz borcu, cəmi 5.345,71 (beş min üç yüz qırx beş manat, yetmiş bir qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar