Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1970/2020 20.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İlkin iddia üzrə iddiaçı qarşlılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “işgüzar nüfuzun müdafiəsinə dair” qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşlılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ASC-nin hüquqi varisi olduğu “X25” ASC ilə onun arasında rəsmiləşdirilmiş xx xxxxxx 2017-ci il tarixli 010/BV-KM-0017 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, məlum edir ki, 2017-ci il də o, fiziki şəxs olaraq heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. xx.xx.2017-ci il tarixdə 2 təsisçisindən biri və direktoru olduğu “xxxx” MMC-nin ərizəsi əsasında həbs olunmuşdur. xx xxxxxxxx 2017-ci il tarixdə isə həbsdən azad olunub. Həbsdə olduğu müddətdə təsisçilərindən biri olduğu “xxxx“ MMC-nin digər həmtəsisçisi X5 təsisçisi olduğu “X25”ASC ilə onun adına xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi rəsmiləşdirilmişdir. Bu kredit müqaviləsi o, həbsdə olduğu dövrdə, lakin əvvəlki tarixə rəsmiləşdirilmişdir. Bu müqaviləyə əsasən guya o, “X25” ASC-dən 5 milyon məbləğində heç bir təminat olmadan kredit almış. Məlum edir ki, onun bu kredit müqaviləsindən məlumatı olmamış və həmin 5 mln məbləğində krediti də almamışdır. Müqavilədə və məxaric qəbzlərində onun imzası saxtalaşdırılmışdır. Sonradan o, Azərbaycan Respublikası Maliyyə X6a bu məsələnin dəqiqləşdirilməsindən ötrü dəfələrlə müraciətlər etmişdir. Maliyyə X3 xx xxxxxxx 2019-cu il tarixli məktubu ilə əvvəllər “X25” adlanan hazırda isə “Cavabdeh“ ASC-yə ünvanlanmış məktub barədə ona məlumat verildi. Belə ki, o, müraciətdə həmin kredit məsələsini aydınlaşdırmaqdan ötrü kredit ilə bağlı sənədləri tələb etmişdi. "Cavabdeh” ASC-nin xx.xx.2020-ci il tarixli məktubu ilə ona və Maliyyə X6a bildirilmişdir ki, sözügedən 010/BV- K.M-0017 saylı xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə aid sənədlər palataya təqdim edilmişdir və həmin kredit müqaviləsi üzrə guya o, öhdəliklərini tam icra etmişdir. Bununla bağlı ona Maliyyə X4n eyni məzmunlu məktub göndərilmişdir. X9 Nəzarət Palatası tərəfindən mübahisələndirilən 01Q/BV-KM-0017 saylı kredit müqaviləsi və kassa məxaric qəbzi ona təqdim edilmişdir. Məlum edir ki, xx xxxxxx 2017-ci il tarixli 010/BV-KM-OOİ7 saylı kredit müqaviləsi və kassa məxaric qəbzindəki imza ona məxsus deyil. O, bu bankla göstərilən tarixdə kredit müqaviləsi bağlamamış və həmin vəsaiti bankdan almamışdır. Bundan əlavə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxsə bu qədər yüksək məbləğdə kredit məbləğinin təminatsız olaraq verilməsi də ağılabatan deyil. O, həbsdə olduğu müddətdə “xxxx” MMC-də həm təsisçisi olan X13 təsisçilik payının əlindən alınması üçün ona qarşı müxtəlif məcburiyyət tədbirləri tətbiq edirdi. Belə ki, ‘‘xxxx’’ MMCnin əsas təsisçilik payı göstərilən tarixdə X7 məxsus idi. Onun “xxxx" MMC-nin direktoru kimi guya bu MMC-nin külli miqdarda vəsaitini mənimsəməkdə ittiham edərək həbs etdirdilər. xx xxxx 2017-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçildi. O, cəzaçəkmə müəssisəsində olarkən X5 nümayəndələri onunla danışıqlar aparmağa başladılar. Onun həbsdən azad olmağı müqabilində qarşısına bir sıra şərtlər qoyuldu. Bu şərtlər təsisçilik payının, ona məxsus olan əmtəə nişanlarının onlara verilməsi və bir sıra digər sənədlərə imza etməkdən ibarət idi. xx.xx.2017-ci il tarixdə həmtəsisçi Zərifə Həmzəyevanın tapşırığı ilə Məharət Hüseyni adlı şəxs Süleyman adlı notariusla və X27 ASC-nin İdarə Heyətinin sədri Elçin Əhmədovla birlikdə penitensiar xidmətin müalicə müəssisəsinə onun yanına gəldilər. Burada məcburiyyət qarşısında ona bir sıra sərədləri imzalatdırdılar. Bu sənədlər “xxxx” MMC-də olan təsisçilik payının və ona 100 % məxsus olan əmtəə nişanının verilməsinə dair sənədlər idi. Həmçinin bəzi kredit sənədlərini də ona imzalatdırdılar. O bu zaman məcburiyyət qarşısında idi. Həbsdən azad olmağının başqa yolu yox idi. Şərə və böhtana düçar olmuşdu. Onu bu şərdən qurtarmaq üçün qarşısına bu şərtləri qoydular və çarəsiz surətdə razılaşdı. Bütün bu sənədləri imzalatdıqdan sonra xx.xx.2017-ci il tarixdə o, həbsdən azad edildi. İndi ona məlum olub ki, həmin vaxtı xx xxxxxx 2017-ci il tarixli 010/BV-KM-0017 saylı kredit müqaviləsidə ona imzalatdırılıb. Lakin, bu vaxta qədər rəsmiləşdirilən onun iddia ərizəsinə əlavə etdiyi kredit müqaviləsindəki imzası saxtalaşdırılıbmış. Sonradan bu saxtakarlığı pərdələməkdən ötrü həmin müqaviləyə və məxaric sənədinə ona məcburiyyət qarsışında imza etdiriblər. Nəticə etibarı ilə eyni kredit üzrə iki cür kredit müqaviləsi və iki cür məxaric müqaviləsi var. Bunlardan biri imzasının saxtalaşdırılması ilə olan Maliyyə X4 olan 4 vərəqli yalnız, sonuncu vərəqində imzasının skan üsulu ilə saxtalaşdırılmaqla əks olunduğu kredit müqaviləsi və eyni müqaviləyə əlavə olunan yenədə imzasının saxtalaşdırıldığı xəzinə məxaric orderidir. Digəri isə ona cəzaçəkmə müəssisəsində xx.xx.2017-ci il tarixdə imzalatdırılan və bütün vərəqlərində imzasının olduğu 3 vərəqdən ibarət kredit müqaviləsi və ona aid kassa məxaric orderi və ödəniş cədvəlidir. Bildirir ki, imzanın saxtalaşdırıldığı müqavilə və kassa məxaric orderi ona X11 Palatası tərəfindən təqdim edilmişdir. (Hər iki müqaviləni və kassa məxaric orderlərini iddiaya əlavə edir). Eyni zamanda ona məlum olmuşdur ki, adına olan bu kredit xx xxxxxxxx 2017-ci il tarixdə guya onun tərəfindən tam olaraq ödənilmişdir. O, xx.xx.2017-ci il tarixdə həbsdən buraxılmışdır. Həbsdən çıxdıqdan cəmi 10 gün sonra 5 mln məbləğində kredit vəsaitini vaxtından əvvəl ödəməyi mümkünsüz idi. Yəni əgər bu kredit real olsaydı belə guya həmin kredit vəsaitini xx xxxxxx 2018-ci il tarixədək ödəməli idi. Hələ kreditin müddətinin bitməsinə 5 ay qalmış onun guya krediti vaxtından əvvəl ödəməsi heç bir məntiqə sığmır və bu kredit məbləğinin onun adına saxta olaraq rəsmləşdirilməsini bir daha sübut edir. Bir faktı da bildirir ki, o, xx.xx.2017-ci il tarixdə Maliyyə X3 Mərkəzi Kredit Reyster Xidmətindən kredit hesabatı ilə bağlı çıxarış almışdır. Əgər doğurdan da xx.xx.2017-ci il tarixdə bu kredit məbləği ona verilmişdirsə onda o həmin çıxarışda əks olunmalı idi. Lakin həmin kredit məbləği göstərilən çıxarışda əks olunmayıb. Bu faktın özüdə kreditin onun adına formal olaraq rəsmləşdirildiyini bir daha sübut edir. Göründüyü kimi mübahisələndirilən əqd onun üçün hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil adına kredit müqaviləsinin rəsmiləşdirilməsi və bu müqavilə üzrə ayrılmış kreditin hansısa məqsədlə istifadə edilməsi olmuşdur. Ona görə də bu kredit müqaviləsi etibarsız hesab olunmalıdır. Cavabdeh ASC nümayəndəsi və vəkili Vəkil2 İddiaçı qarşı “işgüzar nüfuzun müdafiəsinə dair” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı üzərinə özünün «Facebook» səhifəsində «Təkzib» başlığı altında - P.S. Cavabdeh tərəfindən adına imzalarını saxtalaşdıraraq rəsmiləşdirilmiş 5.000.000 manatlıq kredit haqqındakı müraciətinə cavabını nəzərə çatdırır, bu «problemadan» xəbərinizin olmadığını düşünərək. P.S.S. Vergi ödəyicisi olmayan vətəndaşa, heç bir girovsuz, təminat.sız, illik 5 % lə 5 milyon manat kredit verilmir, verilə bilməz! Hələ saxta müqavilədə yazıldığı kimi dövrəivyə vəsaitlərinin artırılması təyinatı ilə heç verilməz!!! - məlumatları həqiqətə uyğun deyil» məzmununda Təkzib verməsi, «FED.azda «Təkzib» başlığı altında - «xxxx»ın keçmiş sahibi: «Həbsxanada məcburi imza atdırıb, biznesimi əlimdən aldılar». Azərbaycanın aparıcı banklarından oları Cavabdeh (keçmiş «SW Bank») rəhbərliyinin adı böyük biznes qalmaqalda hallanır. Ölkənin ən böyük kosmetika mağazaları şəbəkəsi olan «xxxx» MMC-nin qurucusu və keçmiş sahibi İddiaçı, bisnesinin onun əlindən məcburən alındığını bəyan edərək, bu işdə «Premium» bankının rəhbərliyini ittiham edib. İddiaçı bildirir ki, 2015-ci ildən başlayaraq ona şirkətdəki qalan payını da satmaq üçün təzyiqlər başlayıb. Belə ki, həmin il İddiaçı 2013-cü ildəki müqavilə əsasında Cavabdeha olan krediti ilə bağlı şərtlər bank rəhbərliyi tərəfindən dəyişdirilib. Qeyd edək ki, həmin kreditin yeni bank sahibi tərəfindən dəyişdirilən şərtlərinə əsasən İddiaçı «xxxx» şəbəkəsindəki 50 %-lik payının yarısını, yəni 25 %-ni girov qoyub. Bank rəhbərliyi i iş adamının manatla olan kreditini dollara çevirib və qrafikini də azaldıb, yəni iş adamından kredit hər ay böyük məbləğ (təqribən 250 min dollar) olmaqla 10 ay ərzində ödənilməsi tələb edib.Nəticədə İddiaçı təzyiqlər səbəbindən şirkətdəki payının 25 %-ni banka, yəni qarşı tərəfə dövr etməyə məcbur olub. Amma «xxxx»ın iş adamından alınma prosesinin ən dramatik mərhələsi sonuncu 25 %-lə bağlı olub. İddiaçı bildirib ki, bu hissəni ondan almaq üçün bank onun adına heç vaxt görmədiyi 5 milyon manat məbləğində saxta kredit rəsmiləşdirib. İş adamının FFİ).az-a təqdim etdiyi sənədlərə əsasən saxta kredit müqaviləsi 2017-ci ilin 3 fevral tarixində tərtib edilib. Həmin müqaviləyə görə İddiaçı «Prcmium bank»dan guya 5 milyon manat kredit alıb və bu məbləği elə həmin gün bankdan götürüb. İddiaçı belə kreditin olduğundan xx xxx 2017-ci il tarixində xəbər tutub. Yalnız may ayında - xx xxx 2017-ci ildə Kredit Reyestrinə müraciət etdikdə onun banka 5 milyon manat borcunun olduğu və kreditin guya fevralın 3-də rəsmiləşdirildiyi ortaya çıxıb. İddiaçı FED.az-a bildirir ki, kredit götürmək üçün banka müraciət etməyib, ərizə yazmayıb və bu vəsaiti götürməyib. Kredit aldığını sübut etmək üçün o, bankdan bu sənədləri, o cümlədən pulun kassadan alnıdığı barədə vidcogörüntüləri tələb edib. Maliyyə X6a edilmiş sorğuya cavab olaraq bu kredit müqaviləsini əldə etdikdə məlum olub ki, onun bütün səhifələrində iş adamının imzası yoxdur, imza olan axırıncı səhifə isə İddiaçı əvvəllər götürdüyü kreditlərin müqaviləsi əsasında hazırlanıb. 5 milyon manatın götürüldüyünü təsdiq etməli olan məxaric qəbzindəki imzanın saxta olduğunu görüb və Prokurorluğa ərizə ilə müraciət edib. İddiaçı FED-az-a bildirir ki, ona təzyiqlər həbsdə olduğu müddətdə davam edib, qarşı tərəf «Prcmium bank»m o vaxt idarə heyətinin sədri olan Elçin Əhmədovun şəxsində ondan «xxxx»dakı 25 %-lik payından və 100 %-lik sahiblik haqqı İddiaçı məxsus olan «xxxx Parfumery & Cosmetics» əmtəə nişanından imtina etmək tələb edilib. İş adamı bildirib ki, həbsxanada olanda ona təzyiq, hədə-qorxu altında, ailəsini və özünü təhdid edərək köhnə tarixli xx xxxxxx 2017-ei il tarixli kredit müqaviləsini imzalatdırıblar. Yalnız bu halda haqqında olan cinayət işinə xitam veriləcəyini və təsis paylarının dəyərinin ödəniləcəyini bildiriblər. Nəhayət təzyiqlər qarşısında qalan İddiaçı belə müqavilə bağlamağa razılaşıb. FED.az bildirir ki, üstündən ötən müddət ərzində İddiaçı məsələ ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etsə də, kredit müqaviləsinin saxta olduğunu rəsmi şəkildə sübut edə bilməyib. Baxmayaraq ki, bank bu dövrdə ona iki kredit müqaviləsi təqdim edib - həbsxanada imzalanan və fərqli. İş adamı sual edir ki, əvvəlki müqavilə (yəni bütün səhifələrində imza olmayan) əsl idisə, necə oldu ki, başqa müqavilə də ortaya çıxdı. Digər tərəfdən sözügedən məbləğin - 5 milyon manatın bankdan götürülməsi ilə bağlı məxaric qəbzi də iki nüsxədədir. Yeri gəlmişkən, hazırda rəsmi məlumata görə, İddiaçı Cavabdeha kredit borcu yoxdur. Amma iş adamı bildirir ki, bu krediti almayıb, ödəməyib, bu müqavilə ona məxsus əmlakın ələ keçirilməsi məqsədi daşıyıb» - məlumatları həqiqətə uyğun deyil” məzmununda təkzib verməsi vəzifəsinin qoyulmasına, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh ASC-nin işgüzar nüfuzunu ləkələyən məlumatları yayması nəticəsində vurduğu zərərin əvəzi olaraq 500.000 (beş yüz min) manat məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğinin alınıb Cavabdeh ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia tələbinin icraata götürülməsi qərara alınmışdır. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab edlməsinə dair» ilk iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh ASC-nin hüquqi varisi olduğu «X25» ASC ilə onun adına rəsmiləşdirilmiş xx xxxxxx 2017-ci il tarixli 010/BV-KM-0017 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla bank arasında bağlanmış kredit müqaviləsində və məxaric qəbzində onun imzaları saxtalaşdırılmışdır, əslində onunla bank arasında belə bir kredit müqaviləsi bağlanmamışdır. O, bankdan həmin müqavilədə göstərilən ******* manat məbləğində kredit götürməmişdir və onu banka geri qaytarmamışdır. Eyni tarixli başqa kredit müqaviləsini və məxaric qəbzini isə o, həbsxanada olarkən ona hədə-qorxu altında imza etdiriblər. İlk iddiaçı ilk iddia ərizəsində, həmçinin göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə Maliyyə X3 X18 Xidmətindən kredit hesabatı ilə bağlı çıxarış almışdır, həmin çıxarışda müqavilədə göstərilən kredit əks olunmamışdır, bu da onu təsdiq edir ki. ona kredit verilməmişdir. İlk iddiaçı həm də onu göstərmişdir ki. sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxsə bu qədər yüksək məbləğdə kredit məbləğinin təminatsız olaraq verilməsi də ağlabatan deyil. Məhkəmənin nəzərinə çatdırırlar ki, ilk iddiaçının iddia ərizəsində göstərdiklərinin heç bir əsası yoxdur. Belə ki, ilk iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş 03 fevral 201 7-ci il tarixli OİO/BV-KM-0017 saylı kredit müqaviləsindən də göründüyü kimi həmin müqaviləni və həmin müqavilə ilə bağlı verilmiş məxaric sənədini ilk iddiaçı özü imzalamışdır. Həmin kredit müqaviləsinin və ya sair hər hansı sənədin imzalanması üçün bank tərəfindən ilk iddiaçıya hər hansı təzyiq göstərilməmiş, hədə-qorxu gəlinməmişdir. Bunun bir mənası da yoxdur. Çünki bank kiminsə ondan kredit götürməsi üçün kiməsə hədə-qorxu gəlmir, təzyiq göstərmir. Kredit ayrılması üçün banka müraciət edildikdə, bank bununla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada hərəkətlər edir və əgər müraciət edən şəxsə kreditin verilməsi mümkündürsə və bankın mənafeyinə uyğundursa, kredit ayrılır. Eyni zamanda yalnız ayrılmış kredit faizləri ilə birlikdə geri qaytarıldığı halda, borcluya kreditin həqiqətən geri qaytarıldığını təsdiq edən sənəd verilir. xx.xx.2017-ci il tarixdə ayrılmış krediitə dair məlumatın xx.xx.2017-ci il tarixdə Maliyyə X3 X18 Xidmətindən ilk iddiaçıya verilmiş çıxarışda əks olunmaması isə onunla bağlıdır ki, həmin məlumat X18 Xidmətində kreditin ayrıldığı tarixdən etibarən 1 (bir) ay müddətində qeydiyyata alınır. İlk iddiaçının həmin xidmətə müraciət etdiyi tarixdə reyestrdə belə bir məlumatın olmaması kreditin ayrılmaması kimi başa düşülməməlidr. Həmçinin, onu da məhkəmənin nəzərinə çatdırırlar ki, ilk iddiaçı, əvvəla sıradan bir fiziki şəxs olmamışdır. Belə ki, o, kreditin ayrıldığı tarixdə kifayət qədər uğurla fəaliyyət göstərən «xxxx» MMC-in həm direktoru, həm də təsisçilərindən biri olmuşdur. Bu isə onu təsdiq edir ki, o, əvvəla 5.000.000 manat məbləğində kreditin ayrılması mümkün olan sahibkar olmuşdur və o. həmin məbləğdə krediti qaytarmaq imkanında olan şəxs olmuşdur. Digər tərəfdən ilk iddiaçı ilə bank arasındakı mövcud olmuş qarşılıqlı etibara və etimada əsaslanan münasibətlər də ilk iddiaçıya həmin məbləğdə kreditin ayrılmasının mümkün olduğuna təminat vermişdir. Qarşılıqlı iddia üzrə cavabdeh özünün «Faeebook» səhifəsində Cavabdeh ASC barəsində aşağıdakı məlumatları yaymışdır: «Hörmətli, Elman Rüstəmov, əminəm ki. bu gün lisenziyalarını ləğv etdiyiniz bankların barəsində zamanında çox müraciətlər almısınız. Və təəssüflər olsun ki, belə müraciətlərə olan absurd münasibətiniz, cavablarınız sözügedən banklardakı hazırkı vəziyyəti yaratmışdır. İnsanları, əmanətçiləri, sahibkarları dövlətimizdən narazı salmayın. Cənab Prezidentin iqtisadi kursuna, islahatçı mövqeyinə sadiq olun. P.S. Cavabdeh tərəfindən adıma imzalarımı saxtalaşdıraraq rəsmiləşdirilmiş ******* manatlıq kredit haqqındakı müraciətimə cavabınızı nəzərinizə çatdırıram, bu «problemadan» xəbərinizin olmadığını düşünərək. P.S.S. Vergi ödəyicisi olmayan vətəndaşa, heç bir girovsuz, təminatsız, illik 5 % lə 5 milyon manat kredit verilmir, verilə bilməz! Hələ saxta müqavilədə yazıldığı kimi dövriyyə vəsaitlərinin artırılması təyinatı ilə heç verilməz!!! Qarşılıqlı iddia üzrə cavabdeh, həmçinin «Fed.az»-a verdiyi məlumatlarda Cavabdeh ASC barəsində aşağıdakı məlumatları yaymışdır: «xxxx»ın keçmiş sahibi: «Həbsxanada məcburi imza atdırıb, biznesimi əlimdən aldılar» - EKSKLÜZİV Azərbaycanın aparıcı banklarından olan Cavabdeh (keçmiş «SW Bank») rəhbərliyinin adı böyük biznes qalmaqalda hallanır. FED.az. xəbər verir ki, ölkənin ən böyük kosmetika mağazaları şəbəkəsi olan «xxxx» MMC-nin qurucusu və keçmiş sahibi İddiaçı, bisnesinin onun əlindən məcburən alındığını bəyan edərək, bu işdə «Premium» bankın rəhbərliyini ittiham edib. Bu barədə FED.az-a məlumat verən iş adamı bildirib ki, 1999-cu ildə «xxxx» mağazalar şəbəkəsini yaradıb və 2011-ci ilin noyabrnadək onun tək sahibi olub. «Bu müddət ərzində şirkət 120-dən çox xarici brendin Azərbaycanda rəsmi təmsilçisinə çevrilib, çoxmilyonluq dövriyyəsi olub və ciddi, şəffaf bir biznes subyekti kimi fəaliyyət göstərib». jş adamı bildirir ki, 2011-ci ilin noyabr ayında hazırkı Cavabdehın rəhbərliyində təmsil olunan şəxslər ona şəriklik təklif edib və qarşılıqlı razılıqla İddiaçı «xxxx» mağazalar şəbəkəsində olan 100 %-lik payının 50%-ni qarşı tərəfə satıb. Şirkətin fəaliyyəti zamanı bir neçə dəfə Cavabdehdan kredit götürüb və qaytarıb. İddiaçı bildirir ki, 2015-ci ildən başlayaraq ona şirkətdəki qalan payını da satmaq üçün təzyiqlər başlayıb. Belə ki, həmin il İddiaçı 2013-cü ildəki müqavilə əsasında Cavabdeha olan krediti ilə bağlı şərtlər bank rəhbərliyi tərəfindən dəyişdirilib. Qeyd edək ki, həmin kreditin yeni bank sahibi tərəfindən dəyişdirilən şərtlərinə əsasən İddiaçı «xxxx» şəbəkəsindəki 50 %-lik payının yarısını, yəni 25 %-tıi girov qoyub. Bank rəhbərliyii iş adamının manatla olan kreditini dollara çevirib və qrafıkini də azaldıb, yəni iş adamından kredit hər ay böyük məbləğ (təqribən 250 min dollar) olmaqla 10 ay ərzində ödənilməsi tələb edib. Nəticədə İddiaçı təzyiqlər səbəbindən şirkətdəki payının 25 %-ni banka, yəni qarşı tərəfə dövr etməyə məcbur olub. Amma «xxxx»ın iş adamından alınma prosesinin ən dramatik mərhələsi sonuncu 25 %-lə bağlı olub. İddiaçı bildirib ki. bu hissəni ondan almaq üçün bank onun adına heç vaxt görmədiyi 5 milyon manat məbləğində saxta kredit rəsmiləşdirib. İş adamının FED.az-a təqdim etdiyi sənədlərə əsasən saxta kredit müqaviləsi (yeri gəlmişkən Cavabdeh bu kredit müqaviləsinin həqiqi olduğunu bildirir- bu barədə bir qədər sonra) 2017-ci ilin 3 fevral tarixində tərtib edilib. Həmin müqaviləyə görə İddiaçı Cavabdehdan guya 5 milyon manat kredit alıb və bu məbləği elə həmin gün bankdan götürüb. İddiaçı belə kreditin olduğundan xx xxx 2017-ci il tarixində xəbər tutub. Həmin gün Moskvaya uçmağa hazırlaşan iş adamı hava limanında bütün Yoxlama- Buraxılış məntəqələrindən keçərək təyyarəyə əyləşəndən sonra Cavabdeh rəhbəri ona zəng edərək təcili görüşmək lazım olduğunu, heç bir yerə getmə icxtiyarınm olmadığını bildirib. İş adamı 2 gündən sonra qayıdacağını bildirsə də, qarşı tərəf razılaşmayıb və tezliklə, aeroportun təhlükəsizlik xidməti və Sərhəd Xidmətinin əməkdaşları onu təyyarədən endiriblər. İ.İsmaylov FED.az-a bildirib ki, bunun səbəbi ilə maraqlandıqda ona ölkədən çıxışına məhdudiyyət qoyulduğunu və nəticədə o, vəkilini hava limanına dəvət edərək bu halı aktlaşdırıb. Hava limanından Bakıya qayıtdıqdan sonra İddiaçı onun ölkədən nəyə görə buraxılmamasınm səbəbini bilməyib. İş adamı hər ehtimala qarşı Azərbaycan Mərkəzi Bankın yanında X1 müraciət edərək adına kreditin olub-olmadığını da dəqqiləşdirib. Fevralın 7-də reyestrdən İddiaçı verilən cavabda onun adma kreditin olmadığı bildirilib. Xatırladaq ki, qaydaya görə, kredit barədə məlumat onun alındığı gündən ən geci iki gün ərzində reyestrə yerləşdirilməli idi. Yalnız may ayında - xx xxx 2017-ci ildə Kredit Reyestrinə müraciət etdikdə onun banka 5 milyon manat borcunun olduğu və kreditin guya fevralın 3-də rəsmiləşdirildiyi ortaya çıxıb. İddiaçı FED.az-a bildirir ki, kredit götürmək üçün banka müraciət etməyib, ərizə yazmayıb və bu vəsaiti götürməyib. Kredit aldığını siıbut etmək üçün o. bankdan bu sənədləri, o cümlədən pulun kassadan alındığı barədə videogömntüləri tələb edib. Maliyyə X6a edilmiş sorğuya cavab olaraq bu kredit müqaviləsini əldə etdikdə məlum olub ki, onun bütün səhifələrində iş adamının imzası yoxdur, imza olan axırıncı səhifə isə İddiaçı əvvəllər götürdüyü kreditlərin müqaviləsi əsasında hazırlanıb. 5 milyon manatın götürüldüyünü təsdiq etməli olan məxaric qəbzindəki imzanın saxta olduğunu görüb və Prokurorluğa ərizə ilə müraciət edib. Bundan sonra «xxxx»dakı şərikləri iş adamını şirkətin əmlakını və pullarını mənimsəməkdə ittiham ediblər və İddiaçıla bağlı Korrupsiya ilə mübarizə idarəsinə müraciət edilib. Bu ittihamlar əsasında heç bir aud t yoxlama aktı olmadan 2017-ci ilin iyun ayında iş adamı həbs edilərək Kürdəxanıdakı müvəqqəti saxlama məntəqəsinə gətirilib. İddiaçı FED-az-a bildirir ki. ona təzyiqlər həbsdə olduğu müddətdə davam edib, qarşı tərəf Cavabdehın o vaxt idarə heyətinin sədri olan Elçin Əhmədovun şəxsində ondan «İdcal»dakı 25 %-lik payından və 100 %-lik sahiblik haqqı İddiaçı məxsus olan «xxxx Parfumcry & Cosmetics» əmtəə nişanından imtina etmək tələb edilib. İş adamı bildirib ki, həbsxanada olanda ona təzyiq, hədə-qorxu altında, ailəsini və özünü təhdid edərək köhnə tarixli xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsini imzalatdırıblar. Yalnız bu halda haqqında olan cinayət işinə xitam veriləcəyini və təsis paylarının dəyərinin ödəniləcəyini bildiriblər. Nəhayət təzyiqlər qarşısında qalan İddiaçı belə müqavilə bağlamağa razılaşıb. 100 gündən sonra - sentyabrın 12-si və 15-də həbsxanaya gətirilən notarius İddiaçı «xxxx» mağazalar şəbəkəsindəki 25 %-lik payı üzrə qarşı tərəfin vəkili Məhrət Hüseynliyə etibarnamə verilməsini rəsmiləşdirib. Və həmin pay dərhal 800 min manat müqabilində Cavabdehın sədri Kiçin Əhmədova satılıb. İddiaçı FED.az-a bildirir ki, 2016-cı ildə «xxxx» mağazalar şəbəkəsi «Ernst ənd Yanq» şirkəti tərəfindən qiymətləndirilib və onun bazar dəyərinin 57 milyon manat olduğu açıqlanıb. Bu hesabla İddiaçı malik olduğu 25 %-lik payın bazar dəyəri 14.2 milyon manat təşkil edirdi. Amma onun müqabilində iş adamına şirkətin nizamnamə kapitalının - 3,2 milyon manatın 25 %-i həcmində, yəni 800 min manat ödəniş edilib. Sentyabrın 15-də isə o, Cavabdehın rəhbərliyinin vəd etdiyi kimi doğurdan da azadlığa buraxılıb və evə qayıdıb. FED.az bildirir ki, üstündən ötən müddət ərzində İddiaçı məsələ ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etsə də, kredit müqaviləsinin saxta olduğunu rəsmi şəkildə sübut edə bilməyib. Baxmayaraq ki, bank bu dövrdə ona iki kredit müqaviləsi təqdim edib - həbsxanada imzalanan və fərqli. İş adamı sual edir ki, əvvəlki müqavilə (yəni bütün səhifələrində imza olmayan) əsl idisə, necə oldu ki, başqa müqavilə də ortaya çıxdı. Digər tərəfdən sözügedən məbləğin - 5 milyon manatın bankdan götürülməsi ilə bağlı məxaric qəbzi də iki nüsxədədir. Amma iş adamının müraciət etdiyi, əvvəlcə Maliyyə Palatası, o ləğv edildikdən sonra isə Mərkəzi Bank bununla bağlı pozuntu olmadığını bildirərək iş adamına məhkəməyə müraciət etməyi məsləhət görüb. İ.İsmaylov bildirir ki, artıq belə müraciət edilib, iş adamı ölkə rəhbərliyinə də müraciət edərək prosesin ədalətli araşdırılmasına yardım etməyini xahiş edib. Cavabdehın özündən isə hu ittihamları qəbul etmirlər. Bankın hüquqşünası Gültəkin Məmmədova FED.az-a bildirib ki, sözügedən kredit müqaviləsi doğurdan da mövcud olub və bununla bağlı bütün sənədlər, indiyədək İddiaçı şikayət etdiyi qurumlara təqdim edilib. Bank da məhkəməyə müraciət etməyi məsləhət görüb. «Məhkəməyə müraciət etmək hər bir şəxsin, o cümlədən İddiaçı konstitusion hüququdur». Yeri gəlmişkən, hazırda rəsmi məlumata görə, İddiaçı Cavabdeha kredit borcu yoxdur. Amma iş adamı bildirir ki, bu krediti almayıb, ödəməyib, bu müqavilə ona məxsus əmlakın ələ keçirilməsi məqsədi daşıyıb».İlk iddiaçı tərəfindən yayılmış olan həmin məlmatların içərisində Cavabdehın işgüzar nüfuzunu ləkələyən aşağıdakı həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır: P.S. Cavabdeh tərəfindən adıma imzalarımı saxtalaşdıraraq rəsmiləşdirilmiş ******* manatlıq kredit haqqındakı müraciətimə cavabınızı nəzərinizə çatdırıram, bu «problemadan» xəbərinizin olmadığını düşünərək. P.S.S. Vergi ödəyicisi olmayan vətəndaşa, heç bir girovsuz, təminatsız, illik 5 % lə 5 milyon manat kredit verilmir, verilə bilməz! Hələ saxta müqavilədə yazıldığı kimi dövrəiyyə vəsaitlərinin artırılması təyinatı ilə heç verilməz!!! «xxxx»m keçmiş sahiibi: «Həbsxanada məcburi imza atdırıb, biznesimi əlimdən aldılar». Azərbaycanın aparıcı banklarından olan Cavabdeh (keçmiş «SW Bank») rəhbərliyinin adı böyük biznes qalmaqalda hallanır. FED.az xəbər veri ki, ölkənin ən böyük kosmetika mağazaları şəbəkəsi olan «xxxx» MMC-nin qurucusu və keçmiş sahibi İddiaçı, bisnesinin onun əlindən məcburən alındığını bəyan edərək, bu işdə «Premium» bankın rəhbərliyini ittiham edib. İddiaçı bildirir ki, 2015-ci ildən başlayaraq ona şirkətdəki qalan payını da satmaq üçün təzyiqlər başlayıb. Belə ki, həmin il İddiaçı 2013-cü ildəki müqavilə əsasında Cavabdeha olan krediti ilə bağlı şərtlər bank rəhbərliyi tərəfindən dəyişdirilib. Qeyd edək ki, həmin kreditin yeni bank sahibi tərəfindən dəyişdirilən şərtlərinə əsasən İddiaçı «xxxx» şəbəkəsindəki 50 %-lik payının yarısını, yəni 25 %-ni girov qoyub. Bank rəhbərliyii iş adamının manatla olan kreditini dollara çevirib və qrafikini da a/aklıb, yəni iş adamından kredit hər ay böyük məbləğ (təqribən 250 min dollar) olmaqla 10 ay ərzində ödənilməsi tələb edib. Nəticədə İddiaçı təzyiqlər səbəbindən şirkətdəki payının 25 %-ni banka, yəni qarşı tərəfə dövr etməyə məcbur olub. Amma «xxxx»ın iş adamından alınına prosesinin ən dramatik mərhələsi sonuncu 25 %-lə bağlı olub. İddiaçı bildirib ki, bu hissəni ondan almaq iiçün bank onun adına heç vaxt görmədiyi 5 milyon manat məbləğində saxta kredit rəsmiləşdirib. İş adamının FED.az-a təqdim etdiyi sənədlərə əsasən saxta kredit müqaviləsi (yeri gəlmişkən Cavabdeh bu kredit müqaviləsinin həqiqi olduğunu bildirir- bu barədə bir qədər sonra) 2017- ci ilin 3 fevral tarixində tərtib edilib. Həmin müqaviləyə görə İddiaçı Cavabdehdan guya 5 milyon manat kredit alıb və bu məbləği elə həmin gün bankdan götürüb. İddiaçı belə kreditin olduğundan xx xxx 2017-ci il tarixində xəbər tııtub. Yalnız may ayında - xx xxx 2017-ci ildə Kredit Reyestrinə müraciət etdikdə onun banka 5 milyon manat borcunun olduğu və kreditin guya fevralın 3-də rəsmiləşdirildiyi ortaya çıxıb. İddiaçı FED.az-a bildirir ki, kredit götürmək üçün banka müraciət etməyib, ərizə yazmayıb və bu vəsaiti götürməyib. Kredit aldığını sübut etmək üçün o, bankdan bu sənədləri, o cümlədən pulun kassadan alındığı barədə vidcogörüntüləri tələb edib. Maliyyə X6a edilmiş sorğuya cavab olaraq bu kredit müqaviləsini əldə etdikdə məlum olub ki, onun bütün səhifələrində iş adamının imzası yoxdur, imza olan axırıncı səhifə isə İddiaçı əvvəllər götürdüyü kreditlərin müqaviləsi əsasında hazırlanıb. 5 milyon manatın götürüldüyünü təsdiq etməli olan məxaric qəbzindəki imzanın saxta olduğunu görüb və Prokurorluğa ərizə ilə müraciət edib. İddiaçı FED-az-a bildirir ki, ona təzyiqlər həbsdə olduğu müddətdə davam edib, qarşı tərəf Cavabdehm o vaxt idarə heyətinin sədri olan Elçin Əhmədovun şəxsində ondan «İdcal»dakı 25 %-lik payından və 100 %-lik sahiblik haqqı İddiaçı məxsus olan «xxxx Parfumery & Cosmctics» əmtəə nişanından imtina etmək tələb edilib. İş adamı bildirib ki, həbsxanada olanda ona təzyiq, hədə-qorxu altında, ailəsini və özünü təhdid edərək köhnə tarixli xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsini imzalatdırıblar. Yalnız bu halda haqqında olan cinayət işinə xitam veriləcəyini və təsis paylarının dəyərinin ödəniləcəyini bildiriblər. Nəhayət təzyiqlər qarşısında qalan İddiaçı belə müqavilə bağlamağa razılaşıb. FED.az bildirir ki, üstündən ötən müddət ərzində İddiaçı məsələ ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etsə də, kredit müqaviləsinin saxta olduğunu rəsmi şəkildə sübut edə bilməyib. Baxmayaraq ki, bank bu dövrdə ona iki kredit müqaviləsi təqdim edib - həbsxanada imzalanan və fərqli. İş adamı sual edir ki, əvvəlki müqavilə (yəni bütün səhifələrində imza olmayan) əsl idisə, necə oldu ki, başqa müqavilə də ortaya çıxdı. Digər tərəfdən sözügedən məbləğin - 5 milyon manatın bankdan götürülməsi ilə bağlı məxaric qəbzi də iki nüsxədədir. Yeri gəlmişkən, hazırda rəsmi məlumata görə, İddiaçı Cavabdeha kredit borcu yoxdur. Amma iş adamı bildirir ki, bu krediti almayıb, ödəməyib, bu müqavilə ona məxsus əmlakın ələ keçirilməsi məqsədi daşıyıb». Məhkəmənin nəzərinə çatdırırıq ki, qeyd edilən məlumatlarda ilk iddiaçı tərəfindən Cavabdeh barəsində yayılmış məlumatlar həqiqətə uyğun deyil və yalan məlumatlardır. Yalan və həqiqətə uyğun olmayan həmiıı məlumatların yayılması nəticəsində isə Cavabdehm işgüzar nüfuzuna olduqca mühüm zərər vurulmuşdur. Göründüyü kimi ilk iddiaçı qanunvericiliklə yol verilməməsinə baxmayaraq, yalan olduğunu bilə-bilə Cavabdeh ASC barəsində həqiqətə uyğun olmayan məlumatları kütləvi olaraq yaymış, bunun nəticəsində isə Cavabdehın işgüzar nüfuzunu ləkələmişdir. Odur ki, hesab edirik, yuxarıda qeyd edilən yalan məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada təkzib edilməli, Cavabdeh ASC-dən üzr istənilməli. Cavabdehın işgüzar nüfuzunun ləkələnməsi nəticəsində Cavabdeh ASCnin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq ilk iddiaçıdan 500.000 (beş yüz min) manat məbləği alınaraq Cavabdeh ASC-yə ödənilməlidir. xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşlılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili X2 hər biri ayrılıqda iddia tələbi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. İlkin iddia üzrə iddiaçı və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Lakin ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xəstəliyi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasının Maliyyə X3 məktubuna əsasən, Bildiririk ki, Azərbaycan Respublikasının Maliyyə X6 (Palata) vətəndaş İddiaçı müraciəti daxil olmuşdur. Vətəndaş İ.Usmayılov zəruri sənədlərin bank tərəfindən ona təqdim edilməsini və müraciətinin rəsmi cavablandırılmasını bildirmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq vətəndaş İddiaçı müraciətində tələb olunan sənədlərin 5 gün ərzində ona təcdim edilməsi və nəticəsi barədə Palataya məlumat verilməsi tələb olunur. Eyni zamanda vətəndaş müraciətlərinin cavablandırılması zamanı qanunvericiliyin tələblərinin nəzərə alınması xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə X3 xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən, Sizin Azərbaycan Respublikasının Maliyyə X6a (Palata) daxil olmuş müraciətinizə Palatada baxılmışdır. Müraciətinizdə qeyd edilən məsələ ilə bağlı "Cavabdeh" ASC (bank) tərəfindən təqdim edilmiş məlumata əsasən bankla Sizin aranızda imzalanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Sizə 1367 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən təqdim edilmiş məlumata əsasən bildiririk ki, bankın rəsmi iş qrafikinə uyğun olaraq banka müraciət edib müraciətinizdə qeyd edilən təsdiqedici sənədləri əldə edə bilərsiniz. Xahiş edirik, nəzərə alasınız. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə X3 xx xxxx 2017-ci il tarixli məktubuna əsasən Sizin müraciətinizə Azərbaycan Respublikasının Maliyyə X4 (Palata) aidiyyatı hissədə baxılmışdır. “X26” ASC-dən (bank) təqdim edilən sənədlərə əsasən bank tərəfindən Sizə 010/BV-KM-0017 saylı xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 8 % olmaqla 12 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir. Bankın məlumatına əsasən həmin müqavilənin şərtləri Sizinlə razılaşdırılaraq imzanızla təsdiqlənmiş və qeyd olunan kredit məbləği tərəfinizdən imzalanmış xx.xx.2017 ci il tarixli kassa məxaric orderi əsasında bankın kassasından məxaric edilmişdir. Həmin müqavilədə və kassa məxaric orderində göstərilmiş imzanın Sizə aid olub-olmamasının müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada məhkəməyə müraciət edə bilərsiniz. Xahiş edirik, nəzərə alasınız. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə X3 xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən, Sizin Azərbaycan Respublikasının Maliyyə X6a (Palata) daxil olmuş müraciətinizə Palatada baxılmışdır. Müraciətinizdə qeyd edilən məsələ ilə bağlı "Cavabdeh" ASC (bank) tərəfindən təqdim edilmiş məlumata əsasən bankla Sizin aranızda imzalanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Sizə 1367 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən təqdim edilmiş məlumata əsasən bildiririk ki, bankın rəsmi iş qrafikinə uyğun olaraq banka müraciət edib müraciətinizdə qeyd edilən təsdiqedici sənədləri əldə edə bilərsiniz. Xahiş edirik, nəzərə alasınız. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli 010/BV-KM-0017 nömrəli kredit müqaviləsinə əsasən “X26” ASC-nin İdarə idarə Heyətinin sədri X14 şəxsində bir tərəfdən və gələcəkdə «Borcalan» adlandırılacaq İddiaçı şəxsində digər tərəfdən aşağıdakılar barədə bu Müqaviləni bağlamışlar: 1.1. “Bank” hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə Borcalana 5 000 000 (beş milyon) manat məbləğində kredit verir, Borcular, isə hazırk müqaviləyə müvafiq olaraq alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürür. 1.2. Kredit dövriyyə vəsaitinin artırılması üçün verilir. 1.3. Hazırkı müqavilənin 1.1. bəndinə göstərilən kredit “03” fevral 2018-ci il tarixə qədər verilir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli kassa məxaric orderinin surətinə əsasən, İddiaçı 5 000 000 (beş milyon) manat məbləğində pul vəsaiti verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxx 2020-ci il tarixli məktubundan görünür ki, sizin Cavabdeh ASC ilə bağlı müraciətinizə Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılmışdır. Müraciətinizdə qeyd edilən məsələ Cavabdeh ASC ilə birgə araşdırılmış və bank tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, sizinlə bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli 010/BV-KM- 0017 saylı kredit müqaviləsinə əsasən sizə illik faiz dərəcəsi 8% olmaqla 12 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir. Tərəfinizdən imzalanmış xx.xx.2017-ci il tarixli xəzinə mədaxil orderinə əsasən sözügedən kredit müqaviləsi üzrə borc öhdəliyi tərəfinizdən tam şəkildə icra edilmiş və hazırda bank qarşısında hər hansı borc öhdəliyiniz mövcud deyildir. Nəzərinizə çatdırırıq ki, müraciətinizdə qeyd olunan məsələlərlə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığınız şikayətlərə Baş idarə tərəfindən baxılaraq müvafiq araşdırma aparılmış, həmin müraciətlərə göstərilən xüsusatlar öz təsdiqini tapmamış və heç bir qanun pozuntusu aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, müraciətinizdə qeyd olunan həmin kredit müqaviləsində və xəzinə məxaric orderindəki imzanın sizə aid olub-olmamasının müəyyən edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarında olan Cavabdeh ASC-nin xx xxxxxxx 2020-ci il tarixli məktubunun surətindən görünür ki, Sizin xx xxxxxxx 2019-cu il tarixli vətəndaş İddiaçı zəruri sənədlərin bank tərəfindən ona təqdim edilməsi haqqında məktubunuza baxılmışdır.Bildiririk ki, məktubda qeyd olunan xx.xx.2017-ci il tarixli 010/BV-KM-0017 saylı kredit müqaviləsinə aid sənədlər 054/X-17 saylı, xx.xx.2017-ci il tarixli məktubla Palataya təqdim edilmişdir. Həmin kredit üzrə müştəri öhdəliklərini tam icra etmiş, Banka heç bir borcu qalmamış və bu barədə müştəriyə rəsmi Arayış verilmişdir. Müştəri Bankın rəsmi iş qrafikinə uyğun olaraq müraciət edib bank hesabına dair təsdiqedici sənədləri əldə edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Penitensiar Xidmətin xx xxxxxxxx 2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, sizin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq bildirilir ki, İddiaçı müalicə müəssisəsində saxlanıldığı müddətdə xx.xx.2017-ci il tarixdə saat 16:37-dən 17:57-dək, xx.xx.2017-ci il tarixdə saat 13:03-dən 17:44-dək vətəndaş X20 ilə, xx.xx.2017-ci il tarixdə saat 14:50-dən 17:44-dək vətəndaş X10 ilə və xx.xx.2017-ci il tarixdə saat 17:30-dan 17:41-dək 17 saylı Notariat ofisinin notariusu X8 ilə qısamüddətli görüşdə olmuşlar. İş materiallarında olan xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş İddiaçı bildirirəm ki, “xxxx” MMC-dəki 25 faiz payımın alqı-satqısından mənə verilməli olan pul vəsaiti etibarnamə üzrə nümayəndəm tərəfindən ailə üzvlərimə verilmişdir. Gələcəkdə bu barədə heç bir iddiam və ya tələbim olmayacaq. Ərizə mənim sözlərim əsasında yazılıb və yazılanları öz imzamla təsdiq edirəm. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-540/2017 saylı, xx.xx.2017-ci il tarixli həbs qətimkan tədbirinin ev dustağlığı qətimkan tədbiri ilə əvəz edilməsi haqqında qərara əsasən, xx.xx.1973-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı ilə “X25” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 010/BV-KM-0017 saylı kredit müqaviləsinə əsasən sizə illik faiz dərəcəsi 8% olmaqla 12 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir. Cavabdeh ASC-nin xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli xəzinə mədaxil orderinə əsasən sözügedən kredit müqaviləsi üzrə borc öhdəliyi ilkin iddia üzrə İddiaçı tərəfindən tam şəkildə icra edildiyi və hazırda bank qarşısında hər hansı borc öhdəliyinin olmadığı bildirilir. İlkin iddia üzrə İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatlar, təqdim etdiyi sübutlar əsasında xx.xx.2017-ci il tarixli 010/BV- KM-0017 saylı kredit müqaviləsini həbsdə olduğu müddətdə cavabdeh tərəfin nümayəndələri tərəfindən edilmiş hədə-qorxu nəticəsində imzaladığını, həmin müqavilənin iki ayrı-ayrı nüsxələrinin olduğunu (Bunlardan biri imzasının saxtalaşdırılması ilə olan Maliyyə X4 olan 4 vərəqliyalnız sonuncu vərəqində imzasının skan üsulu ilə saxtalaşdırılmaqla əks olunduğu kredit müqaviləsi və eyni müqaviləyə əlavə olunan yenədə imzasının saxtalaşdırıldığı xəzinə məxaric orderidir. Digəri isə ona cəzaçəkmə müəssisəsində xx.xx.2017-ci il tarixdə imzalatdırılan və bütün vərəqlərində imzasının olduğu 3 vərəqdən ibarət kredit müqaviləsi və ona aid kassa məxaric orderi və ödəniş cədvəlidir), müqavilə üzrə ******* manat məbləğində kreditin onun tərəfindən götürülmədiyini və həmin məbləğdə borcun onun tərəfindən ödənilmədiyini iddia edir, bu səbəbdən də “X25” ASC ilə onun arasında rəsmiləşdirilmiş xx xxxxxx 2017-ci il tarixli 010/BV-KM-0017 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. İlkin iddia üzrə cavabdeh ilkin iddianı qəbul etməyərək ilk iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş 03 fevral 201 7-ci il tarixli OİO/BV-KM-0017 saylı kredit müqaviləsinə əsasən həmin müqaviləni və həmin müqavilə ilə bağlı verilmiş məxaric sənədinin ilk iddiaçının özünün imzaladığını, həmin kredit müqaviləsinin və ya sair hər hansı sənədin imzalanması üçün bank tərəfindən ilk iddiaçıya hər hansı təzyiqin göstərilmədiyini, hədəqorxu gəlinmədiyini, belə ki, bank kiminsə ondan kredit götürməsi üçün kiməsə hədəqorxu gəlmədiyini, təzyiq göstərmədiyini, xx.xx.2017-ci il tarixdə ayrılmış kreditə dair məlumatın xx.xx.2017-ci il tarixdə Maliyyə X3 X18 Xidmətindən ilk iddiaçıya verilmiş çıxarışda əks olunmamasının səbəbinin həmin məlumatın X18 Xidmətində kreditin ayrıldığı tarixdən etibarən 1 (bir) ay müddətində qeydiyyata alınması ilə bağlı olduğunu bildirir, habelə qarşılıqlı iddia tələbi ilə müraciət edərək cavabdehin «Faeebook» səhifəsində Cavabdeh ASC barəsində iddia ərizəsində qeyd olunmuş məlumatları yaydığını, həmin məlumatların onun işgüzar nüfuzuna xələl gətirdiyini bu səbəbdən də qeyd edilən yalan məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada təkzib edilməli, Cavabdeh ASC-dən üzr istənilməli, Cavabdehın işgüzar nüfuzunun ləkələnməsi nəticəsində Cavabdeh ASC-nin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq ilk iddiaçıdan 500.000 (beş yüz min) manat məbləği alınaraq Cavabdeh ASC-yə ödənilməlidir. Məhkəmə ilkin iddia ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5.-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.3-ci maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.6-ci maddəsinə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. MM-in 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, ilk İddiaçı Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC-nin hüquqi varisi olduğu “X25” ASC ilə onun adına rəsmiləşdirilmiş xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasını iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsindən və mülki işə əlavə edilmiş sənədlərdən görünür ki, ilk iddiaçı tərəfindən etibarsız hesab edilməsi məhkəmədən xahiş edilən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi, müqavilədə göstərilən tarixdə yəni xx.xx.2017-ci ildə bağlanmışdır. Müqavilədən də göründüyü kimi, həmin müqavilənin digər tərəfi məhz ilk iddiaçının özüdür. Lakin ilk iddiaçı iddia ərizəsində həmin müqaviləni xx.xx.2017-ci il tarixdə deyil, xx.xx.2017-ci il tarixdə həbsxanada olarkən imzaladığını bildirir. İlk iddiaçı iddia ərizəsində qeyd edir ki, buna qədər eyni tarixli, eyni saylı başqa bir kredit müqaviləsi də imzalanmışdır, lakin həmin müqavilədəki imza ona məxsus deyildir. Məhz bu əsasla da ilk iddiaçı onunla Cavabdeh ASC-nin hüquqi varisi olduğu “X25” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, ilk iddiaçının göstərdiklərindən belə məlum olur ki, guya o mübahisələndirdiyi əqdin mövcudluğundan onun bağlandığı xx xxxxxx 2017-ci il tarixdən deyil, xx xxxxxxxx 2017-ci il tarixdən xəbərdar olmuşdur. Belə olan halda, məhkəmə qeyd etməyi zərur hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, MM-nin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Məcəllənin həmin maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. xx xxxx 2005-ci il tarixdə qəbul edilmiş və xx xxxxxx 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə bildirir ki, ilk iddiaçı mübahisələndirdiyi tərəflər arasında bağlanmış müqavilə üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2020-ci il tarixli qərarı) Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Belə ki, ilkin iddia üzrə iddiaçı iddia edir ki, mübahisəli kredit müqaviləsini həbsdə olduğu müddətdə hədə-qorxu nəticəsində imzalamışdır. Məhkəmə onu da qeyd edir ki, iddia müddətindən fərqli olaraq kəsici müddətlər qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Belə olan təqdirdə mülki iş materiallarından göründüyü kimi, ilkin iddia üzrə İddiaçı mübahisəli kredit müqaviləsindən (AR MBNP-nın xx.xx.2017-ci il tarixli məktubu) 2017-ci ildən məlumatı olsa da həmin müqaviləni yalnız xx.xx.2020-ci il tarixdə məhkəmə müstəvisində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisələndirmişdir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşlılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, araşdırılan məsələdə rəsmi sənədlərin bilə-bilə saxtalaşdırılması, mənimsəmə və digər cinayətlərin əlamətləri olduğuna görə iş üzrə xüsusi qərardad çıxardaraq araşdırılması üçün müvafiq hüquq mühafizə orqanlarına göndərilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı hüquqi nəticə etibarı ilə cavabdeh barədə xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “işgüzar nüfuzun müdafiəsinə dair” iddia tələbi ilə bağlı məhkəmə bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin «Facebook» səhifəsində Cavabdeh ASC barəsində onun işgüzar nüfuzuna xələl gətirən məlumatları yaydığını, həmin məlumatların onun işgüzar nüfuzunu ləkələdiyini, bu səbəbdən də təkzib verilməsini və mənəvi zərərin ödənilməsini xahiş edir. Hər bir cəmiyyətin müəyyən olunmuş birgəyaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1.-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddi hüquq normasının tələbindən müəyyən olunur ki, məlumatı yayan şəxs həmin məlumatın həqiqətə uyğun olmasını sübut etmək vəzifəsi daşıyır. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə isə yayılmış hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən xüsusatlarla bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş, sadəcə ilkin iddia üzrə İddiaçı sosial şəbəkədə, kütləvi informasiya vasitələrində əks olunmuş məlumatların mövcudluğu müəyyən edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları ilə tənzimlənən hallar, yəni iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların olması və belə məlumatların yayılma hallarının mövcudluğu ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC iddia tələbini aşağıdakılarla əsaslandırmağa çalışmışdır: “Qeyd edilən məlumatlarda ilk iddiaçı tərəfindən Cavabdeh barəsində yayılmış məlumatlar həqiqətə uyğun deyil və yalan məlumatlardır. Yalan və həqiqətə uyğun olmayan həmin məlumatların yayılması nəticəsində isə Cavabdehın işgüzar nüfuzuna olduqca mühüm zərər vurulmuşdur. Göründüyü kimi ilk iddiaçı qanunvericiliklə yol verilməməsinə baxmayaraq, yalan olduğunu bilə-bilə Cavabdeh ASC barəsində həqiqətə uyğun olmayan məlumatları kütləvi olaraq yaymış, bunun nəticəsində isə Cavabdehın işgüzar nüfuzunu ləkələmişdir.” Qarşılıqlı iddia üzrə iddiaçı məlumatların həqiqətə uyğun olmayan məlumatlar olması, o cümlədən həmin məlumatların yayılması nəticəsində “Bank işgüzar nüfuzuna olduqca mühüm zərər vurulduğu”nu qeyd etsə də məhkəmə araşdırması zamanı iddia tələblərini əsaslandırdığı hallara dair mötəbər sübutları təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan qanunların mənasına görə şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı hüquq münasibətinin əsası üç şərtdən ibarətdir. Həmin şərtlərə aiddir: şəxs barədə məlumatlar yayılması, yayılmış məlumatların şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməsi, yayılmış məlumatların həqiqətə uyğun olmaması. Məhkəmə qeyd edir ki, məhz bu üç şərtin hamısı mövcud olduqda şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzu barədə iddia təmin olunur. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X23 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X23 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 3-cü bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin işgüzar nüfuzuna xələl gəlməklə iqtisadi və maliyyə vəziyyətində hər hansı itkilərə məruz qalması o cümlədən təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASCnin cavabdeh İddiaçı qarşı “işgüzar nüfuzun müdafiəsinə dair” iddia tələbi məhkəmədə sübuta yetmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “işgüzar nüfuzun müdafiəsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1970/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1970/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver