Məhkəmə qərarları › İş №2(005)-1979/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1979/2021

29.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1979/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-ə qarşı pul tələbinə dair iddia iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 35000 manat boya məhsullarının dəyərinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə müraciət etməyə vadar edən məsələ cavabdeh “Fateh” - 2012” MMC-nin onunla aralarında bağlanılmış 15.02.2018 -ci il tarixli olan razılaşmaya əsasən cavabdeh tərəfindən ona istədiyi vaxt hissə-hissə olmaq şərti ilə 6 (altı) ay müddətində 35000 AZN (otuz beş min) manat dəyərində boya məhsullarını təqdim etməyi öhdəsinə götürməsi və bu günə qədər icra etməməsidir. Həmin razılaşmanı cavabdeh hüquqi şəxslə birgə “Tac Boya” məhsulları istehsalı şirkətinin direktoru öz möhürü və imzası ilə təsdiq etmişdir. Bildirmək istəyir ki, “Tac Boya” məhsulları istehsalı adlı şirkət heç bir vergi orqanında qeydiyyatdan keçməmiş, nə də heç bir müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamışdır, ancaq buna baxmayaraq “Tac Boya” məsulları şirkətinə aid möhür əldə etmişlər və imza səlahiyyəti hüququ olan şəxs kimi direktorda özlərinə təyin etmişlər. Bu səbəbdən də mülki işdə ona ödəniləcək məbləğin cavabdeh hüquqi şəxs Cavabdeh MMC-dən tutulması qanunidir. Eyni zamanda aralarında olan razılaşmaya diqqət yetirdikdə “Tac Boya” məhsulları istehsalı şirkətinin Cavabdeh MMCnin tərkibində olması qeyd edilmişdir. Aralarında olan razılaşmanı cavabdehə müraciət etdiyi vaxtda icra etməməsi səbəbindən yuxarıda qeyd olunan miqdarda boya məhsullarını həmin vaxtda öz hesabına başqa şirkətlərdən almaq məcburiyyətində qalmışdır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət etsə də, nəticəsi olmamışdır. Cavabdehin öhdəsinə götürdüyü işi vaxtında icra etməməsi ona maddi zərər vurmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, özü boya məhsullarının alqı-satqısı ilə məşğul deyil, nə də heç vaxt məşğul olmamışdır. Həmin miqdarda boya məhsullarını həmin vaxtda cavabdehdən əldə etmək istəməyində məqsəd istifadə etmək və vədd etdiyi şəxslərə hədiyyə etmək idi. Əmək fəaliyyəti təmamilə başqa sahədədir. Vəd edilmiş məhsul vaxtında ona təqdim edilmədiyi üçün hesab edir ki, bu günki günü həmin miqdarda yəni 35 000 (otuz beş min) manat dəyərində boya ona artıq lazım deyildir, səbəb isə yuxarıda qeyd etdiyi kimi həmin məhsulu ona lazım olduğu vaxtda cavabdehin öhdəliyi yerinə yetirmədiyi üçün digər şirkətlərdən öz hesabına əldə etməyidir. Bu halda hesab edir ki, həmin məhsula ehtiyac olmadığı üçün cavabdeh tərəfindən məhsulun dəyəri yəni 35 000 (otuz beş min) manat məbləğində pul ona ödənilməlidir. Bununla bağlı olaraq tərəfindən mövcud qanunverciliyə uyğun olaraq 04.06.2020 -ci il tarixdə pretenziya qaydasında məktub göndərilmiş və cavabdeh tərəfindən qəbul edilsə də, ona heç bir yazılı və ya şifahi cavab verilməmişdir. Tərəfindən cavabdehə dəfələrlə zəng edilsə də, zənglərinə cavab verilməmişdir. Bu halda hesab edir ki, iddia əsaslıdır və məhkəmə tərəfindən cavabdehdən 35000 (otuz beş min) manatlıq boya məhsulları və 30 (otuz) manat dövlət rüsumu onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsinə dair qətamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini etiraf etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC-ə 35000 manat məbləğində pul vəsaətini 15 gün müddətində ona ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan 15.02.2018-ci il tarixli razılaşmadan görünür ki, “Tac boya” şirkəti istədiyi vaxt İddiaçı hissə-hissə olmaq şərti ilə 6 (altı) ay müddətində 35 000 AZN (otuz beş min) manat dəyərində boya məhsullarını təqdim etməyi öhdəsinə götür. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Kazım Həmzətovun qərarından görünür ki, "xxxx"MTK-nın Bakı şəhəri Yasamal rayonu, X3 küçəsi 5 ünvanında inşa etdiyi 3 otqaqlı 130.5 kv metr sahəli 191 №-li mənzil MTK-nın əməkdaşları tərəfindən 14 noyabr 2014-cü il tarixli müqavilə ilə İddiaçı satılması adı ilə 35000 manat pul vəsaiti talanmış, mənzil MTK tərəfindən digər şəxsə də satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh Cavabdeh MMC -nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı qarşısındakı öhdəliyini müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə təqdim etmədiyi məhsulu iddiaçıya verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 35000 manat dəyərində “Tac Boya” boya məhsulları İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və rüsumun iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-dən 35000 (otuz beş min) manat dəyərində “Tac Boya” boya məhsuları və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar