Məhkəmə qərarları › İş №2(005)-198/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-198/2021

01.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-198/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı AHU Stomotolji Klinikasının (AS firması nəzdində fəaliyyət göstərən) nümayəndəsi (direktoru) Yüzbaşıyev Saleh Yusif oğlunun, “AS” firmasının nümayəndəsi və vəkili X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh Stomotoloji Klinikasına (AS firması nəzdində fəaliyyət göstərən) qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Stomotoloji Klinikasının İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehna (AS firması nəzdində fəaliyyət göstərən) qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair ilkin iddia ərizəsi ilə məhkəmyə müraciət edərək dişlərinin bərpası üçün çəkdiyi 3000 (üç min) manat xərcin Cavabdeh Stamatoloji klinkasından alınaraq ona ödənilməsi barədə, qarşılıqlı iddia üzrə iddiaçı “AHU Stomotoloji Klinikası (AS firması nəzdində fəaliyyət göstərən) qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyan tələb” nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəmyə müraciət edərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə 2040 manat klinikaya ödənilməmiş məbləğin, 700 manat vəkilə çəkilmiş məbləğin, 31 manat dövlət rüsumunun və 20 manat məbləğində mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlkin iddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı 2017-ci il noyabr ayında Cavabdeh Stamatoloji Klinikasına öz dişləri üçün müraciət etmişdir. Həmin vaxt klinikanın həkimi Azər həkim iddiaçının üst damağına dişlər əlavə elədi iddiaçı klinikaya gedən zaman üst damağda 5 sağlam dişi var idi. 11 diş üst damağa, 7 diş isə alt damağa əlavə olundu. 7 aydan sonra həmin dişlər öz keyfiyyətini itirərək iddiaçıya narahatlıq yaratmağa başlamışdır. Kəskin ağız qoxusu iddiaçıya ciddi narahatlıq yaradırdı. Ailə daxilində də bu iddiaçıya problem yaratmağa başladı. Həyat yoldaşı ilə aralarında kəskin narazılıqlar başladı və bu iddiaçıda ciddi stress yaratdı. Həmçinin iddiaçının yaxın rəfiqəsi X5 ilə birlikdə həmin klinikaya müraciət etmişlər və ondada eyni problem yarandı. İddiaçı həmin klinikaya 3000 (üç min) manat pul ödəsə də dişlərinin keyfiyyəti olmadı. İddiaçı dəfələrlə klinikaya müraciət etsədə heç bir nəticə əldə edə bilməmişdir. Həmin həkim rəfiqəsi ilə iddiaçının dişlərini sökdü. Bununla da ağzında yəni həm alt damağda həm də üst damağda yaralar meydana gəldi. Daha sonra həmin klinikanın digər həkimi Saleh həkim yaranan problemi aradan qaldıracağına və dişlərini bərpa edəcəyinə söz verdi. Lakin 2019-cu ilin may ayında yeni dişləri taxsada 6 aydan sonra eyni problem yenidən yarandı. Həkim iddiaçıya bunun üçün məcun məsləhət gördü. Lakin heç bir xeyri olmadı. 2020-ci ilin may ayında həmin dişlər başqa bir həkim tərəfindən söküldü. İddiaçı həmin klinikadan pulunu istədikdə isə ona rədd cavabı verildi. Qarışılıqlı iddia ərizəsi onunla əsaslandırlımışdır ki, ilkin iddia üzrə iddiaçı klinkaya ilk dəfə 2016-cı ilin payız aylarında müraciət edərək həmin vaxtı klinkada həkim kimi işləyən Azər həkimin xəstəsi olmuşdur. Həmin vaxtı Azər Həkim İddiaçı 19 ədəd metal keramik diş düzəltdi. Sonra ikinci dəfə İddiaçı 2019-cu ilin fevral ayında klinkaya müraciət edərək öz təkidi və istəyi ilə ağız boşluğunda olan 15 dişin sökülməsini və yenidən qoyulmasını istədi. Həkim kimi Saleh Yüzbaşıyev xanımın dişlərini müalicə edərək 16 yeni diş düzəltdi. İddiaçı endirim edərək 120 manata olan dişlərin hər birini 90 manatadan hesablamaqla düzəldilmişdir. Həmin pulu isə qıssa zamanada ödəyəcəyini bildirərək, lakin klinkaya ödəmədi. Dişlərin düzəldilməsi zamanı may ayından avqust ayına kimi sınaq müddəti təyin edildi və sınaq müddəti zamanı İddiaçı tərəfindən heç bir şikayət və narahatlıq olmadığı üçün dişlər daimi olaraq smentlənərək bərkidildi. Bundan sonar İddiaçı tərəfindən hər hansı şikayət və narahatçılıqla bağlı müraciət edilməmiş, 2020-ci ilin may ayında yaxınlaşaraq dişlərinə görə ağız qoxusundan əziyyət çəkdiyini və dişlərini başqa həkimdə düzəltdiyini bildirərək çəkilmiş xərci istəməyə başladı və ona izah edildi ki, tam yararlı və keyfiyyətli şəkildə iş görülümüş, dişlərinin başqa həkimdə fərqli zövqlə düzəldilməsinə klinika cavabdeh deyil. Sadəcə olaraq İddiaçı klinkaya 2040 manat borclu olduğuna görə həmin pulu verməmək üçün belə bir əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı klinikada tam keyfiyyətli müalicə almış, onun ağız qoxusundan şikayət etməsi dişlərin keyfiyyətsiz düzəldilməsi ilə bağlı deyil, bunun üçün davamlı olaraq dişlərə qulluq edilməsi onların vaxtında yuyulması və diş ətinə mütəmadi qulluq edilməsindən keçir. Qarşılıqlı iddia tələbi ondan ibarətdir ki, İddiaçı dişlərinin müalicə və düzəldilməsi ilə bağlı klinikaya görülümüş işlər müqabilində ümumilikdə 2040 manat məbləğində ödəniş etməmiş və bundan başqa əsassız və yersiz olaraq klinikanın adını keyfiyyətsiz və yararsız xidmət etməkdə hallandıraraq əsassız iddianı məhkəməyə təqdim etməklə mənəvi ziyan vurmuşdur. İddiaçı bilərəkdən və qərəzli şəkildə klinkanın adını hallandıraraq müəyyən məbləğdə pul almaq istəyir. Həddindən çox iztirab keçirməklə işgüzar nüfuzu zədələnmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı izahatında ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Stomotoloji Klinikasının nümayəndəsi və vəkili X2, Cavabdeh Stomotoloji Klinikasının nümayəndəsi izahatında qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, ilkin iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi təmin edilməli, qarşılıqlı iddia ərizəsi rədd edilməldir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyi” publik hüquqi şəxsin 551/KEŞ nömrəli ekspert rəyinə əsasən 1968-ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun olaraq ekspert komissyası Cavabdeh X3 Bədəlovanın adına tərtib edilmiş tibbi sənədlər təqdim edilmədiyi üçün aparılmış müalicələrin (dişlərə keramika qapaqaların və ya implant dişlərin qoyulması) düzgün aparılıb-aparılmaması haqqında konkret fikir söylənilməsi mümkün olmamış, İddiaçı mütəxəssis müayinəsi zamanı onda ortopedik konstruksiyanın funksional sahədə düzgün olmaması hesabına diş ətində hipertofiyanın və ağızdan kəskin qoxunun gəlməsinə səbəb olmuşdur. Hazırda yeni düzgün funksional ortopedik konstruksiyanın düzəldilməsi məqsədə müvafiqdir və müalicəyə sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissyasının səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. İş materillarından görünür ki, İddiaçıa stomotoloji xəstənin tibbi kartası açılmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli Mədaxil Qəbzinin surətindən görünür ki, ididaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx) qəpik məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli Mədaxil Qəbzinin surətindən görünür ki, cavabdeh tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx) qəpik məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 2017-ci il noyabr ayında Cavabdeh Stamatoloji Klinikasına öz dişlərinin ortepedik müalicəsi üçün müraciət etmiş, həmin klinikada müalicə üçün 3000 manat pul köçürmüşdür. İddiaçı ödənişin nağd alındığını və qəbzin verilmədiyini bildirmişdir. İlkin iddia üzrə cavabdeh Ahu Klinikasının nümayəndəsi (direktoru) Yüzbaşıyev Saleh Yusif oğlu 3000 manat məbləğə tərəflərin razılaşdığını, lakin 2040 manat pulun İddiaçı tərəfindən ödənilmədiyini bildirmişdir. Ekspert rəyinə əsasən İddiaçı mütəxəssis müayinəsi zamanı onda ortopedik konstruksiyanın funksional sahədə düzgün olmaması hesabına diş ətində hipertofiyanın və ağızdan kəskin qoxunun gəlməsinə səbəb olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin hallarından aydın olur ki, qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə tərəflər arasında müqavilə bağlandığı və həmin müqavilə əsasında İddiaçı razılaşdırılmış məbləğdən 2040 manat borclu qalması və ödəməməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. İlkin iddiaçının 3000 manat tələbinə münasibətdə isə ilkin iddia üzrə cavabdeh Ahu Klinikasının nümayəndəsi (direktoru) Yüzbaşıyev Saleh Yusif oğlunun 3000 manat məbləğə tərəflərin razılaşdığını məhkəmə iclasında bildirməsi ilə razılaşdırılmış məbləğin mübahisələndirilmədiyi müəyyən olunmuşdur. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Tərəflərin tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş ekspertiza rəyi əsas götürülməklə ilkin iddia təmin edilməlidir. Cavabdeh Stomotoloji Klinikasından (AS firması nəzdində fəaliyyət göstərən) 3000 (üç min) manat məbləğində pul tutularaq İddiaçı verilməli, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbində dövlət rüsumun ödənilməsinə dair tələb olmadığından, qarşılıqlı iddia isə rədd edildiyindən tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh Stomotoloji Klinikasından ( “AS” firması ) 3000 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar