Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1986/2020 17.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh "Cavabdeh" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh" ASC-yə qarşı “əsassız faizlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız tətbiq edilmiş faizlərin ləğv edilməsi və Azərbaycan Respublikası Prezidentinin Fərmanının tətbiq edilməsi üçün Cavabdeh ASC-inə qarşı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixində onunla Cavabdeh ASC-nın Babək filialı ilə ipoteka müqaviləsi bağlanmış və 60 ay müddətinə 17876 AZN və ya manatın dollara həmin dövrün məzənnəsinə uyğun 22874 USD məbləğində avtomobil krediti rəsmləşdirilmişdir.Tərtib edilmiş cədvələ və müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, həmin tarixdən dolların manata məzənnəsinə uyğun heç bil- gecikdirməyə yol vermədən kredit ödənişi həyata keçirilmişdir. Daha sonra o qeyd etmişdir ki, Hundai avtomobilinin satış salonunda qiyməti 21800 AZN təşkil etmişdir. Bu iddiaçını qane etmiş və müqavilənin bağlanmasına səbəb olmuşdur. Onun tərəfindən Cavabdeh ASC-nin Babək filialına avtosalonun hesabına 3924 AZN ilkin ödəniş kimi nəğd pul ödənilmiş adi çəkilən bankın filialı tərəfindən isə avtosalona 17876 AZN pul köçürülmüşdür. Lakin Cavabdeh ASC-in Babək filialı tərəfindən ödəmə cədvəli milli valyutada deyil, ABŞ dolları ilə tərtib edilmiş və devalivasiya ilə əlaqədar problemin yaranmasına səbəb olmuşdur.Hal-hazırda Cavabdeh ASC-in ödənilməmiş faiz və tətbiq olunmuş cərimələr daxil olmaqla 17610 ABŞ dollar borcu mövcuddur. Devalivasiya müddətində yaranmış gecikdirmə ilə əlaqədar bank iddiaçını məhkəməyə vermişdir. Məhkəmə qətnaməsinə əsasən tutma avtomobilə yönəldilmişdir. Müvafiq razılaşmaya əsasən hər ay 300- 400 AZN olmaqla ödənişlər davam etdirilmiş və ümumilikdə 16713 AZN pul ödənilmişdir.Devalivasiya qərarına qədər, yəni fevral 2015-ci il tarixində olan dövrdə əsas borc qalığı 17917 ABŞ dolları və ya 13975 AZN olmuşdur.Devalivasiyaya qədər onun tərəfindən 10000 ABŞ dollarından çox pul ödənilmiş, ondan 4583,9 dollar və ya 3575,4 AZN əsas borc, 5416,3 dollar və ya 4224,7 manat isə faiz borcu təşkil etmişdir.Yəni “xxxxxxxxxxx” ASC-i tərəfindən avtosalona köçürülmüş 17876 AZN əsas borcdan yuxarıda qeyd edildiyi kimi 3575,4 AZN silinmiş və 13,293 AZN əsas borc qalmışdır. Bundan əlavə bu günə qədər 6715 AZN pul ödənilmişdir.Beləliklə, ödəmə cədvəli 34854 ABŞ dolları ilə deyil, həmin dövrün manatın dollara məzənnəsi ilə tərtib edilsəydi 27186,12 AZN təşkil edəcəkdir, nəticədə ümumi qalıq borcum 17610 ABŞ dolları deyil, 10473 AZN-nə bərabər olacaqdır və Azərbaycan Respublikası Prezidentinin fərmanın tətbiq edilməsinə əsas vermiş olacaqdır.Bundan başqa Cavabdeh ASC-nə dəfələrlə ödəmə cədvəlinin Milli valyutada tərtib edilməsi barədə müraciətlər olunmuş və heç bir müsbət nəticə verməmişdi.. Əlavə olaraq bildirmişdir ki,Cavabdeh ASC tərəfindən 1642,66 ABŞ dolları və 634,92 ABŞ dolları cərimənin əsas qalıq borcun üstünə gələrək təkrar faiz hesablanmışdır. Tərtib olunmuş ödəniş cədvəlində faizlərin yüksəkdən azalana doğru və hər ay ödənilməsi nəzərdə tutulması nəticəsində yaranmış 1642,66 ABŞ dollarına əlavə hesablanmış faizin silinməsində və Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə cərimə borcu ləğv edildiyi üçün həm 634,92 dollar cərimənin və ona hesablanmış faizin qalıq borcu 17610 ABŞ dollarından çıxmaqla, yerdə qalan qalıq borcun dolların bu günə manata məzənnəsinə uyğun ödəniş cədvəli tərtib edilməsi xahiş olunmuşdur, lakin bank hər hansı tədbir görməmişdir. Məhkəmə iclasında iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur, lakin iddia tələbinə dəqiqləşdirilmə verilməmişdir. Belə olan halda, məhkəmə mülki işə verilən tələb əsasında baxır. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6876/2016 nömrəli xx xxxx 2016-cı il tarixli Qətnaməsinin surətinə əsasən iddiaçı “Cavabdeh" ASC cavabdeh İddiaçı qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilərək, cavabdeh İddiaçı 19436,29 ABŞ 1642,66 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə, cəmi 21.128,95 ABŞ dolları borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi üzrə manatla və 30 (otuz) manat dövlət rüsumu iddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, tutulacaq məbləğin cavabdeh İddiaçı məxsus “Hyundai Sonata” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində iddiaçı Cavabdeh ASC-yə ödənilməsi, iddiaçı Cavabdeh ASC-yə ödənilməli olan əsas kredit borcu, kredit faizi, cərimə və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8311/2016 nömrəli, xx xxxxxxx 2016-cı il tarixli Qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1205/2017 nömrəli xx xxxxxx 2017-ci il tarixli Qərarın surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8311/2016 nömrəli, xx xxxxxxx 2016-cı il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; xx.xx.2010-cu il tarixdə X3 tərəfindən verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1956-cı il tarixdə Azərbaycan Respublikası, İsmayıllı rayonunda anadan olmuş və hazırda ünvan 1 mənzil 143 ünvanında qeydiyyatdadır; Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2020-ci tarixli məktubuna əsasən, bankın müştərisi İddiaçı müraciəti əsasında onunla Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İA/80445/52/24 saylı müqaviləyə əsasən 20354 ABŞ dolları məbləğində avtomobil krediti rəsmiləşdirilmişdir. Müştəri Cavabdeh ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi üçün Bank tərəfindən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmiş və Bankın müraciəti müvafiq məhkəmə orqanı tərəfindən xx.xx.2016-cı il tarixli, 2(010)-6876/2016 saylı qətnamə ilə təmin edilmişdir. Müştərinin Cavabdeh ASC qarşısında olan öhdəlikləri ilə bağlı Bank tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görüləcəyi bildirilmişdir; Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6876/2016 nömrəli xx xxxx 2016-cı il tarixli Qətnaməsi ilə surətinə əsasən cavabdeh İddiaçı 19436,29 ABŞ 1642,66 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə, cəmi 21.128,95 ABŞ dolları borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi üzrə manatla və 30 (otuz) manat dövlət rüsumu iddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, tutulacaq məbləğin cavabdeh İddiaçı məxsus “Hyundai Sonata” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində iddiaçı Cavabdeh ASC-yə ödənilməsi, iddiaçı Cavabdeh ASC-yə ödənilməli olan əsas kredit borcu, kredit faizi, cərimə və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 7ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6876/2016 nömrəli xx xxxx 2016-cı il tarixli Qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən faiz borcu həmin qətnamə ilə mötəbər sübut kimi qiymətləndirilmiş və cavabdeh İddiaçı bankın xeyrinə tutulmalı olan faiz borcu 1642,66 ABŞ dolları məbləğində müəyyən edilmiş, bu qətnamə apellyasiya instansiya məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə həmin məhkəmə icraatı çərçivəsində qeyd edilən faiz borcunun əsaslı olub-olmamasına hüquqi qiymət verilmişdir. Bu səbəbdən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh" ASC-yə qarşı “əsassız faizlərin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh" ASC-yə qarşı “əsassız faizlərin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1986/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1986/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver