Məhkəmə qərarları › İş №2(005)-199/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-199/2021

12.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-199/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)- 28/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X4, X8, X18, X19, X7, X5, X15, X9, X5, X1, X2, X10, Yüzbaşiyev Aydın Şəmsəddin oğlundan, X3, X20 müştərək qaydada əsas borca görə 1189.22 manat və 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 1209.22 manatın alınaraq iddiaçı “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlərdən dövlət rüsumunun ödənilməmiş qalan 10 manatının müştərək qaydada tutulub dövlət xeyrinə ödənilməsi və 200 manat ekspertiza xərcinin 100 manatının cavabdehlərdən müştərək qaydada, 100 manatının isə iddiaçı “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank Olmayan Kredit Təşkilatından alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında o, yəni cavabdeh İddiaçı iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(019)-339/2014 nömrəli məhkəmə əmrinə əsasən, Balakən rayonu Talalar kəndində yaşayan borclular İddiaçı, X4, X8, X18, X19, X7, X5, X15, X9, X5, X1, X2, X10, Yüzbaşiyev Aydın Şəmsəddin oğlundan, X11, X3, X12, X20 və X25 4194.69 manat əsas, 144.76 manat məbləğində faiz borcu, 103.82 manat məbləğində cərimə-cəmi 4443.27 manatın borclulardan alınıb kreditor “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi əmr edilmişdir. Ona düşən borc 440.60 manat pensiyasından tutulmuşdur. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Balakən rayon məhkəməsi yuxarıda qeyd olunan qətnaməni çıxarmışdır. Həmin qətnamədən tərəfimdən Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, həqiqətən 2009-cu ildən “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatından kredit almışdır. Lakin xx.xx.2011-ci ildən iddiaçı təşkilatdan kredit almamışdır. Onun əvəzinə həmin müqaviləyə kim tərəfindən imza edildiyindən xəbəri yoxdur. Birinci instansiya məhkəməsi onu ətraflı dinləmədən, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmədən iddianın İddiaçı aid hissədə əsaslı olması qənaətinə gəlmişdir. Ona görə də, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsini, ekspertizanın nəticəsindən asılı olaraq Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-28/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin İddiaçı aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-1300/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-28/2018 saylı qətnaməsi qismən, cavabdeh İddiaçı əsas borca görə 1189.22 manat, 20 manat ödənilmiş dövlət rüsumu və 100 manat ekspertiza xərcinin tutulması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbinin həmin hissədə təmin edilməməsi, iş üzrə məhkəmə xərci olan məhkəmə-xətşünaslıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 127 manat məbləğində pulun iddiaçı “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank Olmayan Kredit Təşkilatından tutulması və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X17, KOD 210005, VÖEN **********, Müxbir hüsab AZ 41 NABZ ********************, SÜİFT BİK CTREAZ 22) hesabına ödənilməsi qət edilmişdir. İş üzrə qanuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(107)-1300/2019 saylı qərardadı ilə “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank Olmayan Kredit Təşkilatı ilə birgə borclular İddiaçı, X21, X26, X36, X37, X24, X22, X38, X27, X22, X6, X13, X28, Yüzbaşiyev Aydın Şəmsəddin oğlu, X29, X16, X30, X34 və X42 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, ŞƏK-396V2 saylı kredit müqaviləsində və həmin müqaviləyə 1 nömrəli əlavə olan ödəniş cədvəlində cavabdeh İddiaçı Adından olan imzaların İddiaçı Cammal oğlu tərəfindən, yaxud başqa şəxs tərəfindən icra edilməsinin müəyyən edilməsi üçün məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli, 11030 nömrəli rəyindən görünür ki, kredit müqaviləsində və həmin müqaviləyə 1 nömrəli əlavə olan ödəniş cədvəlindən “İddiaçı” yazılarının qarşısında “İmza” qrafalarındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyi təsdiqini tapmışdır. İddia ərizəsinə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondunun Balakən rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 27/05 nömrəli arayışından görünür ki, Balakən rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1525/04 saylı təklifinə əsasən İddiaçı pensiyasından cəmi 602 manat 20 qəpik tutularaq icraçı kredit agentliyinin hesabına köçürülmüşdür tutulma dayandırılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlara müqayisədə qabaqcadan müəyyən edilmiş, üstünlük hüququna malik olmasa da, ekspert rəyinin əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşmışdır və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya vurulmuş 602.30 (alti yüz manat otuz qəpik) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X31 iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarına olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)- 1300/2019 saylı qərardan görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-28/2018 saylı qətnaməsi qismən, cavabdeh İddiaçı əsas borca görə 1189.22 manat, 20 manat ödənilmiş dövlət rüsumu və 100 manat ekspertiza xərcinin tutulması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməmiş, iş üzrə məhkəmə xərci olan məhkəmə-xətşünaslıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 127 manat məbləğində pulun iddiaçı «icraçı Kredit Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyət Bank Olmayan Kredit Təşkilatından tutulması və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X17, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ O136O10000**********, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməsi, qətnamənin qalan hissədə dəyişdiririlmədən saxlanılması qət edilmişdir. İş materiallarına olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 27/05 №-li arayışından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsi bildirir ki, Balakən rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1525/4 saylı Təklifinə əsasən İddiaçı pensiyasından cəmi 602,30 manat tutularaq İcracı Kredit Agentliyinin hesabına köçürülmüşdür. Tutulma dayandırılmışdır. İş materiallarına olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli 11030 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Ekspertizaya təqdim olunmuş, mülki işin 179-183-cü vərəqələrində ŞƏK-396/2 saylı xx.xx.2011-ci il tarixli Kredit müqaviləsində və 184-187-ci vərəqələrində olan həmin müqaviləyə 1 nömrəli əlavə ödəniş cədvəlində “İddiaçı” yazıları qarşısında “imza" qrafalarındakı imzalar İddiaçı oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)-1300/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı şikayəti qismən təmin edilmiş və qətnamə ondan borcun tutulması hissəsində ləğv edilmişdir. Bu səbəbdən iddiaçı ondan cavabdehin xeyrinə tutulmuş 602.30 manat məbləğdə pulun geri qaytarılması tələb edir. Həmin məbləğin İddiaçı tərəfindən cavabdeh “xxxx” MMC-nin xeyrinə tutulmuş olmasını AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 27/05 №-li arayışı təsdiq edir. Belə ki arayışdan görünür ki, “Balakən rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1525/4 saylı Təklifinə əsasən İddiaçı pensiyasından cəmi 602,30 manat tutularaq İcracı Kredit Agentliyinin hesabına köçürülmüşdür. Tutulma dayandırılmışdır”. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci madəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, tərəflər arasında borc münasibətlərinin yaranmaması qüvvəyə minmiş Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)-1300/2019 saylı qətnaməsi ilə müəyyən edildiyindən, iddia təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-28/2018 saylı qətnaməsinin icrası məqsədi ilə iddiaçıdan cavabdehin xeyrinə tutulmuş vəsait geri qaytarılmalı, 602,30 manat “xxxx” MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” MMC 602,30 manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar