Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1995/2020 10.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü oğlu Səmədli Ömər Samir oğlu və xx.xx.2015-cı il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatanədək saxlanması üçün cavabdehdən onun xeyrinə hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulması və cavabdehi əlavə xərclərə cəlb edərək uşaqlarının yetkinlik yaşına çatanadək ondan onun xeyrinə ayda 100 (yüz) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun cavabdeh ilə nikahı Ağcabədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu nikahdan onların iki övladı-xx.xx.2010-cu il təvəllüdlü oğlu Səmədli Ömər Samir oğlu və xx.xx.2015-ci il təvəllüdlü qızımız X4 dünyaya gəlmişdir. Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il il tarixli qətnaməsinə əsasən uşaqlarının yetkinlik yaşma çatanadək saxlanması üçün həmin tarixdən cavabdehdən onun xeyrinə hər uşağa görə 160 manat, cəmi 320 manat və xx.xx.2010-cu il təvəllüdlü Səmədli Ömər Samir oğlunun müalicəsi üçün əlavə xərc kimi 50 manat onun xeyrinə ödənilməsini qət edilmişdir.İddiaçı heç yerdə işləmir və bu gün üçün 320 manat aliment məbləği uşaqların normal saxlanması üçün kifayət etmir. Belə ki, cavabdehi faktiki olaraq alimenti ödəmir. Oğlu xx.xx.2009-cu il təvəllüdlü Səmədli Ömər Samir oğlu X3 talassemiya, böyük forma diaqnozu ilə dispanser qeydiyyatındadır. 2018-ci ildə sümük iliyininn transplantasiyası əməliyyatı həyata keçirmişdir. Bu səbəbdən də uşaq daimi olaraq ambulator müşahidə altındadır. Hal-hazırda da uşağa qrafik üzrə hər ay bioprofilaktik peyvənd vurulmalıdır. Bu çox ağır xəstəlikdir və uşağın müalicəsi çox böyük xərc tələb edir. Uşağın xəstəliyi xüsusi diqqət tələb etdiyi üçün özüm heç bir yerdə işləyə bilmir. Həmçinin qeyd etmək istərdi ki, uşaqlarının dünya görüşünün zənginləşməsi, sağlam böyüməsi məqsədi ilə onları müxtəlif ödənişli dərnəklərə yazdırır, əlavə hazırlıq fənn müəllimləri tutur. Uşaqları böyüyənədək tez-tez xəstələnməsinin, onlara dərs ləvazimatlarının və paltarlarının alınmasını sübut etməyə ehtiyac yoxdur. Lakin cavabdeh uşaqların təhsili və səhhəti ilə maraqlanmır, əlavə ödənişlər etmir. İddiaçı məhkəməyə ərizə göndərərək himayəsində xəstə uşağı olduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə işə İddiaçı və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 1 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 499152 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 463380 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Səmədli Ömər Samir oğlu xx.xx.2010-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(005)-2045/2019 nömrəli qətnaməsinin məzmunundan görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Səmədli Ömər Samir oğlu və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçüntutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat müəyyən edilsin və xx.xx.2010-cu il təvəllüdlü Səmədli Ömər Samir oğlunun müalicəsi üçün əlavə xərc kimi 50 manat İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(005)-2045/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Səmədli Ömər Samir oğlu və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçüntutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat müəyyən edilsin və xx.xx.2010-cu il təvəllüdlü Səmədli Ömər Samir oğlunun müalicəsi üçün əlavə xərc kimi 50 manat İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2020-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, birgə nikahdan anadan olmuş uşaqların saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(005)-2045/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2010-cu il təvəllüdlü Səmədli Ömər Samir oğlunun və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1995/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1995/2020
10.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver