Məhkəmə qərarları › İş №2(005)-1998/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1998/2020

16.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1998/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı zədələnmiş divarın bərpa edilməsi, maddi ziyanın ödənilməsi, mənzilin divarlarına ziyan vuran antisanitar şəraitin aradan qaldırılması, həyət qapısının açılması, gediş-gəlişə mane olan hasarın sökülməsi, qanunsuz aparılan tikintisöküntü işlərinin dayandırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Cavabdeh MTK tərəfindən zədələnmiş divarın bərpa edilməsinə 20000 manat maddi ziyanın ödənilməsi, mənzilin divarlarına ziyan vuran antisanitar şəraitin aradan qaldırılması, həyət qapısının açılması, gediş-gəlişə mane olan hasarın sökülməsi, qanunsuz aparılan tikinti-söküntü işlərinin dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı hakim iddiaçının vəsatətinə əsasən iddia ərizəsini geri qaytara bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il Qərarının 12-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsini geri götürə bilər. MPM-nin 170 və 259.0.11-ci maddələrinin əlaqəli izahına görə bu əsasla ərizənin baxılmamış saxlanılması ərizə icraata qəbul ediləndən sonra işə mahiyyəti üzrə baxılana kimi mümkündür. İddiaçı tərəfindən ərizənin geri götürülməsi mülki prosesin sərbəstlik prinsipinə uyğun olsa da cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etməyə haqlıdır. İddia ərizəsinin qaytarılması barədə ərizə verilsə də cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etdikdə ərizə baxılmamış saxlanıla bilməz və mahiyyəti üzrə baxılmalıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin geri götürülməsi mülki prosesin sərbəstlik prinsipinə uyğundur, cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmir. Odur ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanmasına dair ərizə təmin edilməlidir. Məhkəmə ərizəni nəzərə alıb hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı zədələnmiş divarın bərpa edilməsi, maddi ziyanın ödənilməsi və s. dair tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 170-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MTK-ya qarşı zədələnmiş divarın bərpa edilməsi, maddi ziyanın ödənilməsi, gediş-gəlişə mane olan hasarın sökülməsi, qanunsuz aparılan tikinti-söküntü işlərinin dayandırılması tələbinə dair iddia ərizəsi, ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar