Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2007/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı “X8 Kompleksi” X2 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı “X8 Kompleksi” X2 Cavabdeh qarşı “ödənilməmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X8 Kompleksi” X4 Cavabdeh qarşı “ödənilməmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 8.808,85 (səkkiz min səkkiz yüz səkkiz manat səksən beş qəpik) manat, hesablanmış cərimə borcuna görə 13.000 (on üç min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 21.808,85 (iyirmi bir min səkkiz yüz səkkiz manat səksən beş qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq “X8 Kompleksi” X3 verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “X8 Kompleksi” X4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, alıcı qismində-iddiaçı “X8 Kompleksi” X4, tədarükçü qismində “X8 Kompleksi” X2 “X9 və Tədarükü Məntəqəsi” filialı və fermer-Cavabdeh arasında bağlanmış 2019-cu il mövsümü üzrə xx xxxxxx 2019-cu il tarixli, 085 nömrəli xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh öhdəsində olan 50 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 20 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya-alıcıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 28.439,75 (iyirmi səkkiz min dörd yüz otuz doqquz manat yetmiş beş qəpik) manat məbləğində avans vəsaitlər götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh borcunu xam pambıqla ödəməli olduğu halda həmin borc məbləğindən cəmi 19.630,25 (on doqquz min altı yüz otuz manat iyirmi beş qəpik) manat məbləğində avans borcunu ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2019-cu il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair xx xxxxxx 2018-ci il tarixli, 006 nömrəli müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 8.808,85 (səkkiz min səkkiz yüz səkkiz manat səksən beş qəpik) manat məbləğində borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığm 1 tonunun qiyməti 650 (altı yüz əlli) manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 13.000 (on üç min) manat təşkil edir. Müqavilə üzrə təhvil verilməli idi: 100 ton; verilməmişdir: 100 ton x 650 (altı yüz əlli) manat = 65.000 (altmış beş min) manat x 20% = 13.000 (on üç min) manat. Qeyd edilməlidir ki, bu borc barədə cavabdehlə iddiaçı arasında xx xxxxxx 2020-ci il tarixdə üzləşmə aktı təsdiq edilmişdir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 7 (yeddi) gün müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyinin yerinə yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə cavabdeh, müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçı “X8 Kompleksi” X2 nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Alıcı qismində “X8 Kompleksi” X4, tədarükçü qismində “X8 Kompleksi” X2 “X9 və Tədarükü Məntəqəsi” filialı və fermer qismində Cavabdeh arasında bağlanmış 2019-cu il mövsümü üzrə xx xxxxxx 2019-cu il tarixli, 085 nömrəli xam-pambığın alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh öhdəsində olan 50 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 20 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə alıcıya satmağı öhdəsinə götürmüşdür; “X8 Kompleksi” X4 ilə Cavabdeh arasında tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli üzləşmə aktının məzmunundan görünür ki, qeyd edilən müqavilənin icrası ilə əlaqədar Cavabdeh iddiaçı “X8 Kompleksi” X1 28.439,75 (iyirmi səkkiz min dörd yüz otuz doqquz manat yetmiş beş qəpik) manat məbləğində avans vəsaitlər götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh borcunu xam pambıqla ödəməli olduğu halda həmin borc məbləğindən cəmi 19.630,25 (on doqquz min altı yüz otuz manat iyirmi beş qəpik) manat məbləğində avans borcunu ödəmiş, bununla da cavabdeh tərəfindən 2019-cu il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair xx xxxxxx 2018-ci il tarixli, 006 nömrəli müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçı “X8 Kompleksi” X3 8.808,85 (səkkiz min səkkiz yüz səkkiz manat səksən beş qəpik) manat məbləğində borcu qalmışdır; “X8 Kompleksi” X2 “X9 və Tədarükü Məntəqəsi” filialının Cavabdeh ünvanladığı xx xxxxxx 2019-cu il tarixli bildiriş məktubunun məzmunundan görünür ki, 8.809,45 (səkkiz min səkkiz yüz doqquz manat qırx beş qəpik) manat məbləğində qalmış qalıq borcu olduğundan, həmin avans borcunun xx xxxxxx 2019-cu il tarixədək ödənilməsi tələb edilmiş, əks təqdirdə müvafiq sənədlərin hüquq mühafizə orqanlarına təqdim olunacağı barədə cavabdeh şəxs xəbərdar edilmişdir; “X8 Kompleksi” X2 Cavabdeh ünvanladığı xx xxxxxx 2020-ci il tarixli pretenziya məktubunun surətindən və məzmunundan görünür ki, “X8 Kompleksi” X2 X9 və Tədarükü Məntəqəsi filialı və Cavabdeh təsərrüfatı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 085 nömrəli xam-pambığın alqı-satqı müqaviləsinə əsasən 50 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentnerdən az olmamaqla xam-pambıq məhsulu istehsal edib “X8 Kompleksi” X3 satmağı cavabdeh şəxs öhdəsinə götürmüşdür. Bu məqsədlə ona müvafiq cəmiyyət tərəfindən 28.439,75 (iyirmi səkkiz min dörd yüz otuz doqquz manat yetmiş beş qəpik) manat dəyərində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş və müxtəlif xidmətlər göstərilmişdir. Nəticədə, cavabdeh tərəfindən 32.786 kq xam-pambıq təhvil verilmişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və mövcud müqavilə şərtləri onun tərəfindən pozulmuşdur. Qeyd edilən borcdan cavabdeh tərəfindən 19.630,03 (on doqquz min altı yüz otuz manat üç qəpik) manat dəyərində avans vəsaitlər cəmiyyətə geri təhvil verilmişdir. Son nəticədə cəmiyyətə cavabdeh şəxs tərəfindən təhvil götürülmüş avans vəsaitlərin dəyərinə görə 8.809,45 (səkkiz min səkkiz yüz doqquz manat qırx beş qəpik) manat məbləğində borcu qalmışdır. Eyni zamanda, müvafiq müqavilənin 5.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq təhvil verilmədiyi təqdirdə yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığm birinci növ qiyməti ilə 20% həcmində cərimə ödəmənilməsi nəzərdə tutulmuşdur. Yuxanda göstərilənlərə əsasən bu pretenziyanın cavabdeh şəxs tərəfindən alındığı vaxtdan 7 (yeddi) gün müddətində borcun ödənilməsinin təmin edilməsi xahiş olunmüşdür. Əks halda yuxarıda qeyd edilən borcun və müqavilə öhdəliyinin yerinə yetirmədiyi üçün müqavilədə nəzərdə tutulan cərimə faizini tətbiq etməklə məhkəməyə müraciət ediləcəyi və nəticədə cavabdeh şəxsin əsas borcdan əlavə cərimə, 7% icra xərcləri və dövlət rüsumu ödəməli olacağı, yuxarıda göstərilən müddət ərzində pretenziyanın təmin edilməsi barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin dövlət reyestrindən çıxarışın surətindən və məzmunundan görünür ki, “X8 Kompleksi” X4 xx xxx 2018-ci il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 1 1033-cü məhəllə qeyd edilmiş, qanuni təmsilçi X6 müəyyən edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Naziliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, xx xxxxxxxx 1967-ci il tarixdə İmişli rayonunda anadan olmuş Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır; xx xxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “X8 Kompleksi” X4 tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki,alıcı-“X8 Kompleksi” X4, tədarükçü-“X8 Kompleksi” X2 “X9 və Tədarükü Məntəqəsi” filialı və fermer-Cavabdeh arasında bağlanmış 2019cu il mövsümü üzrə xx xxxxxx 2019-cu il tarixli, 085 nömrəli xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, fermer öhdəsində olan 50 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 20 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə alıcıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 28.439,75 (iyirmi səkkiz min dörd yüz otuz doqquz manat yetmiş beş qəpik) manat məbləğində avans vəsaitlər götürmüş, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh borcunu xam pambıqla ödəməli olduğu halda həmin borc məbləğindən cəmi 19.630,25 (on doqquz min altı yüz otuz manat iyirmi beş qəpik) manat məbləğində avans borcunu ödəmiş və beləliklə də cavabdeh tərəfindən 2019-cu il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair xx xxxxxx 2018-ci il tarixli, 006 nömrəli müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 8.808,85 (səkkiz min səkkiz yüz səkkiz manat səksən beş qəpik) manat məbləğində borcu qalmışdır. Həmçinin qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müvafiq müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığm 1 tonunun qiyməti 650 (altı yüz əlli) manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 13.000 (on üç min) manat təşkil edir. Müqavilə üzrə təhvil verilməli idi: 100 ton; verilməmişdir: 100 ton x 650 (altı yüz əlli) manat = 65.000 (altmış beş min) manat x 20% = 13.000 (on üç min) manat. Müvafiq borc qalığı barədə tərəflər arasında xx xxxxxx 2020-ci il tarixdə üzləşmə aktı təsdiq edilmişdir. Cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilmiş və 7 (yeddi) gün müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyinin yerinə yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçı “X8 Kompleksi” X3 ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia ərizəsinin əsas borca hesablanmış 13.000 (on üç min) manat məbləğində cərimə tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 300 (üç yüz) manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh iddiaçı “X8 Kompleksi” X2 xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, “X8 Kompleksi” X2 hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8.808,85 (səkkiz min səkkiz yüz səkkiz manat səksən beş qəpik) manat məbləğində əsas və 300 (üç yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 9.108,85 (doqquz min bir yüz səkkiz manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “X8 Kompleksi” X2 xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı “X8 Kompleksi” X2 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8.808,85 (səkkiz min səkkiz yüz səkkiz manat səksən beş qəpik) manat məbləğində əsas və 300 (üç yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 9.108,85 (doqquz min bir yüz səkkiz manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “X8 Kompleksi” X2 xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2007/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2007/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver