Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2010/2021 25.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul və əmlak” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 258.300 manat (iki yüz əlli səkkiz min üç yüz) manat, əldən çıxmış faydaya görə 122.742-manat (bir yüz iyirmi iki min yeddi yüz qırx iki), cəmi 381.042 (üç yüz səkkiz bir min qırx iki) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 2017-ci ildə qohumu vasitəsi ilə tanımışdır. Onlar tanış olandan sonra Cavabdeh ona bildirdi ki, uşaq geyimlərinin tikilişi və satışı işində işləmiş, bu sahədə onun böyük təcrübəsi var, bu işi yaxşı bacarır. Lakin bu işləri həyata keçirmək üçün onun maddi vəsaiti yoxdur. Əgər bu işə maddi vəsait qoyularsa, o bu sahəni inkişaf etdirər, uşaq geyimlərinin tikilişi və satışı işini yüksək səviyyədə təşkil edib aparar bunun nəticəsində yaxşı mənfəət əldə olunar. O, iddiaçıya təklif etdi ki, iddiaçı onun bu işi aparmasına pul versin, cavabdeh də bu işə başlasın. Az bir müddətdə həm iddiaçının ona verdiyi pulu hissə-hissə qaytaracaq, həm də əldə etdiyi mənfəətin 50%-ni iddiaçıya verəcəkdir. İddiaçını cavabdehlə tanış edən qohumuna görə iddiaçı cavabdehə inandı və onlar öz aralarında bu barədə şifahi razılaşdı. Ondan sonra iddiaçı 2017-ci ilin oktyabr ayından başlayaraq, 2018 və 2019-cu illərdə müxtəlif vaxtlarda hissə-hissə olmaqla, cəmi 392.182 (üç yüz doxsan iki min bir yüz səksən iki) manat pul verdi. Bu müddətdə cavabdeh iddiaçını tərəfindən alınmış və özünə məxsus avadanlıqlardan istifadə edərərək, xarici ölkələrdən materiallar almaqla normal işləmiş, mənfəət əldə etmişdir. Cavabdeh mənfəətləri barədə iddiaçıya bildirmiş, həmişə də xahiş etmişdir ki, o işlərini daha da genişləndirmək üçün hazırda əldə edilmiş mənfət bölüşdürülməsin, kapital qoyuluşu olaraq qalsın. Sonrakı vaxtlarda hesablanaraq verilsin. İddiaçı da onunla razılaşırdı. İddiaçıya çatası mənfəəti ondan tələb etmirdi. 2020-ci ilin yay aylarında iddiaçı hiss etdi ki, cavabdeh razılaşdığı şərtləri pozur, istehsal barədə iddiaçıya yalan məlumatlar verir, işləri genişləndirmək əvəzinə əvvəldən olan borclarını qaytarır. Ona görə iddiaçı cavabdehdən gördüyü işlər barədə hesabat tələb etdi. Ondan sonra Cavabdeh 2020-ci ilin iyun ayında 20.000 (iyirmi min) manat, iyul ayında 20.000 (iyirmi min) manat olmaqla, cəmi 40.000 manat sərmayədən qaytardı. 2020-ci ilin sentyabr ayında iddiaçı və iddiaçını təmsil edən Əhməd Məmişov, Cavabdeh və onu təmsil edən Əbülfəz Seyidov tərəfindən 2017-ci ilin oktyabr ayından 2020-ci ilin sentyabr ayının 1-nə kimi olan vəziyyət araşdırılaraq bu nəticəyə gəlindi ki, Cavabdeh iddiaçıya 100.535 (bir yüz min beş yüz otuz beş) manat (mənfəətdən iddiaçıya çatmalı olan məbləğ), iddiaçı tərəfindən sərmayə olaraq verilmiş 352.182-(üç yüz əlli iki min bir yüz səksən iki) manat, cəmi 452 717 (dörd yüz əlli iki min yeddi yüz on yeddi) manat borcu vardır. Bununla bağlı 16 sentyabr 2020-ci il tarixdə aralarında öhdəçilik (sözləşmə) protokolu tərtib etdilər və yuxarıda qeyd olunan şəxslər tərəfindən imzalandı. Bundan sonra Cavabdeh 17 sentyabr 2020-ci ildə 10.120-manat (on min bir yüz iyirmi), 01 oktyabr 2020-ci ildə 28.833-manat (iyirmi səkkiz min səkkiz yüz otuz üç), 03 noyabr 2020-ci il tarixdə 29.683-manat (iyirmi doqquz min altı yüz səksən üç), 03 dekabr 2020-ci il tarixdə 25.246-manat (iyirmi beş min iki yüz qırx altı) pul qaytardı və bu barədə aktlar tərtib olundu. Həmçinin, öhdəçilik (razılaşma protokolu) tərtib edildikdən sonrakı dövrdə, yəni 2020-ci ilin sentyabrından 2021-ci ilin yanvar ayınadək olan dövrdə yeni yaranan mənfəətdən ona əlavə 22.207 (iyirmi iki min iki yüz yeddi) AZN pay düşdü. Beləliklə də, hazırda Cavabdeh iddiaçıya mənfəətdən 122.742-manat (bir yüz iyirmi iki min yeddi yüz qırx iki), sərmayə olaraq iddiaçıdan aldığı puldan isə 258.300-manat (iki yüz əlli səkkiz min üç yüz), cəmi 381.042manat (üç yüz səksən bir min qırx iki) borcu vardır. 2021-ci ilin yanvar ayından başlayaraq Cavabdeh işini davam etdirmir, telefon zənglərinə, göndərdiyi sms-lərə cavab vermir, iddiaçıdan qaçıb gizlənir iddiaçıya olan borcunu qaytarmır. Cavabdeh iddiaçıya məxsus pulu ələ keçirməklə iddiaçıya külli miqdarda ziyan vurmuşdur. 26.05.2021-ci il tarixdə İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 204 403 (iki yüz dörd min dörd yüz üç) manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, o, Cavabdeh qarşı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq ondan 258.300-manat (iki yüz əlli səkkiz min üç yüz) manat, əldən çıxmış faydaya görə 122.742-manat (bir yüz iyirmi iki min yeddi yüz qırx iki), cəmi 381.042-(üç yüz səkkiz bir min qırx iki) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdeh ona qarşı qarşılıqlı iddia qaldıraraq ilk iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunaraq İddiaçı 48.275-(qırx səkkiz min iki yüz yetmiş beş) manat pulun alınıb ona ödənilməsi və 34 adda avadanlığın alınıb ona varilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının da təqdim etdiyi sənədləri və onda olan sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. 2020-ci ilin sentyabr ayında o və onu təmsil edən Əhməd Məmişov, Cavabdeh və onu təmsil edən Əbülfəz Seyidov tərəfindən 2017-ci ilin oktlabr ayından 2020-ci ilin sentyabr aynın 1-nə kimi olan vəziyyət araşdırılaraq, 15 sentyabr 2020-ci il tarixli Nəticə protokolu və 16 sentyabr 2020-ci il tarixli Öhdəçilik protokolu tərtib olundu. Həmin protokolları tərəflər imzaladı. Həmin protokollardan görünür ki, 2017-ci ildən 12 iyul 2020-ci ilə kimi cəmi 392.182-manat sərmayə qoyulmuşdur. Bu müddətdə 201.070-manat xalis mənfəət qazanılmışdır. Həmin mənfəətdən cavabdeh 101.118 manat 60-qəpik götürmüşdür. İddiaçıya çatacaq 100.535-manat mənfəəti cavabdehin xahişinə görə götürmədiyi üçün həmin məbləğ sərmayə olaraq yuxarıda göstərilən məbləğin üzərinə gəlmiş və beləliklə İddiaçı tərəfindən qoyulmuş sərmayənin məbləği 492.717 manat təşkil etmişdir. Lakin öhdəçilik protokolunda 100.535-manat mənfəət olaraq göstərilmişdir. Bu məbləğ 16 sentyabr 2020-ci il tarixli Öhdəçilik protokolunda da öz əksini tapmış, sərmayəçi və istehsalçı tərəfindən təsdiq edilmişdir. Bundan sonra Cavabdeh 17 sentyabr 2020-ci ildə avqust ayı üçün 10.120-manat (on min bir yüz iyirmi), 01 oktyabr 2020-ci ildə sentyabr ayı üçün 28.833-manat (iyirmi səkkiz min səkkiz yüz otuz üç), 03 noyabr 2020-ci il tarixdə oktyabr ayı üçün 29.683-manat (iyirmi doqquz min altı yüz səksən üç), 03 dekabr 2020-ci il tarixdə noyabr ayı üçün 25.246-manat (iyirmi beş min iki yüz qırx altı), cəmi 93.882- (doxsan üç min səkkiz yüz səksən iki) manat pul qaytarmış və bu barədə aktlar tərtib olunmuş və imzalanmışdır. Sonuncu protokolda 258.300-manat sərmayədən borc qaldığı təsdiq olunmuşdur. Həmin məbləğə daxil olunmayan, iddiaçıya çatmalı olan 100.535manat mənfəət sərmayə kimi sərmayəyə əlavə olunduğundan cəmi borc qalan sərmayə məbləği 358.835-manat təşkil edir. Bununla da cavabdehin ona 2020-ci ilin dekabr ayına 358.835-manat sərmayə borcu qalmışdır. Cavabdeh öhdəçilik protokolunda nəzərdə tutulmuş öhdəçiliklərdən; hər ay sərmayədən 25 000-30 000 manat olmaqla qaytarılması, sərmayənin qaytarılacağı ay ərzində istehsal olunan bütün malların, hazır malların anbara təhvil verildikdən sonra həyata keçirilməsi və ay ərzində alıcılardan alınmış pul vəsaitinin kassaya təhvil verildikdən sonra xərclənməsi öhdəçiliklərini pozduğuna görə mübahisə yaranmış və nəticədə cavabdeh istehsalatı dayandıraraq getmişdir. Bundan sonra cavabdeh dəfələrlə yekun hesabat üçün dəvət olunsa da, o, gəlməkdən imtina etmişdir. 10 mart 2021-ci ildə cavabdeh 070 6352161-nömrəli mobil telefon vasitəsi ilə ismarıc göndərmişdir. Həmin ismarıcda cavabdeh onun sərəncamında olan 157.733- 21471=136.262 manatlıq malların, pul və nisyələrin ona qaytarılması və sexdə saxlanılan maşın və avadanlıqların ona qaytarılmasını təklif etmişdir. Lakin cavabdeh sonradan öz təklifindən özü imtina etmişdir. Həmin malları Cavabdeh ona olan etibarımdan istifadə edərək, onu aldadaraq ələ keçirmişdir. İddiaçı iddia ərizəsində öhdəçilik (razılaşma protokolu) tərtib edildikdən sonrakı dövrdə, yəni 2020-ci ilin sentyabrından 2021-ci ilin yanvar ayınadək olan dövrdə yeni yaranan mənfəətdən ona əlavə 22.207 (iyirmi iki min iki yüz yeddi) AZN pay düşməsini qeyd etmişdir. Qarşılıqlı iddia ərizəsində isə cavabdeh həmin qazancın ümumi olduğunu bildirmiş və ondan 11100 manatını götürdüyünü bildirmişdir və həmin məbləğdən 11100 manat da mənfəət olaraq iddiaçıya verilməli idi. Lakin həmin məbləğ ona verilməmişdir. Bundan başqa onların birgə əldə etdiyi 32213manat dəyərində avadanlıq qalmışdır. Həmin pulun 16068-manatı iddiaçının payına düşən hissədir. Əgər həmin avadanlıqlar iddiaçıda qalarsa onda cavabdehdən tələb edəcəyi məbləğdən 16106.5-manat azaldılacaq, cavabdeh tərəfdə qalarsa onun iddia tələbi 16106.5-manat artırılacaqdır. Cavabdeh istehsalatı dayandırıb gedəndən sonra dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh sexdə qalan malların siyahıya alınmasında iştirak etməkdən imtina etmişdir. Bu səbəbdən 08 fevral 2021-ci il tarixdə sexdə qalmış mallar növlərinə uyğun olaraq siyahıya alınmış, cavabdehin əvvəlki aylarda müəyyən etdiyi qiymətlər əsasında qiymətləndirilmişdir. Nəticədə 165.532-manat məbləğində malların sexdə qalması müəyyən edilmiş və sonra həmin mallar anbara yığılmışdır. Cavabdehə aid olan avadanlıqların üzərinə məhkəmənin qərardadı ilə həbs qoyulmuşdur. Qərardad icra məmuru tərəfindən icra edilmişdir. Beləliklə, hesablamalara görə iddiaçıya sərmayədən 358.835-manat, əlavə qazancdan 11100-manat, cəmi 369.935-manat pul cavabdeh tərəfindən ona ödənilməlidir. Həmin məbləğdən 165.532-manatlıq mal hazırda anbarda iddiaçının sərəncamında olduğuna görə hesab edir ki, iddia tələbinin həcmi azaldılmalı, cavabdehdən 204.403-manat alınaraq ona verilməlidir. Daha sonra Cavabdeh 29.03.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunaraq İddiaçı 48275 (qırx səkkiz min iki yüz yetmiş beş) manat pulun alınıb ona ödənilməsi və siyahıda göstərilmiş: 1) kompressor (naxışda) 1 ədəd; 2) Sap sarıma makinəsi (naxışda) 1 ədəd; 3) Cərəyan nizamlayıcı (naxışda) 1 ədəd; 4) Basqı stolu və qəlib ayaqları-komplekt 12; 5) Basqı qəlibləri ədəd 163; 6) Tərəzi (150 kq) 1 ədəd; 7) 15 başlı naxış maşınları “Damei” ədəd; 8) Transfer basqı aparatı ədəd 9) Knopka vuran aparat ədəd; 10) Düymə tikən maşın “Broden” 1 ədəd; 11) Petlə açan maşın “Yamata” 1 ədəd; 12) Overlok “Mauzer” spesial 1 ədəd; 13) Overlok “Yamato M3” 1 ədəd; 14) Overlok “Yamato M4” 1 ədəd; 15) Overlok “İvar” ədəd 3; 16) Overlok “Reqosus” 1 ədəd; 17) Overlok “Yamato” ədəd 4; 18) Overlok Cemsi” 1 ədəd; 19) Overlok “Cuki” 2 ədəd; 20) Düz tikiş maşını “Brother” 1 ədəd; 21) Bəzək maşını “Renovn” 1 ədəd; 22) Rezin vuran maşını “Rimoli” 1 ədəd; 23) Kroşata 1 ədəd; 24) Q.tikiş maşını “Brother” 1 ədəd; 25) Q.tikiş maşını “Şurubu” 1 ədəd; 26) Q.tikiş maşını “Yamata” 1 ədəd; 27) Qoşa tikiş maşını “FY33016” 1 ədəd; 28) Qoşa tikiş maşını “Yamata” 1 ədəd; 29) Soyuducu 1 ədəd; 30) Su aparatı 1 ədəd; 31) Ehtiyyat hissələri üçün siyirma qablar 40 ədəd; 32) Sap yığmaq üçün vitrinlər (naxışda) 3 ədəd; 33) Ofis mebel dəsti+kreslo 1 dəst; 34) Kompyuter+stol+kreslo 1 dəst avadanlıqların alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinin 19.04.2021-ci il tarixli məhkəmə iclasında icraata götürülməsi qərara alınmışdır. İlk iddia üzrə Cavabdeh 08.05.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə qarşılıqlı iddia ərizəsinə düzəliş edilməsi barədə müraciət edərək, bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 381042 (üç yüz səksən bir qırx iki min) manat borcun və vurulmuş ziyanın Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddiaya qarşı 26.03.2021-ci il tarixdə qarşılıqlı iddia vermişdir. Həmin iddia ərizəsinin 3-cü səhifəsinin 2-ci abzasında 6-cı cümlə aşağıdakı kimi verilmişdir. “Beləliklə cavabdehdən alınıb mənə veriləcək məbləğ 16000+500+22207+16068=59275 manat təşkil edir”. Bu cümlədə 16000 + sözündən sonra 500 rəqəmi 5000 kimi oxunmalıdır. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. İlk iddia üzrə Cavabdeh 29 iyun 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus avadanlıqlardan istifadə etməklə 2 ay ərzində 32 000 manat gəlir əldə etməklə və bu gəlirin yarısı 16 000 manatın alınıb verilməsi ilə əlaqədar tələbindən imtina etmişdir. (Məhkəmə iclasında bu ərizənin iddia tələbinin həcminin azaldılması kimi qiymət verilməsini xahiş etmişdir) İlk iddia üzrə Cavabdeh 10.09.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, bildirmişdir ki, qarşılıqlı iddia ərizəsində 381042 (üç yüz səksən bir qırx iki min) manat pulun Cavabdeh alınıb İddiaçı verilməsi barədə ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunaraq İddiaçı 48275 (qırx səkkiz min iki yüz yetmiş beş) manat pulun alınıb Cavabdeh ödənilməsi və aşağıdakı siyahıda göstərilmiş 34 (otuz dörd) adda avdanlığın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddia həcmini azaltmış, lakin hazırda iddia həcmini artırmaq məcburiyyətindədir. Belə ki, qarşılıqlı iddia verərkən şəkillərini iddia ərizəsinə əlavə etdiyi avadanlıqlar unudulub. İddianı təmin etmə tədbiri barədə qərardad icra edilərkən avadanlıqlar yerində idi. Feya adlanan 4 başlı naxış avadanlığını Bursa şəhərindən 2020-ci ildə 4500 ABŞ dollarına, yəni 9400 manata almışdır. Bu avadanlığa cavabdehin 1800 manatı sərf olunub. Qalan 7600 manat onun şəxsi vəsaitidir. Digər avadanlıq “özbilim adlanır”. Sadə dildə biyə kəsən aparat adlanır. Qiyməti 5100 manatdır. 2017-ci ildə birgə fəaliyyətə başlayarkən aparıb sexdə quraşdırmışdır. Hazırda cavabdehin obyektindədir. İki avadanlığa görə 7600+5100=12700 manat Həsən Şahverdiyevdən alınıb ona ödənilməlidir. Birgə vəsaiti hesabına alınmış 32213 manatlıq avadanlığın yarısı 16107 manat və iki avadanlıq üzrə 12700 manat, cəmi 28807 manat pulun cavabdeh İddiaçı alıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 381042 (üç yüz səksən bir qırx iki min) manat borcun və vurulmuş ziyanın Cavabdehn alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Verilən iddianın nə hüquqi, nə də faktiki əsası var. 2017-ci ilin oktyabr ayından başlayaraq İddiaçıla bundan sonra (iddiaçı-cavabdeh) uşaq geyim paltarları istehsalı barədə qarşılıqlı razılığa gələrək birgə fəaliyyətə başlamışlar. Qarşılıqlı razılaşmaya əsasən vəzifə bölgüsü aparmışlar. Mühasibatlıq, təhcizat, nəqliyyat, gömrük və vergi işlərini iddiaçı-cavabdeh, istehsal və satış işini isə özü icra etməli idi. Əldə olunacaq gəlirin bərabər bölüşdürüləcəyi və əsas vəsaitin hissə-hissə qaytarılacağını da planlaşdırmışdılar. Eyni zamanda razılığa gəldilər ki, mənfəət bölüşdürülməsin və istehsalın genişləndirilməsinə sərf edilsin. Razılaşmaya əsasən əldə olunan mənfəətdən hər ay Cavabdeh 2500-3000 manat götürməli idi. Qarşılıqlı razılışmaya əsasən ona məxsus olan avadanlıqları iddiaçıcavabdehin istifadəsində olan obyektdə quraşdırdı və cavabdehin verdiyi 381042 manatlıq mal-material alındı. Mal-materialın alışı hissə-hissə həyata keçirilirdi. Yəni xammal üçün sərf olunan 381042 manat hissə-hissə verilib. Bu səbəbdən də cavabdehin ona borc verməsini iddia etməsi reallıqdan uzaqdır. İşlərin yaxşı getməsinə rəğmən aralarında müəyyən narazılıqlar yarandı. Cavabdeh razılaşmanın şərtlərini pozaraq əldə olunmuş vəsaitdən istifadə edirdi. Hansı ki, razılaşmada vəsaitdən istifadə olunması nəzərdə tutlmamışdı. Mühasibatlıq ona məlumat vermirdi. Verdiyi pullar yalnız öz dəftərində qeyd olunurdu. Bu səbəbdən də Əbülfəz Seyidov adlı tanışından xahiş etdi ki, o da mühasibatlıq aparsın. Bu iddiaçı-cavabdehin kəskin narazılığı ilə qarşılandı. Ona bildirdi ki, pul onundur və ona heç kim nəzarət edə bilməz. Əlbəttə ki, bu birgə fəaliyyətin prinsiplərinə zidd idi. Yaranmış narazılıqları aradan qaldırmaq məqsədi ilə birgə audit aparıldı və qərara alındı ki, 12-15 ay ərzində mübahisələrə son qoyulsun. Yuxarıda göstərilənləri nəzərə olaraq, istehsalçı sərmayəçi qarşısında aşağıdakı öhdəçiliyi (söz verməni) öz üzərinə götürürmüşdür: istehsalçı sərmayəçinin 01.09.2020-ci il tarixə olan sərmayəsinin bir həssəsini yəni 352.182 (üç yüz əlli iki min bir yüz səksən iki) manat vəsaiti 12-15 (on iki-on beş) ay ərzində hər ay 25.000-30.000 (iyirmi beş-otuz min) manat şərti ilə qaytarsın; 01.09.2020-ci il tarixə qalan 100.535 (bir yüz min beş yüz otuz beş) manat vəsaiti və 12-15 (on iki-on beş) ayda yaranan yeni mənfəətlə birlikdə sonradan razılaşma protokolu tərtib etməklə qaytarsın; sərmayənin qaytarılacağı 12-15 (on iki-on beş) ay ərzində istehsal olunan bütün mallar, hazır mal anbara təhvil verildikdən sonra satışı həyata keçirsin; sərmayənin qaytarılacağı 12-15 (on iki-on beş) ay ərzində alıcılardan alınmış pul vəsaiti kassaya təhvil verildikdən sonra təyinatı üzrə xərclənməsi həyata keçirsin; qeyri iş günlərində heç bir mal satışı və kassa əməliyyatı aparıla bilməz. Narazılıqların 12-15 ay ərzində sonlanması ona görə nəzərdə tutulurdu ki, istehsal olunmuş məhsul realizə edilə bilsin. Lakin cavabdeh 16.09.2020-ci il tarixli öhdəçilik protokolunun şərtlərini pozaraq 04.02.2021-ci ildə birgə fəaliyyəti dayandıraraq onu iş yerindən məcburi surətdə qovdu və sözü gedən öhdəçilik protokolunun şərtlərinin icrasını qeyri mümkün etdi və təbii ki, bunun məsuliyyəti cavabdehin üzərinə düşür. Obyektdən məcburi qaydada çıxarıldığı barədə sübutları məhkəməyə təqdim edəcək. 16.09.2020-ci il tarixli öhdəçilik protokolundan da görünür ki, iddiaçı-cavabdehin sərmayə qoyduğu 352182 manat mal-materiala sərf olunub. Bu mal-materialın, yəni hazır məhsulun pula çevrilməsi üçün ən azı 12-15 ay vaxt gərəkdir. Bu məqsədlə də sərmayəçi (iddiaçı-cavabdeh) öhdəlik götürmüşdür ki, istehsalçının işinə müdaxilə etməyəcək və sərmayənin qaytarılması üçün optimal şərait yaradacaq. Öhdəliyin şərtlərini pozduğuna görə hazır məhsuldan əldə olunacaq 352182 manat sərmayənin və 100535 manat mənfəətin, cəmi 452717 manatın qaytarılmasına Cavabdeh məsuliyyət daşımır. 15.09.2020-ci il tarixli nəticə protokolu ilə müəyyən olunub ki, yoxlamalar nəticəsində aşkarlanan mal- materialın dəyəri 440392.4 manatdır. Eyni zamanda müəyyən olunub ki, alınan avadanlıqlara 32213 manat sərf olunub. Yəni ümumilikdə mal-materiala avadanlıqla birlikdə 440392.4+32213= 472605.4 manat təşkil edir. 100535 manat mənfəətin əldə olunması üçün yuxarıda göstərilən malmaterialın realizəsi lazımdır. Başqa sözlə 100535 manat mənfəət 472605.4 manatın tərkibindədir. Nəzərə alsa ki, ilkin iddia üzrə tələb olunan məbləğ 381042 manatdır, onda iddiaçı-cavabdehin ona hazır-mal məhsuldan 91563.4 manat borcu yaranır. Göründüyü kimi ilkin iddia üzrə tələb tərəflər arasındakı 15.09.2020-ci il tarixli nəticə protokoluna və 16.09.2020-ci il tarixli öhdəçilik protokoluna ziddir. Cavabdeh hazırda ona məxsus avadanlıqları istismar edərək mal istehsal edər və qazanc əldə edir. Ona məxsus avadanlıqlardan istifadə etməklə ayda 16000 manat, iki ayda 32000 manat gəlir əldə edib ki, bunun da yarısı, yəni 16000 manatı ona verilməlidir. Avadanlıqların köhnəlmə dərəcəsinə görə isə hər ay 2500 manat olmaqla, iki ay üçün 5000 manat ödəməlidir. 16.09.2020-cici il tarixli öhdəçilik protokolunun məzmunundan da görünür ki, 2018-2020-ci illərdə alınmış 32136 manat dəyərində avadanlıqlar (protokola əlavə edilmiş 1 saylı əlavədə göstərilən avadanlıqlar) cavabdehlə onun müştərək vəsaitidir. Yəni, 32136:2=16068 manat cavabdehdən alınıb ona ödənilməlidir. İlkin iddia ərizəsinin 2-ci vərəqinin 3-cü abzasında göstərilir ki, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayınadək yeni yaranan mənfəətdən iddiaçıya 22207 manat pay düşür. Eyni müddəa ona münasibətdə də keçərlidir. Yəni eyni məbləğdə mənfəət də Cavabdeh almalıdır. Beləliklə, cavabdehdən alınıb ona veriləcək məbləğ 16000+500+22207+16068=59275 manat təşkil edir. Lakin 22207 manat yeni yaranan mənfəətin yarısını Cavabdeh hissə-hissə aldığına görə ona çatacaq mənfəət 11100 manat təşkil edir. Bu səbəbdən də cavabdehdən tələb etdiyi məbləğ 59275-11100=48275 (qırx səkkiz min iki yüz yetmiş beş) manatdır. Nəticə protokollara əlavə edilmiş avadanlıqların dəyəri 32213 manatdır və bu onların birgə mülkiyyətidir. Öhdəçilik protokoluna əlavə edilmiş 2 saylı əlavədə Cavabdeh məxsus avadanlıqların siyasi göstərilib və həmin avadanlıqlar iddiaçı-cavabdehdən alınıb ona verilməlidir. Sübutlara məcmu halında qiymət verdikdə görürük ki, birgə fəaliyyət nəticəsində iddiaçı-cavabdehə heç bir ziyan dəyməyib. İddiaçı-cavabdeh birgə fəaliyyət nəticəsində nə qədər vergi ödəməsi barədə sübut təqdim etməmişdir. Yəni, zərərin hesablanması ödənilən vergiyə əsasən hesablanmalıdır. Birgə fəaliyyətin vergi üzrə öhdəlikləri iddiaçı-cavabdehin öhdəliyinə aid olmuşdur. Başqa bir məqam ondan ibarətdir ki, tərəflər birgə fəaliyyət nəticəsində əldə olunacaq mənfəətin yarı bölünəcəyi barədə razılıq əldə etdikləri halda zərərə görə məsuliyyəti müəyyən etməyiblər. Yəni hansı prizmadan yanaşırıq-yanaşaq birgə fəaliyyət nəticəsində iddiaçı-cavabdehə ziyan dəyməmişdir. İddiaçı-cavabdeh iddiasının hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 428.4,443.1,443.2,21.1,21.2 maddələrinin mübahisəyə aidiyyəti yoxdur. Birgə fəaliyyət tərəflərin şifahi razılaşmasına əsaslanmış, 19.09.2020-ci ildə isə öhdəçilik protokolu imzalamışlar ki, həmin protokol tərəflər üçün öhdəliklər müəyyən etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbi ilə eyni məzmunlu izahat verib, qarşılıqlı iddia tələbinin rədd edilməsini, ilkin iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili Vəkil2 iddia tələbi ilə eyni məzmunlu izahat verib, məhkəmə çıxışı təqdim edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın şərikli avadanlığın 16 107 manata dair hissəsinin və 32136 manat dəyərində siyahıya alınmış avadanlığın, Feya və Özbilin avadanlıqlarının qaytarılması hissəsinin təmin olunmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 381042 (üç yüz səksən bir qırx iki min) manat borcun və vurulmuş ziyanın Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddiaya qarşı 26.03.2021-ci il tarixdə qarşılıqlı iddia vermişlər. 17.06.2021-ci ildə məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilən şahid Əhməd Məmişov ziddiyyətli ifadə verərək onun 11000 manat məbləğində pulu Türkiyə Respublikasına mal almaq üçün göndərdiyimi və həmin pula 270-280 manat dəyərində rəng alındığını göstərmişdir. Əhməd Məmişovun ifadəsi realığı əks etdirmir. 11 000 manata alınmış mallar BTC TRANS nəqliyyat şirkəti vasitəsi ilə 001922 saylı 16.02.2021-ci il tarixli, 001912 saylı, 04.02.2021-ci il tarixli və 001902 saylı, 01.02.2021-ci il tarixli qaimələrlə İddiaçı nümayəndəsi Cavanşir Məmmədova təhvil verilmişdir. Mal göndərən şirkətdə iddiaçının 500 ABŞ dollar pulu qalmışdır. İddiaçının nümayəndələri mal göndərənlə telefon əlaqəsi saxlayaraq 500 dolların onda qalmasını dəqiqləşdirmişlər. Mal göndərən istənilən vaxt pulu və ya pulun dəyərində mal göndərəcəyini bildirmişdir. Eyni zamanda 500 ABŞ dolları həcmində maşın mexanizm üçün ehtiyyat hissələrini və istehsalatda işlənilən aksesuarları özümlə gətirərək anbarda çalışan Zaur Rəhimova təhvil vermişdir. İddiaçı iddia həcmini azaldarkən 11 000 manatlıq malın anbarlarına mədaxil edilməsini nəzərə almamışdır. 17.06.2021-ci ildə məhkəmə iclasında iştirak etmədiyi üçün şahid Əhməd Məmişovun qərəzli ifadəsinə münasibət bildirmək imkanı olmamışdır. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, o, Abdulla müəllimin işçisi kimi işləmişdir. Belə ki, onu həmin qeyri-yaşayış sahəsinə işçi kimi Abdulla müəllim götürmüşdür. O, 4 fevral tarixinə qədər həmin obyektdə işləmişdir. Belə ki, 4 fevral tarixində Həsən müəllim onları həmin obyektdən çıxarmışdır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, onu işə Abdulla müəllim götürmüşdür. Həsən müəllimi sadəcə bir və ya iki dəfə görmüşdür. 4 fevral tarixində Həsən müəllim işlədiyi obyektə gələrək onlara qışqırmış və onları obyektdən qovmuşdur. O, Abdulla müəllim tərəfindən işə qəbul edilmiş və onunla aralarında əmək müqaviləsi bağlanmamışdır. Abdulla müəllim və Həsən müəllim arasında razılaşma olub-olmaması barədə onun hər hansı bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirmişdir ki, Abdulla müəllim onun müdiri olmuşdur. O, 2017-ci ildən 2020-ci ilə qədər Abdulla müəllim ilə birlikdə işləmişdir. O, həmin obyektdə məhsul satışı ilə məşğul olur. Həmçinin, o, Həsən müəllimdən çox Abdulla müəllimlə işləmişdir. Mallar alıcılara nağd şəkildə də, nisyə şəklində də verilirdi. O, verilən suallara cavab olaraq bildirmişdir ki, malları Abdulla müəllimin nümayəndəsi kimi tanıdığı Zaur müəllimə təqdim edirdi. O, əvvəllər də Sədərək Ticarət Mərkəzində işləmiş, ancaq 4 fevral tarixindən işləmir. O, Həsən müəllimi sadəcə bir dəfə görmüşdür. Çünki o, Həsən müəllim ilə birlikdə işləməmişdir. Sadəcə mallara baxmaq üçün gedərkən Həsən müəllim də orda idi. 30000 manat dəyərində yay malı və 50000 manat dəyərində qış malı qalmışdır. Həsən müəllimin nümayəndəsi Zaur adlı şəxsdir. O, malları Zaura göndərmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, o, əvvəllər Abdulla müəllimin yanında nəzarətçi kimi işləmişdir. O, 4 fevral tarixində işçilərə icazə verilmədiyi bildirilərək işdən çıxarmışdı. Hətta onlara avadanlıqlarını götürməyə belə icazə verilməmişdi. O, verilən suallara cavab olaraq bildirmişdir ki, həmin gün onların fəaliyyyəti dayandırılmışdır. 16 sentyabr tarixində protokolu Abdulla müəllimin nümayəndəsi kimi imzalamışdır. Öhdəçilik protokolu imzalandığı zaman mallar üç anbarda yerləşdirilmişdi. Belə ki, hazır olan mallar və hazır olmayan mallar ayrılmışdır. 2020-ci ilin may ayının sonlarında mallar yoxlanılmışdır. Malların bəziləri müştərilərdə, digər mallar isə anbarda idi. Abdulla müəllim bu malları pula çevirmək istəyirdi. Lakin fevral ayında iş dayandırıldı və bunu etmək mümkün olmadı. Nəticə protokolundakı imzanın və mobil nömrənin ona məxsus olduğunu təsdiq edir. Zaur müəllimə onun tərəfindən bir neçə sms göndərilmişdir. Hansı sms-i nəzərdə tutulduğunu deyə bilmir. Mart ayında sms göndərdiyini tədiqləyə bilər. O, malların siyahıya alınmasına nəzarət edir. O, həmin obyektdə rəsmi qaydada nəzarətçi kimi işləmişdir. Akt tərtib edildikdən sonra 350000 manat məbləğində olan sərmayənin 100000 manat məbləğindəki hissəsi qaytarılmış, qalan 250000 manat isə qalmışdır. Mallar anbardar tərəfindən verilirdi. Anbardar olmayanda isə Abdulla müəllim tərəfindən verilirdi. Onlar Abdulla müəllim qarşısında məsuliyyət daşıyırdı. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, o, Həsən ilə uzun müddətdir ki, tanışdırlar. 2020-ci ilin iyun ayında Həsən ona 350000 manat məbləğində sərmayəni 3 ildən çoxdur ki, başqa şəxsə verdiyini bildirdi və ondan birlikdə sayım aparmağı xahiş etdi. Qiymətləndirilmənin isə Abdulla müəllim tərəfindən aparılacağını bildirdi. Həsən sərmayənin qaytarılmasını və istehsal prosedurunun davam etdirilməsini xahiş edirdi. Abdulla müəllimə onun tərəfindən dəfələrlə xəbərdarlıq edilmişdir. 2020-ci ilin dekabr ayından 2021-ci ilin yanvar ayınadək sərmayələr qaytarılmırdı. Abdulla müəllim xəbər vermədən 11000 manat dəyərində Türkiyədən mal gətirilməsi barədə sifariş vermişdir. Abdulla müəllim dəfələrlə tələbləri pozmuşdur. Abdulla müəllimin işi atıb getməsinin səbəbi sərmayənin qaytarılmaması və Türkiyədən mal sifariş edilməsi idi. Həmin dövrdə Türkiyədən mal vurulmasına ehtiyac yox idi. O, verilən suallara cavab olaraq bildirmişdir ki, hazır məhsullar anbara daxil olmalıdır. Bəzi hallarda Abdulla müəllim malları anbara daxil etmədən sexdən birbaşa müştərilərə göndərirdi. Abdulla müəllim pulu öz hesabında saxlayırdı. Kimlərə hansı məbləğdə pul verildiyini yalnız Abdulla müəllim bilirdi. Nəticə protokolunda 350000 manatlıq malın olduğu təsdiqlənmişdir. Fevral ayında iş dayandırılmışdır. Abdulla müəllim bir çox parça malı kəsib yarım fabrikat şəklində saxlayıb ki, işdən çıxarılmasın. Daha sonra isə özü acıq edərək getmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, çıxışlarını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, ilkin və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 sentyabr 2020-ci il tarixli Cavabdeh, Əhməd Məmişov, Zaur Rəhimov, Anar Heydərov və Məqsəd Abdullayev tərəfindən imzalanmış nəticə protokolundan görünür ki, 11-12.07.2020-ci il tarixə uşaq geyimləri sexində, anbarında və 6 sentyabr 2020-ci il tarixdə Sədərək bazarındakı mağazada aparılmış yoxlamaların materialları əsasında tərtib edilir. 12.07.2020-ci il tarixə qoyulmuş sərmayənin miqdarı: 392 182 manat. Qalıq sərmayə: 352 182 manat. Oktyabr 2017-ci ildən-01 sentyabr 2020-ci ilədək (35 ayda əldə olunan mənfəətdən sərmayəçiyə çatan pay: (201.070 :2) 100.535 manat. 01.09.2020-ci il tarixə sərmayəçinin sərmayəsi və mənfəətdən çatan payla birlikdə cəmi vəsaiti (352 182 +100 535) 452.717 manat. Yoxlamalar nəticəsində aşkarlanan malmaterialın dəyəri: 440 395.4 manat, 2018-2019-cu illərdə alınan avadanlıqların dəyəri: 32 213 manat, Beləliklə müəyyən edildi ki, sərmayəçiyə məxsus olan vəsaitdən 12321.6 (iki min iki yüz bir manat 60 qəpik) manat (452 717-440 395.4) kəsir gəlmişdir. Bu vəsait çatışmazlığına 26.11.2019-cu ildə aparılan audit yoxlaması zamanı Sədərək bazarındakı mağazada aşkarlanan 48762 manat satış dəyəri (36084 manat mayə dəyəri ilə) kəsirgəlmə və 06.09.2020-ci il tarixdə həmin mağazada aparılan yoxlama zamanı aşkalanan 5738 manat satış dəyəri (4246.1 manat maya dəyəri ilə) əlavə kəsirgəlmə səbəb olmuşdur. İddiaçı, Əhməd Məmişov, Cavabdeh və Əbülfəz Seyidov tərəfindən imzalanmış 16 sentyabr 2020-ci il tarixli öhdəçilik (sözvermə) protokolundan görünür ki, 2017-ci ilin oktyabr ayında başlanan uşaq geyimlərinin tikilişi və satışı işinə qoyulmuş sərmayə aşağıda göstərilən vaxtlarda bu miqdarda olmuşdur. Oktyabr 2017-ci ildən iyul 2018-ci ilədək 266.000 (İki yüz altmış altı min) manat (276.000 manat qoyulmuş sərmayədən 10.000 manatı lazer aparatı alınmasına xərclənmiş 266.000 manat sərmayə kimi qalmışdır); Sentyabr 2018-ci ildə 39.300 (otuz doqquz min üç yüz) manat; Noyabr 2018-ci ildə 77.521 (yetmiş yeddi min beş yüz iyirmi bir) manatlıq xammal Türkiyədən alınaraq gətirilmiş, 2 (iki) ay ərzində 66.939 (altmış altı min doqquz yüz otuz doqquz) manat ödənilmiş, 10.582 (on min beş yüz səksən iki) manatı sərmayə kimi qalmışdır; Fevral 2019-cu ildə 117.600 (bir yüz on yeddi min altı yüz) manatlıq xammal Türkiyədən alınaraq gətirilmiş, həmin ilin iyun,iyul,avqust aylarında 61.300 (altmış bir min üç yüz) manat qaytarılıb, 56.300 (əlli altı min üç yüz) manatı sərmayə kimi qalıb; 2018-ci və 2019-cu ilin müxtəlif aylarında kommunal xərclər, vergi xərcləri, əldə vəsaitin olmadığı səbəbindən sərmayəçitərəfindən ödənilmiş 60.919 (altmış min doqquz yüz on doqquz) manat, sonradan 11.700 (on bir min yeddi yüz) manatı qaytarılmış, 49.219 (qırx doqquz min iki yüz on doqquz) manat borc qalmışdır. Sərmayəçi həmin 49 219 manat vəsaitdən 29 219 (iyirmi doqquz min iki yüz on doqqıız) manatını öz zərarı hesabına silir və yerdə qalan 20 000 manat sərmayənin miqdarına daxil edir. Beləliklə, cəmi 266.000 (iki yüz altmış altı min) + 39.300 (otuz doqquz, min üç yüz) + 10.582 (on min beş yüz səksən iki) + 56.300 ;əlli altı min üç yüz)+ 20.000 (iyirmi min) - 392.182 (üç yüz doxsan iki min bir yüz səksən iki) manat sırf sərmayə kimi qoyulmuşdur. Aylar üzrə hesablanmış mənfəət hesabatlarına əsasən 35 (otuz, beş) ay ərzində, yəni, 2017-ci ilin oktyabr ayından 2020-ci ilin avqust ayınadək (avqust ayı da daxildir) ümumi qazanc 201.070 (iki yüz bir min yetmiş) manat olmuşdur ki, bunun da yarısı sərmayəçiyə, yarısı isə istehsalçıya, yəni, Abdullaya çatmalıdır. Bu qazancdan sərmayəçiyə pul verilməyib. Abdulla isə 101.118,6 (bir yüz bir min on səkkiz tam onda altı) manat götürüb. Yəni qazancdan əlavə 583(beş yüz səksən üç) manat da sərmayəçidən borc kimi götürüb. Beləliklə 100.535 (bir yüz min beş yüz otuz beş) manat mənfəət hesabı ilə birlikdə sərmayəçinin ümumi vəsaiti 492.717 (dörd yüz doxsan iki min yeddi yüz on yeddi) manat olmuşdur. 2020-ci ilin iyun ayında sərmayəçiyə 20.000 (iyirmi min) manat, iyul ayında 20.000 (iyirmi min) manat sərmayə kimi verilib. Bütün bunları nəzərə alanda, sərmayəçinin ümumi sərmayəsinin miqdarı 01.09.2020-ci il tarixinə 392.182-40.000+100.535= 452.717(dörd yüz əlli iki min yeddi yüz on yeddi) manat təşkil edir. Sərmayəçinin nümayəndəsi ilə Abdullanın son görüşündə belə qərar alındı ki, birgə işə son qoyulsun, ona görə ki, bu qədər qoyulan sərmayənin bir ayda gətirdiyi gəlir demək olar ki, yoxdur, Belə ki, 100.535 (bir yüz min beş yüz otuz beş) manatı 35(otuz beş) aya böləndə aya2.870 (iki min səkkiz yüz yetmiş) manat düşür, bu da istehsalat üçün ayrılmış işçi sahənin ,işə ' lazım olan anbarların və istehsalata verilmiş avadanlıqların aylıq icarə haqqı ən azı 3.000 (üç min) manat hesablanmalıdır. Onda belə alınır ki, qoyulan sərmayə sadəcə gəlirsiz bir vəziyyətdə qalaraq aydan-aya qiymətdən düşmüş, sezonu keçmiş uşaq geyimi qalığına çevrilir. Bütün bunları nəzərə alaraq son qərar belə olur: Sərmayəçinin 01.09.2020-ci il tarixə olan 452.717(dörd yüz əlli iki min yeddi yüz on yeddi) manat sərmayəsindən 352.182 (üç yüz əlli iki min bir yüz səksən iki) manat qısa vaxt ərzində, yəni 12-15 (on iki-on beş) ay ərzində hər ay 25.000-30.000 (iyirmi beş min-otuz min) manat qaytarılır, qalan 100.535 (bir yüz min beş yüz otuz beş) manat vəsait və 12-15 (on iki-on beş) ay ərzində yeni yaranan mənfəətlə birlikdə, sonrakı işinin təşkili üçün istehsalçı Abdullaya öz yeni işinə başlaması üçün verilir. Sərmayənin qaytarılacağı 12-15 (on iki-on beş) ay ərzində satışın həcmindən asılı olaraq kassada əlavə pul vəsaiti yaranarsa qarşılıqlı razılaşma əsasında həmin vəsait də sərmayənin qaytarılmasına yönəldilsin. Abdulla sərbəst işə başlayanda sərmayəçinin qalan 100.535 (bir yüz min beş yüz otuz beş) manat əvvəlki vəsaiti və 12-15 (on iki-on beş) ayda yaranmış yeni mənfəətlə birlikdə qaytarılması həmin vaxt yenidən razılaşdırılmaqla həyata keçiriləcəkdir. Sərmayənin qaytarılacağı 12-15 (on iki-on beş) ay ərzində alıcılardan alınmış pul vəsaiti kassaya təhvil verilməlidir. İstehsalata, əmək haqqına lazım olan pul bir gün əvvəlcədən kassaya yazılı şəkildə bildirilir (tələbnamə formasında), razılaşdırıldıqdan sonra kassadan götürülərək lazimi işlərə xərclənə bilər. Abdullanın özü isə öz xərci üçün hər ay 3.000 (üç min) manat götürə bilər. Bu müddət ərzində Türkiyədən alınacaq xammal sərmayəçi ilə əvvəlcədən razılaşdırılır və onun bilavaistə iştirakı ilə Bakıya gətirilməsi təşkil olunur. Bu dövrdə vergilər, kommunal xərclər, əmək haqqları vaxtlı vaxtında ödənilməlidir. Bu dövrdə əsaslı səbəb olmadan heç bir tikiş maşını və avadanlıq alınmır. 2018-2020-ci illərdə alınmış adları, miqdarı və qiyməti bu protokolun 1 saylı əlavəsində olduğu kimi 32.213 (otuz iki min iki yüz on üç) manat dəyərindəki avadanlıqlar sərmayəçi və istehsalçının müştərək vəsaitidir.Birgə işə başlama zaman istehsalçıya və sərmayəçiyə aid olan avadanlıqların adlı siyahısı protokolun 2 saylı əlavəsində göstərilmişdir. Yuxarıda göstərilənləri nəzərə olaraq istehsalçı sərmayəçi qarşısında aşağıdakı öhtəçiliyi (söz verməni) öz üzərinə götürür: istehsalçı sərmayəçinin 01.09.2020-ci il tarixə olan sərmayəsinin bir lıəssəsini yəni 352.182 (üç yüz əlli iki min bir yüz səksən iki) manat vəsaiti 12-15 (on iki-on beş) ay ərzində hər ay 25.000-30.000 (iyirmi beş-otuz min) manat şərti ilə qaytarsın; 01.09.2020-ci il tarixə qalan 100.535 (bir yüz min beş yüz otuz beş) manat vəsaiti və 12-15 (on iki-on beş) ayda yaranan yeni mənfəətlə birlikdə sonradan razılaşma protokolu tərtib etməklə qaytarsın; Sərmayənin qaytarılacağı 12-15 (on iki-on beş) ay ərzində istehsal olunan bütün mallar, hazır mal anbara təhvil verildikdən sonra satışı həyata keçirsin; Sərmayənin qaytarılacağı 12-15 (on iki-on beş) ay ərzində alıcılardan alımmış pul vəsaiti kassaya təhvil verildikdən sonra təyinatı üzrə xərclənməsi həyata keçirsin; Qeyri-iş günlərində heç bir mal satışı və kassa əməliyyatı aparıla bilməz. Sərmayəçi öhdəsinə götürür ki, sərmayənin qaytarılacağı müddətdə istehsalın səmərəli davam edtirilməsiııə optimal şərait yaradacaq, öhdəçilik protokolunda göstərilən hallar istisina olmaqla istehsalçının işinə müdaxilə etməyəcək. Həmçinin, sərmayənin bir hissəsini yəni 352.182 (üç yüz əlli iki min bir yüz səksən iki) manatı vaxtında qaytarılarsa birgə işə son verilən zaman istchsalçıyə məxsus adları və sayı öhdəçilik protokolunun 2 saylı əlavəsində göstərilən avadanlıqları, birgə iş dövrü alınmış avadanlıqlardan istehsalçıya çatan payı və sərmayənin qaytarıldığı dövrdə yaranan mənfəətdən istehsalçıya çatan payı mal-material şəkillində onun özünə qaytaracaq. Əsaslı səbəblər olmadan 352.182 (üç yüz əlli iki min bir yüz səksən iki) manat məbləğində sərmayənin qaytarılması aylar üzrə nəzərdə tutulan miqdara uyğun olaraq qaytarılmadan birgə işə xitam verilərsə onda istehsalçıya ancaq 2 saylı əlavədə göstərilən öz maşın və avadanlıqları qaytarılacaqdır. Qeyd: Sərmayəçi öhdəsinə götürür ki qoyulmuş sərmayənin hesabına alınmuş 10.000 (on min) manat dəyərindəki lazer aparatını birgə işin sonunda həmin dövrə uyğun qiymətləndirərək lazım gələrsə istehalçıya verə bilər. Öhdəçilik (sözvermə) protokolu iki nüsxədən ibarət tərtib edilir. Nüsxənin biri sərmayəçinin nümayəndəsində, digəri isə istehsalçıda saxlanılır. Tərəflər yuxanda yazılan bütün şərtləri qəbul edərək, bu öhdəçiliyin yerinə yetirilməsinə söz verir və bunun üçün də bu öhdəçiliyi öz imzalan ilə təsdiq edirlər. 16 sentyabr 2020-ci il tarixli öhdəçilik protokoluna Əlavə N1-dən görünür ki, 2018- 2019-cu illərdə sex üçün alınmış avadanlıqlar: hər biri 1 ədəd olmaqla, ütü press (naxışda), cəryan nizamlayıcısı (naxşıda), sap sarışma makinası (naxışda), lentalı kəsim makinası, knopka vuran aparat, bəzək vuran tikiş maşını, avtobus, printer “Canon”, kompyuter, stol, mebel dəsti, elektron sap kəsən qoşa tikiş, 302 ədəd basqı qəlibləri, 14 komplekt basqı stolu və qəlib ayaqları olmaqla cəmi 32 213 manat. 16 sentyabr 2020-ci il tarixli öhdəçilik protokoluna Əlavə N2-dən görünür ki, sərmayəçiyə aid olan maşın və mexanizmlər: qoşa tikiş maşın “Yamoto” 1 ədəd, “Brother” balta 2 ədəd, düz tikiş maşın “Cuki” 1 ədəd, Düz tikiş maşın (adsız) 1 ədəd, Overlok kıstırma “Cemsi” 4 ədəd, Qoşa tikiş maşını “Yamoto” 2 ədəd, Overlok rezin tikən “Şurubu” 1 ədəd, Rezin tikən maşın “Cemsi” 1 ədəd, lazer aparatı (naxışda) 1 ədəd. İstehsalçıya aid konveyerdə olan maşın və avadanlıqlar: kompressor (naxışda) 1 ədəd; 2) Sap sarıma makinəsi (naxışda) 1 ədəd; 3) Cərəyan nizamlayıcı (naxışda) 1 ədəd; 4) Basqı stolu və qəlib ayaqları-komplekt 12; 5) Basqı qəlibləri ədəd 163; 6) Tərəzi (150 kq) 1 ədəd; 7) 15 başlı naxış maşınları “Damei” ədəd; 8) Transfer basqı aparatı ədəd 9) Knopka vuran aparat ədəd; 10) Düymə tikən maşm “Broden” 1 ədəd; 11) Petlə açan maşın “Yamata” 1 ədəd; 12) Overlok “Mauzer” spesial 1 ədəd; 13) Overlok “Yamato M3” 1 ədəd; 14) Overlok “Yamato M4” 1 ədəd; 15) Overlok “İvar” ədəd 3; 16) Overlok “Reqosus” 1 ədəd; 17) Overlok “Yamato” ədəd 4; 18) Overlok Cemsi” 1 ədəd; 19) Overlok “Cuki” 2 ədəd; 20) Düz tikiş maşm “Brother” 1 ədəd; 21) Bəzək maşını “Renovn” 1 ədəd; 22) Rezin vuran maşm “Rimoli” 1 ədəd; 23) Kroşata 1 ədəd; 24) Q.tikiş maşm “Brother” 1 ədəd; 25) Q.tikiş maşm “Şurubu” 1 ədəd; 26) Q.tikiş maşm “Yamata” 1 ədəd; 27) Qoşa tikiş maşını “FY33016” 1 ədəd; 28) Qoşa tikiş maşını “Yamata” 1 ədəd; 29) Soyuducu 1 ədəd; 30) Su aparatı 1 ədəd; 31) Ehtiyyat hissələri üçün siyirma qablar 40 ədəd; 32) Sap yığmaq üçün vitrinlər (naxışda) 3 ədəd; 33) Ofis mebel dəsti+kreslo 1 dəst; 34) Kompyuter+stol+kreslo 1 dəst. 11-12.07.2020-ci il tarixə uşaq geyimlərinin istehsal və satışının mal-material, yarımfabrikat, hazır məhsul qalığı, debitor və kreditor borcları üzrə yoxlamanın nəticələrindən görünür ki, parçalar 184 237 manat; hazır mallar (satış qiymətilə-322 764,7 manat - kəsir 54 500, qalıq 268 264,7, maya dəyəri ilə 198515,8 ); aksesuarlar 24 313 manat; yarımfabrikat 19198 manat; kleyevoy 2770 manat; naxış-basqı sexində mallar 15196,6 manat; kassada qalıq pul 38 manat olmaqla, cəmi 444 267,4 manat, kreditor borcu 3872 manat, qalıq məbləğ 440 395,4 manat (444 267,4 - 3872). İddiaçı, Əhməd Məmişov, Rəhimov Zaur və Ağahüseynov Akif tərəfindən imzalanmış və təsdiq edilmiş 08 fevral 2021-ci il tarixli aktdan görünür ki, bu aktı tərtib edirlər ondan ötəri ki, uşaq geyimləri sexinin istehsalatçısı Cavabdeh 04 fevral 2021-ci il tarixindən sexdə işi dayandıraraq iş yerindən çıxıb getdiyindən uşaq geyim sexində və anbarlarında olan xammal və materiallar, kəsilmiş parçalar, hazır məhsullar və aksesuarlar sayılan və çəkilən zaman anbarlarda və sexdə 165532 manat dəyərində hazır məhsul, parça materialı, kəsilmiş parça və aksesuarlar olduğu müəyyən edilmişdir. Anbarlarda və istehsal sexində olan hazır məhsulların adları, paket sayları və qiymətləri: cəmi paket sayı 14392 ədəd, hazır malların cəmi dəyəri 96318 manat. İddiaçı, Əhməd Məmişov, Cavabdeh və Əbülfəz Seyidov tərəfindən imzalanmış və təsdiq edilmiş 17 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, bu aktı tərtib edirlər ondan ötəri ki, Sərmayəçi və İstehsalçı arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli Öhdəçilik (sözvermə) protokolunda göstərilən sərmayənin qaytarılması qrafikinə uyğun olaraq İstehsalçı 2020-ci ilin avqust ayı üçün 17 sentyabr 2020-ci il tarixdə 10.220 (on min bir yüz iyirmi) manat yerinə yetirilmiş işin dəyəri şəklində vəsaiti sərmayə hesabından qaytararaq Sərmayəçinin nümayəndəsinə təhvil verdi. Qeyd: Qısa müddətdə (12-15 aya) qaytarılması nəzərədə tutulan sərmayənin dəyəri: 352 182 manat. 2020-ci ilin avqust ayı üçün ödənildi: 10 120 manat, o cümlədən nağd şəkildə o, görülmüş işin dəyəri şəklində 10 120 manat; qalıq: 342 062 manat. İddiaçı, Əhməd Məmişov, Cavabdeh və Əbülfəz Seyidov tərəfindən imzalanmış və təsdiq edilmiş 01 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, bu aktı tərtib edirlər ondan ötəri ki, Sərmayəçi və İstehsalçı arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli Öhdəçilik (sözvermə) protokolunda göstərilən sərmayənin qaytarılması qrafikinə uyğun olaraq İstehsalçı 2020-ci ilin sentyabr ayı üçün 3833 (üç min səkkiz yüz otuz üç) manat yerinə yetirilmiş işin dəyəri şəklində və 25 000 manat nağd şəkildə olmaqla, cəmi 28 833 (iyirmi səkkiz min səkkiz yüz otuz üç) manat vəsaiti sərmayə hesabından qaytararaq Sərmayəçinin nümayəndəsinə təhvil verdi. Qeyd: Qısa müddətdə (12-15 aya) qaytarılması nəzərədə tutulan sərmayənin dəyəri: 342 062 manat. 2020-ci ilin avqust və sentyabr ayı üçün ödənildi: 28 833manat, o cümlədən nağd şəkildə 25 000 manat, görülmüş işin dəyəri şəklində 3833 manat; qalıq: 313 229 manat. İddiaçı, Əhməd Məmişov, Cavabdeh və Əbülfəz Seyidov tərəfindən imzalanmış və təsdiq edilmiş 03 noyabr 2020-ci il tarixli aktdan görünür ki, bu aktı tərtib edirlər ondan ötəri ki, Sərmayəçi və İstehsalçı arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli Öhdəçilik (sözvermə) protokolunda göstərilən sərmayənin qaytarılması qrafikinə uyğun olaraq İstehsalçı 2020-ci ilin oktyabr ayı üçün 1683 (bir min altı yüz səksən üç) manat yerinə yetirilmiş işin dəyəri şəklində və 28 000 manat nağd şəkildə olmaqla, cəmi 29683 (iyirmi doqquz min altı yüz səksən üç) manat vəsaiti sərmayə hesabından qaytararaq Sərmayəçinin nümayəndəsinə təhvil verdi. Qeyd: Qısa müddətdə (12-15 aya) qaytarılması nəzərədə tutulan sərmayənin dəyəri: 01 oktyabr 2020-ci ilə qalıq dəyəri 313 229 manat. 2020-ci ilin oktyabr ayı üçün ödənildi: 29 683 manat, o cümlədən nağd şəkildə 28 000 manat, görülmüş işin dəyəri şəklində 1683 manat; 03 noyabr 2020-ci il tarixinə qalıq: 283 546 manat. İddiaçı, Əhməd Məmişov, Cavabdeh və Əbülfəz Seyidov tərəfindən imzalanmış və təsdiq edilmiş 03 dekabr 2020-ci il tarixli aktdan görünür ki, bu aktı tərtib edirlər ondan ötəri ki, Sərmayəçi və İstehsalçı arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli Öhdəçilik (sözvermə) protokolunda göstərilən sərmayənin qaytarılması qrafikinə uyğun olaraq İstehsalçı 2020-ci ilin noyabr ayı üçün 2246 (iki min iki yüz qırx altı) manat yerinə yetirilmiş işin dəyəri şəklində və 23 000 manat nağd şəkildə olmaqla, cəmi 25 246 (iyirmi beş min iki yüz qırx altı) manat vəsaiti sərmayə hesabından qaytararaq Sərmayəçinin nümayəndəsinə təhvil verdi. Qeyd: Qısa müddətdə (12-15 aya) qaytarılması nəzərədə tutulan sərmayənin dəyəri: 01 noyabr 2020-ci ilə qalıq dəyəri 283 546 manat. 2020-ci ilin noyabr ayı üçün ödənildi: 25 246 manat, o cümlədən nağd şəkildə 23 000 manat, görülmüş işin dəyəri şəklində 2246 manat; 03 dekabr 2020-ci il tarixinə qalıq: 258 300 manat. 08 iyun 2021-ci il tarixli Sədərək Firması tərəfindən verilmiş arayışdan görünür ki, “Zona-1, sıra-1, korpus-7-də yerləşən 160 saylı uşaq mağazası” 07.05.2021-ci il tarixli məktub daxil olan tarixədək Cavabdeh 07.11.2012-ci il tarixli, MİM/117-160-1477 saylı müqaviləyə əsasən istifadəsində olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 2017-ci ilin oktyabr ayından bəri birgə fəaliyyətə əsaslanan faktiki işgüzar münasibətlər olmuşdur. Tərəflər arasında olan şifahi razılığa əsasən onlar uşaq geyimlərinin tikilişi və satışı işini həyata keçirməyə başlamışlar. İşə başlamaq üçün kapital İddiaçı tərfindən qoyulmuş, Cavabdeh isə bu sahədə təcrübəli olduğu üçün işləri həyata keçirməyi və nəzarət etməyi öz üzərinə götürmüşdür. Daha sonra tərəflər arasında görülmüş işlər və əldə edilmiş gəlirin məbləği və bölünməsi ilə bağlı mübahisə yaranmışdır. Bu əsasla tərəflər 15 sentyabr 2020-ci l tarixində nəticə protokolu, 16 sentyabr 2020-ci il tarixində isə öhdəçilik protokolu imzalanmışdır. Qeyd edilənlərdən başqa öhdəçilik protokoluna Əlavə N1-də göstərilən 2017-2019-cu illərdə sex üçün alınmış avadanlıqların məbləği olan 32 213 manat məbləğində pul mübahisələndirilmir. Tərəflər məhkəmə çəkişməsi zamanı öz iddialarını bir neçə dəfə dəqiqləşdirmişdir. Yekun olaraq, eyni öhdəlik münasibətləri üzrə İddiaçı Cavabdeh 204403 manat məbləğində pulun alınaraq ona verilməsini, Cavabdeh isə İddiaçı 16 sentyabr 2020-ci il tarixli öhdəçilik protokoluna əlavə N1-də göstərilən birgə əmlak olan 32213 manatın yarısı 16107 manatın, iddia ərizəsində qeyd etdiyi 34 adda avadanlığın, Feya və Özbilim adlanan iki avadanlığın alınmasına görə sərf etdiyi 12700 manatın, cəmi 28807 manatın alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hər iki iddiaya münasibətdə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, 204403 manat pulun tutulması tələbi qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, öhdəçilik protokoluna əsasən istehsalçı sərmayəçinin 01.09.2020-ci il tarixə olan sərmayəsinin bir hissəsini yəni 352.182 (üç yüz əlli iki min bir yüz səksən iki) manat vəsaiti 12-15 (on iki-on beş) ay ərzində hər ay 25.000-30.000 (iyirmi beş-otuz min) manat şərti ilə qaytarmaq və 01.09.2020-ci il tarixə qalan 100.535 (bir yüz min beş yüz otuz beş) manat vəsaiti və 12-15 (on iki-on beş) ayda yaranan yeni mənfəətlə birlikdə sonradan razılaşma protokolu tərtib etməklə qaytarmaq öhdəliyi götürmüşdür. Həmin məbləğin qaytarılması sübuta yetirilməmişdir. Sərmayəçi qəbul edir ki, 204403 manat məbləğində pul ödənilməmiş qalır. Bu hissədə sübuta yetməyən hissə öhdəçilik protokolu tərtib edildikdən sonrakı dövrdə, yəni 2020-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayına qədər olan dövrdə yaranan mənfəətə görə 22207 manat məbləğində pulun yarısı 11100 manat tələbidir. Məhkəmədə tərəflərin izahatlarından müəyyən edilmişdir ki, tərəflərin arasındakı razılaşma pozulduğu üçün nəzərdə tutulan (2020-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayına qədər olan dövr) mənfəət yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, 22207 manat məbləği 204403 manat tələbindən çıxılmalı (204403- 22207 =182196), yerdə qalan məbləğ 182196 (bir yüz səksən iki min yüz doxsan altı) manat pulun üzərinə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etiraf etdiyi 11100 manat mənfəət üçün əvvəlcədən hissəhissə götürülmüş pulun yarısı yəni 5550 manat məbləğində pul vəsaiti ilk İddiaçı ödənilməlidir. Beləliklə, Cavabdeh 187746 manat (182196 + 5550 ) məbləğində pul alınaraq ilk İddiaçı ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, öhdəçilik protokoluna Əlavə N1-də göstərilən 20178-2019-cu illərdə sex üçün alınmış avadanlıqların məbləği olan 32 213 manat məbləğində pul mübahisələndirilmir. Cavabdeh isə həmin pul məbləğinin yarısı 16107 manat pulun İddiaçı alınaraq ona verilməsini tələb edir, ancaq 32 213 manat məbləğin yarısı (32 213:2=16 106,5) 16 106,5 (on altı min yüz altı manat əlli qəpik) manat olduğundan, qeyd olunan məbləğ İddiaçı alınaraq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2010/2021 saylı 19.04.2021-ci il tarixli qərardadına əsasən iddianı təmin etmək tədbiri qismində, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Babək prospekti 63 C ünvanında olan əşyaların siyahıya alınaraq, üzərinə həbs qoyulmuşdur. Məhkəmə mübahisələndirilən əşyaların qaytarılması hissəsində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbini qismən əsaslı hesab edir və 06.05.2021-ci il tarixdə tərtib edilmiş aktda adları çəkilən əşyaların - qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 1) kompressor (naxışda) 1 ədəd; 2) Sap sarıma makinəsi (naxışda) 1 ədəd; 3) Cərəyan nizamlayıcı (naxışda) 1 ədəd; 4) Basqı stolu və qəlib ayaqları-komplekt 12; 5) Basqı qəlibləri ədəd 163; 6) Tərəzi (150 kq) ədəd 1; 7) 15 başlı naxış maşınları “Damei” ədəd; 8) Transfer basqı aparatı ədəd 9) Knopka vuran aparat ədəd; 10) Düymə tikən maşın “Broden” 1 ədəd; 11) Petlə açan maşın “Yamata” 1 ədəd; 12) Overlok “Mauzer” spesial 1 ədəd; 13) Overlok “Yamato M3” 1 ədəd; 14) Overlok “Yamato M4” 1 ədəd; 15) Overlok “İvar” ədəd 3; 16) Overlok “Reqosus” 1 ədəd; 17) Overlok “Yamato” ədəd 4; 18) Overlok Cemsi” 1 ədəd; 19) Overlok “Cuki” 2 ədəd; 20) Düz tikiş maşını “Brother” 1 ədəd; 21) Bəzək maşını “Renovn” 1 ədəd; 22) Rezin vuran maşın “Rimoli” 1 ədəd; 23) Kroşata 1 ədəd; 24) Q.tikiş maşını “Brother” 1 ədəd; 25) Q.tikiş maşını “Şurubu” 1 ədəd; 26) Q.tikiş maşını “Yamata” 1 ədəd; 27) Qoşa tikiş maşını “FY33016” 1 ədəd; 28) Qoşa tikiş maşını “Yamata” 1 ədəd; 29) Soyuducu 1 ədəd; 30) Su aparatı 1 ədəd; 31) Ehtiyyat hissələri üçün siyirmə qablar 40 ədəd; 32) Sap yığmaq üçün vitrinlər (naxışda) 3 ədəd; 33) Ofis mebel dəsti+kreslo 1 dəst; 34) Kompyuter+stol+kreslo 1 dəst əşyalar cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılmalı olduğu qənaətinə gəlir. Məhkəmə qarşılıqlı iddia tələbinin Feya və Özbilim avadanlığına görə 7600+5100=12700 manat Həsən Şahverdiyevdən alınıb ona ödənilməsi hissəsində əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Cavabdeh həmin əmlakın ona məxsus olduğunu və qarşı tərəfin istifadə etməsini sübut etmək vəzifəsi qarşılıqlı iddia üzrə iddiaçı, yəni Cavabdeh üzərinə düşür. Hazırda isə o, belə sübutları təqdim edə bilməmişdir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh 187746 (bir yüz səksən yeddi min yeddi yüz qırx altı) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, cavabdeh İddiaçı 16 000 (on altı min) manat alınaraq iddiaçı Cavabdeh ödənilməli və Bakı şəhəri, Babək prospekti 63 C ünvanında olan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 1) kompressor (naxışda) 1 ədəd; 2) Sap sarıma makinəsi (naxışda) 1 ədəd; 3) Cərəyan nizamlayıcı (naxışda) 1 ədəd; 4) Basqı stolu və qəlib ayaqları-komplekt 12; 5) Basqı qəlibləri ədəd 163; 6) Tərəzi (150 kq) ədəd 1; 7) 15 başlı naxış maşınları “Damei” ədəd; 8) Transfer basqı aparatı ədəd 9) Knopka vuran aparat ədəd; 10) Düymə tikən maşın “Broden” 1 ədəd; 11) Petlə açan maşın “Yamata” 1 ədəd; 12) Overlok “Mauzer” spesial 1 ədəd; 13) Overlok “Yamato M3” 1 ədəd; 14) Overlok “Yamato M4” 1 ədəd; 15) Overlok “İvar” ədəd 3; 16) Overlok “Reqosus” 1 ədəd; 17) Overlok “Yamato” ədəd 4; 18) Overlok Cemsi” 1 ədəd; 19) Overlok “Cuki” 2 ədəd; 20) Düz tikiş maşını “Brother” 1 ədəd; 21) Bəzək maşını “Renovn” 1 ədəd; 22) Rezin vuran maşın “Rimoli” 1 ədəd; 23) Kroşata 1 ədəd; 24) Q.tikiş maşını “Brother” 1 ədəd; 25) Q.tikiş maşını “Şurubu” 1 ədəd; 26) Q.tikiş maşını “Yamata” 1 ədəd; 27) Qoşa tikiş maşını “FY33016” 1 ədəd; 28) Qoşa tikiş maşını “Yamata” 1 ədəd; 29) Soyuducu 1 ədəd; 30) Su aparatı 1 ədəd; 31) Ehtiyyat hissələri üçün siyirmə qablar 40 ədəd; 32) Sap yığmaq üçün vitrinlər (naxışda) 3 ədəd; 33) Ofis mebel dəsti+kreslo 1 dəst; 34) Kompyuter+stol+kreslo 1 dəst olan əşyalar cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılmalı, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun belə tələb olmadığına görə iddiaçıların özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 187746 (bir yüz səksən yeddi min yeddi yüz qırx altı) manat məbləğində pul alınaraq ilkin iddia üzrə İddiaçı xeyrinə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı 16 106,50 (on altı min yüz altı manat 50 qəpik) manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Bakı şəhəri, Babək prospekti 63 C ünvanında olan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 1) kompressor (naxışda) 1 ədəd; 2) Sap sarıma makinəsi (naxışda) 1 ədəd; 3) Cərəyan nizamlayıcı (naxışda) 1 ədəd; 4) Basqı stolu və qəlib ayaqları-komplekt 12; 5) Basqı qəlibləri ədəd 163; 6) Tərəzi (150 kq) ədəd 1; 7) 15 başlı naxış maşınları “Damei” ədəd; 8) Transfer basqı aparatı ədəd 9) Knopka vuran aparat ədəd; 10) Düymə tikən maşın “Broden” 1 ədəd; 11) Petlə açan maşın “Yamata” 1 ədəd; 12) Overlok “Mauzer” spesial 1 ədəd; 13) Overlok “Yamato M3” 1 ədəd; 14) Overlok “Yamato M4” 1 ədəd; 15) Overlok “İvar” ədəd 3; 16) Overlok “Reqosus” 1 ədəd; 17) Overlok “Yamato” ədəd 4; 18) Overlok “Cemsi” 1 ədəd; 19) Overlok “Cuki” 2 ədəd; 20) Düz tikiş maşını “Brother” 1 ədəd; 21) Bəzək maşını “Renovn” 1 ədəd; 22) Rezin vuran maşın “Rimoli” 1 ədəd; 23) Kroşata 1 ədəd; 24) Q.tikiş maşını “Brother” 1 ədəd; 25) Q.tikiş maşını “Şurubu” 1 ədəd; 26) Q.tikiş maşını “Yamata” 1 ədəd; 27) Qoşa tikiş maşını “FY33016” 1 ədəd; 28) Qoşa tikiş maşını “Yamata” 1 ədəd; 29) Soyuducu 1 ədəd; 30) Su aparatı 1 ədəd; 31) Ehtiyyat hissələri üçün siyirmə qablar 40 ədəd; 32) Sap yığmaq üçün vitrinlər (naxışda) 3 ədəd; 33) Ofis mebel dəsti+kreslo 1 dəst; 34) Kompyuter+stol+kreslo 1 dəst olan əşyalar cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınaraq Cavabdeh qaytarılsın. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İlkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2010/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2010/2021
25.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver