Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2012/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı “xxxxxxxx” BOKT QSC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxxx” BOKT QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsinə xitam verilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxx” BOKT QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx’’ bank olmayan kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə xitam verilməsi və Cavabdeh 1437.34 (bir min dörd yüz otuz yeddi manat, otuz dörd qəpik) AZN əsas borc, 394.86 (üç yüz doxsan dörd manat, səksən altı qəpik) AZN faiz borcu, gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0.50 faiz dərəcəsində cərimə borcu 54.51 (əlli dörd manat, əlli bir qəpik) AZN ümumilikdə 1886.71 (bir min səkkiz yüz səksən altı manat, yetmiş bir qəpik) AZN məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxx” BOKT QSC iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxx” Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli N219-0***- ******* nömrəli kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 18 (on səkkiz) ay müddətinə ödəmək şərti ilə 1500 (bir min beş yüz manat) AZN məbləğində kredit verilmişdir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yaymır. Borcluya rəsmi olaraq bir neçə dəfə xəbərdarlıq edilsə də öhdəlik yerinə yetirilmir. Borclunun xx xxx 2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə görə xx.xx.2020-ci il tarixə əsas borcu 1437.34 (bir min dörd yüz otuz yeddi manat, otuz dörd qəpik) AZN, faiz borcu 394.86 (üç yüz doxsan dörd manat, səksən altı qəpik) AZN və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0.50 faiz dərəcəsində cərimə borcu 54.51 (əlli dörd manat, əlli bir qəpik) AZN təşkil edir. Kredit üzrə ümumi borc 1886.71 (bir min səkkiz yüz səksən altı manat, yetmiş bir qəpik) AZN-dir. Kredit müqaviləsinin 2.3. maddəsinə əsasən borcalan kredit göstərilən müddətdə və bu müqaviləyə 1 nömrəli əlavədə müəyyən edilən qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.13.1. bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün 0.50 (sıfır tam onda beş) faiz dərəcəsində dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx.xx.2020-ci il tarixinə borclunun “xxxxxxxx” bank olmayan kredit təşkilatına ümumi 1886.71 (bir min səkkiz yüz səksən altı manat, yetmiş bir qəpik) AZN borcu vardır. Məhkəmə iclasında “xxxxxxxx” BOKT QSC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirdi ki, borc məbləğini qəbul edir, lakin maddi imkanı olmadığından həmin borcu ödəyə bilməmişdir. məhkəmədən həmin borcun hissə-hissə icra edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxxxxxx” BOKT QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 219-0***- ******* illik 18 ay müddətinə illik 44% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir.; “xxxxxxxx” BOKT QSC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış xx.xx.2019-cu il tarixli, 219-0***-******* nömrəli kredit müqaviləsinə əlavənin və əlavənin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən tərəf kredit məbləğinin qalığını illik faiz dərəcəsinin 44 faizlə hesablanması barədə razılığa gəlmişlər və bu razılaşmaya əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdən hər ay 115,30 (ilk ay 60,30 və sonuncu ay 111,28) manat ödəməli idi; “xxxxxxxx” BOKT QSC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən xx.xx.2020-ci il tarixə cavabdehin “xxxxxxxx” BOKT QSC-yə 1437,34 manat məbləğində ödənilməmiş əsas borcu, 449,37 manat faiz borcu, cəmi 1886,71 manat borcu vardır; “xxxxxxxx” BOKT QSC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, onun xx.xx.2020-ci il tarixinə əsas borc məbləği 1437,34 (bir min dörd yüz otuz yeddi manat, otuz yeddi qəpik) AZN və 449,37 (dörd yüz qırx doqquz manat, otuz yeddi qəpik) AZN faiz borcunun olduğu qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixədək ödəniş məbləğini “xxxxxxxx” bank olmayan kredit təşkilatına borclu olduğu və həmçinin xx.xx.2020-ci il tarixdən sonra hesablanacaq faiz və cərimə məbləğinin məcburi alınması üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi cavabdehə bildirilmişdir. Bu halda tərəfə yalnız “xxxxxxxx”-ə borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumunu və məcburi icra ilə bağlı (7%) bütün xərcləri ödəməli olduğu barədə xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxxxxxx” BOKT QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxxx” BOKT QSC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 44% ödəmək şərti ilə 1500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği “xxxxxxxx” BOKT QSC -dən götürmüş, lakin üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirə bilmədiyindən 1437.34 (bir min dörd yüz otuz yeddi manat, otuz dörd qəpik) AZN əsas borc, 394.86 (üç yüz doxsan dörd manat, səksən altı qəpik) AZN faiz borcu, gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0.50 faiz dərəcəsində cərimə borcu 54.51 (əlli dörd manat, əlli bir qəpik) AZN ümumilikdə 1886.71 (bir min səkkiz yüz səksən altı manat, yetmiş bir qəpik) AZN məbləğində borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir və bu barədə maliyyə arayışı təqdim edir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı həmin pul məbləğini götürmüş və təyin olunan müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 1437.34 (bir min dörd yüz otuz yeddi manat, otuz dörd qəpik) AZN əsas borc, 394.86 (üç yüz doxsan dörd manat, səksən altı qəpik) AZN faiz borcu, gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0.50 faiz dərəcəsində cərimə borcu 54.51 (əlli dörd manat, əlli bir qəpik) AZN ümumilikdə 1886.71 (bir min səkkiz yüz səksən altı manat, yetmiş bir qəpik) AZN məbləğində borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1437.34 (bir min dörd yüz otuz yeddi manat, otuz dörd qəpik) AZN əsas borc, 394.86 (üç yüz doxsan dörd manat, səksən altı qəpik) AZN faiz borcu, gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0.50 faiz dərəcəsində cərimə borcu 54.51 (əlli dörd manat, əlli bir qəpik) AZN ümumilikdə 1886.71 (bir min səkkiz yüz səksən altı manat, yetmiş bir qəpik) AZN, habelə 30 manat məbləğində dövlət rüsumu “xxxxxxxx” BOKT QSC -nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxxxxxx’’ bank olmayan kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə xitam verilsin. Cavabdeh 1437.34 (bir min dörd yüz otuz yeddi manat, otuz dörd qəpik) AZN əsas borc, 394.86 (üç yüz doxsan dörd manat, səksən altı qəpik) AZN faiz borcu, gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0.50 faiz dərəcəsində cərimə borcu 54.51 (əlli dörd manat, əlli bir qəpik) AZN ümumilikdə 1886.71 (bir min səkkiz yüz səksən altı manat, yetmiş bir qəpik) AZN və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxxxxxx” BOKT QSC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2012/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2012/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver