Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2029/2024 13.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızı, İddiaçı X1 cavabdeh X2 qarşı nikahın pozulması, uşaqların ananın himayəsinə saxlanılması və aliment tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh X2 qarşı nikahın pozulması, uşaqların ananın himayəsinə saxlanılması və aliment tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. İddia ərizəsinə 50 manat rüsum ödənilməsinə dair qəbz əlavə edilmiş olsa da, bu qəbzdən ödənişin xx.xx.2024-cü il tarixdə edildiyi müəyyən olunur. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatlardan aydın olur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəməni qanuni qüvvəsini almış qərardadı ilə iddia ərizəsi geri qaytarılmış. Həmin qərardadda iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun da iddiaçıya qaytarılması qeyd olunmuşdur. Hazırda isə iddiaçı eyni qəbzi iddia ərizəsinə yenidən əlavə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. 152.1.5-ci maddələrinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə geri qaytarmalıdır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 266-269-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh X2 qarşı nikahın pozulması, uşaqların ananın himayəsinə saxlanılması və aliment tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə onu verən şəxsə geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2029/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2029/2024
13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver